Məhkəmə qərarları › İş №2-1(102)-1153/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1153/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1153/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: bələdiyyə qərarı əsasında satılmış bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsi, işin hallarının araşdırılması prinsipinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı1 cavabdeh xxxnə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının 2-1(103)-3959/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bilgəh Bələdiyyəsinin 27 may 2005-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi ünvanında yerləşən 2900 kv.m olan torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə İddiaçı1 ayrılmışdır.

2. İddiaçı istifadəsində olan torpaq sahəsinin bələdiyyə orqanının qərarı əsas götürülməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh xxxnə müraciət etmiş, cavabdeh 23 may 2019-cu il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, təqdim edilmiş torpaqların alqı-satqısına dair akt keçmiş “Dövlət Torpaq və Xərit əçəkmə Komitəsi” tərəfindən qeydə alınmamışdır. Həmçinin sözügedən torpaq sahəsi qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq ayrılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı1, X2, İddiaçı3 xxxnə qarşı “çıxarışların verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

4. İddia onunla əsaslandırılır ki, Bilgəh bələdiyyəsinin 27 may 2005-ci il tarixli qərarı ilə torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə onlara ayrılmışdır. Lakin cavabdeh həmin torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edir və imtina onunla əsaslandırılır ki, torpaq sahəsi normadan artıq ayrılmış və alqı-satqı aktı DTXK tərəfindən qeydə alınmamışdır. İddiaçılar hesab edir ki, həmin dəlillər mülkiyyə t hüququnun dövlət qeydiyyatına alınmasından imtina əsası qismində çıxış edə bilməz.

5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11109/2023 saylı, 14 iyul 2023-cü il tarixli qərardadı ilə İddiaçı1, X2 və İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi iddia tələbləri üzrə 21(112)-11109/2023 nömrəli inzibati iş üzrə icraatdan -iddiaçı X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi ünvanında yerləşən 2900 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun X1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə icraat sonrakı icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması. -İddiaçı3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi ünvanında yerləşən 2900 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı3 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə icraat sonrakı icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılması. İddiaçı1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi ünvanında yerləşən 3600 kv.m olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın verilm əsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair icraat 2-1(112)-11109/2023 nömrə ilə saxlanılması qərara alınmışdır.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11109/2023 saylı, 04 avqust 2023-cü il tarixli qərarı ilə (hakim X3) iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında yerləşən 3600 kv.m torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun İddiaçı1 adına qeydə alınması və həmin daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi xxxnə həvalə edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, nə qədər ki bələdiyyə xəritələrinin təsdiqi prosesi başa çatdırılmadığına istinad edilir, ümumiyyətlə hazırkı torpaq sahəsinin bələdiyyə hüdudlarından kənarda olmasına dair konkret hala da istinad edilməsi yolverilməz hesab edilməli və torpaq sahəsi iş üzrə digər hallar da nəzərə alınmaqla bələdiyyə mülkiyyətində hesab edilməlidir.

8. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3959/2023 nömrəli, 05 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X4 /məruzəçi/, X5 və X6) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11109/2023 saylı, 04 avqust 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh kass asiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

12. Şikayətdə Torpaq Məcəlləsinin 65-ci maddəsinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 8-ci maddəsinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilir.

13. Kassator bildirmişdir ki, iddia olunan torpaq sahəsi ümumi hasar daxilindədir. Bundan başqa torpaq sahəsinə dair təqdim edilmiş yerləşmə cizgisində qeyd olunan perimetrik ölçülər və konfiqurasiya ilə faktiki vəziyyət arasında ciddi uyğunsuzluq mövcuddur. Həmçinin yerləşmə cizgisində dəqiq istinadlar və məsafələr qeyd olunmamışdır.

14. Daha sonra qeyd edilmişdir ki, iddiaçı tə rəfindən təqdim edilmiş torpaqların alqısatqısına dair aktları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamışdır. Həmçinin iddia olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar idarədə heç bir məlumat aşkar edilməmiş, torpaq sahəsi dövlət mülkiyyətində olmuş, eyni zamanda iddiaçıya qanunvericiliyin tələblərinə zidd olaraq normadan artıq torpaq sahəsi ayrılmışdır. Bundan əlavə ümumi torpaq sahəsinin 201 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qe ydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdi qlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bələdiyyə qərarı qəbul edilən və torpaqların alqı-satqısına da ir akt tərtib edilən tarixlərdə qüvvədə olan redaksiyada) 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Ma ddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Maddə

9. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri Maddə 9.6. Bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alqı-satqı aktı tərtib edilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şi kayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası mə hkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə

78. Sübutların təqdim edilməsi və tələb olunması 78.4. Tələb olunan sübutu təqdim etmək vəzifəsi məhkəmə tərəfindən üzürsüz hesab edilən səbəblərə görə yerinə yetirilmədikdə, sübutların olduğu şəxs iki min manatadək miqdarda cərimə olunur. 78.5. Cərimənin qoyulması tələb olunan sübuta malik şəxsi həmin sübutu məhkəməyə təqdim etmə vəzifəsindən azad etmir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsasland ırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

23. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

24. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzi fəsindən irəli gəlir.

25. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.

26. Hazırkı iş üzrə i ddiaçının hüquqi marağı və məqsədi Bilgəh Bələdiyyəsinin 27 may 2005-ci il tarixli qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi ünvanında yerləşən 2900 kv.m olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisi məqsədi ilə iddiaçıya ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir.

27. Həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyi ilə razılaşaraq iddianı təmin etmişlər. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmadığını kassasiya şikayəti verməklə ifadə etmişdir.

28. Bu qərarın 17-ci bəndində istinad edilən normalara əsasən, bələdiyyə yalnız mülkiyyətində olan torpaq sahəsi üzərində sərəncam vermək səlahiyy ətinə malikdir və yalnız mülkiyyətində olan torpaq sahəsini qanunvericiliyə uyğun olaraq qanuni istifadəyə verə bilər. Obyektiv araşdırma prinsipinin tələbi baxımından hazırkı iş üzrə mübahisəli torpaq sahəsinin məhz Sabunçu rayonu Bilgəh Bələdiyyəsinə ayrılmış torpaq sahələrinə aid olduğu və onun mülkiyyətinə verildiyi təkzibolunmaz faktlarla sübut edilməlidir.

29. Lakin apellyasiya məhkəməsi Sabunçu rayon Bilgəh Bələdiyyəsinə ayrılması nəzərdə tutulmuş torpaq sahələri ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 817 nömrəli sərəncamının, həmin sərəncamın icrası ilə bağlı müvafiq sənədlərin (torpaqayrma sənədləri, yerquruluşu planı və s.) əslini və ya təsdiq edilmiş surətini əldə etməmiş, sərəncamda ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin real və faktik i olaraq ayrılıb-ayrılmadığını, mübahisəli torpaq sahəsinin məhz həmin sərəncamla Sabunçu rayonu Bilgəh Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin hüdudları daxilində, o cümlədən Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin inzibati ərazisində yerləşdiyini müəyyənləşdirməmişdir. Hazırkı mübahisəyə münasibətdə qanunauyğun qərarın qəbulu üçün məhz qeyd olunan xüsusat həlledici əhəmiyyət daşıyır və həmin hallar araşdırılmadan qəbul olunmuş məhkəmə qərarı əsaslı sayıla bilməz.

30. Bundan başqa, iş materiallarından görünür ki, apelyasiya instansiyası məhkəməsi 07 noyabr 2023-cü il tarixdə iddiaçıya torpaq sahəsinin ayrılması barədə ayrıc aktının təqdim edilməsi ilə bağlı cavabdehə və Bilgəh Bələdiyyəsinə sorğular göndərmiş, lakin sorğuların heç birinə cavab verilməmişdir (iş vər. 106, 107). Məhkəmə növb əti dəfə sorğu göndərməmiş, eləcə də məcburetmə vasitələrindən (MPM-in 78-ci maddəsi) istifadə etməyərək sorğuya cavab almaqla, yaxud veriləcək cavablara zərurət olmaması ilə bağlı qəti mövqe sərgiləməmişdir.

31. İddiaçı elektron kabinet vasitəsi ilə Ali Məhkəməyə Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş 27 may 2005-ci il tarixli 728 saylı qərarı və Bilgəh Bələdiyyəsinin iclas protokolunu göndərmişdir.

32. Həmin sənədlərdən, həmçinin işdə olan torpaq ayırma ilə bağlı qərardan görünür ki, torpaq sahəsinin ayrılması barədə qərarların nəticə hissəsində məzmunca müəyyən fərqlər vardır. Belə ki, eyni hüquqları təsdiq edən sənəd olmalarına baxmayaraq Bilgəh Bələdiyyəsi tərəfindən verilmiş 27 may 2005-ci il tarixli 728 saylı qərarının nəticəsi hissəsinin birinci bəndi “Bilgəh qəsəbəsi ərazisində ye rləşən 3600 m2 torpaq sahəsi Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq əvəzi ödənilməklə (alqısatqı yolu ilə) ünvan 3 ünvanda yaşayan İddiaçı1 mülkiyyətinə verilsin” kimi olsa da, Bilgəh Bələdiyyəsinin iclas protokolu daha fərqli formada “Vətəndaş İddiaçı1 müraciəti təmin edilsin və 3600 kv.m torpaq sahəsi onun mülkiyyətinə verilsin” və s, yaxud bir qərarın bələdiyyə sədri, digər qərarın bələdiyyə tərəfindən qəbul edildiyi kimi olmuşdur.

33. Həmçinin həmin sənədlərə vurulmuş möhürlərin əksi də biri digərindən fərqlənir.

34. Növbəti apelyasiya baxışında qeyd edilən yuxarıdakı bütün xüsusatlar ətraflı şəkildə təhlil edilməli, iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qə bul etməyə imkan verən həcmdə araşdırma aparılmalı, torpaq sahəsinin dövlət, yaxud bələdiyyə mülkiyyətində olması, bələdiyyə sədri, yaxud bələdiyyə tərəfindən ayrılması müəyyən edilməli, eyni tarixli bələdiyyə qərarların nəticə hissəsindəki uyğunsuzluğa aydınlıq gətirilməli, qəbul edilən qərarın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun tələblərinə cavab verməsinə qiymət verilməlidir.

35. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tə tbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

38. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 05 dekabr 2023-cü il tarixli, 21(103)-3959/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar