Məhkəmə qərarları › İş №2-1(102)-1151/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1151/2025

24.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1151/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh X1 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənəvi ziyanın ödənilməsi və şikayətlərin araşdırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X1 Xidmətinin Bakı şəhər İdarəsinə qarşı “xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli şikayətlərini araşdırmaqdan əsassız olaraq imtina etdiyinə görə cavabdeh tərəfindən 10000 manat mənəvi ziyanın ödənilməsi, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli şikayətlərinin araşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3480/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ünvan 1 ünvanında yerləşən “Sonalar Sonası” şadlıq sarayında işçilərin əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir.

2. X1 Xidmətinin Bakı şəhər İdarəsi müraciətə cavab olaraq xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubla bildirmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasının ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 01 yanvar 2023-cü il tarixədək dayandırıldığından müraciətdə qeyd edilən əmək qanunvericiliyinə dair məsələlər üzrə yerində araşdırma aparmaq mümkün deyildir.

3. İddiaçının təkrar müraciətinə cavab olaraq X1 Xidmətinin Bakı şəhər İdarəsi xx.xx.2023-cü il tarixli, 3-17-5/2-N-3663/2023 nömrəli məktubla bildirmişdir ki, bundan əvvəl Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı **********5 nömrəli xx.xx.2022-ci il tarixli müraciətinə DƏMX-nin Bakı şəhər İdarəsində baxılmış və **********4 nömrəli xx.xx.2022-ci il tarixli məktubla müvafiq qaydada cavablandırılmışdır (ona göndərilmiş cavab məktubu və göndərilən məktubların x x.xx.2022-ci il tarixli reyestrindən çıxarış məlumat üçün məktuba əlavə olunmuşdur). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli şikayətlərini araşdırmaqdan əsassız olaraq imtina etdiyinə görə cavabdeh tərəfindən 10000 manat mənəvi ziyanın ödənilməsi, xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli şikayətlərinin araşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “Sonalar Sonası” şadlıq evinin adminstratoru İmdat adlı şəxslə “Xan” zalında toy mərasi mi razılaşdırılmışdır. Razılaşmaya görə menyuda qeyd edilən qəlyanaltı, isti yeməklər, içkilər, təbii şirələr və desert toya dəvət olunmuş qonaqlara limitsiz olaraq verilməli və bunun əvəzində onlar şadlıq evinə hər adam başına 45 azn (musiqi ansamblı, müğənnilər, zalın bəzədilməsi, divikom çəkiliş və bəy-gəlin maşını daxil olmamaqla) pul ödəməyi öz üzərinə götürmüşlər. Toya bir gün qalmış məlum olmuşdur ki, musiqiçilər və furşet masası üçün də əlavə olaraq 900 manat, qonaqların sayı 350 adamdan az olduğuna görə hər adam başına 47 manat (müğənnilər, zalın bəzədilməsi, divikom çəkiliş və bəy gəlin maşını daxil olmamaqla) ödəmək lazımdır. Toy zamanı məlum olmuşdur ki, bu işdə cavabdeh olan şəxs İmdat nəinki menyuda qeyd edilən yeməkləri limitsiz verir, heç menyuda qeyd edilən yeməkləri bel ə verməmişdir. Xidmətin çox zəif olmasının üstünün açılmasına səbəb 11-ci masada oturan qonaqlardan gələn şikayət olmuşdur. Bundan sonra o, nəzarəti gücləndirərək bütün masalardan hansı yeməklərin verilib-verilməməsi ilə maraqlanmış və məlum olmuşdur ki, menyuda qeyd edilən quzu qolu, bel tini, göbələk, külləmə kartof, balıq kababı və aş qara qonaqlara təqdim edilmir, təqdim edilsə də, pərakəndə şəkildə çox az miqdarda verilmişdir. Şəxsən özü ofisiantdan heç olmasa bu stola balıq kababının verilməsini xahiş etmiş, ofisiant isə ona mətbəxdən balıq kababının verilmədiyini bildirmişdir. Bu çatışmazlıqlar barədə dəfələrlə İmdata xəbərdarlıq etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. O, sonda nəzərdə tutulmuş pulu ona ödəməyəcəyini bildirsə də, İmdat istədiyi pulu alacağını, əgər pul ödənilməzsə video diski pozmaqla onu təhdid etmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə nazirliyin qaynar xəttinə zəng edərək, xx.xx.2022-ci il tarixədək, ünvan 3 ünvanında yerləşən “Sonalar Sonası” şadlıq evində neçə adamın əmək müqaviləsi ilə işləməsinin araşdırılması üçün həmin ünvanda yerləşən şadlıq evində yoxlamanın aparılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli cavab məktubunda Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların 01 yanvar 2023-cü il tarixinədək dayandırıldığını bildirmişdir. O, xx.xx.2023-cü il tarixində yenidən müraciət etmiş, cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, onun bundan əvvəlki müraciətinə cavab verilmişdir. Sonuncu cavabdan da göründüyü kimi, cavabdehin bu şikayəti araşdırmaq məqsəd i yoxdur. Cavabdeh qanunu düzgün tətbiq etmədiyindən və əsaslı şikayətini araşdırmaqdan imtina etdiyinə görə ona mənəvi ziyan vurmuşdur. Mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı cavabdehə xx.xx.2023-cü il tarixində rəsmi müraciət etsə də çox təəssüf ki, ərizəsinə cavabdeh tərəfindən rəsmi cavab verilməmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 02 iyul 2024-cü il tarixli 2-1(112)1596/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh orqana yazılı surətdə müraciət edərək, şadlıq evində neçə adamın əmək müqaviləsi ilə işləməsinin araşdırılması üçün şadlıq evində yoxlamanın aparılmasını xahiş etmiş, sonuncu tərəfindən onun müraciəti cavablandırılaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların 01 yanvar 2023-cü il tarixədək dayandırıldığı üçün müraciətdə qeyd edilən əmək qanunvericiliyinə dair məsələlər üzrə yerində araşdırma aparmaq mümkün olmadığının bildirilməsi nəticəsində ona mənəvi ziyanın vurulduğunu iddia edərək, vurulmuş mənəvi ziyanın əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulan hüquqlardan biri də müraciət etmək hüququdur. Belə ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə, fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər kəsin fikir və söz azadlığı, habelə qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət h ər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Göründüyü kimi, hər kəsin öz işgüzar nüfuzunu müdafiə etmək hüququ ilə yanaşı, fikir və söz azadlığı, habelə vətəndaşın öz hüquqlarını və azadlıqlarını müdafiə etmək üçün dövlət orqanlarına müraciət etmək hüququ da konstitusion səviyyədə tanınır və onlara təminat verilir. Odur ki, konkret mübahisədə tərəflərin istinad etdiyi bu hüquqlar bir-biri ilə toqquşduqda məhkəmə həmin hüquqların hədlərini və məhdudlaşdırılma əsaslarını dəqiq müəyyən etməlidir. Bu zaman nəzərə alınmalıdır ki, hüququn məhdudlaşdırılmasına yalnız qanunla nəzərdə tutulduqda, qanuni məqsəd daşıdıqda və bu məqsədə mütənasib (demokratik cəmiyyətdə zəruri) olduqda haqq qazandırmaq olar. Belə olan təqdirdə, dövlət orqanına başqa şəxsin ona qarşı törətdiyi güm an olunan qanunsuz əməli barədə məlumat vermiş vətəndaşın şikayətinə görə sonuncunun mülki məsuliyyətə cəlb edilməsi məsələsində işgüzar nüfuzunu müdafiə hüququ - fikir və söz azadlığı - dövlət orqanlarına müraciət hüququnun düzgün tarazlığına nail olunmalıdır. Belə ki, vətəndaşın şikayəti üzrə aparılan araşdırma nəticəsində onun bildirdiklərinin sübuta yetməməsi mümkündür. Lakin bu hal konkret və mötəbər sübutlara malik olmayan vətəndaşın məruz qaldığı fərz olunan əməl barədə dövlətə məlumat vermək hüququnu əlindən almamalıdır. Çünki, vətəndaşın üzərinə düşən öhdəlik dövlət orqanına dürüst və vicdanlı məlumat vermək, əgər varsa, bu barədə sübutlar təqdim etməkdən ibarətdir. Həmin fakt üzrə tam və hərtərəfli araşdırma aparmaq, qanunsuz hərəkəti sübuta yetirmək isə dövlət orqanının vəzifə sidir. Digər tərəfdən, vətəndaşın narazı qaldığı əməllə bağlı əlindəki sübutların yetərliliyinə qiymət vermək səlahiyyəti yoxdur. Bu səlahiyyət dövlət orqanına aiddir. Ona görə də, müraciətin sübutayetənlik baxımından uğursuz olacağına görə sonradan qarşı tərəfin iddiası ilə təqib edilmək qorxusu vətəndaşın dövlət orqanına müraciət etmək hüququnu böyük həcmdə məhdudlaşdırmaqla, onu xəyali hüquq səviyyəsinə endirmiş olardı. Belə yanaşma, insan və vətəndaş hüquqlarını və azadlıqlarını təmin etməyi dövlətin ali məqsədi kimi bəyan edən Azərbaycan Respublikasının Konstitusiyasına zidd olmaqla, dövlətin bu sahədəki pozitiv öhdəliklərinin icrası ilə də bir araya sığmır. Bu mənada, məhkəmə xüsusilə vurğulayır ki, dövlət orqanına edilmiş müraciətin qanuni hədlər çərçivəsində olubolmaması hər bir iş in konkret hallarından asılı olaraq məhkəmə tərəfindən qiymətləndirilməli, müraciətin nədən qaynaqlanması, tərəflər arasında narazılığın meydana gəlməsinə səbəb ola biləcək real münasibətin mövcudluğu, şikayətin məzmun etibarilə bu münasibətə uyğun və bildirilən narazılıqla əlaqəli olması, o cümlədən müraciətdə yer alan məlumatların digər şəxsə yönəlmiş açıq-aşkar əsassız və böhtan xarakterli olması, onun şərəf və ləyaqətini ləkələmək məqsədini güdməsi, baş vermə şəraiti, vaxtı, yeri, iştirakçıları və digər şərtləri, hadisələr obyektiv qiymətləndirildikdə məlumatın inandırıcılığı, işlədilən ifadələrin mahiyyətcə qiymətləndirici rəy, tənqid, yoxsa təhqir məzmununda olması, müraciətin aidiyyəti dövlət qurumuna göndərilməsi, yəni həmin qurum tərəfindən şikayətə baxılmasında müraciət edənin əs aslı mənafeyinin və gözləntisinin olması, yoxsa belə mənafe olmadan yalnız şəxsi cəmiyyətdə gözdən salmaq niyyətinin güdülməsi və sair kimi hallar mütləq dəyərləndirilməlidir. O da nəzərə alınmalıdır ki, vətəndaş şikayətində məruz qaldığı qanunsuz əməl və ya onu törətmiş şəxs barəsində narazılığını və ya hiddətini, hətta emosional, yaxud şişirdilmiş şəkildə (incidici fikirlər, qıcıqlandırıcı bənzətmələr, atalar sözləri, tarixdən misallar, ədəbi əsərlərdən hissələr və sair) ifadə edə bilər. Belə ifadələr müstəqil mənası baxımından deyil, müraciətin ümumi kontekstində qiymətləndirildikdə yolverilən hesab oluna bilər. Məsələyə fikir azadlığı və müraciət hüququ aspektində baxdıqda onu da qəbul etmək lazımdır ki, haqlı və əsaslı tənqidə münasibətdə ağlabatan dərəcədə dözümlülük nümayiş etdirilm əlidir. Məhkəmə qeyd edilənləri ümumiləşdirərək bu qənaətə gəlir ki, şəxsin dövlət orqanlarına müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından haqlı bir mənafe çərçivəsində və qanuni hədlərdə (başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan) istifadə etməsi Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan “hüquqa zidlik” əlamətini aradan qaldıran hal kimi qiymətləndirilməlidir. Başqa sözlə, şəxs bu azadlığından qanunvericiliyə uyğun qaydada özünün pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti orqana müraciət edirsə, belə hərəkət hüquqa uyğun sayılır.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana ünvanlanmış müraciətində qeyd olunmuş əsaslarla hər hansı obyektdə yoxlamaların keçirilməsi sonuncunun əsasnaməsində nəzərdə tutulmadığından və cavabd eh orqan tərəfindən iddiaçının müraciəti qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırıldığından, beləliklə də qeyd olunan hərəkətlər nəticəsində iddiaçıya mənəvi ziyanın vurulması müəyyən olunmadığından hazırki iddia sübuta yetirilmiş hesab oluna bilməz. Odur ki, iddia rədd edilməlidir.

10. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, E.Ə.Əliyev və X.A.Cəmilova) 29 oktyabr 2024-cü il tarixli, 2- 1(103)-3480/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanı lmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

14. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, məhkəmə qərarlarına əsasən belə bir nəticəyə gəlmək olar ki, bu günə kimi cavabdehin öz əsasnaməsindən xəbəri yoxdur. Deməli, sahibkarlıq sahəsində yoxlama aparılan yoxlamaların dayandırılması haqqında qanun olmasa idi, onlar gedib qanunsuz yoxlama aparacaqdılar. Əgər cavabdeh, ona mahiyyəti üzrə əsaslı cavab vermiş olsaydı, bu qədər əziyyət çəkməz və məhkəmələrdə vaxt itirməzdi. Hesab edir ki, bu ziddiyyətli cavab əsasında cavabdeh təşkilat ona maddi və mənəvi ziyan vurmuşdur. İddiaçı olaraq ilkin marağı, bir vicdanlı vətəndaş olaraq dövlətin iqtisadi maraqlarını qorumaq, əmək müqaviləsi olmadan işçi işlədən əsassız mənfəət əldə edən sahibkarı ifşa etmək və qanunamüvafiq qaydada cəzalandırılması, bunun müqabilində dövlət büdcəsinə küllü miqdarda nəzərdə tutulmayan vəsaitin ödənilməsinə nail olmaqdır. Bir vətəndaş olaraq hüquqları vardır. Bu hüquqlarının qorunması və bərpası digər hakimiyyət orqanları ilə yanaşı, məhkəmə hakimiyyəti tərəfindən də qorunmalıdır. İşin hallarından göründüyü kimi, xx.xx.2022-ci il və xx.xx.2023cü il tarixdə X1 Xidmətinin Bakı şəhər İdarəsinə 28 oktyabr 2022-ci il tarixədək ünvan 3 ünvanında yerləşən "Sonalar Sonası" şadlıq evində neçə adamın əmək müqaviləsi ilə işlədiyini araşdırılması üçün şadlıq evində yoxlamanın aparılmasını xahiş etmiş, şikayəti cavabdeh tərəfindən tam araşdırılmamış. Cavabdeh şablon cavab verməklə kifayətlənmişlər. Cavabdeh təşkilatın məhkəmədə olan işlə bağlı hər hansı bir etiraz yazmaması, onlara qarşı vermiş olduğu iddianın qanuni və əsaslı olmasının sübutudur və cavabdehin onun iddiasını qəbul etməsi kimi məhkəmə tərəfindən qiymətləndirilməli idi. Məhkəməyə təqdim etdiyi sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmamışdır. Bu da İPM-nin 58.7-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə yalnız ümumi qaydada, mülki işlərə baxılmasına dair ümumi tələbləri müəyyən edən prosessual normalara istinad etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.... Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlak ına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.... Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir....

17. Azərbaycan Respublikasının İnziba ti Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsas landırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edil ən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSA SİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir C əfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya mənəvi ziyanın ödənilməli və şikayətinin araşdırılmalı olubolmaması ilə bağlı lazımi qaydada araşdırma aparmışdır.

25. Məhkəmə bununla bağlı istinad etdiyi sübut ları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Kassasiya dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq onu qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddia tələbi ilə məhkəməyə hər hansı mülahizə və etiraz təqdim edilməməsi iddianın əsaslı olması və ya cavabdehin iddianı qəbul etməsi kimi qiymətləndirilə bilməz. Cavabdehin mülahizə və ya etiraz bildirib-bi lməməsindən asılı olmayaraq iddianın hüquqi əsası və təqdim edilmiş sübutlar məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə uyğun qaydada araşdırılır və hüquqi qiymət verilir. Hazırkı işə baxan aşağı instansiya məhkəmələri də qanunvericilin qeyd edilən tələblərinə əməl edilmişdir.

27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3480/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar