Məhkəmə qərarları › İş №2-1(102)-1152/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1152/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1152/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı XXX İddiaçıt Birliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1152/19 Bakı şəhəri 24 aprel 2019-cu il 24.04.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddiaçı XXX İddiaçıt Birliyinin vəkili Vəkil, üçüncü şəxs XXXun nümayəndəsi X2nın iştirakları ilə, iddiaçı XXX İddiaçıt Birliyinin nümayəndəsi Vəkil tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 noyabr 2018-ci il tar ixli, 2-1(103)2826/2018 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı XXX İddiaçıt Birliyi (bundan sonra mətndə iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra mətndə cavabdeh) və üçüncü şəxs XXXa (bundan sonra mətndə üçüncü şəxs) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 iyun 1999-cu il tarixli, 632 nömrəli sərəncamın ləğv edilməsi barədə barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Ə.C.Əmirov adına NQÇİ-nin neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəyə ayrılmış torpaq sahəsi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ə.C.Əmirov adına NQÇİ-nin 3 saylı neft və qaz çıxarma sahəsində mədən ərazisinin bir hissəsi cavabdehin 07 iyun 1999-cu il t arixli, 632 saylı sərəncamı əsasına 600 kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün üçüncü şəxsə verilmişdir. Təsdiq olunmuş topoqrafik plandan da göründüyü kimi, qeyd olunan ərazi iddiaçının daimi istifadəsində olan torpaq sahəsinin hüdudları daxilindədir. Buna görə də, həmin ərazi ilə bağlı cavabdehin mübahisə predmeti olan sərəncamı ləğv edilməlidir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2-1(81)3648/2018 saylı qərardadı (hakim Elçin Məmmədov) ilə iddia mümkün sayılmamışdır. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı inzibati prosessual qanunvericilikdə müəyyən edilmiş iddianın verilmə müddətini buraxmışdır. Belə ki, qəbul edilmiş inzibati aktı şərtləndirən halla r həmin dövr ərzində iddiaçıya məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət olunmadığına və müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizənin verilməsi də mümkünsüz olduğundan, iddia mümkün sayıla bilməz. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və işin mahiyyəti üzrə birinci instansiya məhkəməsində baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 noyabr 2018-ci il tarixli, 2-1(103)-2826/2018 saylı qərardadı ilə (sədrlik edən hakim Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Şərafət Məmmədova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadında qeyd olunan əsasları öz qərardadında təkrar göstərmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1, 35.1, 38.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2, 73.1, 73.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verərək, onun ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması üçün sonrakı prosessual hərəkətlərin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, prosessual qanunvericilikdə iddia müddəti nəzər də tutulmayan müəyyənetmə və tanınma növündə iddia ilə məhkəməyə müraciət etmişdir. Buna görə də prosessual müddət ötürülmüş hesab oluna bilməz. Daha bir dəlillə bildirilmişdir ki, apellyasiya məhkəməsi iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Sənaye təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən heç bir əsas olmadan ayrılması iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqlarını pozmaqla yanaşı, neft-qaz hasilatı üzrə fəaliyyətini həyata keçirməsinə maneəçilik yaradır. Dəlilin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 60, 125.7, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 384, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1, 36, 38, 87, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3.1, 13.1, 13.2, 21 7.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12, 109, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 10, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 4, 5, 6-cı maddələrinə istinad olunmuşdur. Kassasiya şikayətinin surəti cavabdeh və üçüncü şəxsə göndərilmiş, onlardan kassasiya şikayətinə dair etiraz və ya rəy məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 90.3cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 67.1-ci maddəsinə uyğun olaraq onun izahatı dinlənilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi və onun vəkili məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 27 iyul 2018-ci il t arixdə müraciət etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərardadın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərardadın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayaraq aşağıda göstərilən əsaslara görə qeyd edir ki, apellyasiya məhkəməsi düzgün olaraq iddia tələbini mümkün saymayan birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab etmişdir. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan id dia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllə də başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan normanın məzmununa görə, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını ə saslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olm ası, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, iddiaçı cavabdehin 1999-cu il tarixdədə qəbul edilmiş sərəncamının ləğv edilməsi ilə bağlı 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, 2000-ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in "Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatla rın, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə MPM-dən çıxarılmışdır). Ehtimal edilərsə ki, iddiaçı mübahisəli qərarın qəbulundan uzun müddət məlumatsız olmuş və M PM-in qeyd edilən maddəsi ilə nəzərdə tutulan müddəti üzrlü səbəbdən buraxmışdır, hətta bu halda belə 01 yanvar 2011-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsində iddia qaldırmaq üçün nəzərdə müddət buraxılmış hesab edilməlidir. Belə ki, İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. İPM-nin qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktları n mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Ona görə ki, İPM, əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması y alnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslı olub, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıd a sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı XXX İddiaçıt Birliyinin nümayəndəsi Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibat i-İqtisadi Kollegiyasının 22 noyabr 2018-ci il tarixli, 2-1(103)-2826/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Hakimlər “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar