Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1153/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İsmayılov X4 rayon Lahıc Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mümkünsüz iddia, subyektiv hüquq, hüquqmüəyyənedici sənədlərin olmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Bayramova Kəmalə Fətulla qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh İsmayıllı rayonu Lahıc bələdiyyəsinə qarşı "bələdiyyənin qanunsuz qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi və bələdiyyənin qanu nsuz hərəkətləri barədə xüsusi qərardadın çıxarılması” tələbinə dаir inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-200/2021 nömrəli 23 aprel 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "bələdiyyənin qanunsuz qərarının ləğv edilməsi və bələdiyyənin qanunsuz hərəkətləri barədə xüsusi qərardadın çıxarılması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lahıc bələdiyyəsinin 27.05.2002-ci il tarixli qərarı ilə ona məxsus 210 kv.m torpaq sahəsi X1. İsmayıllı rayon Məhkəməsinin 30.04.2004-cü il tarixl i qətnaməsi ilə bələdiyyənin qərarı etibarsız hesab edilmişdir. Bələdiyyə məhkəmə qərarının ziddinə olaraq 27.07.2011-ci il tarixli ikinci qərarla iddiaçıya məxsus 150 kv.m torpaq sahəsini yenidən xxxxya satmışdır. xxxxnın istifadəsində hazırda 210 kv.m artıq torpaq sahəsi vardır. İddiaçı bildirir ki, xxxx ünvanında yerləşən sahə, mülk uzun illərdir ona məxsusdur. Belə ki, orada iddiaçının dayısına məxsus dükan yerləşir ki, həmin dükan tarixi abidə kimi dövlət tərəfindən qorunur. İddiaçı Torpaq Məcəlləsinin 42-ci maddəsinə (1.Torpaqların monitorinqi - torpaqların münbitlik xassələrini səciyyələndirən ayrı-ayrı göstəricilərdə dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi, mənfi proseslərin qarşısının alınması və onların təsiri nəticələrinin aradan qaldırılması üçün torpaq fondunun vəziyyətinə uzunmüddətli müşahidə-nəzarət sistemindən ibarətdir. 2.Torpaqların monitorinqinin aparılması qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir) istinad edərək, qeyd edir ki, tarix-mədəniyyət qoruğunun ərazisi dövlət torpaqları hesab edilir. Buna baxmayaraq, bələdiyyə qanunsuz olaraq həmin dövlət torpaqlarını hərraca qoyaraq satır.
3. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, mübahisələndirilən Lahıc Bələdiyyəsinin 27 iyul 2011-ci il tarixli Qərarı Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq qəbul edilmiş, tam qanuni və əsaslıdır, onun ləğv olunmasına heç b ir əsas yoxdur.
4. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-323/2021 saylı, 19 fevral 2021-ci il tarixli protokol qərarı ilə X3 üçüncü şəxs qismində icraata cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-323/2021 saylı, 19 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim:İ.H.Cabbarov) iddia mümkün sayılmamışdır.
6. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia qaldırmaq üçün subyektiv hüquqa malik olmadığından iddia mümkün sayıla bilməz.
7. Birinci instansiya məhkəməsinin qərardadından iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b)apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-20 0/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qərardadı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və İ.H.Şükürov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-323/2021 saylı, 19 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
10. Apelyasiya instansiyası məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayəti və ona əlavə əlavənin dəlilləri
11. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi iş üçün əhəmiyyətli olan bütün halları araşdırmadan iddianı mümkünsüz hesab etmişdir. Belə ki, Lahic bələdiyyəsinin 27.05.2002-ci il tarixli qərarı ilə iddiaçıya məxsus 210 kv.m torpaq sahəsi qanunsuz olaraq üçüncü şəxsə satılmışdır.
12. Eyni zamanda iddiaçı kassasiya şikayətinə əlavə verərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə baxılmış işə dair qərar əvəzinə qərardad qəbul etmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. İddiaçı və onun vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamış, məhkəmə iclasına gəlməməyin səbəbi barədə heç bir məlumat verilməmişdir.
16. Üçüncü şəxs X3 teleqram göndərərək səhhəti ilə əlaqədar olaraq məhkəmə prosesində iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). Üçüçncü şəxs xxxx isə məhkəməyə teleqram göndərərək xəstəliyi ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəməyə bu barədə heç bir sübut təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bil ər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, k assasiya şikayəti əsassızdır, ona görə də təmin edilməməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
22. İddiaçı məhkəmədə iddia qaldıraraq "bələdiyyənin qanunsuz qərarının ləğv edilməsi və bələdiyyənin qanunsuz hərəkətləri barədə xüsusi qərardadın çıxarılması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
23. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış, apelyasiya instansiyası məhkəməsi də məhkəmənin bu mövqeyi ilə razılaşmışdır.
24. Hazırda apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verən iddiaçı qeyd edir ki, Lahic bələdiyyəsinin 27.05.2002-ci il tarixli qərarı ilə ona məxsus 210 kv.m torpaq sahəsi qanunsuz olaraq üçüncü şəxsə satılsa da, məhkəmələr əsassız olaraq iddianı mümkünsüz hesab etmişlər.
25. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati məhkə mə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırl ar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır.
26. Yuxarıda göstərilənləri nəzərə almaqla kollegiya qeyd edir ki, apelyasiya məhkəməsi hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul etməməkdə haqlı olmuşdur.
27. Belə ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-730/2019 nömrəli 18.12.2019-cu il tarixli qətnaməsi ilə həmin iş üzrə İddia çı cavabdehlər X3 və Lahıc bələdiyyəsinə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, qanunsuz tikilinin sökülməsi və tikinti işlərinə qadağa qoyulması” barədə iddia tələbi rədd edilmişdir. Qətnamədən iddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-705/2020 nömrəli 26.02.2020-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-730/2019 nömrəli 18.12.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 2(102)-3750/2020 nömrəli 17.08.2020-ci il tarixli qərarı ilə qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-705/2020 nömrəli 26.02.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, mülki işin icraatına İsma yıllı rayon Lahıc bələdiyyəsinin 27.07.2011-ci il tarixli qararının ləğv edilməsi tələbinə aid hissədə xitam verilmiş, qanunsuz tikilinin sökülməsi və tikinti işlərinə qadağa qoyulması tələblərinə aid hissədə iş üzrə yeni qərar qəbul edilmiş, həmin hissədə iddia təmin edilməmişdir.
28. Eyni zamanda, DTXK-nın İsmayıllı rayon şöbəsinin 22.07.2011-ci il tarixli bələdiyyəyə ünvanladığı məktubdan müəyyən edilir ki, Şöbə xxxxya 0.015 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir. Lahıc bələdiyyəsinin 27.07.2011-ci il tarixli 09 saylı iclas protokolundan çıxarışın surətindən müəyyən edilir ki, Lahıc qəsəbə sakini R. Əliyeva ona həyətyanı torpaq sahəsinin verilməsi üçün bələdiyyəyə müraciət etmiş və qeyd olunan qərarla ona 0.015 ha torpaq sahəsinin satılması qərara alınmış, bunun əsasında A se riyalı 382115 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və X6 kitabında 24.05.2012-ci il tarixdə 6190 nömrə ilə uçota alınmışdır.
29. A seriyalı 335708 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə müəyyən edilir ki, 0.0115 ha həyətyanı torpaq sahəsi xxxxnın mülkiyyətinə verilmişdir. Əsas: Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-174/2018 nömrəli 27.112018-ci il tarixli qərarı, 382115 nömrəli, 24.05.2012-ci il tarixli plan - ölçü sənədi. Qeyd olunanlar əsasında 0.0115 ha torpaq sahəsinə dair xxxxnın adına RX seriyalı ******* nömrəli 18.12.2018-ci il tarixli çıxarış tərtib edilmişdir.
30. İddiaçı isə mübahisələndirdiyi bələdiyyə qərarına əsasən üçüncü şəxsə satılmış 0.015 ha həyətyanı torpaq sahəsinin ona məxsus olduğunu bildirsə də, həmin torpaq sahəsinin iddi açının mülkiyyətində olduğunu və ya ona verildiyini müəyyənləşdirməyə imkan verən hüquqmüəyyənedici sənədlər iş materiallarında aşkar edilməmişdir. Bu səbəblə də məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı bələdiyyə qərarının ləğv edilməsini tələb etmək üçün subyektiv hüquqa malik deyildir.
31. Qeyd olunmalıdır ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apely asiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır....subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 32. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunveric ilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
33. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
34. Kassasiya şikayətində həmçinin qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə baxılmış işə dair qərar əvəzinə qərardad qəbul etmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur.
35. Bu dəlili əsassız hesab edən məhkəmə kollegi yası bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
36. Beləliklə yuxarıda da qeyd edildiyi kimi iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən, iddianın mümkün sayılmaması barədə apelyasiya instansiyası məhkəməsininin gəldiyi nəticə q anuni və əsaslıdır.
38. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından mübahisələndirilən qərardadın ləğv edilməsi, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-200/2021 nömrəli iş üzrə 23 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.