Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1150/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavab deh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı (üçüncü şəxs Heydər Əliyev adına X17) “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci il tarixli, 2-1(103)-219/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X16 Məktəbi tərəfindən verilmiş Г seriyalı, 609467 nömrəli diploma əsasən, İddiaçı 1 sentyabr 1983-cü ildə Bakı 88 nömrəli şəhər orta texniki peşə məktəbinə daxil olmuş, 30 iyul 1984-cü ildə həmin texniki məktəbi bitirmişdir.
2. X13 Ordenli “Oktyabr İnqilabı adına Bakı Neft Texnikumu” tərəfindən verilmiş МТ-İ seriyalı, 275866 nömrəli diploma əsasən, İddiaçı 11 avqust 1986-ci il tarixdə Bakı Neft Texnikumuna əyani şöbəyə qəbul olmuş, 3 mart 1989-cu il tarixdə “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “texnik-geoloq” ixtisas dərəcəsi və МТ-İ seriyalı, 275866 nömrəli diplom verilmişdir.
3. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən, 2 iyun 1989-cu il tarixdən “Azneftkimya” İB-nin İstehsalat əmtəə kontoruna 3 saylı sexə əmtəə operatoru kimi qəbul edilmiş, 1 aprel 1990-cı il tarixdən “Azneftkimya” İB “Vladimir İliç adına YBNZ “ (yeni-Bakı neftayırma zavodu) adlandırılmış və həmin zavodda neft məhsullarının hazırlanması, vurulması və daşınması üzrə 4 saylı istehsalın 7 saylı sexinə əmtəə operatoru vəzifəsinə qəbul edilmiş, 23 avqust 1990-cı ildə köçürmə qaydasında “22-ci qurultay adına Bakı Neftayırma Zavoduna” keçirildiyinə görə işdən azad edilmiş, 24 avqust 1990-cı ildən həmin zavodda Abbasovanın analıq məzuniyyəti dövründə mühasib vəzifəsinə qəbul edilmişdir. İddiaçı 28 dekabr 1992-ci ildən 34 saylı sexdə laborant peşəsində işləmiş, 24 oktyabr 1995-ci ildən 34 saylı sexdə kimyəvi təhlil laborantı peşəsində işləmiş, 3 dekabr 1997ci ildən yanacaq istehsalı 2 saylı sahəsinin 701 saylı qurğusunda qazanxana əməliyyatçısı peşəsində işləmiş, 7 yanvar 2008-ci ildən 7 saylı texnoloji sexdə 701 saylı qurğuda (ELOU-AVT-6) qazanxana üzrə texnoloji qurğu operatoru peşəsində işləmiş, 15 iyul 2008-ci ildən 7 saylı texnoloji sexdə 701 saylı qurğuda texnoloji qurğu operatoru peşəsində işləmiş, 8 may 2015-ci ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar işdən azad edilmiş, 3 avqust 2015-ci ildən işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmiş, 1 fevral 2016-cı il tarixdə işsizlik müavinətinin ödənilməsi başa çatmışdır.
4. Heydər Əliyev adına X17 tərəfindən verilmiş 5 may 2016-cı il tarixli arxiv arayışına əsasən, İddiaçı 27 avqust 1990-cı ildən “V.İliç adına Yeni Bakı Neftayırma zavodu”ndan köçürülmə qaydasında “XXİİ qurultay” adına Bakı X15 mühasibatlıq şöbəsində mühasib vəzifəsində işləmiş, 28 dekabr 1992-ci ildən 34 saylı sexdə laborant peşəsində işləmiş, 24 oktyabr 1995-ci ildən 34 saylı sexdə kimyəvi təhlil laborantı p eşəsində işləmiş, 3 dekabr 1997-ci ildən yanacaq istehsalı 2 saylı sahəsinin 701 saylı qurğusunda qazanxana əməliyyatçısı peşəsində işləmiş, 7 yanvar 2008-ci ildən 7 saylı texnoloji sexdə 701 saylı qurğuda (ELOU-AVT-6) qazanxana üzrə texnoloji qurğu operatoru peşəsində işləmiş, xx.xx.2008-ci ildən 7 saylı texnoloji sexdə 701 saylı qurğuda texnoloji qurğu operatoru peşəsində işləmiş, xx.xx.2015-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayının ixtisar edilməsi ilə əlaqədar işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin və göstəricilərin Siyahısı”nın 10.5. Neftin, qazın, q az kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir.
5. Heydər Əliyev adına X17 tərəfindən verilmiş 16 mart 2021-ci il tarixli arayışa əsasən, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2015-ci il tarixədək işlədiyi dövrlərdə zərərli peşə və vəzifələrdə çalışmışdır. Zavod üzrə xx.xx.1997-ci il tarixli, 266/şh saylı əmrdə F. Babayevanın peşəsi qazanxana əməliyyatçısı olaraq təsdiqlənmişdir. xx.xx.1997-xx.xx.2008-ci illər üzrə işlədiyi qazanxana əməliyyatçısı adında peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş siyahıda yoxdur.
6. Heydər Əliyev adına X17 tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş 28 aprel 2 021-ci il tarixli məktubda İddiaçı 3 dekabr 1997-ci il tarixdən xx.xx.2008-ci il tarixinədək “Azərneftyağ” X2 istehsalı üzrə 2 №li sahəsinin 701 saylı texnoloji qurğusunda (atmosfer vakuum qurğusu) işlədiyi qazanxana əməliyyatçısı peşəsinin texnoloji qurğuların operatoru peşəsi ilə eynilik təşkil edib-etməməsi ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin neft sənayesi sahələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”na əsasən qazanxana operatoru peşəsi texnoloji qurğuların operatoru peşəsi ilə heç bir oxşar və ya eyni əmək funksiyalarını yerinə yetirmir.
7. Heydər Əliyev adına X17 tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq verilmiş 28 aprel 2021-ci il tarixli məktuba əsasən, k eçmiş “Azərneftyağ” X2 istehsalı üzrə 25 nömrəli sahəsinin 701 nömrəli ED-AVQ-6 atmosfer vakuum qurğusunun zərərli iş yeri olması ilə bağlı qeyd etmişdir ki, Keçmiş “Azərneftyağ” X2 istehsalı üzrə 25 nömrəli sahəsinin xam neftin ilkin emalı üzrə 701 saylı, ED-AVQ-6 qurğusu 1981-ci ildən istismara verilmiş, 2008-ci ildən isə istismarı dayandırılmışdır. Həmçinin 701 saylı, ED-AVQ-6 qurğusu məhsuldarlığı ******* ton/il olan neftin ilkin emalı qurğusudur. Xam neftin emalı nəticəsində quru qaz, açıq rəngli neft məhsulları (ilkin emal benzini, kerosin distillyatı və dizel yanacağı distillyatı), vakuum qazoyl və qudron istehsal edilmişdir. Xam neft və istehsal edilən neft məhsulları insan orqanizminə təsir dərəcəsinə görə zərərli maddələr kateqoriyasına aid edilir. Texnoloji prosesin mahiyyətini, eyni zamanda istehsal edilən məhsulların xüsusiyyətini nəzərə alaraq bildirilir ki, keçmiş “Azərneftyağ” X2 İstehsalı üzrə 25 nömrəli sahəsinin 701 saylı, ED-AVQ-6 qurğusu zərərli iş yeri hesab olunur. Sorğuya əlavə olaraq, zərərli iş şəraitini təsdiq edən əlavə sənədlər təqdim edilmişdir.
8. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
9. Cavabdeh 25 noyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edildiyini bildirmiş və qeyd etmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə X3 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezide ntinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Mərkəzi filiala təqdim etdiyi 8 iyun 1989-cu il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasında xx.xx.1997-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev” adına Bakı X17nda işlədiyi texnoloji qurğu operatoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ ver ən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qazkondensatı, kömür və şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndində nəzərdə tutulmuşdur. Bu səbəbdən onun güzəştli iş stajı 10 ildən az (6 il 9 ay 23 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
10. İddiaçı 14 dekabr 2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin **********9 nömrəli, 25 noyabr 2020-ci il tarixli imtinasının qanunsuz və əsassız sayılm asını, onun 1983-1984-cü illərdə, 1986-1989cu illərdə aldığı əyani təhsil və 3 avqust 2015-ci ildən 1 fevral 2016-cı ilədək 6 ay müddətində işsizlik müavinəti aldığı müddətlərin sosial sığorta stajına daxil edilməsini, ona pensiya hüququnun yarandığı gündən, yəni 52 yaşının tamam olduğu 16 noyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinin və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə dair cavabdeh orqana müraciət etmişdir. Cavabdehin **********7 nömrəli, 06 iyul 2020-ci il tarixli məktubu ilə onlara təqdim etdiyi sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsi bildirilmişdir. Bundan sonra, o, tələb olunan sənədləri cavabdeh orqana təqdim etmişdir. Cavabdeh **********9 nömrəli, 25 noyabr 2020-ci il tarixli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi, onun güzəştli iş stajının 10 ildən az olması göstərilmişdir. Bu da, onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Qanunda edilmiş dəyişikliyədək 20 ildən çox ümumi əmək stajına malik olmaqla bərabər 10 ildən çox əmək şəraiti zərərli olan işlərdə çalışdığına görə ona 52 yaşında pensiya təyin edilməlidir. İddiaçı xx.xx.1965-ci ildə anadan olmuş, 1983 - 1984-cü illərdə əyani olaraq Bakı 88 №-li şəhər orta texniki peşə məktəbini bitirmiş (1 il), 19861989-cu illərd ə əyani olaraq X13 X8 adına Bakı Neft Texnikumunda neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı ixtisası üzrə tam kursu bitirmiş (3 il), xx.xx.1989cu ildən xx.xx.1990-cı ilədək əmtəə operatoru (1 il, 2 ay, 19 gün, - xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək mühasib (2 il, 4 ay), xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilədək laborant(4 il, 11 ay, 5 gün), xx.xx.1997-ci ildən xx.xx.2015-ci ilədək texnoloji qurğular operatoru (17 il, 5 ay, 5 gün) vəzifələrində işləmişdir. Bundan əlavə, xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək 6 ay müddətinə işsizlik müavinəti almış, bu da sosial sığorta stajına daxil edilməlidir. xx.xx.2017-ci il tarixinədək onun iş stajı 30 il, 4 ay, 29 gün təşkil edir. Həmin 30 il, 04 ay, 29 gün əmək stajının yarıdan çoxu, yəni 18 il, 7 ay, 24 günü ona 52 yaşında güzəştli şə rtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Belə ki, onun xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək işlədiyi əmtəə operatoru (1 il, 2 ay, 19 gün) və xx.xx.1997-ci ildən xx.xx.2015-ci ilədək işlədiyi texnoloji qurğular operatoru (17 il, 5 ay, 5 gün) vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 21300000 Xİİ bölməsində Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalında şifr 2130301a—16081 texnoloji qurğuların operatorları və şifr 2130301a— 16085 əmtəə operatorları vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Eyni zamanda, həmin vəzifələr hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, göstəricilərin Siyahısı»nın 10.5-ci bölməsinin Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalında texnoloji qurğuların operatorları və əmtəə operatorları vəzifələrinə də uyğundur. O, tələb olunan sığorta stajını qanuna edilmiş dəyişikliyədək qazandığına görə, mövcud işə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır.
12. Cavabdeh iddia tələbinə qarşı yazılı et iraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
13. Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli, 2-1(112)-3187/2021 nömrəli qərarı (hakim X1) ilə iddia təmin edilmiş, İddiaçı 1983-1984-cü illərdə, 19861989-cu illərdə aldığı əyani təhsil və 3 avqust 2015-ci ildən 1 fevral 2016-cı ilədək işsizlik müavinəti aldığı müddətlərin sosial sığorta stajına daxil edilməsi, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşdan, yəni 16 noyabr 2017-ci il tarixdən təyin edilməsi və ötən illər üçün pensiya məbləğinin hesablanıb ona ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
14. Birinci instansiya məhkəməsi hesab etmişdir ki: - məhkəmə araşdırması zamanı göndərilmiş sorğulara Heydər Əliyev adına X17 tərəfindən cavab olaraq verilmiş arayış və digər mötəbər sənədlərlə müəyyən edilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin neft sənayesi sahələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”na əsasən qazanxana operatoru peşəsi texnoloji qurğuların operatoru peşəsi ilə heç bir oxşar və ya eyni əmək funksiyalarını yerinə yetirmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı və xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda texnoloji qurğuların operatoru peşəsi mövcud olsa da, qazanxana operatoru peşəsi mövcud deyil. Lakin, iddiaçının xx.xx.1997-ci il tar ixdən xx.xx.2008-ci il tarixədək işlədiyi “Azərneftyağ” X2 istehsalı üzrə 25 nömrəli sahəsinin 701 saylı, EDAVQ-6 qurğusu zərərli iş yeri hesab olunur. 701 saylı, ED-AVQ-6 qurğusu məhsuldarlığı ******* ton/il olan neftin ilkin emalı qurğusudur. Xam neftin emalı nəticəsində quru qaz, açıq rəngli neft məhsulları (ilkin emal benzini, kerosin distillyatı və dizel yanacağı distillyatı), vakuum qazoyl və qudron istehsal edilmişdir. Xam neft və istehsal edilən neft məhsulları insan orqanizminə təsir dərəcəsinə görə zərərli maddələr kateqoriyasına aid edilir. Göründüyü kimi, iddiaçının mübahisəli dövrdə işlədiyi qazanxana operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştl i şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda olmasa da, onun işlədiyi peşənin zərərli peşə olması işdə olan kifayət qədər sübutlarla öz təsdiqini tapır. - Bundan əlavə, məhkəmə iddiaçının tələb olunan sığorta stajını xx.xx.2017-ci il tarixədək yığdığından, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minməmişdən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajını da, işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də, həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Göstərilən mövqe iş materiallarında ola n Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-766/2020 saylı, 17 mart 2020-ci il tarixli qərarında öz əksini tapmışdır. İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi “Azərneftyağ” X2 istehsalı üzrə 25 nömrəli sahəsinin 701 saylı, ED-AVQ-6 qurğusunda qazanxana operatoru peşəsinin zərərli peşə olması və onun ümumi və zərərli iş stajını xx.xx.2017-ci il tarixədək yığması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddiaçı 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Həmçinin iddiaçının təhsil aldığı zaman təhsil müddətinin onun əmək stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyində nəzərdə tutulmuşdur. - Həmçinin iddiaçının onun işsizlik müavinəti aldığı müddətin də, sosial sığorta staj ına əlavə edilməsi tələbi ilə bağlı iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.5-ci maddəsinə əsasən işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət sığorta stajına daxil edilir. Əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, laki n əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir.
15. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci il tarixli, 2-1(103)-219/2022 nömrəli qərarı (hakimlər X4 -sədrlik edən və məruzəçi, X7 və X5) ilə Bakı İnzibati Məhkəməsinin 25 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi i lə razılaşmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində işin halları və müraciətdən imtinanın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin neft sənayesi sahələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”na əsasən qazanxana operatoru peşəsi texnoloji qurğuların operatoru peşəsi ilə oxşar və ya eyni əmək funksiyalarını yerinə yetirmir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə tə sdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda texnoloji qurğuların operatoru peşəsi mövcud olsa da, qazanxana operatoru peşəsi mövcud deyil. kassasiya şikayətinə etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 22. “Əmək pensiyaları haqqında” Qanun(hazırda qüvvədə olan redaksiya) Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların say ına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
23. İnzibati Prosessual Məcəllə Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə ara şdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, form al baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
27. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
28. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
29. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mö vqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
30. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisənin həlli iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2008-ci il tarixinədək qeyd olunan müəssisədə işlədiyi qazanxana əməliyyatçısı və ya operatoru peşəsinin Azərbaycan Respub likası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş texnoloji qurğuların operatoru peşəsinə identikliyinin məhkəmə tərəfindən müəyyən edilməsinə bağlıdır.
31. Məhz bununla bağlı cavabdeh kassasiya şikayətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin neft sənayesi sahələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”na istinadən qeyd etmişdir ki, qazanxana operatoru peşəsinin əmək funksiyaları texnoloji qurğuların operatoru peşəsinin əmək funksiyaları ilə oxşar və eyni deyildir. Bundan başqa, şikayətdə həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı və xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda texnoloji qurğuların operatoru peşəsi nəzərdə tutulsa da, qazanxana operatoru peşəsi nəzərdə tutulmamışdır.
32. Apellyasiya instansiyası məhkəməsinin həmin xüsusatla əlaqədar sorğusuna Heydər Əliyev adına X15 iş materiallarına əlavə olunmuş 15 dekabr 2021-ci il tarixli, SOCAR**********30490075X00179 saylı cavab məktubunda qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin neft sənayesi sahələrinə aid olan “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabçası”na əsasən qazanxana opera toru peşəsi texnoloji qurğuların operatoru peşəsi ilə oxşar və eyni əmək funksiyalarını yerinə yetirmir.
33. X10 adına X15 iş materiallarına əlavə edilmiş 31 yanvar 2022-ci il tarixli, SOCAR**********30490075X00013 saylı məktubunda qeyd edilmişdir ki, mübahisəli dövrdə “qazanxana əməliyyatçısı” peşəsində işləyən iddiaçı “texnoloji qurğuların operatoru” peşəsi ilə eyni funksiyaları yerinə yetirmişdir və qeyd edilən peşə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısı”nın “Neft emalı” sahəsinin 2130301a—16081 kodunda öz əksini tapmışdır.
34. Göründüyü kimi, Heydər Əliyev adına X15 təqdim etdiyi məktublarda iddiaçının işlədiyi qazanxana əməliyyatçısı və ya operatoru peşəsi ilə müvafiq siyahıda nəzərdə tutulmu ş texnoloji qurğuların operatoru peşəsinin eyni əmək funksiyalarına malik olması barədə ziddiyyətli məlumatlar təqdim olunmuşdur. Mübahisənin obyektiv həlli nəinki həmin məlumatlardakı ziddiyyətlərin aradan qaldırılımasını, həm də cavabdehin bununla bağlı dəlillərinin daha ətraflı araşdırılmasını zərurətini yaradır.
35. Bundan başqa, iddiaçının iş materiallarına əlavə olunmuş əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1997-ci ildə Yanacaq istehsalatının 2 nömrəli sahəsinin 701 nömrəli qurğusunun 4-cü dərəcəli qazanxana əməliyyatçısı peşəsinə, xx.xx.2008-ci ildə 7 saylı (texnoloji) sexin 201 saylı (ELOU-AVT-6) qurğusunda 4-cü dərəcəli qazanxana üzrə texnoloji qurğu operatoru peşəsinə, xx.xx.2008-ci ildə 7 saylı (texnoloji) sexin 701 saylı qurğusuna 4-cü dərəcəli texnoloji qurğul arın operatoru peşəsinə təyin edilmişdir. Göründüyü kimi, qeyd olunan mübahisəli xx.xx.1997-ci il tarixdən xx.xx.2008-ci il tarixinədək olan dövr ərzində iddiaçı əvvəlcə 701 nömrəli qurğuya qazanxana əməliyyatçısı, sonra 201 saylı (ELOU-AVT-6) qurğuya qazanxana üzrə texnoloji qurğu operatoru, daha sonra isə 701 saylı qurğuya texnoloji qurğuların operatoru təyin olunmuşdur. Buna baxmayaraq, apelyasiya məhkəməsi tərəfindən 201 (ELOU-AVT-6) saylı qurğu ilə 701 saylı EDAVQ-6 qurğusunun eyni funksional təyinata və texniki xarakteristikaya malik olduğu, eyni və ya oxşar texnoloji prosesləri yerinə yetirdiyi, hər iki qurğunun neftin ilkin emalına bağlı qurğu olduğu və hər iki qurğunun eyni və yaxud müqayisə oluna biləcək dərəcədə zərərli iş yeri olduğu araşdırılmamış, iddiaçının hər iki qurğuda i şlədiyi vəzifənin eyniliyi (uyğunluğu) və zərərli iş yeri olması yoxlanılmamışdır. Hər iki qurğunun yuxarıda qeyd olunan eyni texnoloji xarakteristikaya və parametrlərə malik olduğunun müəyyən edildiyi təqdirdə, 701 nömrəli qurğuya münasibətdə qazanxana əməliyyatçısı peşəsinin, 201 (ELOU-AVT-6) saylı qurğuya münasibətdə qazanxana operatoru peşəsinin nəzərdə tutulub-tutulmadığı, nəzərdə tutulduğu təqdirdə hansı sənədlə nəzərdə tutulduğu, həmin qurğuların zərərli iş yeri olub-olmadığı, eləcə də vəzifə təlimatına əsasən həmin peşələrin funksional məzmunu araşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, məhkəmənin sorğusuna Heydər Əliyev adına X15 iş materiallarına əlavə edilmiş 16 may 2021-ci il tarixli, SOCAR**********30490075X00105 saylı, eləcə də 15 dekabr 2021-ci il tarixli, SOCAR**********304 90075X00179 saylı cavab məktublarında 701 saylı ED-AVQ-6 qurğusunun (ELOU-AVT-6 qurğusunun deyil) xarakteristikası açıqlanmış və həmin qurğu zərərli iş yeri kimi qeyd edilmişdir.
36. Heydər Əliyev adına X15 15 dekabr 2021-ci il tarixli, SOCAR**********30490075X00179 saylı məktubunda qazanxana operatorunun peşə vəzifələrinin açıqlaması verilsə də, məzmun və əmək şəraiti baxımından texnoloji qurğu operatorunun peşə vəzifələrindən əhəmiyyətli şəkildə fərqlənən həmin vəzifələrin 701 nömrəli və 201 saylı ELOU-AVT-6 qurğularına aidiyyəti və funksional cəhətdən həmin qurğulara bağlılığı həmin məktubdan, eləcə də iş üzrə materiallardan aydın olmur. Halbuki, apelyasiya məhkəməsi tərəfindən qazanxana operatorunun həmin məktubda qeyd olunan peşə vəzifələrinin məzmun və əmək şəraiti baxımından texno loji qurğu operatorunun peşə vəzifələrindən əhəmiyyətli şəkildə fərqləndiyi nəzərə alınmalı, ən azından həmin fərqin mübahisənin həllinə təsiri baxımından qazanxana və texnoloji qurğu operatorlarının vəzifə təlimatları tələb edilməli, təlimat əsasında qazanxana operatorunun icra etdiyi peşə vəzifələri, həmin vəzifələrin texnoloji qurğuların operatorunun peşə vəzifələri ilə eyni və ya uyğun olub-olmadığı araşdırılmalı idi.
37. Bundan başqa, “Heydər Əliyev adına Bakı X15 Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli və xx.xx.2004-ci il tarixli, 92 nömrəli qərarlarına əsasən hazırlanmış 24 iyun 2007-ci il tarixli “Zərərli iş şəraitinə görə əlavə məzuniyyət, tarif maaşına əlavə, qısaldılmış iş həftəsi və güzəştli pensiya hüququ verən istehsalat, sex, peşə və vəzifələrin Siyahısı”nd a qazanxana əməliyyatçısı (operatoru) peşəsinin nəzərdə tutulub-tutulmadığı da aydınlaşdırıl-malıdır.
38. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında ifadə etdiyi mövqeyə uyğun olaraq qeyd edir ki, iddiaçının əmək fəaliyyətinə dair məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmasa da, əmək pensiyasının təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.
39. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan ve rməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən edilməlidir.
40. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğ u işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
41. Hazırkı mübahisəyə münasibətdə, vəzifə təlimatına uyğun olaraq iddiaçının əmək fəaliyyətinin (faktiki icra etdiyi vəzifənin, peşənin) "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın neft emalı sahəsinin 2130301a-16081 koduna aid olub-olmadığı müəyyən edilməlidir. Bu məqsədlə aidiyyəti qurumlara, o cümlədən iddiaçının işlədiyi qurumlara əlavə dəqiqləşdirici sorğular göndərilməli, iş yerindən izahlı arayış tələb olunmalı və hə min xüsusatlar müəyyən edilməlidir. Qeyd edilənlər iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir.
42. Qeyd edilənlərdən göründüyü kimi, apellyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. 43. “N. Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutl arın qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (“S. Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
44. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəf indən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
46. Yuxarıda şərh edilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral 2022-ci il tarixli, 21(103)-219/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.