Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1153/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qərarın icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın cərimə edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin mülkiyyət hüququ əsasında dövlət qeydiyy atına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibatiİqtisadi Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2-1(085)-339/2019 saylı qərarının icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın cərimə edilməsinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-289/2022 nömrəli iş üzrə 11 mart 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron Rayonu İcra Hakimiyyəti başçısının 25 noyabr 1992-ci il tarixli, 609 saylı s ərəncamına əsasən Abşeron rayonu, Aşağı Güzdək kəndində (indiki qəsəbə) iddiaçıya mənzil tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 02 avqust 1951-ci il tarixdə Şamaxı rayonunda doğulmuş, uzun illərdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində qeydiyyatdadır. 1992-ci ildən Aşağı Güzdək kəndinin indiki qəsəbəsinin bir qrup sakinləri, o cümlədən o, həmin kəndin ərazisində fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması ilə bağlı ərizəsi əs asında Abşeron rayon İcra Hakimiyyəti başçısının 25 noyabr 1992-ci il tarixli, 609 saylı sərəncamına əsasən ona mənzil tikintisi üçün 1000 kv.metr torpaq sahəsi ayrılmışdır. Bu barədə ona Aşağı Güzdək kəndi üzrə nümayəndənin 13 saylı 11 dekabr 1992-ci il tarixli sərəncamından çıxarış verilmişdir. Torpaq sahəsini mişar daşı ilə hasarlamışdır. Bəzi üzürlü səbəblərdən torpaq sahəsini və onun üzərindəki tikilini sənədləşdirməmişdir.Torpaq sahəsini sənədləşdirmək üçün aidiyyatı qurumlara şifahi surətdə müraciət etmiş, həmin təşkilatlar sənədləri toplayaraq məhkəməyə müraciət edilməsini şifahi surətdə bildirmişdir. Torpaq sahəsinin texniki göstəricilərini və qiymətləndirilməsi ilə bağlı “Hüquq və torpaq məsələləri” məhdud məsuliyyətli cəmiyyətinə 09, 22 fevral 2018-ci il tarixlərində müraciət et mişdir. Müraciətinə əsasən, “ Hüquq və torpaq məsələləri” məhdud məsuliyyətli cəmiyyətinin mütəxəssisi həyətyanı torpaq sahəsinə baxış keçirərək ölçülər aparmış, baxış keçirildikdən sonra fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinin mərhum X2 ayrılmış 0,10 ha torpaq sahəsinə bitişik olmaqla, daş hasara ayrılmasına dair arayış verilmişdir. Həmin torpaq sahəsinin koordinatorları “Google yer” proqramının 09 aprel 2017-ci il tarixli ortofoto görüntülərinə əsasən göstərilmiş, əlavə olaraq 0.10 ha torpaq sahəsinin qiymətləndirilməsi barədə mütəxəssis rəyi verilmişdir. Həmin mütəxəssis rəyinə əlavə olaraq sözügedən sərəncamla ayrılmış torpaq 0,10 ha sahəsinin sxemi 50x20 ölçüdə tərtib edilmişdir. Qəsəbə bələdiyyəsinin sədri bunları görmüş, 2018-ci ilin may ayında onun qanuni olaraq 26 ildən çox istifadəsində olan 0.10 ha torpaq sahəsinin daş hasarını qanunsuz olaraq sökdürmüşdür. Eyni vaxtda qonşusu mərhum X1 0.10 ha torpaq sahəsinin daş hasarının bir hissəsini sökərək qanunsuz olaraq çəpərləmişdir. Bələdiyyənin sədri bildirmişdir ki, torpaq sahəsi bələdiyyənin mülkiyyətidir, başqasına satılacaqdır. Sonradan 0.10 ha torpaq sahəsinin şəxsi mülkiyyət hüquqları əsasında dövlət qeydiyyatına alınması üçün cavabdehə öz nümayəndəsi vasitəsilə müraciət etmiş, 02 oktyabr 2018-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında torpaq sahələrinin ayrılması barədə qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. Həmçinin daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Mübahisəni məhkəmədənkənar qaydada həll edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh tərəfindən iddiaya dair etiraz təqdim edilərək bildirilmişdir ki, iddia ərizəsində göstərilənlərin cavadeh tərəfindən araşdırılma sı zamanı müəyyən olunmuşdur ki, səlahiyyətsiz şəxs - Abşeron rayon İcra Hakimiyyəti başçısının Aşağı Güzdək kəndi üzrə Nümayəndəliyinin xx.xx.1992-ci il tarixli, 13 saylı sərəncamı ilə vətəndaşın istifadəsinə Abşeron rayonu, Aşağı Güzdək kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərinin həll edilməsi İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmiş, səlahiyyətsiz şəxs Aşağı Güzdək kəndi üzrə Nümayəndəliyinin sərəncam verməsi həm də o dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Aşağı Güzdək kəndi üzrə Nümayəndəliyinə torpaq sahəsi ayrılması səlahiyyə ti verməsi mümkünsüz idi, çünki sözügedən torpaq sahəsinin ayrılması Abşeron rayon İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətinə aid edilmişdir.
4. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 14 yanvar 2019-cu il tarixli, 2- 1(085)339/2019 nömrəli (hakim Z.R.Pirverdiyev) qərarı ilə iddia təmin edilərək Abşeron rayonu, Aşağı Güzdək kəndində iddiaçıya mənzil tikintisi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlak reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2 iyul 2019-cu il tarixli, 2-1(105)-272/2019 nömrəli (H.Ç.Babayeva-sədrlik edən və məruzəçi hakim, N.M.Nəsibov və Z.İ.Məmmədov) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 noyabr 2019-cu il tarixli, 2-1(102)-2911/2019 nömrəli (R.S.Nəbizadə-sədrlik edən hakim, İ.K.Hüseynov və X.S.Məmmədov) qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 2 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. birinci instansiya məhkəməsində icraat
9. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, uzun müddət keçməsinə baxmayaraq məhkəmə qərarının cavabdeh tərəfindən müxtəlif bəhanələrlə icra olunmadığını bildirmiş, cavabdeh barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2-1(085)-339/2022 nömrəli (hakim C.B.Məmmədov) qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-339/2019 nömrəli, 14 yanvar 2019-cu il tarixli qərarının icrasını təmin etmədiyi üçün 5 00 (beş yüz) manat məbləğində cərimə olunmuşdur.
11. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin 11 mart 2022-ci il tarixli, 2-1(105)-289/2022 nömrəli (Z.T.Məmmədov-sədrlik edən hakim, H.Ç.Babayeva və F.Ə.Məmmədov) qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 19 yanvar 2022ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 11 mart 2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarının hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud ola n uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun aradan qaldırılması barədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərman imzalanmışdır. Hal-hazırda həmin Fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq torpaqların istifadəsində mövcud olan uyğunsuzluqların və çatışmamazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması istiqamətində lazımı işlər aparılır.
16. Bununla yanaşı, xx.xx.2021-ci il tarixində iddiaçı tərəfindən hüquqların dövlət qeydiyyatı barədə ərizə və ərizəyə əlavə olunan sənədlərlə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət olmuş, aparılan araşdırma zamanı torpaq sahəsinin ümumi ölçüsünün 930 k v. m olduğu, bu torpaq sahəsinin 165 kv. m hissəsinin sənəd üzrə xx.xx.2019-cu il tarixli, **********95 reyestr nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan torpaq sahəsi ilə, 310 kv.m hissəsinin isə JN-113 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Odur ki, iddiaçının 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmasından xx.xx.2021-ci il tarixində imtina edilmişdir. X3 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ **********95 reyestr nömrəli çıxarışla xx.xx.2019-cu il tarixində dövlət qeydiyyatına alınmışdır. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi (**********95) üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə, məhkəmə mübahisəsinə Ali Məhkəmənin İnzibati-İqatisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə yekun vurulduqdan sonre qeydiyyata alındığı üçün qeyd edilən hal məhkəmə icraatı zamanı müəyyən edilməmiş, nəticə olaraq da sözügedən hala məhkəmə qərarında münasibət bildirilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri.
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 19. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. bənd
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.
20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbu l edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMİSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki h alları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Hazırkı işdə İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək uzun müddət keçməsinə baxmayaraq məhkəmə qərarının cavabdeh tərəfindən müxtəlif bəhanələrlə icra olunmadığını bildirmiş, cavabdeh barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir.
27. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, iş üzrə iddia tələbinə məhkəmədə baxılan zaman DƏDRX-in 4 saylı Ərazi İdarəsi cavabdeh qismində məhkəmədə iştirak etmiş və məhkəmə qərararını mübahisələndirmişdir. Həmin icraat çərçivəsində iddiaçının üzərində hüquqların dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsinin 310 kv.m hissəsinin JN-113 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə üst-üstə düşməsi barədə cavabdeh tərəfindən hər-hansı dəlil irəli sürülməmişdir. Bundan əlavə, hazırkı iş üzrə Ali Məhkəmə tərəfindən yekun qərar çıxarıldıqdan 10 gün sonra, yəni torpaq sahəsinə dair məhkəmə mübahisəsinin mövcudluğu və mübahisənin iddiaçının xeyrinə həll olunduğu ona məlum olduğu halda cavabdeh Ərazi idarəsi xx.xx.2019-cu il tarixdə həmin torpaq sahəsinin 165 kv.m hissəsinə digər şəxsin adına mülkiyyət hüquqlarını qeydə almışdır. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında qanunun 14.1-ci maddəsinə əsasən qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Həmin Qanunun 14.5-ci maddəsinə əsasən Qanunun 1 4.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Göründüyü kimi cavabdeh inzibati orqan müvafiq torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsinin olmasını bilməsinə baxmayaraq, həmin torpaq sahəsinin bir hissəsinə dair digər şəxsin mülkiyyət hüququnu dövlət reyesterində qeydə almaqla buna dair çıxarış vermişdir ki, bu da iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının cavabdeh tərəfindən icra olunmaması ilə nəticələnmişdir.
28. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə mə hkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6- cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı və 98-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti tə min edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli, 2-1(105)-289/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.