Məhkəmə qərarları › İş №2-1(102)-1150/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1150/2020

02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1150/2020 02.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təkbaşına piket keçirilməsinə icazənin verilməsindən imtinanın qanunsuz hesab edilməsi; iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “təkbaşına piket keçirilməsinə icazənin verilməsindən imtinanın qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 202 0-ci il 4 fevral tarixli 2-1(103)398/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin 2019-cu il 22 noyabr tarixli, S-321/2-003/2 saylı imtina məktubu verməsini, təkbaşına piket keçirilməsinə icazə verməməsinin qanunsuz hesab edilməsini və həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarını müdafiə edən vəkildir. 2014-cü ilin oktyabr ayında Azərbaycan Respublikası Baş X2 dair İşlər üzrə İstintaq İdarəsinin rəisi X4un təqdimatı ilə “xxxxxxxxxxxxx” ASC-də olan onun vəkillik fəaliyyəti ilə bağlı bank hesabına Nəsimi Rayon Məhkəməsi tərəfindən həbs qoyulmuşdur. X4 rəhbərliyin tapşırığı ilə İAMAS alt sistemlərində onun ölkədən çıxış və girişinə C5 və C11 (saxla bəyannamə yazdır, yoxla, ölkədən çıxışını və girişini məruzə et, rəhbərliyin icazəsi ilə burax) göstərişi ilə məhdudiyyət qoyubdur. Dövlət sərhədini keçərkən o, dəfələrlə məhdudiyyətlərə məruz qalır və sərbəst hərəkət edə bilmir. Bu hal aşağıdakı qaydada baş verir: a) ərizəçi dövlət sərhədini keçərkən (ölkədən çıxış və giriş zamanı) pasport yoxlamasında saxlanılır və saxlanılma ən azından yarım saat çəkir, bu müddətdə ərizəçinin pasport u qaytarılmır; b) Dövlət Sərhəd Xidmətinin əməkdaşının nəzarəti altında gömrük işçilərinə təhvil verilir və şifahi olaraq yoxlanılmalı olan şəxslərdən olduğu bildirilir; c) həmin gömrük əməkdaşı ərizəçinin üzərində bəyan olunmalı olmayan mallar və valyuta olduqda məcburi qaydada vergi bəyannaməsi yazdırılır; d) bundan sonra ərizəçinin əl və digər yükü yoxlamaya, axtarışa məruz qalır. Axtarış ərizəçinin əl, digər yüklərinə aid edilir. Onun pul cüzdanına da baxış keçirilir, fləşkartlarının olub-olmaması soruşulur. Hər dəfə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli, fiziki şəxslər tərəfindən, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalarına əsaslanaraq üzərində bəya n ediləcək heç bir əşyası olmadığını bildirsə də DSX əməkdaşları ona bəyannamə yazdırırlar, üzərinə və avtomobilinə qanunsuz baxış, axtarış həyata keçirirlər. Halbuki, DSX əməkdaşlarının bəyannamə yazdırmaq, avtomobildə və şəxsi axtarış aparmaq səlahiyyəti yoxdur. Bütün bu prosedurlar hər dəfə bir saata yaxın vaxt aparır və hər iki orqanın əməkdaşları şifahi olaraq ərizəçinin və digər eyni qəbilədən olan yoxlamaya məruz qalan şəxslərin fəaliyyəti ilə bağlı olduğunu gizlətmirlər. Bu hal mütəmadi olaraq 2014-cü ilin oktyabr ayından hazırkı vaxtadək davam edir. Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinə qarşı bu halların səbəbinin izah edilməsi, bunlara son qoyulmasına dair müraciətlər nəticəsiz qalmışdır. Bu qanunsuzluqlara etiraz olaraq ərizəçi həmin dövlət qurumları qarşısında təkba şına piket keçirtməyi qərara almışdır. Ərizəçi Bakı şəhər İcra Hakimiyyətinə 2019–cu il 20 noyabr tarixində müraciət edərək bildirmişdir ki, o, noyabr ayının 25-i tarixində ünvan 1 ünvanının qarşısında, noyabr ayının 26-da isə Dövlət Gömrük Komitəsinin qarşısında təkadamlıq piket keçirəcək. Piketdə “qanunsuz sərhəd yoxlamalarına son qoyulsun”, “insan hüquqlarını müdafiə etmək cinayət deyil” plakatları qaldırılacaq. Piket 20 dəqiqə çəkəcək. Bakı şəhər İcra Hakimiyyətinin 2019-cu il 22 noyabr tarixli cavab məktubunda həmin piketin keçirilməsi “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin İ hissəsinə əsasən məqsədəmüvafiq hesab edilməmişdir. Məktubda göstərilən məsələ ilə bağlı toplantı keçirmək deyil, aidiyyəti orqanlara müraciət etmək tövsiyə olunmuşdur. Bakı şəhər İcra Ha kimiyyətinin 2019-cu il 22 noyabr tarixli cavabı və onun piket keçirməyinin qarşısını alan hərəkətləri qanunsuzdur. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, toplantı keçirilməsi “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 5-ci maddəsinin və 7ci maddəsinin İ hissəsinin tələblərinə cavab vermir və ərizədə qeyd edilən məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət edilməsi tövsiyə olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il tarixli 26 noyabr tarixli 2-1(81)5056/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, inzibati orqanın imtina etməsi nəticəsində iddiaçının hüquqlarının pozulması halı baş vermə mişdir. Hər bir iddia tələbinin arzu olunan nəticəsi olmalıdır. İddia təmin olunacağı halda belə, həmin nəticə yaranmırsa, yəni iddiaçı istəyinə çata bilmirsə, belə mübahisəyə mahiyyəti üzrə baxılmasının mənası və əhəmiyyəti yoxdur. Ona görə də iddia tələbi mümkün sayılmamalıdır.. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-cu il 4 fevral tarixli 21(103)-398/2020 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərardadı iddiaçı ya 2020-ci il 22 fevral tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardaddan 2020-cu il 5 mart tarixdə kassasiya şikayəti vermişdir. O, qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2-ci və 94.4-cü maddələri). Şikayət aşağıdakı səbəblərə görə təmin edilə bilməz. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı 2019-cu il 25 və 26 noyabr tarixlərində saat 16:00-da təkadamlıq 20 dəqiqəlik piket keçirəcəyi barədə 2019-cu il 20 noyabr tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti iddiaçıya ünvanlanmış 2019-cu il 22 noyabr tarixli cavab məktubunda göstərmişdir ki, toplantı keçirilməsi haqq ında müraciət “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və 7-ci maddəsinin İ hissəsinin tələblərinə cavab vermədiyindən, 2019-cu il 25 və 26 noyabr tarixlərinə planlaşdırılan piketlərin keçirilməsi məqsədəuyğun hesab edilmir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkindirməyə dair iddia mümkün sayılır. İPM-in 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, iddiaçının məhkəməyə müraciət etdiyi zaman, cavabdeh inzibati orqan tərəfindən artıq icra olunmuş inzibati aktın qəbul edilməsi müəyyən edilmədiyindən hazırkı məzmunda iddia mümkünsüzdür. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşır və iddiaçının iddia ərizəsi ilə eyni məzmunlu kassasiya şikayətinin dəlillərini apellyasiya insta nsiyası məhkəməsinin qərardadının ləğvi üçün yetərli hesab etmir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 4 fevral tarixli 21(103)-398/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir. Sədrlik edən: Hakimlər: imza imza imza Əsli ilə düzdür: Hakim İlqar Hüseynov İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar