Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1152/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınması və çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1967, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İq tisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-220/2022 nömrəli, 03 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt şəhər bələdiyyəsinin İİ qrup Qarabağ müharibəsi əlili X1 adına torpaq sahəsinin rəsmiləşdirilməsi haqqında 27 yanvar 2006-cı il tarixli qərarı ilə M.Vəlixanovun 13-cü mikrorayon ərazisində fakti ki istifadə etdiyi ticarət obyektinin sahəsinin yerləşdiyi 63,7 kv.m. torpaq sahəsinin sonuncunun adına rəsmiləşdirilməsi və qanunvericiliyə uyğun icarə müqaviləsinin bağlanması qərara alınmışdır.
2. İcarəyəverən Sumqayıt şəhər bələdiyyəsi ilə icarəçi M.Vəlixanov arasında bağlanmış 29 dekabr 2015-ci il tarixli 202 nömrəli torpaq icarə müqaviləsinə əsasən Sumqayıt şəhər bələdiyyəsinin 27 dekabr 2006-cı il tarixli 02 saylı qərarı əsasında Sumqayıt şəhər 13-cü mikrorayon ərazisində yerləşən 63,7 kv.m. torpaq sahəsi müvəqqəti istifadə üçün ilə M.Vəlixanova icarəyə verilmiş, icarə müqaviləsi 31 dekabr 2019-cu il tarixədək bağlanılmışdır.
3. X2 ilə hazırkı iş üzrə İddiaçı arasında bağlanılmış torpağın icarə hüquqlarının alqı-satqısı barədə 11 oktyabr 2016-cı il tarixli müqaviləyə əsasən M.Vəlixa nov yuxarıda qeyd edilən qərar və icarə müqaviləsinə əsasən ona məxsus olan torpaq sahəsinin icarə hüquqlarını iddiaçıya satmışdır.
4. Həmin müqavilə əsasında iddiaçının müraciətinə əsasən 25 oktyabr 2016-cı il tarixdə cavabdeh tərəfindən onun icarə hüququ qeydiyyata alınmış və iddiaçıya müvafiq çıxarış verilmişdir. Həmin çıxarışda icarə hüququnun yüklülüyü 31 dekabr 2019-cu il tarixədək müəyyən edilmişdir. 5. 16 dekabr 2019-cu il tarixdə iddiaçı ilə Sumqayıt şəhər bələdiyyəsi arasında həmin torpaq sahəsinə dair 132 saylı icarə müqaviləsi bağlanmış və icarə müddəti 31 dekabr 2044-cü il tarixədək müəyyən edilmişdir.
6. İddiaçı 16 dekabr 2019-cu il tarixli icarə müqaviləsi əsasında icarə hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh 25 dekabr 2019-cu il tarixli məktubla “D aşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə istinad edilməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunduğunu bildirmiş və imtinanı onunla əsaslandırmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, 01 dekabr 2007-ci il tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Müraciətə əlavə edilmiş 25 okty abr 2016-cı il tarixli, **********46 nömrəli dövlət reyestrindən çıxarışdan göründüyü kimi, torpaq sahəsi üzərində icarə müddəti 31 dekabr 2019-cu il tarixdə bitmişdir. Odur ki, həmin torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqəsi yolu ilə mümkündür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 10 fevral 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər bələdiyyəsi tərəfindən ayrılmış Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən, sahəsi 63,7 kv.m. olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı ona müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə M.Vəlixanovla əldə edilmiş razılaşmaya əsasən, onların arasında sonuncunun icarəsində olan, Sumqayıt şəhəri,13-cü mikrorayon ərazisində yerləşən, sahəsi 63,7 kv.m. torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqısına dair xx.xx.2016-cı il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilədən sonra onunla torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt şəhər bələdiyyəsi arasında torpaq sahəsinə dair icarə müqaviləsi bağlanılmış və icarə müddəti 2019-cu ilin sonunadək müəyyən edilmişdir. Bundan sonra, iddiaçı icarə hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, 25 oktyabr 2016-cı il tarixdə cavabdeh tərəfindən sözügedən torpaq sahəsi üzərində onun icarə hüququ dövlət qeydiyyatına alınm ış və bu barədə ona RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən icarə hüququnun yüklülüyü 31 dekabr 2019-cu il tarixədək müəyyən edilmişdir. İddiaçı 2019-cu ilin dekabr ayında Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək torpağın icarə müddətinin başa çatmaq üzrə olduğunu bildirmiş və icarə müddətinin uzadılmasını xahiş etmişdir. Sumqayıt şəhər bələdiyyəsi həmin torpaq sahəsinə dair onunla 16 dekabr 2019-cu il tarixli, 132 saylı icarə müqaviləsi bağlamış və müqavilədə torpağın icarə müddəti 31 dekabr 2044-cü il tarixədək müəyyən olunmuşdur. Bundan sonra icarə hüququnun dövlət qeydiyyatı üçün yenidən ərizə ilə cavabdehə müraciət etmiş, lakin bu dəfə cavabdeh hüququn dövlət qeydiyyatından imtina etmişdir. İddia ərizəsində müvafiq qanunvericilik aktlarına istinad edilərək göstərilir ki, cavabdehin hər hansı hüquqi əsasa söykənmədən torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün cavab məktubunda göstərdikləri bəhanədən başqa bir şey deyildir. Cavabdeh bu hərəkəti ilə torpaq qanunvericiliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarının müddəalarını heçə saymışdır.
9. Cavabdeh iddiaya dair etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 0,00637 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi barədə 19 dekabr 2019-cu tarixli ərizə ilə cavabdeh orqana müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bələdiyyə torp aqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 01 dekabr 2007-ci il tarixdən sonra bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Müraciətə əlavə edilmiş 25 oktyabr 2016-cı il tarixli **********46 reyestr nömrəli dövlət reyestrindən çıxarışdan göründüyü kimi torpaq sahəsi üzərində icarə müddəti 31 dekabr 2019-cu il tarixdə bitir. Odur ki, həmin torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqəsi ilə mümkündür. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 0,00637 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmiş və bu barədə ona 25 dekabr 2019-cu il tarixli **********01 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının cavabdehə qarşı iddiası mümkün sayılmamalıdır.
10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-712/2020 nömrə li, 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakim V.E.Əzizova) Sumqayıt Bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir.
11. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-712/2020 nömrəli, 23 oktyabr 2020-ci il tarixli qərarı ilə (hakim V.E.Əzizova) iddia tələbi təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının torpaq sahəsi üzərində qeydə alınmış icarə hüququnun müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir. Həmin torpaq sahəsi üzərində xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqə yolu ilə mümkün olmasına baxmayaraq, bələdiyyə vətəndaşla bilavasitə müqavilə bağlamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilm əsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
13. İddiaçı və üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)179/2021 nömrəli, 02 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və F.Ə.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-712/2020 nömrəli, 23 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
17. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)-1745/2021 nömrəli, 24 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər S.Ə.Kərimov /sədrlik edən və məruzəçi/, Z.M.Quliyev və R.S.Nəbizadə) kassasiya şikayəti qismən təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(105)-179/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
18. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, torpaq sahəsinin iddiaçıya icarəyə ve rilməsinin məqsədi və istifadə təyinatı, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə zəruri tikililərin inşası üçün ayrılıb-ayrılmadığı məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə hərtərəfli araşdırılmalı idi. Bununla bağlı qeyd edilmişdir ki, faktiki istifadədə olan ticarət obyektinin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə həmin sahədə zəruri tikililərin inşasını və ya rekonstruksiyasını istisna etmir. Bu zaman həm də nəzərə alınmalıdır ki, işdə olan materiallara görə M. Vəlixanovun adına rəsmiləşdirilərkən həmin torpaq sahəsində köşk olmuş və köşkün yerində layihə əsasında kommersiya obyektinin quraşdırılması ona həvalə edilmişdir. Eyni zamanda iş üzrə materiallardan görünür ki, sonradan həmin ticarət köşkünü n rekonstruksiyası nəzərdə tutulmuş və bununla əlaqədar Sumqayıt şəhər İcra hakimiyyətinin Memarlıq və şəhərsalma İdarəsi tərəfindən eskiz tərtib edilmişdir. Lakin həmin hallar M. Vəlixanovun adına torpaq sahəsinin ayrılması kontekstində məhkəmələr tərəfindən hərtərəfli araşdırılmamış və iş üzrə qərar qəbul olunarkən nəzərə alınmamışdır. Məhkəmələrin qənaətinə görə iddiaçı ilə Sumqayıt şəhər bələdiyyəsi arasında müqavilə uzadılmamış, xx.xx.2019-cu il tarixli 132 saylı yeni torpaq icarə müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, məhkəmələr tərəfindən həmin torpaq sahəsinin Sumqayıt şəhər bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə M.Vəlixanova verildiyi nəzərə alınmalı, həmçinin nəzərə alınmalıdır ki, icarə hüququ müqavilə əsasında sonradan iddiaçıya keçmişdir. İcarə müddəti bitdiyindən iddiaçı müddətin uzadılması ilə bağlı bələdiyyəyə müraciət etmiş və tərəflər arasında müvafiq müqavilə bağlanmışdır. Yəni tərəflər arasında yeni müqavilənin bağlanılması, hətta həmin müqavilədə onun icarə müddətinin uzadılması ilə bağlı olduğu qeyd edilməsə belə, həmin müqavilənin uzadılma məqsədi ilə bağlanıldığını istisna etməməlidir. Ali Məhkəmə tövsiyə etmişdir ki, müqavilənin müddətinin uzadılması ilə bağlı məsələ həll olunarkən, həlledici amil müqaviləni bağlamaqda tərəflərin iradəsi və niyyəti ilə əhatə olunan məqsədin müəyyənləşdirilməsindən ibarətdir. Bundan başqa, qeyd olunmuşdur ki, iş materiallarında Sumqayıt bələdiyyəsi tərəfindən torpağın icarəyə verilməsi barədə yeni qərarın qəbul edilib-edilməməsi haqqında məlumat aşkar edilməmişdir. Mə hkəmələr tərəfindən bu hal da yoxlanılmalı və müəyyən edilməli idi. Belə ki, tərəflər arasında müqavilənin bələdiyyənin ilkin qərarı əsasında bağlanıldığı müəyyən olunarsa, həmin hal tərəflərin iradəsinin müqavilənin müddətinin uzadılmasına yönəldiyini bir daha ifadə etmiş olacaqdır. Lakin buna baxmayaraq məhkəmələr tərəfindən həmin halların müəyyən edilməsi təmin olunmamışdır. Məhkəmələr mübahisə üzrə qərar qəbul edərkən həm də şəxsin inzibati orqanın, konkret halda cavabdehin inzibati praktikasına, onun davranışına şəxsin etimad hüququnu və bununla bağlı onun inzibati orqandan qanuni gözləntilərini də nəzərə almalıdırlar. Belə ki, xx.xx.2016-cı il tarixində analoji şərtlər daxilində iddiaçının həmin torpaq sahəsi üzərində icarə hüququ cavabdeh tərəfindən qeydiyyata alınmış və ona müvafiq çıxarış verilmişdir. Bununla əlaqədar cavabdehin yenə uyğun qaydada davranacağı ilə bağlı iddiaçının haqlı olaraq qanuni gözləntiləri yaranmışdır və qərar qəbul olunarkən şəxsin bu gözləntisi də diqqətə alınmalıdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)220/2025 nömrəli, 03 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, T.Q.Məmmədov və S.A.Qafari) apellyasiya şikayətləri təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-712/2020 nömrəli, 23 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmuş, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən, sahəsi 63,7 kv.m. torpaq sahəsi üzərində iddiaçının icarə hüquq unun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı ona müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu 9-cu bəndinə görə, həmin qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna o lmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Həmin normada həmin qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlara münasibətdə istisna nəzərdə tutulmuş və həmin torpaqlara münasibətdə icarə müddətinin açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən uzadılmasının mümkünlüyü birbaşa təsbit olunmuşdur. Buna görə də, həmin normanın mahiyyətinə görə icarə müddətinin açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə uzadılması qaydası həmin qanun qüvvəyə minənədək qeyd olunan məqsədlərlə icarəyə verilmiş torpaqlara deyil, digər torpaqlara münasibətdə tətbiq oluna bilər. Lakin, buna baxmayaraq, birinci instansiya məhkəməsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu 9.1-ci maddəsini tətbiq edərək iddianın təmin edilməməsi nəticəsinə gəlsə də, hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia ərizəsində istinad etdiyi və “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu 9-cu bəndinin tətbiqinə imkan yaradan və açıq torpaq hərracını və ya müsabiqəsini istisna edən halların iddiaçıya və hazırkı mübahisəyə münasibətdə tətbiq edilməli olduğunu nəzərə almamışdır. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2, 8, 1 5-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada...bələdiyyə orqanları tərəfindən...bələdiyyələrə məxsus olan daşınmaz əmlakın...icarəsinə dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda göstərilənlərlə yanaşı, məhkəmə kollegiyası “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı mübahisə ilə bağlı iddiaçının cavabdeh inzibati orqanın inzibati praktikasına, onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntiləri də mövcud olmuşdur. Belə ki, xx.xx.2016-cı il tarixində analoji şərtlər daxilində iddiaçının həmin torpaq sahəsi üzərində icar ə hüququ cavabdeh tərəfindən qeydiyyata alınmış və ona müvafiq çıxarış verilmişdir. Bununla əlaqədar cavabdehin yenə uyğun qaydada davranacağı ilə bağlı iddiaçının haqlı olaraq qanuni gözləntiləri yaranmışdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması prinsipi o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barəd ə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Cavabdehin kassasiya şikayətinin dəlilləri
22. Məhkəmə kollegiyası “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Qanunun 9-cu maddəsinə istinad etsə də Qanunun tələblərini səhv təfsir etmiş, nəticədə yanlış qərar çıxarmışdır. Həmin normada birmənalı olaraq göstərilmişdir ki, icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Göstərilən halda isə heç bir torpaq hərracı və ya müsabiqəsi keçirilməmişdir. Deməli maddi hüquq norması pozulmuşdur. Digər tərəfdən, məhkəmə ko llegiyası iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ilə zəruri tikililərin inşası bağlı olduqda hərracın keçirilməsinə istinad edildiyini göstərsə də, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edəcək sübutlara istinad etməmiş, torpaq sahəsinə baxış keçirmədən orada “çay evi”nin fəaliyyət göstərdiyini qeyd etmişdir.
23. Məhkəmə kollegiyası “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Qanunun 10-cu maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən sahəsi 63,7 kv.m. olan torpaq sahəsi üzərində icarə müddəti xx.xx.2019-cu il tarixində bitmişdir, deməli həmin maddi hüquq normasına görə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər. Deməli, Vəlixanov Məhəmməd Qaroğlan oğlu Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 63.7 kv.m. olan torpaq sahəsini açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə götürə bilərdi. Sumqayıt Bələdiyyəsi isə qanunvericiliyin tələblərinə riayət etməyərək birbaşa xx.xx.2019-cu il tarixində torpaq icarə müqaviləsi bağlamışdır. Məhkəmə kollegiyası isə bu qanun pozuntusunu aradan qaldırmaq əvəzinə hesab etmişdir ki, bağlanmış müqavilə heç də müstəqil müqavilə olmamış, Vəlixanov Məhəmməd Qaroğlan oğlu ilə bələdiyyə arasında xx.xx.2015-ci il tarixində bağlanmış 202 nömrəli müqavilənin davamı olaraq bələdiyyə ilə əvvəl yaranmış icarə hüquq münasibətlərinin davamlığının təmin edilməsindən ibarətdir.
24. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, məhkəməyə müraciət edən iddiaçı mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın də lilləri
25. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra – hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;.... “Bələ diyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu 9-cu bənd: Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadı la bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edil ə bilər.....
27. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətin in verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
30. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslıl ığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinə etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Bundan başqa, kassasiya şikayətinin dəlillərində cavabdeh məhkəmənin iş üzrə ətraflı araşdırma aparmadığını, maddi hüquq normasının tətbiqində səhvə yol verdiyini qeyd etsə də, məhkəmə kollegiyası kassatorun bu dəlillərini əsassız hesab edir.
35. Belə ki, apellyasiya ins tansiyası məhkəməsində işə baxılarkən məhkəmə araşdırması zamanı iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatı, habelə Sumqayıt şəhər bələdiyyəsinin müvafiq sorğuya cavab olaraq təqdim etdiyi 11 fevral 2022ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, iddiaçı ilə Sumqayıt şəhər bələdiyyəsi arasında hazırda icarə hüququnun qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinə dair bağlanılmış 16 dekabr 2019-cu il tarixli 132 saylı icarə müqaviləsi yeni icarə müqaviləsi olmamaqla, iddiaçının icarə hüquqlarını 11 oktyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsi ilə əldə etdiyi Sumqayıt şəhər bələdiyyəsinin hazırda qüvvədə olan 27 dekabr 2006-cı il tarixli 02 saylı qərarı əsasında Sumqayıt şəhər bələdiyyəsi ilə icarəçi M.Vəlixanov arasında bağlanmış 29 dekabr 2015-ci il tarixli 202 №-li t orpaq icarə müqaviləsinə əsasən sonuncunun icarəsinə verilmiş Sumqayıt şəhər 13-cü mikrorayon ərazisində yerləşən 63,7 kv.m. torpaq sahəsinə dair icarə müqaviləsinin müddətinin uzadılması ilə bağlı olmuşdur. Cavabdeh qeyd edilən halı təkzib edən hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh orqan imtinasında istinad etdiyi halların mövcud olmasına baxmayaraq xx.xx.2016-cı il tarixdə iddiaçının hazırkı torpaq sahəsi üzərində icarə hüququnu qeydiyyata alaraq müvafiq çıxarış vermişdir.
36. Hazırkı mübahisə ilə bağlı iddiaçının cavabdeh inzibati orqanın inzibati praktikasına, onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntiləri də mövcud olmuşdur. Belə ki, 25 oktyabr 2016-cı il tarixində analoji şərt lər daxilində iddiaçının həmin torpaq sahəsi üzərində icarə hüququ cavabdeh tərəfindən qeydiyyata alınmış və ona müvafiq çıxarış verilmişdir. Bununla əlaqədar cavabdehin yenə uyğun qaydada davranacağı ilə bağlı iddiaçının haqlı olaraq qanuni gözləntiləri yaranmışdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması prinsipi o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
37. Göründüyü kimi, İPM-in 14.3-cü maddəsinə əsasə n sübutetmə yükü üzərinə düşən tərəf olaraq cavabdeh mübahisəli torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı ona müvafiq çıxarışın verilməsini istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını ləğv edərək iddia tələbini təmin etmişdir.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)220/2022 nömrəli, 03 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-220/2022 nömrəli, 03 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.