Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1153/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (51 yaş 06 aydan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, İddiaçı və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli ş ərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-178/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1966-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fon dunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən, 51 yaş 06 aydan pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında Qanunun 17-ci maddəsinin 5-ci bəndinə, aldığı əmək haqqına əsasən təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1966-cı ildə anadan olmuşdur, xx.xx.1983-cü ildən - xx.xx.2017-ci ilə kimi işləməklə 30 ildən çox ümumi əmək stajı vardır. Həmin əmək stajının xx.xx.1994-cü ildən xx.xx.2012-ci ilə kimi kimya istehsalatında işləmişdir. xx.xx.2006-cı ilə kimi 20 il ümumi və 10 xüsusi iş stajı olduğuna görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8.-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17.5-ci bəndinə əsasən aldığı əmək haqqı nəzərə alınmaqla pensiya təyin edilməlidir. İşlədiyi peşələr güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yaradır, ona görə də “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən işlədiyi peşələr xx.xx.2006-ci tarixinə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”nın Vİİİ bölməsinin 1080A010 və 1080B000-17541 şifrləri ilə güzəştli şəraitlərlə pensiya hüququ verən peşələrə aiddir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3542/19 nömrəli (sədrlik edən hakim Şəhla Süleymanova) qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçının 51 yaş 06 ay tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-ci il tarixli q ərarının ləğv edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-178/2020 nömrəli (hakimlər Kəmalə Abiyeva - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarənin imtinasının əsasını staj və yaşla bağ şərtlərə əməl edilməməsi təşkil etməyib. Məlum olduğu kimi, xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli qanunla (2017-ci ilin iyul ayında qüvvəyə minib) ƏPQ-nin 9.1-ci maddəsinə “çalışmışlarsa” sözündən sonra ”və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan hər 3 şərt reallaşmadığından onun tələbi əsaslı deyildir. Göründüyü kimi, iddiaçının iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 52 yaşdır. Ümumi əsaslarla, yəni ƏPQ-nin 7-ci maddəsində kişilər üçün nəzərdə tutulmuş pensiya yaşı, iddiaçının 52 yaşının tamam olduğu xx xxxxxx 2018-ci ildə, 63 il 6 ay olmuşdur. Beləliklə, iddiaçıya aid fərdi hesabdakı məbləği 282 aya böldükdə ona pensiya təyin edilməsi mümkün deyildir. Çünki əldə edilən məbləğ on a əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkanminimum pensiya təyin edilməsinə imkan vermir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)178/20 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İ nzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili Vəkil2 çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd ol unanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normal arının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki, idarənin imtinasının əsasını staj və yaşla bağ şərtlərə əməl edilməməsi təşkil etməyib. Məlum olduğu kimi, xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli qanunla (2017-ci ilin iyul ayında qüvvəyə minib) ƏPQ-nin 9.1-ci maddəsinə “çalışmışlarsa” sözündən sonra ”və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan hər 3 şərt reallaşmadığından onun tələbi əsaslı deyildir. Göründüyü kimi, iddiaçın ın iddia etdiyi güzəştli şərtlərlə pensiya hüququ üzrə pensiya yaşı 52 yaşdır. Ümumi əsaslarla, yəni ƏPQ-nin 7-ci maddəsində kişilər üçün nəzərdə tutulmuş pensiya yaşı, iddiaçının 52 yaşının tamam olduğu xx xxxxxx 2018-ci ildə, 63 il 6 ay olmuşdur. Beləliklə, iddiaçıya aid fərdi hesabdakı məbləği 282 aya böldükdə ona pensiya təyin edilməsi mümkün deyildir. Çünki əldə edilən məbləğ ona əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkanminimum pensiya təyin edilməsinə imkan vermir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı»nda civə cihazları və preparatları; rezinli, rezin texnikalı və şin sexlərində: hazırlıq, xammalın hazırlanması, vulkanizasiyası, rezin üçün yapışqanın hazırlanması, işıq tərkiblilər; qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri; selen, tellur, selenli, misli, sinkli birləşmələr; kükürd-karbon; silikaqel; sintetik kauçuklar, sintetik vitaminlər; sintetik rəngləyici, piqmentlər, onların xırdalanması, qurudulması, sintetik qatranlar, laklar; barium, titan birləşmələri; spirtlər, onların törəmələri; stirol, onun törəmələri; polimerləri, polimer kimiləri; kömür-sulfid; ssintilyasiya materialları; term ohəssas rənglər ilə bağlı istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri 1080A010 kod ilə, reaktivlər, xüsusi sexlərdə, bölmələrdə, sahələrdə və qurğularda, iş zonalarında, havada 1 və 2-ci sinif təhlükəli zərərli maddələr olan yüksək təmizlikli maddələr, həmçinin kanserogenlər ilə bağlı istehsalatlarda texnoloji avadanlığın və elektrik avadanlığının xidməti və təmiri ilə məşğul olan ustalar və fəhlələr 1080B000-17541 kod ilə nəzərdə tutulmuşdur. Göründüyü kimi, iddiaçı Sumqayıt Məişət Kimyası zavodunda 1994-cü ildən 1996-cı ilədək və 1996-cı ildən xx xxxxxx 2006-cı ilədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahısına əsasən güz əştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan elektrik avadanlıqlarının təmiri üzrə elektrik mantyoru işində (1080A010 və 1080B000-17541 kod ilə) 10 ildən artıq işləmiş, pensiya hüququ yarandığı xx.xx.2017-ci ilədək onun 20 ildən artıq ümumi əmək stajı olmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyası cavabdehin həm imtinasında, həm də kasasiya şikayətində «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun hazırda qüvvədə olan reaksiyasına istinadını əsassız hesab edir və qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün, onun 20 ildən artıq ümumi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə tərəfindən təsdiq olunan 1 saylı Siyahı üzrə 10 ildən artıq isə güzəştli şərtlərlə əmək stajı xx xxxxxx 2006-cı ilədək yarandığından, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinin tələblərinə əsasən iddiaçıya pensiya təyin edilərkən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunun həmin tarixədək olan redaksiyası əsas götürülməlidir. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsa sən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Həmin Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, iddiaçının xx.xx.2006-cı ilədək 10 il xüsusi, 20 il ümumi stajı olduğunda 1997-ci ilin avqust ayından 2000-ci ilin avqust ayınadək üç il üzrə, hər il 6 ay artmaqla (üç ilə görə 1,5 yaş artmaqla) 51 yaş 6 ayın tamam olduğu tarixə -xx xxxx 2017ci ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qa nunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında" Qanununun (xx xxxx 2017ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər Həmin Qanunun (xx xxxx 2017-ci ilədək olan redaksiyası) 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkıi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin x x.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-178/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1153/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1153/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver