Məhkəmə qərarları › İş №2-1(102)-1152/2023

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1152/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1152/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin X1rşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddiaçının tələbinin təmin olunduğu və mübahisənin məhkəmədən kənar qaydada həll olunduğu üçün iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı X2rşı “sosial sığorta stajı nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasın ın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə icraata xitam verilməsi barədə cavabdehin vəsatətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə iddiaçının ali təhsil müddəti olan 5 ili, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş 2 il 4 ay 3 günü sosial sığorta stajına daxil etməklə, sığorta stajının 28 il 5 ay 6 gün hesablanması və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1514/2022 nömrəli saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinat X3 üzərinə İddiaçı sosial sığorta stajını nəzərə alaraq xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

3. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə X5 İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1514/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-105/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 26 oktya br 2022-ci il tarixli, 2-1(116)1514/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

5. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. 6. 27.03.2023-cü il tarixdə cavabdeh Ali Məhkəməyə vəsatət təqdim edərək İMP-in 67.3-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə mübahisə cavabdeh inzibati orqan tərəfindən məhkəmədən kənar qaydada həll edilmiş və İddiaçı yaşa görə əmək pensiyası təyin olunmuşdur.Cavabdeh vəsatətə iddiaçıya əmək pensiyasının təyin edilməsinə dair 01 mart 2023-cü il tarixli qərarı əlavə etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

7. İnzibati Prosessual Məcəllə: Maddə 67.1. Mübahisə il ə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir.

9. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının bununla bağlı tələbini təmin etmişdir.

10. Cavabdeh həmin qərardan kassasiya şikayəti versə də, daha sonra iddiaçının tələbini təmin edən ona əmək pensiyasının təyin edilməsi haqqında 01 mart 2023-cü il tarixli qərar qəbul etmişdir.

11. Beləliklə, mübahisə cavabdeh inzibati orqan tərəfindən məhkəmədən kənar qaydada həll edilmiş, iddiaçının tələbini təmin edən yeni inzibati akt qəbul edilmişdir.

12. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin X1rşı “sosial sığ orta stajı nəzərə alınaraq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar