Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1151/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1985-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ( üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X20 üzrə Baş İdarəsi) “qərarın ləğv edilməsi və həmin qərar əsasında tətbiq edilmiş maliyyə sanksiyasının silinməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2022-ci il tarixli, 2-1(105)-170/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 üzrə Baş İdarəsinin 14 oktyabr 2020ci il tarixli, **********9003 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikasının Əmək Mə cəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi üçün 14 oktyabr 2020-ci il tarixdən 12 noyabr 2020-ci il tarixədək (12 noyabr 2020-ci il tarixi də daxil olmaqla) iddiaçıya məxsus mebel sexində operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmışdır.
2. Keçirilmiş yoxlama zamanı həmin obyektdə 8 nəfər fiziki şəxsin, yəni X17, X11, X12, X4, X13, X15, X2 və X1 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi barədə akt tərtib edilmişdir. Bundan sonra cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 20 oktyabr 2020-ci il tarixli, **********9831 nömrəli qərarla İddiaçı Azərbaycan R espublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
3. İddiaçı 16 noyabr 2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 20 oktyabr 2020-ci il tarixli, **********9831 nömrəli qərarının ləğv edilməsini və həmin qərar əsasında tətbiq edilmiş 16000 manat məbləğində maliyyə sanksiyasının silinməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, operativ vergi nəza rəti həyata keçirilən obyekt mebel sexi kimi fəaliyyət göstərir və operativ vergi nəzarəti həyata keçirilən zaman həmin obyekt ilə bağlı rəsmiləşdirmələr, o cümlədən işçilərin əmək müqaviləsinin elektron hökumət portalında qeydə alınması vergi orqanlarında digər vergi ödəyicisi - X7 adı və VÖEN-i üzərindən həyata keçirilmişdir. İddiaçı isə VÖEN açdıqdan sonra həmin təsərrüfat subyektini vergi orqanında öz adına uçota aldırmaqdan ötrü obyektin mülkiyyətçisi ilə icarə müqaviləsi bağlayaraq uçota alınması məqsədilə vergi orqanına müraciət edəcəkdi. Həmin müraciətləri müsbət həll olunduqdan sonra X18 ilə işçilər arasında bağlanmış əmək müqavilələrinə xitam verib, öz adına qeydə aldıracaqdı. Lakin vergi orqanı operativ vergi nəzarəti zamanı bu halı, yəni işçilərin həmin vaxt X18 ilə əmək müqavi ləsi bağladıqlarını, həmin müqavilələrin elektron hökumət portalına daxil edildiyini və həmin işçilər ilə bağlı müvafiq icbari ödənişlərin və hesabatların təqdim edildiyini nəzərə almamışdır. Vergi ödəyicisinə maliyyə sanksiyası o halda tətbiq edilir ki, həmin vergi ödəyicisi fiziki şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaratmış olsun. Vergi orqanı tərəfindən tərtib edilmiş 14 oktyabr 2020-ci il tarixli akta əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərlə - X17, X11, X12, X4, X13, X15, X3, X2 ilə əmək müqaviləsi bağlanmış, həmin müqavilələr ilə bağlı məlumatlar elektron hökumət portalına daxil edilmiş və həmin işçilər ilə bağlı icbari ödənişlər (məcburi dövlət sosial sığorta haqları, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi) tam həcmdə ödənilmişdir. Bu isə o deməkdir ki, iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsi üzrə maliyyə sanksiyasının tətbiq edilməsi üçün hüquqi əsas mövcud olmamışdır. Belə ki, aktda adları qeyd olunan şəxslər ilə iddiaçı arasında əmək müqaviləsi mövcud olmasa da, həmin şəxslərin gəlirləri gizlədilməmiş və qanunla müəyyən edilmiş vergi və digər icbari ödənişlər dövlət büdcəsinə ödənilmişdir.
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, cavabdehin 14 oktyabr 2020-ci il tarixli, **********9003 nömrəli qərarına əsasən iddiaçının fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 54 2-ci Alatava ünvanında yerləşən taxt a sexində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə 14 oktyabr 2020-ci il tarixdə operativ vergi nəzarəti həyata keçirilmişdir. Nəzarət tədbiri zamanı taxta sexində əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş və qanun pozuntusu faktı İddiaçı iştirakı ilə akt tərtib edilməklə rəsmiləşdirilmişdir. Aşkar edilmiş qanun pozuntusu ilə əlaqədar olaraq iddiaçı yoxlamaya təqdim etdiyi izahatında 1 oktyabr 2020 -ci il tarixdən taxta sexini icarəyə götürdüyünü, işə cəlb edilmiş 8 nəfər fiziki şəxslə əvvəlki sahibkar Elvin Paşayev tərəfindən fərdi əmək müqavilələrinin bağlanıldığını, həmin şəxslərlə öz adından fərdi əmək müqavilələrinin bağlanmasını təmin edəcəyini bildirmişdir. Eyni zamanda işə cəlb edilmiş 8 nəfər fiziki şəxslər yoxlamaya təqdim etdikləri izahatlarında müvafiq əmək haqqı müqabilində 1 oktyabr 2020-ci il tarixdən taxta sexində işlədiklərini, onlarla yazılı fərdi əmək müqaviləsi bağlanmadığını qeyd etmişlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmə k müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İddiaçı əmək qanunvericiliyinin qeyd edilən tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 8 fiziki şəxsi işə cəlb etmişdir. Həmin fiziki şəxslərin əvvəlki fərd i sahibkar X18 ilə fərdi əmək müqaviləsi bağlamalarına və müvafiq hökumət portalında qeydiyyatda olmalarına gəldikdə isə bildirilməlidir ki, X18 taxta sexində fəaliyyət göstərmədiyinə və həmin işçiləri ona məxsus digər obyektdə işə cəlb etmədiyinə görə fərdi əmək müqavilələrinə xitam verilmiş hesab edilir, yeni sahibkarla fərdi əmək müqaviləsi bağlanıldıqdan və həmin müqavilələr elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edildikdən, əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hü quqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi, iddiaçı tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həyata keçirilmiş və qanun pozuntusuna yol verildiyinə görə barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 22 oktyabr 2020-ci il tarixli, **********9831 nömrəli qərar qəbul edilmişdir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 5 may 2021-ci il tarixli, 2-1(118)-500/2021 saylı qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 üzrə Baş İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyul 2021-ci il tarixli, 2-1(118)-500/2021 nömrəli qərarı (hakim: X19) ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericiliyin tələblərinə zidd olaraq iddiaçı əmək qanunvericiliyinin qeyd edilən tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 8 fiziki şəxsi işə cəlb etmişdir. Vergi ödəyicisi yoxlama zamanı izahat vermiş, əmək müqaviləsi qüvvəyə minmədən işçilərə nağd qaydada əmək haqqı ödədiyini etiraf etmişdir. M əhkəmə prosesi gedişində də iddiaçı tərəf yoxlama dövründə bir gün ərzində təqdim edə biləcəkləri sənədlərin mövcudluğunu bildirməmiş, bu barədə sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan işçilərin digər əmək müqavilələri olub-olmamasından asılı olmayaraq Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi əsası yaranır. Belə ki, işçilərə faktiki olaraq işə cəlb edilmiş və iddiaçı olan vergi ödəyicisi tərəfindən onlara əmək haqqı ödənilmiş, konkret olaraq bu əmək haqları ilə bağlı məlumat müvafiq dövlət qurumlarından gizlədilmiş, yalnız yoxlama zamanı müəyyən olunmuşdur.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mar t 2022-ci il tarixli, 2-1(105)-170/2022 nömrəli qərarı (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X16 və X22) ilə Sumqayıt İnzibati Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, operativ vergi nəzarəti zamanı izahatları alınmış 8 nəfər şəxsin hər biri mebel sexində iddiaçı ilə əmək müqaviləsi bağlamadan müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. Göründüyü kimi, cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər 8 işçiyə münasibətdə mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, iddiaçı ondan asılı olmayan, iradəsindən kənar səbəblərə görə işə cəlb etdiyi 7 nəfər fiziki şəxs ilə bağlanmış əmək müqavilələri barədə məlumatları elektron informasiya sisteminə daxil etmək imkanı olmamışdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının istinad etdiyi hal onun iradəsindən kənar baş verən hal deyildir. Belə ki, Əmək Məcəlləsinin 3, 7 və 49-cu maddələrinə əsasən işçinin əmək münasibəti əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə, işəgötürənin elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı yol verilməzdir. X 26 Xidmətinin Bakı şəhəri X20 üzrə Baş İdarəsi tərəfindən verilən nəzarətinin həyata keçirilməsi haqqında qərarda yoxlamanın keçirilməsi üçün 30 gün müddət təyin edilsə də yoxlamanın hökmən 30 gün davam etməsi göstərilməmişdir. Qərarda operativ vergi nəzarətinin 14 oktyabr 2020-ci il tarixdən 12 noyabr 2020-ci il tarixədək həyata keçirilməsi nəzarətin həmin müddət aralığında keçirilib başa çatmasını nəzərdə tutur. Yəni, bu müddət 1 gündən 30 günə qədər ola bilər.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayə tdə qeyd edilmişdir ki, vergi orqanı tərəfindən 14 oktyabr 2020-ci il tarixdə iddiaçıya məxsus obyektdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edildiyi aşkar edilmiş 7 nəfər fiziki şəxsin həmin tarixdə başqa bir işəgötürən - X18 (VÖEN **********) ilə bağlanmış və hüquqi qüvvəyə minmiş aktiv əmək müqavilələri mövcud olmuş və həmin əmək müqavilələrinə xitam verilməsi ilə bağlı elektron informasiya sistemində hər hansı məlumat olmamışdir. Bu isə dolayısı ilə o deməkdir ki, iddiaçının ondan asılı olmayan, iradəsindən kənar səbəblərə görə işə cəlb etdiyi 7 nəfər fiziki şəxs ilə bağlanmış əmək müqavilələri barədə məlumatları elektron informasiya sisteminə daxil etmək imkanı olmamışdır. 7 nəfər fiziki şəxs ilə bağlanmış əmək müqav ilələrinin elektron informasiya sisteminə daxil edilməməsində iddiaçının hər hansı təqsiri olmamışdır. Məhkəmənin “iddiaçının işçilərə əvvəlki mülkiyyətçi ilə bağlanmış əmək müqavilələrinə xitam verilməsini təklif etməli, müqavilələrə xitam verildikdən sonra isə özü həmin şəxslərlə yeni əmək müqavilələri bağlamalı olması” barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının əvvəlki mülkiyyətçi X14 əmək müqavilələrinə xitam verilməsi ilə bağlı məlumatların elektron informasiya sisteminə daxil etməsi ilə bağlı hər hansı göstəriş vermək və ya hər hansı məcburedici tədbirlər görmək hüququ olmamış, eləcə də qanunvericilikdə iddiaçının belə bir öhdəliyi təsbit edilməmişdir. Bundan başqa, qanunvericilikdə 7 nəfər fiziki şəxsin onlarla bağlanmış əmək müqavilələrinə birtərəfli qaydada elektr on informasiya sistemində xitam vermək səlahiyyətləri nəzərdə tutulmamışdır. Bu səlahiyyət sadəcə əvvəlki mülkiyyətçi X9 olmuş, sonuncu isə çoxsaylı təkidlərdən sonra həmin əmək müqavilələrinə xitam verilməsi ilə bağlı məlumatı 26 fevral 2021-ci il tarixdə elektron informasiya sisteminə daxil etmişdir. Məhkəmənin iddiaçının əvvəlki mülkiyyətçi ilə bağlanmış əmək müqavilələrinə xitam verildikdən sonra həmin şəxslərlə yeni əmək müqavilələri bağlamalı olması barədə dəlilinə münasibətdə qeyd edilməlidir ki, əvvəlki işəgötürənin səhlənkarlığı nəticəsində əmək müqavilələrinə xitam verilməsi ilə bağlı məlumatın elektron informasiya sisteminə daxil edilməməsi və ya gec daxil edilməsi işçilərin yeni işəgötürəndən tərəfindən işə cəlb edilməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, bu hal həmin işçilərin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində nəzərdə tutulmuş əmək hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir.
14. Məhkəmənin Dövlət Vergi Xidmətinin Bakı şəhəri X20 üzrə Baş İdarəsi tərəfindən verilən nəzarətinin həyata keçirilməsi haqqında qərarda yoxlamanın keçirilməsi üçün 30 gün müddət təyin edilsə də yoxlamanın hökmən 30 gün davam etməsi göstərilməməsi barədə mövqeyinə münasibətdə bildirilməlidir ki, iddiaçının dəlili yoxlamanın 30 gün davam etməsi ilə bağlı deyil, sənədlərin təqdim edilməsi ilə bağlı verilmiş tələbnamədə nəzərdə tutulan 1 iş günü müddətinin gözlənilməməsi barədə olmuşdur. Belə ki, Vergi Məcəlləsinin 42.1-ci maddəsinə əsasən iddiaçı tələb olunan sənədləri 1 iş günü ərzində təqdim edə biləcəyi halda, vergi orqanı həmin müddəti gözləmədən nəzarət tədbirini yekunlaşdırmışdır. Halbuki, iddiaçı həmin 1 iş günü ərzində cavabdeh vergi orqanına 7 nəfər fiziki şəxslə əvvəlki mülkiyyətçi arasında bağlanmış əmək müqavilələrini təqdim edərək təqsirsizliyini sübuta yetirə bilərdi. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Cavabdeh və üçüncü şəxs kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əm təə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır:... 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;... Maddə 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmə t göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddə 150.1. Aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar:... 150.1.2. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən sahibkarlar və xüsusi notariuslar;... 150.1.7. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstə rdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar. Maddə 150.2 Bu Məcəllənin 150.1-ci maddəsində göstərilən şəxslər verginin tutulması və büdcəyə köçürülməsi üçün cavabdehdirlər. Vergi məbləği tutulmursa və ya tutulmuş vergi büdcəyə köçürülmürsə, gəliri ödəyən hüquqi şəxslər və sahibkarlar tutulmamış və ya köçürülməmiş verginin məbləğini, həmçinin müvafiq faizləri və sanksiyaları büdcəyə ödəməyə borcludurlar.
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar...
8. İş yeri — işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer.
9. Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə ) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu. Maddə
7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi...
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə
43. Əmək müqaviləsinin məzmunu...
2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atası nın adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); Maddə
49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
18. İnzibati Prosessual Məcəllə: Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. Avropa İnsan Hüq uqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiy ası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin d əlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətində istinad etdiyi hallar onun iradəsindən kənar baş verən hal deyildir. Belə ki, Əmək Məcəlləsinin 3, 7 və 49-cu maddələrinə əsasən işçinin əmək münasibəti əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə, işəgötürənin elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı yol verilməzdir.
26. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, X18 işəgötürən kimi göstərilmək lə X17, X11, X12, X13, X15, X2 ilə 1 aprel 2020-ci il tarixdə, X4 ilə isə 9 may 2020-ci il tarixdə əmək müqaviləsi bağlamış, iddiaçı isə 1 oktyabr 2020-ci il tarixində həmin müəssisəyə dair icarə müqaviləsi bağlamaqla mebel sexi kimi fəaliyyət göstərmişdir.
27. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı həmin tarixdən adları çəkilən şəxslərin icarəyə götürdüyü obyektdə əmək fəaliyyətinin davam etməsini arzu etdiyi təqdirdə, işçilərə əvvəlki mülkiyyətçi ilə bağlanmış əmək müqavilələrinə xitam verilməsini təklif etməli, müqavilələrə xitam verildikdən sonra isə özü həmin şəxslərlə yeni əmək müqavilələri bağlamalı idi. Lakin, iddiaçı bu hərəkətləri həyata keçirməmiş və qeyd olunan hərəkətləri üzrlü səbəbdən yerinə yetirmədiyinə dair heç bir sübut təqdim etməmişdi r. Bu baxımdan məhkəmə kollegiyası iddiaçının ondan asılı olmayan, iradəsindən kənar səbəblərə görə işə cəlb etdiyi şəxslərlə bağlanmış əmək müqavilələri barədə məlumatları elektron informasiya sisteminə daxil etmək imkanı olmadığı dəlilini əsassız hesab edir.
28. Əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlansa da, həmin müqavilə müvafiq elektron informasiya sistemində qeydiyyatdan keçdikdən sonra və bu barədə işəgötürənə məlumat daxil olduqdan sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsi bildirişinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin vəzifəsi kimi müəyyən olunmuşdur. İşin araşdırılmış halları ilə 8 nəfərin Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidm ətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur
29. Göründüyü kimi, İPM-in 14.1-ci maddəsinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf olaraq cavabdeh 20 oktyabr 2020-ci il tarixli, **********9831 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2022-ci il tarixli, 2-1(105)-170/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassa siya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 mart 2022-ci il tarixli, 2-1(105)-170/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.