Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1149/2023 14.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; 2011-ci ildən əvvəlki münasibətlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əml akın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs Zaqatala rayonu Göyəm bələdiyyəsi) qarşı “İslahat zamanı ona verilmiş 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kəsirlə verilmiş və sənəd işlənməmiş istifadəsində olan lakin bələdiyyə mülkiyyəti kimi göstərilən 0.0452 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 2-1(107)-52/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Zaqatala rayon AİK-in xx.xx.1999-c u il tarixli qərarı ilə Zaqatala rayonu Göyəm kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun aqrar islahatı proqramı və kompleks yerquruluşu layihəsi təsdiq edilmiş və həmin məsələ ilə bağlı RAİK-nın 09.06.95-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsindən və Yer Quruluşu Layihə İnstitutundan, təsdiq edilmiş torpaq islahatı kompleks yer quruluşu layihəsinə uyğun olaraq torpaq payı alacaq subyektlərə torpağa mülkiyyətə dair sənədlərin verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir.
2. Göyəm Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 86 nömrəli arayışından görünür ki, 2003-cü ildə dürüstləşmə aparılan zaman Göyəm kənd sakini İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0,23 ha pay torpaq sahəsindən 0,05 ha torpaq sahəsi kəsirlə işlənmişdir. İddiaçı ist ifadəsində hal-hazırda 0,18 ha pay torpaq sahəsi vardır.
3. Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 5770 nömrəli arxiv arayışından görünür ki, vətəndaşın 1996-2000-ci illərdə Göyəm kənd İƏVN-nin təsərrüfatbaşına kitab № 7, səh № 499-da ailə tərkibi ailə başçısı İddiaçıdur. Cəmi torpaq 0.10 ha, o cümlədən xüsusi mülkiyyətdə 2000-ci ildə 0.23 ha.
4. İddiaçı cavabdehə müraciət edərək ona kəsr ilə verilmiş 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsini xahiş etmişdir.
5. Cavabdeh 16 dekabr 2021-ci il tarixli, **********22 nömrəli imtina məktubu ilə bildirmişdir ki, arxiv fondunda iddia edilən torpaq sahəsinə dair hər-hansı məlumat mövcud deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, islahat zamanı ona verilmiş 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kəsr verilmiş və sənəd işlənməmiş istifadəsində olan lakin bələdiyyə mülkiyyəti kimi göstərilən 0.0452 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 81 nömrəli qərarı ilə ona Zaqatala rayonu Göyəm kəndindən 0,23 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli, 1002.06 kv.m həyətyanı məqsədli torpaq sahəsi verilmişdir. İddiaçın ın adına Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.1565 ha hissəsinə AA seriyalı 004522 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi və MA seriyalı ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, 0.0283 ha hissəsinə isə AA seriyalı 545028 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi işlənmişdir. Yerdə qalan 0.05 ha torpaq sahəsi onun istifadəsində olan 0.1565 ha hissəsinə bitişik olduğu halda həmin hissəyə sənəd işlənməmişdir. Bunun da səbəbi o olmuşdur ki, 2003-cü ildə kəndlərində islahat vaxtı verilən torpaqlara dürüstləşmə aparılan 0.05 ha torpaq sahəsi sənədlərə və bazaya işlənməmiş, həmin 0.05 ha hissə bələdiyyə torpağı kimi saxlanılmışdır. Qeyd edilənlər Göyəm bələdiyyəsindən verilən xx.xx.2021-ci il tarixli arayışla və Zaqatala rayonu Göyəm kəndinin baş planına əlavə verilmiş eskiz-layihədə öz təsdiqini tapmaqdadır. Beləliklə islahat zamanı onun xüsusi mülkiyyətinə verilən 0,23 ha pay torpaq sahəsindən 0.18 ha hissəyə sənəd işlənmiş, qalan 0,05 ha torpaq sahəsi kəsir qalmış və bələdiyyənin ehtiyyat torpaqlarına daxil edilmişdir.
8. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qeydiyyat üçün təqdim olunmuş sənədlər araşdırılarkən məlum olmuşdur ki, ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 18 saylı Zaqatala Ərazi İdarəsinə təhvil verilmiş Zaqatala rayonunda aparılmış torpaq islahatı ilə əlaqədar arxiv fondunda və elektron baza məlumatlarında iddiaçının iddia etdiyi torpaq sahəsinə dair hər-hansı məlumat mövcud deyildir. Buna görə də iddiaçının ərizəsində qeyd olunan məsələnin həlli mümükün olmamış və ona “Azərbaycan Respublikasında torpaq tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na əsasən hazırlanmış məlumatlar istifadəyə verildikdən sonra yenidən müraciət edilməsi barədə xx.xx.2021-ci tarixli, **********22 nömrəli məktub göndərilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2- 1(116)-691/2022 nömrəli qərarı ilə (hakim: V.Musayev) iddia təmin edilmiş, cavabdehin üzərinə “islahat zam anı iddiaçıya verilmiş 0,23 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin kəsirlə verilmiş və sənəd işlənməmiş, iddiaçının istifadəsində olan lakin bələdiyyə mülkiyyəti kimi göstərilən 0.0452 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müvafiq torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranması əsası Zaqatala rayonu Göyəm kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun torpaq payı almaq hüququ olan subyektlər siyahısından və Göyəm kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun aqrar islahatı proqramının təsdiq edilməsi ilə bağlı Zaqatala rayon AİK-nın xx.xx.1999-cu il tarixli qərarından irəli gəldiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilmə sindən imtina etməkdə haqlı olmamışdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 2-1(107)-52/2023 nömrəli qərarı ilə (hakimlər: V.Məlikov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və G.Cavadova) Şəki İnzibati Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişd ir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, iddiaçının faktiki yerində (naturada) iddia etdiyi torpaq sahəsi elektron baza məlumatlarında Zaqatala rayonu, Göyəm Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Torpaq qanunvericiliyinə əsasən bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir. Deməli, həmin torpaq sahəsi mülkiyyətə verilə bilmədiyindən məhkəmə qaydasında da mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyi qoyula bilməzdi.
16. Həmçinin kassasiya şikayətində aşağıda qeyd olunan maddi hüquq normalarının po zulması qeyd edilir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsi – belə ki, məhkəmə kollegiyası nəzərə almamışdır ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özüözlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsi və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.6 -cı maddəsi - belə ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçıya məxsus olmayan və qanunla nəzərdə tutulmuş sənədlər əldə olunmadan (qərar, hərrac protokolu və bununla bağlı tərtib edilmiş notariat qaydasında təsdiq edilmiş icarə müqaviləsi) bələdiyyə mülkiyyətində aid olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65 və 68-ci maddələri - belə ki, məhkəmə nəzərə almamışdır ki, iddiaçıya məxsus olmayan və qanunla nəzərdə tutulmuş sənədlər əldə olunmadan (qərar, hərrac protokolu və bununla bağlı tərtib edilmiş notariat qaydasında təsdiq edilmiş icarə müqaviləsi) bələdiyyə mülkiyyətində aid olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüqu qunun dövlət qeydiyyatına alınması öhdəliyini cavabdehin üzərinə qoymuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.... Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya ins tansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə b ilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud ol masını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
23. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
24. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
25. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.
26. Hazırkı halda iddiaçı tərəfindən iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. İşə baxmış apellyasiya instansiyası məhkəməsi obyektiv araşdırma prinsipinin tələblərini pozaraq iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını yoxlamamış və işə mahiyyəti üzrə baxaraq iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır.
27. Belə ki, işin araşdırılmış hallarına görə, iddiaçıya 0.23 ha torpaq sahəsi Göyəm kəndi keçmiş “Bakı fəhləsi” kolxozunun aqrar islahatı proqramının təsdiq edilməsi ilə bağlı Zaqatala rayon AİK-nın xx.xx.1999-cu il tarixli qərarı ilə ayrılmış və iddiaçı həmin vaxtdan torpaq sahəsindən istifadə etmişdir. Ayrılmış torpaq sahəsinin 1565,17 kv.m və 283.34 kv.m torpaq sahələrinə ilkin plan-ölçü sənədləri tərtib edilmişdir. İlkin plan-ölçü sənədləri əsasında 0.1565 ha və 0.0283 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə plan-ölçü sənədləri tərtib edilərək iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış, lakin 0.0452 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır.
28. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.
29. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respubli kasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütü n tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. 30. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
31. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxsl ərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir.
32. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yen i hüquqi müdafiə imkanı yaratmır.
33. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçiril məsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021).
34. Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33).
35. Beləlikl ə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2023-cü il tarixli, 21(107)-52/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçı 0.0452 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və plan-ölçünün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş-in 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərar qətidir.