Məhkəmə qərarları › İş №2-1(102)-1150/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1150/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1150/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası, icra olunan funksional vəzifənin (işin) eyniliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyin də Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-114/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1976-cı ildə C. Ə.Dadaşov adına Kirovabad baza inşaat texnikumuna daxil olmuş və 1981-ci ildə “Sənaye və mülki tikintiləri” ixtisası üzrə tam kursu bitirmiş, Dövlət ixtisas komissiyasının xx.xx.1981-ci il tarixli qərarı ilə ona inşaatçı-texn ik ixtisası verilmişdir. O, xx.xx.1977-xx.xx.1979-cu illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir.

2. İddiaçıya məxsus əmək kitabçasında olan məlumatlara görə, iddiaçının xx.xx.2006- cı ilədək əmək fəaliyyəti müddəti xx.xx.1981 – xx.xx.1998 (17 il 2 ay 6 gün), xx.xx.1998 – xx.xx.1999 (1 il 3 ay 7 gün) kimi olmuşdur.

3. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq xx.xx.2022-ci il tarixli məktub ünvanlayaraq ona pensiya təyin edilməsindən imtina etmişdir.

4. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (12 il 2 ay 28 gün (xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1985- xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1997- x x.xx.1998-ci il tarixləri arasındakı dövrlər) təşkil edir.

5. Göyçay “Aqrartikinti” filialının xx.xx.2022-ci il tarixli 08 nömrəli güzəştli arayışına əsasən, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixə kimi daş ustası, inşaat ustası, iş icraçısı və sair vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» nın 29-cu bölməsinin (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) «b» bəndindən görünür ki, tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları güzəştli pensiya hüququ verən vəzifələr sırasına daxil edilmişdir.

6. Dövlət X2 xx.xx.2022-ci il tarixli 50 №-li arayışına əsasən, iddiaçıya Göyçay 8 №-li “Tikinti işlərinin mexanikləşdirilməsi” sahəsində 1993-1998-ci illərdə (may ayınadək) əmək haqqının ödənilmişdir. 7. xx.xx.1997-ci il tarixli sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin uçota alınması haqqında 0573 nömrəli şəhadətnaməyə, xx.xx.2006-cı il tarixədək iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqqı üçün ödənilmiş mədaxil qəbzlərindən və Baş X1 Göyçay rayonu üzrə X1 xx.xx.1999-cu il tarixli 78/1 nömrəli arayışına əsasən, iddiaçı sahibkarlıq fəaliyyətinin pərakəndə ticarət fəaliyyəti növü ilə məşğul olaraq Göyçay rayonu üzrə DVN-də uçota durmuş və xx.xx.2006-cı il tarixədək mütəmadi olaraq məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Bi rinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək kitabçasında, diplomunda, hərbi biletində qeyd edilən sosial sığorta stajı müddətlərinin, həmçinin, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətin nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

10. Cavabdeh iddiaya qarşı təqdi m etdiyi etirazında müraciəti təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmişdir.

11. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1547/2022 saylı 27 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyi qoyulmuşdur.

12. Məhkəmə qeyd etmişdir ki, İddiaçının xx.xx.1997-ci il tarixdən sahibkarlıq fəaliyyəti ilə məşğul olması və xx.xx.2006-cı il tarixədək məcburi dövlət sosial sığorta ödənişlərini mütəmadi olaraq ödəməsi iş materiallarından aşkar görünür. Pensiya təminatında sığortaolunanla ra fərdi hesablar xx.xx.2006-cı il tarixdən açıldığından və vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçot məlumatları əsasında bu tarixdən müəyyənləşdirildiyindən, xx.xx.2006-cı il tarixədək ödənilən məcburi dövlət sosial sığorta haqları nəzərə alınmalı olan iş stajı kimi qəbul edilməlidir. Belə olan iddiaçının 25 ildən artıq ümumi stajının olması müəyyən edilir.

13. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçının xüsusi iş stajına münasibətdə isə, xx.xx.1981- xx.xx.1983-cü illərdə iddiaçı daş ustası, müvəqqəti tikinti ustası, yardımçı iş ustası, V-ci dərəcəli daş usta briqadiri və xx.xx.1985-xx.xx.1998-ci illərdə tikinti ustası vəzifəsində işləmişdir. Qeyd olunan müddət 12 il 6 aydan artıqdır. İşdə olan, güzəştli arayışla iddiaçının işlədiyi sahənin güzəştli pensiya hüq uqu verən vəzifələr sırasına aid olması birmənalı olaraq müəyyən edilir.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 fevral 2023-cü il tarixli, 2-1(107)-114/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1547/2022 saylı 27 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edi lməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iş materiallarına əsasən xx.xx.1981- xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Dövlət Şirkətinin 8 saylı “Tikinti işlərinin mexanikləşdirilməsi” sahəsində işlədiyi qeyd olunmuşdur. Eyni zamanda iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X2 xx.xx.2022-ci il tarixli 50 nömrəli arxiv arayışında 1993- cü ilin aprel, 1995-ci ilin iyun aylarında və xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində ona əməkhaqqı ödənişlərinin olmadığı, eyni zamanda həmin arayışda 1996-cı ilə aid olan əməkhaqqı cədvəllərində İddiaçı adının qeyd olunmadığı müəyyən edilmişdi r. Qeyd olunan dövrlər iddiaçının stajına daxil edilməmiş və onun güzəştli iş stajı 12 il 2 ay 28 gün (xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1985- xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1996-cı il, xx.xx.1997- xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) təşkil etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmi ş tələblərə müvafiq surətdə təyin edilir.

21. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:.... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.

22. Azərbaycan Respublikası Naz irlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”:

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müdd ətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəy işdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİ NİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüq uqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla belə, apelly asiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

31. İddiaçının 25 ildən artıq ümumi sığorta stajına malik olması və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarıdır.

32. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının xüsusi iş stajının 12 il 6 aydan az, yəni 12 il 2 ay 28 gün təşkil etmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1981- xx.xx.1983-cü illərdə iddiaçı daş ustası, müvəqqəti tikinti ustası, yardımçı iş ustası, V dərəcəli daş usta briqadiri və xx.xx.1985-xx.xx.1998-ci illərd ə tikinti ustası vəzifəsində işləmişdir. Qeyd olunan müddət 12 il 6 aydan artıqdır.

34. Belə ki, yuxarıda qeyd edilən, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”ında 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri 2290100b b) rəhbərlər və mütəxəssislər 2290100b—23419 tikinti və quraşdırma işlərinin ustaları 2290100b—24441 kodu ilə nəzərdə tutulan eyni f unksiyaları həyata keçirdiyindən, onun 1 yanvar 2006-cı ilə qədər 12 il 6 aydan çox güzəştli stajının olması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qanunla müəyyən edilmiş yaş həddinə (57 yaş) çatdığından 25 ildə çox ümumi iş stajına o cümlədən işəgötürən tərəfindən 12 il 6 aydan çox əmək şəraiti zərərli olan iş stajına malik olduğundan və onun işlədiyi vəzifə 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda," nəzərdə tutulduğundan və iş yerindən iddiaçının işlədiyi vəzifələrə uyğun arayış təqdim edildiyindən və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləği ndən az olmayan pensiya təminatına imkan verdiyindən onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

36. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər iddiaçı tərəfindən ödənildiyindən o, hazırkı məzmunda tələb irəli sürməkdə haqlı olmuşdur.

37. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 08 oktyabr 2020-ci il tarixli Qərardadına əsasən, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiy a hüququ 01 iyul 2017-ci il tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

38. Ali Məhkəmənin yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 57 yaşının bitdiyi xx.xx.2016-cı il tarixdə yaranmışdır. Bununla belə iş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdeh orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciəti xx.xx.2021-ci il tarixdə daxil olduğundan, ödənilmənin əvvəli müraciətdən əvvəlki üç il nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən hesablanmalıdır.

39. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2019-cu il tarixli, 2-1(102)278/2019 nöm rəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

40. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı məhkəmənin gəldiyi nəticə düzgün və qanunauyğundur.

41. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu baxımdan şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən m əhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(107)-114/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar