Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1154/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Nəsimi rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması; hüquq varisliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X1 ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin Nəsimi rayon Şöbəsinə qarşı “yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-324/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya 2018-ci il 12 aprel tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
3. Cavabdeh 2019-cu il 28 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçıya xx.xx.1971-ci il tarixdən xx.xx.2006-cı il tarixədək fasilələrlə 29 il 11 ay 29 gün iş stajı, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 3 il 1 ay sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığor ta haqlarının 90%-i və xx.xx.2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 3324,17 manat pensiya kapitalına əsasən, xx.xx.2018-ci il tarixdən 164,94 manat, xx.xx.2019-cu il tarixdən 169,90 manat yaşa görə əmək pensiyası hesablanaraq ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlardan əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müdd ətləri sığorta stajına daxil edilir. İddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “xxxx” ASC-də işlədiyi iş stajının düzgünlüyünün yerində dəqiqləşdirmək mümkün olmaması səbəbindən həmin illər qanunvericiliyə uyğun olaraq ümumi iş stajına daxil edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2002-ci il 2 yanvar tarixdən 2005-ci il 23 sentyabr tarixədək “xxxx” ASC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, pensiya hüququnun yarandığı 2018-ci il 12 aprel tarixdən əmək pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmi şdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx xxxxx 2018-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Lakin ona əmək pensiyası təyin edilərkən, xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək “xxxx” ASC-də işlədiyi müddət əsassız olaraq nəzərə alınmamış, sosial sığorta stajına daxil edilməmiş və əmək pensiyasına hesablanmamışdır. “xxxx” ASC-də işlədiyi və sonradan Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli Sərəncamı ilə ləğv edilmiş “Azərsutikinti” Dövlət konserninin Bakı Təsərrüfat Hesablı Nəqliyyat müəssisəsinin bazasında yaradılmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
6. Cavabdeh id dia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 7. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli 2-1(81)3985/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 2002-ci il 2 yanvar tarixdən 2005-ci il 23 sentyabr tarixədək “xxxx” ASC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə, ona pensiya hüququnun yarandığı 2018-ci il 12 aprel tarixdən əmək pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək kitabçasına əsasən iddiaçının sosial sığorta stajının olması sübuta yetirildiyindən və onun 2002-2005-ci illərdə əmək fəaliyyətində olduğu m üddət ərzində müəssisə tərəfindən Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqının ödənilməməsində iddiaçının təqsir olmadığından, cavabdeh tərəfindən verilmiş imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 yanvar tarixli 2-1(103)-324/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 7 noyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şi kayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri 13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə əsasən, əmək kitabçasında qeyd olunan dövrlər yerində qarşılıqlı yoxlanılmalıdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim edilmiş əmək kitabçasında qeyd olunmuş 2002-2005-ci illərdə “xxxx” ASC-də işlədiyi dövrün yoxlanılması zamanı qeyd olunan müəssisənin arxiv sənədləri olmadığı üçün həmin dövrün yoxlanılması mümkün olmamışdır. Belə ki, “xxxx” ASC 2002-2005-ci illər ərzində DSMF-nin Abşeron rayon Şöbəsinə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında” məlumatların (forma B3) təqdim etməmişdir. Göstərilən dövr ərzində müəssisələrin təqdim etdiyi hesabatlar yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənişi barədə olduğu üçün ödənişin konkret hansı fərdi şəxsləri əhatə etdiyi barədə şöbədə məlumat yoxdur. Həmçinin, əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən iş dövrünün sığorta stajına daxil edilməsi üçün həmin dövrə görə məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Lakin iddiaçının 2002-2005-ci illərdə işlədiyini iddia etdiyi dövr üçün məcburi dövl ət sosial sığorta haqqı ödənilməmişdir. Buna görə də həmin dövr sığorta stajı kimi hesablanmamışdır. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış, qanunvericiliyin tələblərinə əsasən iş dövrünün sosial sığorta stajı hesab olunması üçün həmin dövrə görə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi tələb olunsa da, 2002-2005-ci illərə görə iddiaçı üçün məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi halda məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməyərək qanunsuz olaraq həmin dövrü sosial sığorta stajına daxil etmiş, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunm asını xahiş etdi.
15. İddiaçı 2020-ci il iyulun 6-da ölmüşdür.
16. İddiaçının arvadı X4 ərizə ilə məhkəməyə müraciət edərək onun mərhum ərinin prosessual hüquq varisi kimi qəbul olunmasını və icraata cəlb edilməsini xahiş etmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 4 avqust tarixli 2-1(102)-1154/2020 nömrəli qərardadı ilə İddiaçı prosessual hüquq varisi X4 ilə əvəz edilmişdir.
18. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının hüquq varisi məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının v ə iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilər in yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 42.1. Əmək pensiyaçısına verilməli olan və onun vəfatı ilə əlaqədar alınmamış əmək pensiyası məbləği mülki qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilir.
20. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiy a instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan laz ımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. 24. 1992-ci ildə qəbul edilmiş və iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövründə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır.
25. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, 2002-ci il 2 yanvar tarixdən 2005-ci il 23 sentyabr tarixədək “xxxx” ASC-də işləmişdir.
26. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
27. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. 28.Sığorta haqlarının ödənilmədiynə dair cavabdehin dəlilinə gəldikdə, əvvəla, "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən, bütün sığortaedənlərdən mə cburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək sığortaçının hüquqlarıdır.
29. Həmin normaya görə, sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər v əzifələri yerinə yetirmək.
30. Göründüyü kimi, sığortaçının qanunla ona verilmiş səlahiyyətləri və vəzifələri icra etmək, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək öhdəliyi olmuşdur.
31. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
32. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tar ixinə ödənilməmiş borcların qalığına da şamil edilir.
33. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu.
34. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, İddiaçı x xxxx 2020-ci il tarixdə ölmüşdür. Ali Məhkəmənin İnzibati Kollegiyasının x xxxxxx 2020-ci tarixli qərardadı ilə iddiaçı prosessual hüquq varisi X4 ilə əvəz edilmişdir.
35. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hazırkı iş üzrə qərarı dəyişdirilməli, iddiaçıya onun öldüyü x xxxx 2020-ci il tarixədək hesablanmalı olan pensiya məbləği hüquq varisinə ödəni lməlidir.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 24 yanvar tarixli 2-1(103)-324/2020 nömrəli qərarı dəyişdirilir. Cavabdehin üzərinə mərhum İddiaçı 2002-ci il 2 yanvar tarixdən 2005-ci il 23 sentyabradək “xxxx” ASC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə pensiya hüququnun yarandığı 2018-ci il 12 aprel tarixdən 2020-ci il 6 iyul tarixədək (öldüyü günədək) əmək pensiyasının yenidən hesablanması və həmin tarixədək pensiya məbləğində yaranacaq fərqin birdəfəlik olaraq İddiaçı hüquq varisi X3 ödənilməsi öhdəliyi qoyulur. Kassasiya şikayəti təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bəd