Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1151/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi, güzəştli iş stajı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabel iyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi elektrik montyoru, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək növbə rəisi vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə iş stajına daxil edilməklə ona hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)108/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İd diaçı ərizə ilə cavabdehə müraciət edərək, hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
2. Cavabdeh **********0 saylı, 24 iyun 2022-ci il tarixli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində (24) fəhlələr yarımbəndində (a) qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə elektrik montyorları peşəsi, rəhbərlər və mütəxəssislər yarımbəndində (b) qazanxana, turbin (buxar-qaz turbini), qazan turbin tozhazırlama və yanacaqötürmə sexlərinin növbə rəisləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC "xxxx" MMC-nin iddiaçıya dair 28 mart 2022-ci il tarixli 07-27 nömrəli arayışında iddiaçının xx.xx.1997-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin Elektrik sexində elektrik montyoru, xx.xx.2001-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində növbətçi elektrik montyoru və xx.xx.2011-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində növbə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi İddiaçı işlədiyi Elektrik sexi yuxarıda qeyd olunan siyahı üzrə müəyyən edilmiş qazanxana, turbin (buxar-qaz turbi ni), turbin tozhazırlama və yanacaqötürmə sexlərinə və qazanxana turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə aid deyil. Bundan başqa onun işlədiyi növbətçi elektrik montyoru vəzifəsi yuxarıda qeyd olunan qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müra ciət edərək, xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi elektrik montyoru, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək növbə rəisi vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1961-ci ildə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1980-ci ildə “Lenin” adına Neftqazçıxarma idarəsində başlamışdır. Bu idarədə əmək fəaliyyətinə başlayana qədər Bakıda 71 saylı peşə məktəbində peşə təhsili almışdır. xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş sovet ordusunda hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1982-ci ildə “Lenin” adına neftqazçıxarma idarəsində prokat remont sexinə 3-cü qrup elektrik montyoru kimi işə qəbul olunmuş və xx.xx.1984-cü ildə ali məktəbə qəbul olunduğuna görə öz ərizəsi ilə işdən azad olunmuşdur. 1983-cü ildə 4-cü dərəcəli elektrik montyoru verilmişdir. xx.xx.1984-cü ildə Lenin rayonu işıqlanma idarəsinə 3-cü dərəcəli elektrik montyoru kimi işə qəbul olunmuş və xx.xx.1989-cu ildə öz ərizəsi ilə işdən azad olunmuşdur. 1984-1989-cu ildə Azərbaycan neft və kimya institutunda elektrik mühəndisi ixtisası üzrə təhsil almışdır. xx.xx.1989-cu ildə 2 saylı Aqrar tikinti quraşdırma trestinin 5 saylı səyyar mexaniki dəstəsinə 3- cü dərəcəli elektrik montyoru kimi işə qəbul olunmuşdur. xx.xx.1991-ci ildə 6-cı dərəcəli elektrik quraşdırıcısı iş icraçısı vəzifəsinə keçirilmiş və xx.xx.1993-cü ildə Mingəçevir şəhər elektrik şəbəkənin məktubuna əsasən işdən azad olunmuşdur. xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Mingəçevir elektrik şəbəkəsində işləmişdir. xx.xx.1997-ci ildə Azərbaycan DRES elektrik sexinə 5-ci qrup elektrik stansiyasının elektrik avadanlıqlarının xidmət edən elektrik montyoru vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1997-ci il tarixə elektrik sexində növbətçi elektrik montyoru vəzifəsində 6-cı qrup verilmişdir. xx.xx.2001-ci ildə elektrik sexində növbətçi elektrik montyoru vəzifəsində 7-ci qrup verilmişdir. xx.xx.2011-ci il tarixdə elektrik sexinin əməliyyat heyətində növbə rəisi vəzifəsinə keç irilmiş və xx.xx.2021-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. xx.xx.2021-ci il tarixdə "xxxx" ASC "Qarabağ REŞ MMC”nin “Füzuli” yarım-stansiyasına rəis vəzifəsinə təyin edilmiş və hal hazırda da həmin vəzifədə işləyir. İddia ərizəsinə əlavə etdiyi işin xarakteri haqqında arayışda da qeyd edilmişdir ki, iddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək və xx.xx.2011ci il tarixdən xx.xx.2001-ci il tarixədək zərərİi sahədə 8 saatlıq iş günü ərzində 3-4-cü sinif təhlükəli sahə gərginliyi, səs-küy, titrəmə, havanın hərəkət surəti, iş yerində havanın temperaturu, əməyin ağırlığı, əsəb, emosional və intellektual gərginlik olması faktorları mövcud olan şəraitdə işləmişdir. İş şəraiti ağır və zərərli olduğuna görə xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 12%-i, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçıya aylıq məvacibinin 8%-i məbləğində əlavə əmək haqqı ödənilmiş, əmək məzuniyyətinə əlavə olaraq məzuniyyət günü əlavə edilmişdir.
5. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir.
6. Şəki İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(116)-1883/2022 saylı qərarı ilə (hakim: F.S.İsmayılzadə) iddia təmin edilmiş, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək elektrik montyoru, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək növbə rəisi vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə iş stajına daxil edilməklə hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə hesablanıb öd ənilməsi öhdəliyi cavabdeh üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi elektrik stansiyasının elektrik avadanlıqlarına xidmət edən elektrik montyoru vəzifəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının 2 nömrəli siyahısının 13-cü bölməsinin “a” bəndində vəzifə koduna (kod ******* a-18455) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndində, qazanxana, turb in (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin xüsusiyyətlərinə uyğundur. Həmin vəzifədə iş stajı 14 il 10 ay 05 gün təşkil edir. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. Beləliklə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə təsbit edilmiş hər üç tələbə cavab verməsi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötə bərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.
8. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-108/2023 nömrəli iş üzrə 02 fevral 2023-cü il tarixli qərarı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və G.İ.Cavadova) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(116)-1883/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe).
11. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Şikayətdə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na və İnzibati Prosessual Məcəllənin 90.1 94.1 və 96.9- cu maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
13. Belə ki, iddiaçının işlədiyi elektrik sexi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş siyahı üzrə müəyyən edilmiş qazanxana, turbin (buxar-qaz turbini), turbin tozhazırlama və yanacaqötürmə sexlərinə və qazanxana turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığı və onların işini təmin edən ölçü vasitələri və avtomatikası xidmət sahəsinə aid deyil. Bundan başqa iddiaçının işlədiyi növbətçi elektrik montyoru vəzifəsi yuxarıda qeyd olunan qazanxana qurğusunun, turbin və yanacaqötürmə avadanlığının yerləşdiyi yerlərdə, kabel tunelləri və qanovlarındakı işlərdə daim məşğul olan kabel xətl ərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiy a hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Maddə 67.İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixti sasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə
69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: (xx.xx.2022ci il tarixədək qüvvədə olan redaksiya) Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti or qanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrə li qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları» Bənd 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Bənd 4.1.9 Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Bənd 4.1.10 Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; Bənd 4.1.11 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci i lin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir.
19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə Bənd
2. Pensiyanın təyin edilməsi üçün növlər üzrə aşağıdakı sənədlər də təqdim edilməlidir:... 2.4. Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1. şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı;
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə müb ahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Madd ə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KAS SASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə tərkibi hesab edir ki, cavabdehin şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. İş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Apelyasiya instansiyası məhkəməsi iddia tələbini əsaslı hesab edərək iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, cavabdeh isə apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qərardan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətində iddiaçın ın güzəştli iş stajı mübahisələndirilir.
26. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir və bununla bağlı mövqeyini aşağıdakı kimi əsaslandırır.
27. Kişi cinsinə mənsub şəxsin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır:
1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı (hazırki işdə iddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuş və xx.xx.2021-ci ildə 60 yaşını tamamlamışdır. )
2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 12 il 6 ay olmalı
3. Ümumi iş stajı minimum 25 il olmalıdır.
28. İş materiallarından da göründüyü kimi cavabdeh iddiaçının yaşı və ümumi iş stajını mübahisələndirmir. Y əni, cavabdeh iddiaçının 25 il ümumi sosial sığorta stajının olduğunu qəbul edir.
29. Cavabdehin yeganə mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Cavabdeh qeyd edir ki, iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçı tələb edilən 12 il 6 ay güzəştli stajı tamamlamır.
30. Məhkəmə tərkibi iş materiallarındakı müvafiq materiallara və qanunvericilik normalarına istinad edərək kassatorun arqumentinin əsassız olduğunu hesab edir.
31. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə görə, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
32. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 07-06 nömrəli “İşin xarakteri haqqında” arayışda qeyd olunur ki, iddiaçı xx.xx.1997-ci il tarixdə Azərbaycan Dövlət Rayon X1 sexinə Əməliyyat heyətinə (öyrənən) V-qrup elektrik stansiyasının elektrik avadanlıqlarına xidmət edən elektrik montyoru vəzifəsin ə (Mingəçevir şəhər elektrik şəbəkəsindən köçürmə yolu ilə) işə qəbul edilmişdir (Əmr 36, xx.xx.1997). xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək həmin sexdə Əməliyyat heyətində (Vl-qrup) növbətçi elektrik montyoru vəzifəsində işləmişdir. (Əmr 75/k, xx.xx.1997) xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixədək həmin sexdə Əməliyyat heyətində (Vll-qrup) növbətçi elektrik montyoru vəzifəsində işləmişdir. (Əmr 368/K,xx.xx.2001) xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Elektrik sexinin Əməliyyat heyətində növbə rəisi vəzifəsində işləmişdir. (Əmr277/Ş, 09.12 2011) xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. (Əmr 267/Ş, xx.xx.2021) İd diaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək və xx.xx.2011-cı il tarixdən xx.xx.2001-ci il tarixədək zərərli sahədə 8 saatlıq iş günü ərzində 3-4-cü sinif təhlükəli, səs-küy, titrəmə, havanın hərəkət surəti, iş yerində havanın temperaturu, CO-2 karbon qazı, əməyin ağırlığı, yeknəsəkliyi, (monotonluğu) əsəb, emosional və intellektual gərginlik olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün ona xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 12% və xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aylıq məvacibinin 08% miqdarında əlavə əmək haqqı ödənilmiş və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir.
33. İddiaçı işlədiyi illər ərzində xx.xx.1997-ci il tarixdən xx. xx.2011-ci il tarixədək elektrik stansiyasının elektrik avadanlıqlarına xidmət edən elektrik montyoru vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının 2 nömrəli siyahısının 13-cü bölməsinin “a” bəndinə (kodu2140000 a-18455) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin a) yarımbəndində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektri k montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinin xüsusiyyətlərinə uyğundur. Həmin vəzifədə iş stajı 14 il, 10 ay 05 gündür.
34. Bundan əlavə xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası "xxxx" ASC Azərbaycan İstilik Elektrik Stansiyası” MMC tərəfindən verilmiş “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışda işlədiyi vəzifə üzrə iddiaçının sosial sığorta stajının 14 il 10 ay 5 gün qeyd olunmuş, vəzifə kodu xx.xx.2007-ci il tarixli AR NK Qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü bəndinin a yarımbəndinə uyğun olduğu göstərilmişdir. (2140000a-18455 kodu əlavə olaraq arayışa yazılmışdır).
35. Eləcə də "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 07-78 nömrəli “istehsalat fəaliyyəti haqqında” arayışında qeyd olunur ki, İddiaçı (təvəllüdü xx.xx.1 961-ci il) "xxxx" MMC-nin Elektrik sexində aşağıdakı sahə və vəzifələrdə işləmişdir: xx.xx.1997-ci il tarixdən xx.xx.1997-ci il tarixədək bloklarda (bloklar Qazan-Turbin sexində yerləşir) Əməliyyat heyətində V qrup elektrik montyoru vəzifəsində, V qrup elektrik montyoru kimi QazanTurbin sexinin, Kimya sexinin, Yanacaq-Nəqliyyat sexinin 0,4 kV elektrik avadanlıqlarının istismarı, təmiri, sınağı, ölçmə işlərini yerinə yetirmişdir. Göstərilən elektrik avadanlıqları uyğun sexlərin daxilində yerləşir. Bundan əlavə İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X3 330/500 kV-da Vİ qrup növbətçi elektrik montyoru vəzifəsində, xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixədək X3 330/500 kV-da Vİİ qrup növbətçi elektrik montyoru vəzifəsində Vİ, Vİİ qrup elektrik montyoru kimi X3 330/500 kVda bütün elektrik avadanlıqlarının istismarı, təmiri, sınağı, ölçmə işlərini yerinə yetirmişdir. xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Elektrik sexinin, Əməliyyat heyətində növbə rəisi vəzifəsində işləmişdir. Elektrik sexinin, Əməliyyat heyətinin növbə rəisi kimi elektrik stansiyasının 0,22/0,4/6/20/35/330/500 kV elektrik avadanlıqlarının istismarı, təmiri, sınağı, ölçmə işlərini yerinə yetirmişdir. Göstərilən gərginlikli elektrik avadanlıqları Qazan-Turbin sexində, Kimya sexində, Yanacaq-Nəqliyyat sexində, X2 X3 330/500 kV-da yerləşir. Zərərli iş şəraitində işlədiyinə görə İddiaçı işlədiyi illər ərzində xx.xx.1997-ci il tarixdən xx.xx.2011-ci il tarixədək elektrik montyoru kimi aylıq məvacibinin 12% miqdarında, xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək növbə rəisi kimi 08% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 təqvim günü əlavə məzuniyyət günü verilmişdir.
36. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, arayışlarda göstərilənlər iddiaçıya məxsus ******* nömrəli əmək kitabçası ilə də təsdiq edilir. Belə ki, əmək kitabçasında əsasən iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək “Lenin” adına neftqazçıxarma idarəsində prokat remont sexinə 3-cü qrup elektrik montyoru (xx.xx.1983-cü ildə 4-cü dərəcə verilmişdir); xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək Lenin rayonu işıqlanma idarəsində 3-cü dərəcəli elektrik montyoru; xx.xx.1989-cu ildən ildə 2 saylı Aqrar tikinti quraşdırma trestinin 5 saylı səyyar mexaniki dəstəsinə 3-cü dərəcəli el ektrik montyoru kimi işə qəbul olunmuşdur. xx.xx.1991-ci ildə 6-cı dərəcəli elektrik quraşdırıcısı iş icraçısı vəzifəsinə keçirilmiş və xx.xx.1993-cü ildə Mingəçevir şəhər elektrik şəbəkənin 115/17 nömrəli məktubuna əsasən köçürmə yolu ilə işdən azad olunmuşdur; xx.xx.1993-cü ildən Azərbaycan DRESS sahəsinə köçürmə yolu ilə növbətçi dispetçer işinə qəbul edilmişdir; xx.xx.1993-cü ildə 110/35/6 kV-luq şəhər yarımstansiyasına növbətçi dispetçer təyin edilmişdir; xx.xx.1997-ci ildə Azərbaycan DRES-ə köçürmə yolu ilə işdən azad edilmişdir; xx.xx.1997-ci ildən xx.xx.1997-ci il tarixədək bloklarda (bloklar Qazan-Turbin sexində yerləşir) Əməliyyat heyətində V qrup elektrik montyoru vəzifəsində; xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X3 330/500 kV-da Vİ qrup növbətçi elektrik montyor u vəzifəsində; xx.xx.2001-ci il tarixdən xx.xx.2011-ci il tarixədək həmin sexdə Əməliyyat heyətində (Vll-qrup) növbətçi elektrik montyoru vəzifəsində; xx.xx.2011-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Elektrik sexinin Əməliyyat heyətində növbə rəisi vəzifəsində işləmişdir; xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2021-ci ildən hal-hazıradək "xxxx" MMC-nin 110/35/10 kV-luq “Füzuli” yarımstansiyasında rəis vəzifəsində işləyir.
37. Beləliklə, iddiaçı xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajını tamamladığından, yəni tələb edilən hər iki şərt - ümumi və xüsusi (güzəştli) iş stajı ona münasibətdə ödənildiyindən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən onun 60 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
38. Məhkəmə tərkibi hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-108/2023 saylı iş üzrə 02 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən sax