Məhkəmə qərarları › İş №2-1(102)-1151/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1151/2019

02.07.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1151/2019 02.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə Açar sözlər: sosial təminat hüququ ilə bağlı mübahisələr; dövlət qulluqçusunun yaşa görə əmək pensiyası; müvafiq əlavələr nəzərə alınmaqla pensiyanın yenidən hesablanması QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Hüseynov Azər Soltanhəmid oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naz irliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması haqqında iddia tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qərarından cavabdeh şöbə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya dövlət qulluqçusu kimi pensiya hesablanması üçün əsas götürülən dövr üçün ildə üç vəzifə maaşı mislində mükafat, bir vəzifə maaşı həcmində müavinə t, ixtisas dərəcəsinə görə əlavələrin nəzərə alınması, hakimiyyət səlahiyyətinin icrasına görə 15% əlavə haqqın hesablanması və dövlət qulluqçusu kimi pensiya hüququnun yarandığı tarixdən pensiyanın yenidən hesablanması və yaranmış fərqin ona birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh şöbəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakim H.Babayeva; iş No 2-1(82)-4191/2018) iddia tələbinin qismən təmin edilməsi; il ərzində vəzifə maaşının 3 misli məbləğində mükafat, ildə bir dəfə vəzifə maaşı həcmində verilən müavinət və hakimiyyəti səlahiyyətlərinin icrasına görə 15% əlavə nəzərə alınmaqla iddiaçıya 15.09.2006-cı il tarixdən dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiy ası məbləğinin təyin edildiyi tarixdən etibarən yenidən hesablanması və hesablama zamanı yaranacaq məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi; qalan hissədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən C.Yusifov, hakimlər V.Ağayev və A.Nuriyeva; iş № 2-1(103)2976/18) cavabdeh şöbə tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarı ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasınd an xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi işə baxarkən iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək maddi və prosessual hüquq normalarını pozmuşdur, nəticədə əsassız və qanunsuz qərar qəbul olunmuşdur. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə cavabdeh şöbənin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərində n məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı qismən ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiy a məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı 08.08.1944-cü il tarixdə anadan olmuşdur. O, 15.09.2006-cı il tarixdən pensiyaya çıxmışdır. İddiaçının pensiyası təyin edilərkən, onun əmək kitabçasında qeyd olunan 28.09.1981 - 18.05.1988-ci il tarixlərdə (6 il 7 ay 20 gün) Cəbrayıl XDS İcraiyyə Komitəsinin sədri vəzifəsində işləməsi nəzərə alınmamışdır. İddiaçı ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün cavabdeh şöbəyə müraciət etmişdir. Lakin həmin inzibati orqanın iddiaçıya ünvanlaıdığı 17.09.2018-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etməklə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.11.1-ci maddəsinə əsasən, dövlət qulluğu vəzifəsində azı 15 il əmək stajı olan şəxslərin ə mək pensiyalarının üzərinə qulluq stajına görə əlavənin hesablanması nəzərdə tutulmuşdur. Qanunun 20.1.7-ci maddəsinə görə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyas ına əlavələr təyin edilir. Lakin iddiaçının 28.09.1981-ci il tarixdən 18.05.1988-ci il tarixədək dövlət qulluğu stajı cəmi 6 il 7 ay 20 gün təşkil edir. Bu səbəbdən də əmək pensiyasının üzərində qulluq stajına görə əlavənin hesablanması mümkün deyildir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçı dövlət qulluğuna aid vəzifələrdə çalışmış, bu vəzifələrdə onun 6 il 7 ay 20 gün əmək stajı yaranmışdır; cavabdeh şöbə həmin müddətin iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsinə kifayət olmadığına dair dəllillər gətirsə də, iddiaçının həmin növ pensiyanı almaq hüququ 15.09.2006-cı il tarixdə yarandığından qeyd edilən müddət ona dövlət qullu ğu pensiyasının təyin edilməsi üçün kifayətdir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 20.11-ci maddəsinin həmin dövrə aid redaksiyasına əsasən, bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə – dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili ü çün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla. Belə olan halda, iddiaçı dövlət qulluqçusu kimi, əmək pensiyasının təyin edilməsi və əmək haqqında baş verən artımlarla əlaqədar yenidən hesablanması hüquququna malikdir. Apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının yuxarıda qeyd edilən pensiyası yenidən hesablanarkən, ildə 1 dəfə vəzifə maaşı həcmində verilən müavinət və hakimiyyəti səlahiyyətlərinin icrasına görə 15% əlavə nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçuları üçün bəzi təminatlar haqqında” 23.10.2003-cü il tarixli Fərmanı ilə müəyyən edilmişdir ki, 2003-cü il 1 yanvar tarixindən dövlət qulluqçusuna növbəti məzuniyyətə çıxdıqda bir aylıq vəzifə maaşı həcmində müavinət verilir v ə bu müavinət dövlət qulluqçularına hər il işlədiyi mərkəzi icra hakimiyyəti orqanı tərəfindən ödənilir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin “«Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı»nın və “Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə» 20 iyun 2008-ci il 776 saylı Fərmanının 2-ci bəndinə əsasən, hakimiyyət səlahiyyətlərinin icrasına görə dövlət qulluqçularına vəzifə maaşının 15 faizi həcmində əlavə haqq ödənilməsi nəzərdə tutulmuşdur. Lakin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya məhkəməsi hakimiyyət səlahiyyətlərinin icrasına görə iddiaçıya əlavə haqqın hesablanmasını cavabdeh şöbəyə həvalə etsə də, bu əlavənin hesablanmasını isitnad olunan Fərmanın qüvvəyə mindiyi 20 iyun 200 8-ci il tarixdən deyil, iddiaçının pensiya hüququ yarandığı 15.09.2006-cı il tarixdən təyin etmişdirki, bu da yolverilməzdir. Digər tərəfdən araşdırılan qərardan görünür ki, apellyasiya instansiya məhkəməsi iddiaçıya pensiyası yenidən hesablanarkən il ərzində vəzifə maaşının 3 misli məbləğində mükafatın da nəzərə alınmasını cavabdeh şöbəyə həvalə etmiş və bu zaman Azərbaycan Respublikası Prezidentinin digər, 07 fevral 2005-ci il tarixli 194 nömrəli Fərmanına istinad etmişdir. Belə\ ki, həmin Fərmanla təsdiq olunmuş “Dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 2-ci bəndinə əsasən, pensiya təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məcmusu əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların 12-ci bəndinə müvafiq olaraq dövlət qulluqçularının əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibinə mükafatlar və digər əlavələr onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayışlar əsasında mövcüd qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən yuxarıda qeyd edilən Qaydalarda qeyd olunmuş arayışın təqdim edilməməsini müəyyən etsə də, belə hesab etmişdir ki, iddiaçının dövlət qulluğu vəzifəsində işlədiyi Cəbrayıl rayonu ərazisi işğal altında olması, habelə, iddiaçının əmək kitabçasının qeydlərinə əsasən, dövlət mükafatlarına layiq görülməsi nəzərə alınmaqla, onun pensiyisında dövlət qulluqçularına ödənilən 3 qat mükafat da hesablanmalıdır. Lakin məhkəmə kollegiyası qeyd edir ki, bu hissdə apellyasiya instansiya məhkəməsinin qərarı yanlışdır, həmin məhkəmə maddi hüquq rnormalarının imperativ göstərişinə riyayət etməmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin qərarında yuxarıda qeyd edilən hallara kifayət qədər diqqət yetirilməmişdir; nəticədə qismən əsassız və qanunsuz qərar qəbul olnmuşdur. Eyni zamanda işin yenidən araşdırlmasına hər hansı zərurət yaranmır. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağ lı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları qismən düzgün tətbiq olunmamış, qərarın qismən ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmışdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının qismən ləğv edilməsi üçün əsa slı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qərarı qismən, ildə 3 vəzifə maaşı mislində mükafat nəzərə alınmaqla pensiyanın yenidən hesablanması hissəsində ləğv edilməli; hakimiyyəti səlahiyyətlərinin icrasına görə 15% əlavə nəzərə alınmaqla 15.09.2006-cı il tarixdən hesablanması hissəsində “15.09.2006-cı il” sözləri “20.06.2008ci il” sözləri ilə əvəz edilməli; qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət S osial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 dekabr 2018-ci il tarixli qərarı qismən, ildə 3 vəzifə maaşı mislində mükafat nəzərə alınmaqla pensiyanın yenidən hesablanması hissəsində ləğv edilsin; hakimiyyəti səlahiyyətlərinin icrasına görə 15% əlavə nəzərə alınmaqla 15.09.2006-cı il tarixdən hesablanması hissəsində “15.09.2006-cı il” sözləri “20.06.2008-ci il” sözləri ilə əvəz edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar