Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1152/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə Açar söz: torpaq sahəsinə dair plan ölçünün tərtib edilməsi; çıxarışın verilməsi GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair plan və ölçünün tərtib edilərək çıxarışın verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-72/2020 nömrəli, 17.01.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: Azərbaycan Respublikası BŞİH aparatını Əhaliyə Xidmət fərdi və bağ evlərinin tikintisi üzrə Baş. İstehsalat idarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən X bağlar sahəsindəki *** saylı kooperativinin ** nömrəli orderinə əsasən, Bakı ŞİH-in 16 dekabr 1993-cü il tarixli, **** nömrəli qərarına əsasən X bağlar sahəsində *** saylı BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 5906 nömrəli bağ sahəsi iddiaçıya ayrılmışdır. Bakı ŞİH başçısının aparatının 07.09.2017-ci il tarixli, Xx-***/*-*** saylı arxiv arayışında Xərazisindəki *** saylı BYK təsdiq edilmiş siyahısında X1 adı 11-ci yerdə qeyd olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanına əsasən, iddiaçıya ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məqsədilə iddiaçı dəfələrlə cavabdeh təşkilata müraciət etsə də cavabdeh orqan ərizəni təmin etməmiş, şifahi formada ona torpaq sahəsinin müəssisənin balansına verilmiş ərazinin hüdudlarından kənarda yerləşməsinə istinad etmişdir. İddiaçı, sonuncu dəfə 2017-ci ildə eyni məzmunlu ərizə ilə cavabdehə rəsmi qaydada müraciət etmiş, cavabdeh isə bağların bölgüsünə dair sxematik xəritəyə əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxs tərəfindən hasarlanmış əraz inin daxilində yerləşdiyindən iddiaçının ərizəsini təmin etməmişdir. Bununla razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, X bağlar sahəsində 0.12 ha torpaq sahəsi olan 5906 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, bu barədə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlakı Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-63/2019 saylı, 31.07.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, X bağlar sahəsində 0.12 ha torpaq sahəsi olan 5906 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddaçının adına dövlət qeydiyyatına alınması, bu barədə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi, dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-63/2019 saylı, 31.07.2019-cu il tarixli qərarından cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-72/2020 nömrəli, 17.01.2020-ci il tarixli qərarına əsasən, cav abdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-63/2019 saylı, 31.07.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan isə bu əsaslar olmadan əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən qanunsuz olaraq imtina etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-72/2020 nömrəli, 17.01.2020-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə iddiaçı tərəfindən bağ sahəsinin yeri və döngə nöqtələri təyin edilməyib, mərzçəkmə işləri aparılmamışdır. Bağların bölgüsünə dair sxematik xəritəyə əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin bir hissəsi digər fiziki şəxs tərəfindən hasarlanmış ərazinin daxilində yerləşir. Həmçinin, *** nömrəli bağ tikinti kooperativinə ayrılmış bağ sahələrinin bölgü sxemi və digər sənədlər arxiv qovluğunda aşkar olunmamışdır. Bundan əlavə, ərazinin faktiki sahəsi 0,0622 hektar olsa da, iddia olunan sahə isə 0,0577 hektardır. Göstərilənlərə əsasən cavabdehin imtinası qanunidir. Apellyasiya instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almamış, qanunvericiliyin tətbiqində səhvə yol vermiş, işə aid olan qanunvericilik normalarını tətbiq etməmiş, tətbiq edilən qanunvericilik normalarını düzgün təfsi r etməmiş, iş materiallarını və şikayətdə qeyd olunan faktları hərtərəfli araşdırmamış və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. Kassator, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 55, 67, 68, 111-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 7.1, 8, 9, 11.1, 12.1-ci, “Torpaq islahatı haqqında” Qanunun 10-cu, İnzibati Prosessual Məcəllənin 90-96-cı maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-72/2020 nömrəli, 17.01.2020-ci il tarixli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul e dilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Ali Məhkəmə Kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəmə sinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1444/2019 nömrəli, 04.12.2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsində araşdırılan hallarından görünür ki, Bakı ŞİH aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Bİİ BTİ Xbağlar sahəsindəki *** saylı kooperativinin** saylı orderinə əsasən Bakı ŞİH 16.12.1993-cü il tarixli, **** nömrəli qərarın əsasən X bağlar sahəsidəki *** saylı BTK nəzdində 012 ha. torpaq sahəsi olan 5906 saylı bağ sahəsi Iddiaçı adına ayrılmışdır. Cavabdeh kassasiya şikayətinin dəlillərində apellyasiya instansiya məhkəməsinin işi hərtərəfli araşdırmadığını bildirsə də, cavabdehin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏKÜRX 07.12.2018-ci il tarixli. ******* saylı mütəxəssis rəyinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM 14.01.2019-cu il tarixli, ******* saylı ekspert rəyinə əsasən 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahənin 5905 saylı bağın ərazisinə uyğun gəldiyi qeyd olunmuşdur, bundan sonra məhkəmə tərəfindən dəfələrlə Azərbaycan Respublikası ƏMDK yanında DƏKÜRX-ə mübahisəli torpaq sahəsinin naturada yerinin müəyyən olunması ilə bağlı sorğular göndərilsə də Xidmətin elektron bazasında iddiaçıya aid məlumatın aşkar olmaması əsası ilə rəy təqdim edilməmişdir. Halbuki, iddiaçıya bağ sahəsinin ayrılmasına dair sənədlər iş materialları ilə öz təsdiqini tapmış, habelə əvvəlki ekspertiza zamanı naturada iddia edil ən torpaq sahəsinin 5905 saylı bağ sahəsinə aid olması barədə rəy vermişlər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr torpaq sahəsi üzərində hüquqların yaranmasının əsası kimi göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətən daşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, is tifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər; dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş hallara dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Bundan başqa, iddiaçıya məxsus torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün bütün qanuni əsaslar mövcuddur. Apellyasiya instansiya məhkəməsi də göstərilən normaları işin faktik i hallarına tətbiq etməklə haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhk əmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-72/2020 nömrəli, 17.01.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1152/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1152/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver