Məhkəmə qərarları › İş №2-1(102)-1154/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1154/2021

07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1154/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işin ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, X1 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar i şsiz olaraq qeydiyyatda olan şəxs kimi ona aprel, may və iyul ayları üçün birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddiaçının Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-201/2021 saylı 23 aprel 2021-ci il tarixli qərardadından verdiyi kasasiya şikayətinə şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdehə qarşı iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz olaraq qeydiyyatda olan şəxs kimi ona aprel, may və iyul ayları üçün birdəfəlik ödəmənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsi (hakim İlqar Cabbarov) iddia ərizəsinə baxılması üçün inzibati işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə 24 fevral 2021-ci il tarixli 2-1(116)-124/2021 nömrəli qərardad qəbul etmişdir.

3. İddiaçı Şəki İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli qərardadından apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

4. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-201/2021 saylı 23 aprel 2021-ci il tarixli qərardadı ilə iddiaçının apelyasiya şikayəti təmin olunmamışdır.

5. İddiaçı 1 may 2021-ci il tarixdə qərardadın surətini almış, 8 may 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ləğv olunmasını, işin baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya şi kayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) kasasiya şikayətinin dəlilləri

6. Apelyasiya məhkəməsi qəbul etdiyi qərardadla səhv nəticəyə gəlmişdir.

7. İddia tələbi uzun müddət Şəki İnzibati Məhkəməsinin icraatında olduğu üçün aidiyyət qaydaları pozulub-pozulmamasından asılı olmayaraq Şəki İnzibati Məhkəməsində baxılmalı idi. Apelyasiya məhkəməsi Ali Məhkəmənin 2021-ci il 537 saylı qərarına istinad etmişdir, halbuki Ali Məhkəmənin 2021-ci il 269 saylı qərarında qeyd edilmişdir ki, aidiyyətlə bağlı şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır. b) kasasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) məhkəmə icraatı iştirakçılar ının izahatları

9. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

10. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndi rmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (-). Maddə 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: (-); 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallar da, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; (-); 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin a idiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.3. Mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həm in qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. (-). 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə

45. İddianın qaldırılması 45.1. İddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. (-). 45.5. İddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; 45.5.2. aidiyyətlə əlaqədar şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

12. İddiaçı Şəki rayonunda qeydiyyatdadır. Cavabdeh isə Bakı şəhərində yerləşir.

13. İddianın predmeti birdəfəlik aylıq sosial yardımla təmin edilmə barədədir.

14. İddiaçı koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar olaraq xüsus i karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində birdəfəlik ödəmə verilməsi öhdəliyinin cavabdeh nazirliyin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

15. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 16. “Koronavirus (COvİD-19)” pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qa ydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 3.5-ci bəndində qeyd edilir ki, yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur.

17. Belə olan halda iddia növü öhdəliyin icrası haqqında iddiadır.

18. Öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxıldığından, cavabdeh Bakı şəhərində yerləşdiyinə görə mübahisəyə Bakı İnzibati Məhkəməsinə baxılması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

19. İddiaçı kasasiya şikayətində Ali Məhkəmənin 2021-ci il tarixli 269 saylı qərarına istinad edərək bildirmişdir ki, aidiyyətl ə bağlı şərtlərin dəyişməsinə baxmayaraq iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qaldığından mübahisəyə Şəki İnzibati Məhkəməsində baxılmalıdır.

20. Məhkəmə kollegiyası vurğulayır ki, İPM-in 45.5.2-ci maddəsinin tələbi mövcud olduğu halda, yəni aidiyyətlə əlaqədar şərtlər dəyişdikdə belə, iddia ilə bağlı iş iddianın ilkin olaraq verildiyi məhkəmənin icraatında qalır.

21. Lakin hazırkı halda, iddia ərizəsi Şəki İnzibati Məhkəməsinə təqdim edilərkən aidiyyət qaydalarına əməl edilməmiş və aidiyyətlə əlaqədar əvvəlki şərtlər dəyişməz qalmışdır.

22. Odur ki, kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin olunmadan, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnz ibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-201/2021 saylı, 23 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar