Məhkəmə qərarları › İş №2-1(102)-1154/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1154/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1154/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi, güzəştli iş stajı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 aprel 2022-ci il tarixli, 2-1(103)415/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 1976-1979-cu illərdə Bakı şəhəri 19 nömrəli X1 məktəbində təhsil almış, 1980-cı ilin oktyabr ayından 1982-ci ilin noyabr ayınadək hərbi xidmətdə olmuşdur.

2. İddiaçı xx.xx.1979-cu ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1979-cu ildən xx.xx.2002-ci ilədək (hərbi xidmətdə olduğu müddət istisna olma qla) "xxxx" ASC-də (əvvəlki adları: “Bakı asbestsement və keramika məmulatları” Kombinatı; "xxxx" Kombinatı) elektrik avadanlıqlarına xidmət üzrə montyor işləmişdir.

3. İddiaçı 8 iyun 2020-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd edilən sənədlərin əsilləri tam şəkildə təqdim edildiyi halda, müraciətə baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xx.xx.2006-cı il tarixə 30 ildən çox ümumi və 20 ildən çox xüsusi iş stajı olduğundan (elektrik montyoru peşəsində işləmişdir) “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Güzəştli iş stajının mövcudluğu həm də "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli arayışı ilə təsdiqlənir.

7. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən ildən az təşkil edir. Həmçinin, İdarəyə təqdim olunan 24 dekabr 2019-cu il tarixli arayışda vətəndaşın “Bakı asbestsement və keramika məmulatları” kombinatında “elektrik montyoru” işlədiyi qeyd edilmişdir və AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsinin “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyoru” vəzifəsinə istinad edil mişdir. Lakin iddiaçının təqdim etdiyi NT-İ ******* nömrəli əmək kitabçasında onun işlədiyi vəzifə “avandanlığa qulluq üzrə elektrik montyoru” kimi qeyd olunmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin (hakim R.L.Kərimli) 31 avqust 2021-ci il tarixli, 21(112)-1447/2021 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıya xx.xx.2018-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 2006-cı ilin 1 yanvar tarixinədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»da nəzərdə tutulan müvafiq peşədə (kod 23200000-19859) iş stajına malik şəxs kimi “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər S.İ. Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.P.Oruczadə) 1 aprel 2022-ci il tarixli, 2-1(103)-415/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh iddia tələbinə qarşı verdiyi etirazdakı dəlilləri təkrarlayaraq qeyd etmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları düzgün qiymətləndirməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.8. Bu Q anun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;...

18. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, cavabdehin hazırkı şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİY A İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamaqla və müstəqil şəkildə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamamaqla işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət etməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

22. Hazırkı iş üzrə iddiaçının tələbi ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olduğundan, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı ilədək 25 il ümumi və 12 il 06 ay güzə ştli iş stajı olmalıdır (“Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən).

23. İddiaçının həm ümumi, həm də güzəştli iş stajı cavabdeh tərəfindən mübahisələndirilir.

24. İddiaçının tələb olunan ümumi iş stajının olması ilə bağlı məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının əmək fəaliyyəti dövrü (xx.xx.1979-xx.xx.1980; xx.xx.1983-xx.xx.2002), təhsil aldığı dövr (19761979) və hərbi xidmət dövrü (2 il) nəzərə alındıqda, onun 25 ildən artıq ümumi iş stajı olması müəyyən olunur ki, bu hissədə kassatorun dəlilləri əsassızdır.

25. İddiaçının güzəştli iş stajı ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

26. İddiaçının əmək kitabçasında onun xx.xx.1986-cı ildən xx.xx.2002-ci ilədək elektrik avadanlıqlarına xidmət üzrə montyor işlədiyi qeyd edilmişdir.

27. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 24/12k nömrəli arayışında (iddiaçıya ünvanlanmış) qeyd edilmişdir ki, iddiaçı xx.xx.1979-cu il tarixdən (240k nömrəli əmr) hərbi xidmət xaric xx.xx.2002-ci il tarixədək (406k nömrəli əmr) “Bakı asbestsement və keramika məmulatları” Kombinatında işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahının 35-ci bölməsində (Ümumi peşələr) nəzərdə tutulmuş “Qurğuşunlaşdırılmış kabellərin və polixrolvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərlə daim məşğul olan kabel xəttlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” peşəsində iş stajı cəmi 20 il 11 ay 17 gün təşkil edir. 28. "xxxx" ASC-nin məhkəməyə ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.1979-cu il tarixdən 20 il 11 ay 17 gün elektrik avadanlıqlarının xidməti üzrə elektrik montyoru peşəsində işləmişdir və həmin peşəsinə görə müəssisənin bütün növ kabellərin, o cümlədən quraşdırılmış kabellərin, politelin və polixlorvinil örtüklü kabellərin lehimlənməsi, təmiri və quraşdırılması ilə daim məşğul olmuşdur. Onun işlədiyi peşə AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmişdir. Həmin qərarla təsdiqlənmiş siyahının 35-ci “Ümumi peşələr” bölməsində qeyd olunan peşə nəzərdə tutulmuşdur.

29. İşə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının iş yerindən verilmiş arayışlara istinad etməklə onun işlədiyi “elektrik avadanlıqlarına xidmət üzrə montyoru” peşəsini «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın 33-cü bölməsindəki (kod:23200000—19859) “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” peşəsinə uyğunlaşdırmışdır.

30. Ali Məhkəmənin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd edilmişdir ki: “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmun u diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda,məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi mü əssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir”.

31. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi icmal məktubda qeyd edilən istiqamətdə hərtərəfli araşdırma aparmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında qeyd edilən peşənin adı ilə Siyahıda uyğunlaşdırılan peşənin adı bir-birindən fərqlənir. İş y erindən verilən arayışlarda iddiaçının işlədiyi peşə Siyahıya uyğunlaşdırılsa da, arayışda ümumi ifadələrdən istifadə edilmişdir. Hal-hazırda iddiaçının işlədiyi peşə ilə Siyahıda nəzərdə tutulan peşənin funksional eyniləşdirilməsinə zərurət olduğundan, məhkəmə kollegiyası iş materiallarında olan arayışların məzmununu iş üzrə nəticəyə gəlmək üçün yetərli hesab etmir.

32. Qeyd edilən funksional eyniliyin müəyyən edilməsi üçün iş yerindən iddiaçının tutduğu peşənin vəzifə təlimatları, onun icra etdiyi konkret işlər, o cümlədən işlərin xarakteri barədə məlumat tələb edilməli və öyrənilməli, bundan sonra iş üzrə qərar qəbul edilməlidir.

33. Eyni zamanda, iddiaçı elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru kimi SOKAR-ın “Neftqaztikinti” Trestində işləmiş, lakin həmin müəs sisədən verilən arayışda həmin peşənin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın 33-cü bölməsindəki (kod:23200000—19859) “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” peşəsinə uyğun olmaması qeyd edilmişdir (iş v.52).

34. Göründüyü kimi, eyni peşəni bir müəssisə Siyahıya uyğunlaşdırmaqla zərərli peşələrə aid etsə də, digər müəssisə zərərli peşə hesab etməmişdir. Bu baxımdan, iddiaçının "xxxx" ASC-də işlədiyi peşə ilə (elektrik avadanlıqlarına xidmət üzrə montyor) ilə “qurğuşunlaşdırılmış kabell ərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları” peşəsinin funksional eyniliyinin müəyyən edilməsi istiqamətində ətraflı araşdırma aparılmalıdır.

35. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli araşdırmamış, iş yerindən verilmiş arayışın məzmununa istinad etməklə qərar qəbul etmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur.

36. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 aprel 2022-ci il tarixli, 21(103)-415/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar