Məhkəmə qərarları › İş №2-1(102)-115/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-115/2022

19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-115/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: pensiyanın yenidən hesablanaraq bərpa edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ö dənişlərin Təyinatı üzrə Mərkəzi filialına (bundan sonra mətndə cavabdeh) qarşı “ona yaşa görə hesablanmış 272.97 manat məbləğində əmək pensiyasının ödənişinin bərpa olunması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 21(107)-326/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya 10.08.2011-ci il tarixdən İİİ qrup, 01.09.2012-ci il tarixdən isə İİ qrup əlillik dərəcəsi verilmişdir. İşlədiyi üçün 01.07.2017-ci il tarixədək əmək pensiyasının baza hissəsi ödənilmişdir. 01.01.2006-cı il tarixədək olan 23 il 9 a y sosial sığorta stajı və 01.01.2006-cı il tarixdən 01.08.2011-ci il tarixədək fərdi hesabında olan pensiya kapitalı nəzərə alınmaqla 79.06 manat sığorta hissəsi əmək pensiyasının üzərinə əlavə edilmiş, nəticədə 189.06 manat əlilliyə görə əmək pensiyası ödənilmişdir. 01.01.2018-ci il tarixdən 199.84 manat, 01.01.2019-cu il tarixdən isə 205.84 manat məbləğində əmək pensiyası hesablanaraq ödənilmişdir. 04.01.2019-cu il tarixdə 64 yaşı tamam olduğundan yaşa görə əmək pensiyası növünə keçirilməsi üçün 24.01.2019- cu il tarixdə DSMF Şəki şəhər filialına ərizə ilə müraciət etmiş və şöbə tərəfindən 01.08.2011-ci il tarixdən 01.01.2019-cu il tarixədək fərdi hesabında olan pensiya kapitalının 90%-i nəzərə alınmış, əmək pensiyasının sığorta hissəsinin üzərinə əlavə olunaraq ona 234.11 manat məbləğin də yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı 27.03.2020-ci il tarixdə 2003-2004-cü illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarını nəzərə almaqla əmək pensiyasının yenidən hesablanması üçün Əmək və Əhalinin Sosial Müdafiə nazirinə ərizə göndərmiş, DSMF tərəfindən göndərilmiş məktubda əmək pensiyasının düzgün hesablanmadığı bildirilmişdir. Həmçinin Şəki filialı tərəfindən göndərilmiş məktubda ona artıq əmək pensiyası ödənildiyi və bu səbəblə əmək pensiyasının məbləğinin 241,32 manata endirildiyi bildirilmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir

3. DSMF-nin 15 saylı regional ərazi filialının DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialına ünvanladığı 09.04.2 021-ci il tarixli məktubda qeyd edilir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranarkən 01.01.2006-cı il tarixədək 23 il 9 ay, 01.01.2006-cı il tarixdən 01.02.2019-cu il tarixədək isə 12 il 7 ay sosial sığorta stajı mövcud olmuşdur. İddiaçının yaşa görə əmək pensiyası hüququ yaranarkən 25.315,93 manat pensiya kapitalı mövcud olmuşdur. Vətəndaş 2020-ci ilin iyun ayında işdən azad edilən zaman onun fərdi hesabının sığorta hissəsində 01.02.2019-cu il tarixdən 01.01.2020-ci il tarixədək fərdi hesabında olan 1079.81 manat pensiya kapitalı nəzərə alınmaqla (1079.81 / 133 = 8.12 manat) əmək pensiyası məbləğinin üzərinə 8.12 manat əlavə hesablanmışdır (həmin vaxt PAS proqramında 2020-ci il üzrə məlumatlar daxil edilməmişdir).

4. İddiaçı əlilliyə görə əmək pensiyası təyinatı davam etsəydi, 01.01.2018-ci il tarixdən 199.84 manat, 01.01 2019-cu il tarixdən 205.84 manat, 01.01 2020-ci il tarixdən 240.01 manat, 12.06.2020-ci il tarixdən 294.22 manat (01.08.2011-ci il tarixdən 12.06.2020-ci il tarixədək olan 8130.93 manat pensiya kapitalına görə - 8130,93: 150 = 54.21 manat), 01.01.2021-ci il tarixdən isə 327.76 manat məbləğində əmək pensiyası ödənişləri edilməli idi.

5. İddiaçı 891422 saylı pensiya işi üzrə 10.08.2011-ci il tarixdən İİİ qrup, 01.09.2012-ci il tarixdən isə İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İşlədiyi üçün əmək pensiyasının baza hissəsi ödənilmişdir. Vətəndaşın 01.01.2006-cı il tarixədək olan 23 il 9 ay sosial sığorta stajı və 01.01.2006-cı il tarixdən 01.08.2011-ci il tarixədək fərdi hesabında olan pensiya kapitalı nəzərə alınmaqla 01.07.20 11-ci il tarixdən 189.06 manat, 01.01.2018-ci il tarixdən 199.84 manat məbləğində əmək pensiyası hesablanaraq ödənilmişdir. İddiaçının 64 yaşı tamam olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 34-cü maddələrinə istinadən 24.01.2019-cu il tarixli ərizəsi nəzərə alınaraq, vətəndaş 01.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. 01.08.2011-ci il tarixdən 01.01.2019-cu il tarixədək fərdi hesabında olan pensiya kapitalı nəzərə alınmaqla, 01.02.2019-cu il tarixdən 234,11 manat məbləğində yaşa görə əmək pensiyası hesablanmışdır. Lakin vətəndaşın əmək pensiyasının növü dəyişdirilərkən pensiyasının məbləği yeni təyinat kimi hesablanmadığından artıq ödəmə yaranmışdır. Belə ki, vətəndaşın 01.01.2006-cı il tarixədək olan 23 il 9 ay sosial s ığorta stajı və 01.01.2006-cı il tarixdən 01.02.2019-cu il tarixədək fərdi hesabında olan 8156.53 manat pensiya kapitalı nəzərə alınmaqla 01.02.2019-cu il tarixdən 175.06 manat, 01.10.2019-cu il tarixdən 200.0 manat, 01.01.2020-ci il tarixdən isə 233.20 manat məbləğində yaşa görə əmək pensiyası hesablanmalı idi. İddiaçı 12.06.2020-ci il tarixdə işdən çıxmış və əmək pensiyası məbləğinin yenidən hesablanması üçün filiala müraciət etmişdir. PAS proqramına əsasən 01.02.2019-cu i! tarixdən 01.01.2020-ci il tarixədək fərdi hesabında olan 1079.81 manat pensiya kapitalı nəzərə alınmaqla (1079.81 / 133 = 8.12 manat) əmək pensiyası məbləğinin üzərinə 8.12 manat əlavə hesablanmış, 12.06.2020-ci il tarixdən 241.32 manat təşkil etmişdir.

6. DSMF publik hüquqi şəxsin Şəki şəhər filialının iddiaçıya ünva nladığı 07.08.2020-ci il tarixli, **********0 nömrəli məktubda qeyd edilir ki, iddiaçıya 891422 saylı pensiya işi üzrə 10.08.2011-ci il tarixdən İİİ qrup, 01.09.2012-ci il tarixdən isə İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İşlədiyi üçün əmək pensiyasının baza hissəsi ödənilmişdir. 01.01,2006-cı il tarixədək olan 23 il 9 ay sosial sığorta stajına və 01.01.2006cı il tarixdən 01.08.2011-ci il tarixədək fərdi hesabında olan pensiya kapitalı nəzərə alınmaqla 01.07.2011-ci il tarixdən 189.06 manat, 01.01.2018-ci il tarixdən 199.84 manat, 01.01.2019-cu il tarixdən isə 205.84 manat məbləğində əmək pensiyası hesablanaraq ödənilmişdir. İddiaçının 64 yaşı tamam olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 34-cü maddələrinə istinadən 24.01.2019-cu i l tarixli ərizəsi nəzərə alınaraq, 01.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. 01.08.2011-ci il tarixdən 01.01.2019-cu il tarixədək fərdi hesabında olan pensiya kapitalı nəzərə alınmaqla, 01.02.2019-cu il tarixdən 234.11 manat məbləğində yaşa görə əmək pensiyası hesablanmışdır. Lakin iddiaçının əmək pensiyasının növü dəyişdirilərkən pensiyasının məbləği yeni təyinat kimi hesablanmadığından artıq ödəmə yaranmışdır. Belə ki, 01.01.2006-cı il tarixədək olan 23 il 9 ay sosial sığorta stajı və 01.01.2006-cı il tarixdən 01.02.2019-cu il tarixədək fərdi hesabında olan 8156.53 manat pensiya kapitalı nəzərə alınmaqla 01.02.2019-cu il tarixdən 175.06 manat, 01.10.2019-cu il tarixdən 200.0 manat, 01.01.2020-ci il tarixdən isə 233.20 manat məbləğində yaşa görə əmək pensiya sı hesablanmalı idi. İddiaçı 12.06.2020-ci il tarixdə işdən çıxdığı üçün əmək pensiyası məbləğinin yenidən hesablanması üçün filiala müraciət etmişdir. PAS proqramına əsasən 01.02.2019-cu il tarixdən 01.01.2020-ci il tarixədək iddiaçının fərdi hesabında olan 1079.81 manat pensiya kapitalı nəzərə alınmaqla (1079.81 / 133 = 8.12 manat) əmək pensiyasının məbləğinin üzərinə 8.12 manat əlavə hesablanmış, 12.06.2020-ci il tarixdən 241.32 manat təşkil etmişdir. Yuxarıda göstərilən hesablama nəticəsində iddiaçıya 01.02.2019-cu il tarixdən 31.08.2020-ci il tarixədək 865.49 manat artıq əmək pensiyası ödənişi həyata keçirildiyi müəyyən olunmuşdur. Artıq ödənilmiş məbləğin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə istinadən bərpa olunması üçün razılıq ərizəsi təqd im etməsi iddiaçıdan xahiş edilmişdir. Əks təqdirdə qanunvericiliyə uyğun olaraq artıq ödənilmiş vəsaitin bərpa olunması Məhkəməyə müraciət olunacağı bildirilmişdir.

7. DSMF publik hüquqi şəxsin DSMF-nin Şəki şəhər filialına ünvanladığı 24.08.2020-ci il tarixli, **********0 nömrəli məktubda qeyd edilir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaş həddinə çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır (2020-ci il 1 iyul tarixindən kişilərin pensiya yaş həddi 65 yaş müəyyən ed ilmişdir). Həmin Qanunun 22.1.1-ci maddəsinə əsasən 2019-cu ilin 1 yanvar tarixindən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı ilin 1 yanvar tarixinədək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmçinin sözügedən Qanunun 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı ilin 1 yanvar tarixinədək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 10.4-cü maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyasının məbləği yaşa gö rə əmək pensiyasının sığorta və yığım hissələrinin cəmindən ibarətdir. Yaşa görə əmək pensiyasının sığorta hissəsi isə həmin Qanunun 10.2-ci maddəsində göstərilən şəkildəsığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalının (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla) gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına (144-ə) nisbəti şəklində müəyyən olunur. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34- cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keç mə hüququ vardır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı 10.08.2011-ci il tarixində əlilliyə görə təyin edilmiş əmək pensiyası 01.02.2019-cu il tarixində yaşa görə əmək pensiyası növünə dəyişdirilmişdir. Əmək pensiyasının növü dəyişdirilərkən yeni təyinat olaraq şəxsin yaşa görə pensiyasının məbləği 2006-cı ilin 1 yanvar tarixinədək olan dövr üçün sığorta stajına, 2006-cı ilin 1 yanvar tarixindən sonrakı dövr üçün isə fərdi hesabının sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq yenidən müəyyənləşdirilməli olduğu halda, yanlışlıqla növ dəyişmədən əvvəl aldığı əmək pensiyasının sığorta hissəsi olan 205,84 manat saxlanılaraq ilkin təyinatdan sonra fərdi hesabının sığorta hissəsində toplanmış sığorta kapitalına əsasən yenidən hesablanmışdır. Nəticədə vətəndaşın pensiyası qa nunvericiliklə müəyyən olunandan artıq məbləğdə hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı 14 sentyabr 2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona yaşa görə hesablanmış 272.97 manat məbləğində əmək pensiyasının ödənişinin bərpa olunması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. Ona 10.08.2011-ci il tarixdən İİİ qrup, 01.09.2012-ci il tarixdən isə İİ qrup əlillik dərəcəsi verilmişdir. İş lədiyi üçün 01.07.2017-ci il tarixədək əmək pensiyasının baza hissəsi ödənilmişdir. İddiaçının 01.07.2017-ci il tarixdən 01.01.2006-cı il tarixədək olan 23 il 9 ay sosial sığorta stajı və 01.01.2006-cı il tarixdən 01.08.2011-ci il tarixədək fərdi hesabında olan pensiya kapitalı nəzərə alınmaqla 79,06 manat sığorta hissəsi əmək pensiyasının üzərinə əlavə edilmiş, nəticədə 189,06 manat əlilliyə görə əmək pensiyası ödənilmişdir. Növbəti artımlar nəzərə alınmaqla, iddiaçıya 01.01.2018-ci il tarixdən 199,84 manat, 01.01.2019-cu il tarixdən isə 205,84 manat məbləğində əmək pensiyası hesablanaraq ödənilmişdir. İddiaçı 04.01.2019-cu il tarixdə 64 yaşı tamam olduğu üçün yaşa görə əmək pensiyası növünə keçirilməsi üçün 24.01.2019-cu il tarixdə DSMF-nin Şəki şəhər şöbəsinə ərizə ilə müraciət etmişd ir. Şöbə tərəfindən 01.08.2011-ci il tarixdən 01.01.2019-cu il tarixədək onun fərdi hesabında olan pensiya kapitalının 90%-i nəzərə alınmış, əmək pensiyasının sığorta hissəsinin üzərinə əlavə olunaraq iddiaçıya 234,11 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. 01.01.2020-ci il tarixdən isə iddiaçıya 272,97 manat məbləğində əmək pensiyası ödənilmişdir. İddiaçı 27.03.2020-ci il tarixdə 2003-2004-cü illərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarını nəzərə almaqla əmək pensiyasının yenidən hesablanması üçün Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayevə ərizə göndərmiş, lakin DSMF-nun sədr müavini tərəfindən imzalanaraq ünvanına göndərilmiş məktubda əmək pensiyasının düzgün hesablanmadığı bil dirilmişdir. Həmçinin Şəki filialı tərəfindən göndərilmiş məktubda ona artıq əmək pensiyası ödənildiyi və bu səbəblə əmək pensiyasının məbləğinin 241,32 manata endirildiyi bildirilmişdir.

10. Cavabdehin məhkəməyə ünvanladığı 24.11.2021-ci il tarixli iddiaya etiraz məktubunda qeyd edilir ki, iddiaçının iddiasına əsasən ona 10.08.2011-ci il tarixdən İİİ qrup, 01.09.2012-ci il tarixdən isə İİ qrup əlillik dərəcəsi verilmişdir. İşlədiyi üçün 01.07.2017-ci il tarixədək əmək pensiyasının baza hissəsi ödənilmişdir. 01.01.2006-cı il tarixədək olan 23 il 9 ay sosial sığorta stajı və 01.01.2006-cı il tarixdən 01.08.2011-ci il tarixədək fərdi hesabında olan pensiya kapitalı nəzərə alınmaqla 79.06 manat sığorta hissəsi əmək pensiyasının üzərinə əlavə edilmiş, nəticədə 189.06 manat əlilliyə görə əmək p ensiyası ödənilmişdir. Növbəti artımlar nəzərə alınmaqla, 01.01.2018-ci il tarixdən 199.84 manat, 01.01.2019-cu il tarixdən isə 205.84 manat məbləğində əmək pensiyası hesablanaraq ödənilmişdir. 04.01.2019-cu il tarixdə 64 yaşı tamam olduğundan yaşa görə əmək pensiyası növünə keçirilməsi üçün 24.01.2019-cu il tarixdə DSMF Şəki şəhər filialına ərizə ilə müraciət etmiş və şöbə tərəfindən cavab olaraq bildirilmişdir ki, 01.08.2011-ci il tarixdən 01.01.2019-cu il tarixədək fərdi hesabında olan pensiya kapitalının 90%-i nəzərə alınmış, əmək pensiyasının sığorta hissəsinin üzərinə əlavə olunaraq 234.11 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. 01.01.2020-ci tarixdən isə 272.97 manat məbləğində əmək pensiyası ödənilmişdir. 27.03.2020-ci il tarixdə 2003-2004-cü illərdə mülkiyyətin də olan kənd təsərrüfatına yararlı torpaqları istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqları nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Müraciət cavab olaraq bildirmişdir ki, onun əmək pensiyası doğru hesablanmamışdır. Daha sonra isə Səki rayon filialı tərəfindən göndərilmiş məktubda ona artıq ödənilmiş əmək pensiyasının 241,32 manata endirildiyi bildirilmişdir.

11. Şəki İnzibati Məhkəməsinin (hakim X1, 2-1(116)-223/2021 saylı iş) 25 may 2021-ci il tаrixli qərarı ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı özü ərizə ilə müraciət edərək, onun əlilliyə görə əmək pensiyası növündən yaşa görə pensiya növünə keçirilməsini xahiş etmişdir. İşin hallarından və məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, ona yaşa görə pensiya təyin olunarkən hesablamada səhvə yol verilmiş və iddiaçıya artıq pensiya ödənilmişdir. Hazırki halda isə onun yenidən əlilliyə görə pensiya növünə keçirilməsi mümkün olmadığı üçün onun pensiyasında tələbində qeyd olunan kimi artımların aparılması mümkün deyil. İddiaçının əmək pensiyasının növü dəyişdirilərkən pensiyasının məbləği yeni təyinat kimi hesablanmadığından artıq ödəmə yaranmışdır. İddiaçının 01.01.2006-cı il tarixədək olan 23 il 9 ay sosial sığorta stajı və 01.01.2006-cı il tarixdən 01.02.2019-cu il tarixədək fərdi hesabında olan 8156.53 manat pensiya kapitalı nəzərə alınmaqla 01.02.2019-cu il tarixdən 175.06 manat, 01.10.2019-cu il tarixdən 200.0 manat, 01.01.2020-ci il tarixdən isə 233.20 manat məbləğind ə yaşa görə əmək pensiyası hesablanmalı idi.

13. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

14. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X2-məruzəçi, X3 və X4, 2-1(107)-326/2021 saylı iş) 29 sentyabr 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 25 may 2021-ci il tаrixli qərarını dəyişdirmədən saxlamışdır.

15. İddiaçı qərarın surətini 11 oktyabr 2021-ci il tarixdə almış, 29 oktyabr 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın də lilləri a) Kasasiya şikayətinin dəlilləri

16. Şəki Apellyasiya Məhkəməsi tərəfindən lazımı araşdırma aparılmadan, cavabdehin etirazına uyğun ədalətsiz qərar qəbul olunmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətində qaldırdığı faktlara və hüquqi məsələlərə Məhkəmə tərəfindən heç bir münasibət bildirilməmiş, ancaq cavabdehin əsassız etirazına uyğun olaraq qərar qəbul edilmişdir. İddia ərizəsində və şikayətdə olan qeydləri nəzərə almamış və münasibət bildirməmişdir. Həm Məhkəmə, həm də cavabdeh mənim iddia ərizəmə uyğun məsələyə münasibət bildirməmişdir. Nəticədə antikonstitusion və əsassız qərar qəbul olunmuşdur. Məhkəmə qərarının əsaslandırma hissəsi hüquqi cəhətdən çox bəsit yazılmış və heç bir əsaslandırma aparılmamışdır.

17. DSMF-nin qərarının qanunsuz olması “Əmək pensiyaları haqqın da” Azərbaycan Respublikası Qanununda da təsbit olunmuşdur. Belə ki, Qanuna 01.07.2011ci il tarixdən edilmiş dəyişikliyə əsasən 01.01.2010-cu il tarixədək əmək pensiyası təyin olunmuş şəxslərin əmək pensiyaları 01.01.2006-cı il tarixədək sosial sığorta stajının hər ili üçün 1,94 manat nəzərə alınmaqla yenidən hesablanmışdır. Lakin müəyyən şəxslərin əmək pensiyası yüksək məbləğdə əmək haqqından hesablandığı üçün yeni qaydada hesablama zamanı həmin şəxslərin əmək pensiyalarının məbləği azalırdı. Bunu nəzərə alaraq Qanunda xüsusi olaraq 27.3 maddə daxil edilmişdir. 27.3-cü maddə 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, d aha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. Bu maddə məhz Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin tələbinə əsasən Qanuna daxil edilmişdir.

18. Buradan belə bir nəticəyə gəlmək olar ki, heç bir halda əmək pensiyasının məbləği azaldıla bilməz. Lakin DSMF tərəfindən mənim əmək pensiyamın məbləği növ dəyişmə zamanı azaldılmışdır. Belə ki, 272,97 manat məbləğində əlilliyə görə əmək pensiyası aldığım halda, qanunsuz olaraq yaşa görə 241,32 manat məbləğində əmək pensiyası hesablanmışdır. Ümidvaram ki, haqq-ədalət Məhkəməsi bu qanunsuzluğa hüquqi qiymət verəcək və ədaləti bərpa edəcəkdir.

19. Bütün yuxarıda göstərilənlərə istinadən apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-c i maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

11. Əlilliyə görə əmək pensiyası 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. (-). Maddə

34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçi rilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları (-). 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə h əmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir; (-).

22. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya pr oses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasi ya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilə r və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

23. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

24. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsində işə baxılarkən bir sıra maddi hüquq normaları pozulmuş, iş tam və hər tərəfli araşdırılmadan hüquqi nəticəyə gələrək ədalətsiz məhkəmə aktı qəbul edilmişdir.

27. İddiaçıya 1 may 2010-cu il tarixdən əlilliyə görə pensiya təyin edi lmişdir. Sonradan iddiaçı yaşa görə pensiya hüququ yarandığından müraciəti əsasında əlilliyə görə pensiya növündən yaşa görə pensiya növünə keçmişdir. İddiaçı hesab edir ki, cavabdeh yaşa görə pensiya hesablayarkən hesablamanı düzgün aparmamışdır.

28. İddiaçının kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

29. İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, 01.05.2010-cu il tarixdən İİİ qrup, 01.05.2011-ci il tarixdən isə İİ qrup əlillik dərəcəsi verilmiş və əlilliyə görə pensiya təyin edilmişdir. 30. 14.01.2019-cu il tarixdə 64 yaşı tamam olduğu üçün iddiaçı yaşa görə əmək pensiyası növünə keçirilməsi üçün 26.01.2019-cu il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən 01.05.2010-cu il tarixdən 01.01.2019-cu il tarixədək fərdi hesabında olan p ensiya kapitalının 90 %-i nəzərə alınmış, əmək pensiyasının sığorta hissəsinin üzərinə əlavə olunaraq ona 272,97 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir.

31. Apelyasiya məhkəməsinin araşdırmasından görünür ki, cavabdeh tərəfindən iddiaçıya yaşa görə pensiya təyin olunarkən hesablamada səhvə yol verilmiş və iddiaçıya artıq pensiya ödənilmişdir. Hazırkı halda isə onun yenidən əlilliyə görə pensiya növünə keçirilməsi mümkün olmadığı üçün onun pensiyasında tələbində qeyd olunan kimi artımların aparılması mümkün deyil. İddiaçının əmək pensiyasının növü dəyişdirilərkən pensiyasının məbləği yeni təyinat kimi hesablanmadığından artıq ödəmə yaranmışdır. İddiaçının 01.01.2006-cı il tarixədək olan 23 il 9 ay sosial sığorta stajı və 01.01.2006-cı il tarixdən 01.02.2019-cu il tarixəd ək fərdi hesabında olan 8.156,53 manat pensiya kapitalı nəzərə alınmaqla 01.02.2019-cu il tarixdən 175,06 manat, 01.10.2019-cu il tarixdən 200,0 manat, 01.01.2020-ci il tarixdən isə 233,20 manat məbləğində yaşa görə əmək pensiyası hesablanmalı idi.

32. Cavabdehin təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranarkən 01.01.2006-cı il tarixədək 23 il 9 ay, 01.01.2006-cı il tarixdən 01.02.2019-cu il tarixədək isə 12 il 7 ay sosial sığorta stajı, 25.315,93 manat pensiya kapitalı mövcud olmuşdur. 2020-ci ilin iyun ayında işdən azad edilən zaman onun fərdi hesabının sığorta hissəsində 01.02.2019-cu il tarixdən 01.01.2020-ci il tarixədək 1.079,81 manat pensiya kapitalı nəzərə alınmaqla (1.079,81/133=8.12 manat) əmək pensiyası məbləğinin üzərinə 8.12 man at əlavə hesablanmışdır (həmin vaxt PAS proqramında 2020-ci il üzrə məlumatlar daxil edilməmişdir).

33. İddiaçının əlilliyə görə əmək pensiyası təyinatı davam etsəydi, 01.01.2018-ci il tarixdən 199,84 manat, 01.01 2019-cu il tarixdən 205,84 manat, 01.01 2020-ci il tarixdən 240,01 manat, 12.06.2020-ci il tarixdən 294,22 manat (01.08.2011-ci il tarixdən 12.06.2020-ci il tarixədək olan 8.130,93 manat pensiya kapitalına görə 8.130,93:150=54,21 manat), 01.01.2021-ci il tarixdən isə 327,76 manat məbləğində əmək pensiyası ödənişləri edilməli idi.

34. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçının 64 yaşı tamam olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 7 və 34-cü maddələrinə istinadən 24.01.2019-cu il tarixli ərizəsi nəzərə alınaraq, 01.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyası növünə ke çirilmişdir. 01.08.2011-ci il tarixdən 01.01.2019-cu il tarixədək fərdi hesabında olan pensiya kapitalı nəzərə alınmaqla, 01.02.2019-cu il tarixdən 234,11 manat məbləğində yaşa görə əmək pensiyası hesablanmışdır. Lakin əmək pensiyasının növü dəyişdirilərkən pensiyasının məbləği yeni təyinat kimi hesablanmadığından artıq ödəmə yaranmışdır. Belə ki, 01.01.2006-cı il tarixədək olan 23 il 9 ay sosial sığorta stajı və 01.01.2006-cı il tarixdən 01.02.2019-cu il tarixədək fərdi hesabında olan 8.156,53 manat pensiya kapitalı nəzərə alınmaqla 01.02.2019-cu il tarixdən 175,06 manat, 01.10.2019-cu il tarixdən 200,0 manat, 01.01.2020-ci il tarixdən isə 233,20 manat məbləğində yaşa görə əmək pensiyası hesablanmalı idi. İddiaçı 12.06.2020-ci il tarixdə işdən çıxmış və əmək pensiyası məbləğinin yenidən h esablanması üçün filiala müraciət etmişdir. PAS proqramına əsasən 01.02.2019-cu il tarixdən 01.01.2020-ci il tarixədək fərdi hesabında olan 1.079,81 manat pensiya kapitalı nəzərə alınmaqla (1.079,81/133=8,12 manat) əmək pensiyası məbləğinin üzərinə 8,12 manat əlavə hesablanmış, 12.06.2020-ci il tarixdən 241,32 manat təşkil etmişdir.

35. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı səhvə yol verilməmiş, “Əmək pensiyaları haqqında” Qanunun 10, 34 və 37.3.1-ci maddələrinin tələblərinə əməl edilmişdir.

36. Odur ki, kasasiya şikayəti təmin olunmadan, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 9 6.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-326/2021 saylı 29 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar