Məhkəmə qərarları › İş №2-1(102)-1151/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1151/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1151/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Zərdab rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 63.5 yaşına çatmış kişiyə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Cavabdehnə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zərdab rayon filialı) qarşı “yaşa görə əmək pensiyasının hesablanıb v erilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 02 aprel tarixli, 2-1(107)152/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının hesablanıb verilməsini xahiş etmişdir.

2. Cavabdeh bir neçə məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtina məktublarında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin (bu yaş hədd: 2017-ci ilin iyulun 1dən başlayaraq 2021-cı ilin iyulun 1-dək hər il 6 ay artırılır) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır. 2018-cı il 1 iyul tarixdən kişilərin pensiya yaş həddi 64 yaş müəyyən edilmişdir. Həmin Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi hesabının sığorta hissəsində 2018-ci il 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2020-cı illərdə bu Qanunun 7-cı maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci i ldən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 25 dekabr tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1954-cü il 17 sentyabr tarixdə Zərdab rayonunda anadan olmuşdur. 1964-cü ilin əvvəlindən 1996-ci ilədək tam 27 il Zərdab rayonunun “Şirvan” kolxozunda işləmişdir. İş stajı nəzərə alınmaqla əmək pensiyası ilə əlaqədar iddiaçı ona pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçıya pensiya təyin edilməsind ən imtina etmişdir. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı özünün məhkəməyə təqdim etdiyi iddia ərizəsində bildirmişdir ki, 1969-1973 və 1975-1996-cı illərdə Zərdab rayon Şirvan kolxozunda əmək fəaliyyəti ilə məşğul olmaqla ümumilikdə 25 il sığorta stajı toplamışdır. Lakin iddiaçının iddia tələbi ilə bağlı hüquqi əsas mövcud deyil. Belə ki, iddiaçının adına heç vaxt əmək kitabçası olmamış və bununla bağlı heç bir instansiya qarşısında tələb irəli sürməmişdir. Halbuki, işçinin əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən əsas sənəd onun əmək kitabçasıdır. Bundan əlavə Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş 2018-ci il 26 aprel tarixli arxiv arayışında olduqca ziddiyyətli məqamlar aşkar edilmişdir. Belə ki, arxiv arayışında 1969, 1970, 1973-cü illər qrafasının qeyd hissəsində iddiaçının adı deyil, Mamedov x yazılmışdır. 1971, 1972, 1975, 1976, 1977, 1978, 1979, 1985, 1987-ci illər qrafasının qeyd hissəsində İddiaçı adı deyil, x yazılmışdır. 1981 və 1983-cü illər qrafasının qeyd hissəsində İddiaçı (x), 1984 və 1986-cı illər qrafasının qeyd hissəsində x (x) yazılmışdır. Bütün bu faktlar həmin arxiv arayışının etibarlılığına əsaslı şübhələr yaratmışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli, 2-1(116)-512/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh arxiv arayışında iddiaçının ad və soyadının bəzi illər üzrə fərqli qeyd edildiyini əsas gətirərək arayışda qeyd edilənlərə şübhə ilə yanaşaraq onu nəzərə almamışdır. Ancaq iş materiallarında olan məhkəmə qətnaməsindən də göründüyü kimi arxiv arayışında qeyd olunan şəxslə hazırkı iş üzrə iddiaçının eyni şəxs olması faktı öz təsdiqini tapmışdır. İddiaçının arxiv arayışına görə 23 il 02 ay sığorta stajı olması müəyyən edilmiş olur. Həmçinin iddiaçının 10 ay 6 gün təhsil müddətini də əlavə etdikdə onun cəmi sığorta stajı (23 il 02 ay + 10 ay 6 gün = 24 il 6 gün) 24 il 06 gün təşkil edir. İddiaçıdan tələb olunan 25 il sığorta müddəti tamamlanmamışdır. Lakin məhkəmə qeyd edir ki, iddiaçının pensiya hüququ 2018-ci il 17 mart tarixdə yaranmış, 2018-ci il 01 yanvar tarixdən 2018-ci ildə pensiya təyin edilməsi üçün tələb olunan pensiya kapitalı 16742,88 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının cəmi 24 il 6 gün sosial sığorta stajı müəyyən olunur ki, bu da tələb olunan 16742,88 manat pensiya kapitalı məbləğini tamamlamış olur. İddiaçıdan tələb olunan 25 il sosial sığorta stajı tamamlanmasa da, tələb olunan pensiya kapitalı kifayət etdiyindən iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 02 aprel tarixli, 2-1(107)-152/2021 nömrəli qərarı il ə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 10 dekabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə iddiaçının sosial siğorta stajını hesablayarkən onun 1971-1972-ci illərdə Şirvan kolxozunda işlədiyi dövrü sosial siğorta stajına daxil etmişdir. H albuki, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Komitəsi tərəfindən verilmiş 53 nömrəli attestata əsasən iddiaçı 1971-ci il 01 sentyabr tarixdən 1972-ci il 01 iyul tarixədək Mir Bəşir adına 31 nömrəli peşə texniki məktəbində təhsil almışdır. Təhsil illəri ilə onun 1971-1972-ci illərdə Şirvan kolxozunda işlədiyi dövr üst-üstə düşdüyündən təhsil illəri sosial siğorta stajı hesablanarkən nəzərə alına bilməz. Odur ki, Zərdab rayon Dövlət Arxivi tərəfindən verilmiş 2018-ci il 26 aprel tarixli arxiv arayışına əsasən iddiaçının 23 il 6 ay sosial siğorta stajı mövcuddur. İddiaçının yetərincə sosial siğorta stajı mövcud deyilsə, onun pensiya kapitalı hesablanır. Belə ki, iddiaçının yaşa görə pensiya hüququ 2018-ci il 18 mart tarixdə yaranmışdır. Həmin tarix üçün 16742.88 manat pensi ya kapitalı tələb olunurdu. Lakin iddiaçının 16250.81 manat pensiya kapitalı mövcuddur. Odur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan şərtlərdən yalnız birinə cavab verir. İddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün nə kifayət qədər sosial siğorta stajı, nə də ki kifayət qədər pensiya kapitalı mövcuddur. Məhkəmələr qərar qəbul edərkən bunları nəzərə almamışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

14. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmi ş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 27.1. Sığortaolunanların (ə mək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırı lmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Maddə 29.1. Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

16. İPM: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq ape llyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımda n lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

20. İddiaçının 1954-cü il sentyabrın 19-da doğulduğu nəzərə alındıqda, onun 63 yaş 6 ayının tamam olduğu 2018-ci il 19 mart tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır.

21. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hiss əsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.

22. İddiaçının 1969-1996-cı illərdə Zərdab rayonun “Şirvan” kolxozunda işlədiyi arxiv arayışı ilə təsdiq olunur.

23. İddiaçının peşə təhsili (1 sentyabr 1971 – 7 iyul 1972-ci il) və arayışda qeyd edilən iş dövrləri nəzərə alınmaqla, onun 24 il 6 gün sığorta stajının olduğu müəyyən edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçının 25 il sığorta stajı olmasa da, “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə uyğun olaraq iddiaçının 2006-cı il yanvarın 1-dək qazanmış olduğu pensiya hüququ (24 il 6 gün iş stajı) pensiya kapitalına çevrilməklə onun fərdi hesabının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınmalı olan pensiya kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən 2018-ci il 1 yanvar tarixədək indeksləşdirilməsi ilə yaranan məbləğ nəzərə alındıqda, iddiaçının əmək pensiyasının məbləği qanunla müəyyən edilmiş əmək pensiyasının minimum məbləğindən az olmayan miqdar təşkil edir.

25. Şikayətin əsas dəlillərindən biri ondan ibarətdir ki, məhkəmə iddiaçının sosial siğorta stajını hesablayarkən onun 1971-1972-ci illərdə Şirvan kolxozunda işlədiyi dövrü sosial siğorta stajına daxil etmişdir. Halbuki, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Komitəsi tərəfindən verilmiş 53 nömrəli attestata əsasən iddi açı 1971-ci il 01 sentyabr tarixdən 1972-ci il 01 iyul tarixədək Mir Bəşir adına 31 nömrəli peşə texniki məktəbində təhsil almışdır. Təhsil illəri ilə onun 1971-1972-ci illərdə Şirvan kolxozunda işlədiyi dövr üst-üstə düşdüyündən təhsil illəri sosial siğorta stajı hesablanarkən nəzərə alına bilməz.

26. Məhkəmə kollegiyası şikayətin həmin dəlilini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Belə ki, cavabdehin də qeyd etdiyi kimi, iddiaçı 1971-ci il 1 sentyabr tarixdən 1972-ci il 7 iyul tarixədək təhsildə olmuşdur. Başqa sözlə, onun 1971-ci ildə 31 avqustadək və 1972-ci ildə 7 iyuldan sonra kolxozda işləməsi istisna edilmir. Digər tərəfdən, arayışdakı məlumatların doğruluğu cavabdehin nümayəndələrinin də iştirakı ilə tərtib edilmiş aktla təsdiq olunmuş dur. 27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarında təsbit olunmuş əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yaşa görə əmək pensiyası növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər qeyd edilmişdir. Həmin sənədlər sırasında arxiv arayışının təqdim edilməsi istisna edilmir.

28. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

29. İddiaçının təqdim etdiyi məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

30. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 2 aprel tarixli, 21(107)-152/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar