Məhkəmə qərarları › İş №2-1(102)-1150/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1150/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1150/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiya ödənilməsi) 13.06.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində yerləşən 100 kv.m sahəsi olan sex və ticarət obyektinin sökülüb genişləndirilən yol layihəsinə daxil edildiyinə görə, həmin ərazinin, həmçinin, sökülmüş sex və ticarət obyektinin qarşılığında onların dəyərinin razıla şdırılmış pul kompensasiyası şəklində ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1141/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ticarət obyektinin yerləşmə sxemi, 19 avqust 2004-cü il tarixli 1809 nömrəli arayış və "xxxx" ASC-nin abunə və uçot haqqında çıxarışını əsas gətirməklə, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində yerləşən 100 kv.m sahəsi olan sex və ticarət obyektinin mülkiyyətində olduğunu bildi rmiş və həmin obyektin sökülüb genişləndirilən yol layihəsinə daxil edilməsinə görə ona kompensasiya ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.

2. Cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, məsələyə aydınlıq gətirilməsi məqsədilə sözügedən əmlak üzərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasını təsdiq edən hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində yerləşən 100 kv.m s ahəsi olan sex və ticarət obyektinin sökülüb genişləndirilən yol layihəsinə daxil edildiyinə görə, həmin ərazinin, həmçinin sökülmüş sex və ticarət obyektinin qarşılığında onların dəyərinin razılaşdırılmış pul kompensasiyası şəklində ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun illərdir ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 2004-cü ildən yaşadığı Abşeron küçəsində (evinin yaxınlığında) 100 kv. metr sahəsi olan sex və ticarət obyekti inşa edərək istifadə etmişdir və həmin sex və ticarət obyekti uzun müddət fəaliyyət göstərmişdir. Lakin Nardaran qəsəbəsində cavabdeh tərəfindən küçə və yolların abadlaşdırılması və genişləndirilməsi istiqamətində işlər aparılarkən, məlumat ı olmadan ona məxsus olan yol kənarında yerləşən həmin sex və ticarət obyekti sökülmüş, sex və ticarət obyektinin yerləşdiyi ərazi genişləndirilən yola daxil edilmişdir. Lakin cavabdeh tərəfindən ona aid sex və ticarət obyektinin qarşılığında və torpaq sahəsinin əvəzində heç bir kompensasiya ödənilməmişdir. Qeyd edilən məsələ ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh imtina cavabı verərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir.

5. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) 29 sentyabr 2022-ci il tarixli, 2-1(112)-6501/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, inzibati iş materiallarında iddiaçıya həqiqətən də hər hansı bir hüquq ilə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Abşeron küçəsində yerləşən torpaq sahəsinin, sexin və ticarət obyektinin məxsus olması barədə hüquqmüəyyənedici sənəd mövcud deyildir, iddiaçı belə sübutların olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi arayışa və yerləşmə sxeminə də tənqidi yanaşaraq qeyd etmişdir ki, arayış 2004-cü il tarixli olmaqla, hal-hazırda hər hansı bir halı təsdiq edən sübut kimi qəbul edilə bilməz.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.P.O ruczadə /sədrlik edən və məruzəçi/, X.A.Məmmədova və R.Ə.Səmədov) 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1141/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

12. İddiaçı kassasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, qeyri-yaşayış sahəsinin sənədləri olmasa da, həmin obyekt faktiki onun istifadəsində olmuş, on a sahiblik etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə

139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.... 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... 15. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 1.1.1. Alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. 1.1.2. Torpaq - mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı, hər hansı tikilinin altında olan və ya olmayan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlakdır (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər). … Maddə

54. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə

80. Dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına aid olan sənədlərin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi (tərtib edilməsi) şəxsə kom pensasiyanın verilməməsi üçün əsas ola bilməz. Hər hansı bir şəxsin torpaq üzərində hər hansı hüquqları ilə bağlı sual və ya mübahisə yarandıqda torpağa sahiblik edən və ya torpaqdan fayda alan şəxs, əksi sübut olunana qədər, bu Qanunun məqsədləri üçün torpağı qanuni tutan şəxs hesab edilir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olun duğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmi n edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

18. Apellyasiya instansiyası məhkəmə sinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qa nunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya kompensasiya ödənilməli olub-olmaması ilə bağ lı lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Məhkəmə kollegiyası kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı ona məxsus olduğunu iddia etdiyi qeyri-yaşayış sahəsinin yol layihəsinin icra sı zamanı sökülməsi səbəbindən kompensasiya ödənilməsindən ibarətdir.

24. İddiaçının tələbinin təmin olunması üçün istinad etdiyi sənədlər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş iddiaçıya ayrılmış ticarət obyektinin yerləşmə sxemi və bununla bağlı 19 avqust 2004-cü il tarixli 1809 nömrəli arayışın surəti və "xxxx" ASC-nin iddiaçının adına olan Abunə və uçot haqqında çıxarışıdır. Qeyd olunan sənədlərin mötəbərliyini təsdiq edən, başqa sözlə, iddiaçının istinad etdiyi sənədlərin verilməsinə əsas olan sənədlər məhkəməyə təqdim edilməmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin obyektiv araşdırılması məqsədilə Nardaran qəsəbə Nümayəndəliyi tərəfindən iddiaçının adına ayrılmış ticarət obyektinin yerləşmə sxeminin və 1 9 avqust 2004-cü il tarixli 1809 saylı arayışın arxivdə saxlanılıb-saxlanılmaması, saxlanılmışdırsa, həmin sxemin və arayışın verilməsinə əsas olan sənədlərin, əhəmiyyətli ola biləcək məlumatların təqdim edilməsi ilə bağlı sorğular verilmiş, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 3-48-2F/2-01916/2023 nömrəli 27 mart 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Nardaran qəsəbə Nümayəndəliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi inzibati ərazi idarəsi üzrə Nümayəndəliyinin 5-18-6/2-230/23 nömrəli 29 mart 2023-cü il tarixli cavab məktubuna əsasən, Nardaran qəsəbə sakini olan iddiaçının adına ticarət obyektinin ayrılması haqqında nümayəndəlikdə heç bir sənəd və mə lumat mövcud deyildir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının İ müavini tərəfindən ünvanlanmış 518/2-965/2023 nömrəli 18 aprel 2023-cü il tarixli cavab məktubunda isə Nardaran qəsəbə Nümayəndəliyi tərəfindən iddiaçının adına ayrılmış ticarət obyektinin yerləşmə sxemi və 19 avqust 2004-cü il tarixli 1809 saylı arayışın verilməsinə əsas olmuş sənədlər barədə İcra Hakimiyyətində məlumat olmadığı bildirilmişdir.

26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, iddiaçı iddia etdiyi əmlaka 2004-cü ildən etibarən faktiki sahibliyinin olduğunu iddia etsə də, bunu təsdiq edəcək heç bir sübut təqdim etməmiş, məhkəmə araşdırması zamanı da sübutlar əldə etmək mümkün olmamışdır. Bu səbəbdən, ona kompensasiyanın ödənilməsindən imtinaya dair cavabdeh inzibati orqanın hərəkətləri qanuni olmuşdur.

27. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-1141/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar