Məhkəmə qərarları › İş №2-1(102)-1154/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1154/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1154/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 22.06.2023 hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehna qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü tarixli, 2-1(103)-727/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydas ında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.

2. Cavabdeh 07 oktyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən sığorta stajı xx.xx.2006-cı il tarixinədək 15 il 2 ay 25 gün olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, xx.xx.2006-cı il tarixinədək sığorta stajına (15 il 2 ay 25 gün) uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 11294,35 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. X1 və araşdırma şöbəsinin xidməti məruzəsinə əsasən əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək işlədiyi “Oliqomer-Sintez” kiçik elmi tədqiqat müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından həmin dövrün araşdırılması mümkün olmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Elm və X2 xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.1993-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək işlədiyi Dövlət Elmi-Tədqiqat “Olefinlər” İnstitutunun 1990-cı ildən sonra əmək haqqı cədvəlləri və 2000-ci ildən sonra kadr əmrləri ARDETSA-ya təhvil verilmədiyi üçün həmin dövrün sığort a stajının araşdırılması mümkün olmamışdır. Beləliklə, həmin dövrlər qanunvericiliklə sığorta stajına daxil edilmir. Qeyd olunanları nəzərə alaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ona xx.xx.2020-ci il tarixindən 130 manat yaşa görə sosial müavinət təyin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı 6 dekabr 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin imtinası qanunazidd olmuş və onun hüquqlarını pozm uşdur. Əmək fəaliyyətinə xx.xx.1975-ci il tarixdə aptekdə işləməklə başlamış, sonradan X3 “Olefinlər” İnstitutunda laborant və mühəndis, daha sonra isə kiçik elmi işçi vəzifələrində işləmişdir. Sovetlər birliyinin süqutundan sonra xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək “OliqomerSintez” X4 müəssisəsində elmi işçi, baş elmi işçi vəzifələrində işləmiş və son olaraq xx.xx.1993-cü ildən xx.xx.2004-cü il tarixinədək Azərbaycan Dövlət Elmi Tədqiqat “Olefinlər” İnstitutunda baş elmi işçi vəzifəsində çalışmışdır. İşlədiyi institutun 2004-cü ilin sonlarında ləğv edilməsi səbəbindən elm adamı olaraq əmək fəaliyyəti bununla bitmişdir. Ümumilikdə, xx.xx.1975-ci ildən xx.xx.2004-cü ilədək olan dövr üçün fasiləsiz olaraq 29 ilə yaxın əmək (sığorta) stajına malikdir. Qeyd olunan iş stajı işəgötürənin 05 oktyabr 1975-ci il tarixdə açılmış əmək kitabçası ilə təsdiq olunur. Cavabdehin etirazları:

5. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Filial tərəfindən xx.xx.2021-ci il tarixli **********2 nömrəli imtina məktubu verilərək bildirilmişdir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi “Oliqomer-Sintez kiçik elmi tədqiqat müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından həmin dövrün araşdırılması mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası Dövlət elm və X2 xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tari xədək işlədiyi Dövlət Elmi-Tədqiqat “Olefinlər” İnstitutunun 1990-cı ildən sonra əmək haqqı cədvəlləri və 2000-ci ildən sonra kadr əmrləri ARDETSA-ya təhvil verilmədiyi üçün həmin dövrün sığorta stajının araşdırılması mümkün olmamışdır. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq, İddiaçı xx.xx.2020-ci il tarixdən 130 manat yaşa görə sosial müavinət təyin olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4322/2022 saylı 30 avqust 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək İddiaçı 61 yaş 6 ayının tamam olduğu xx.xx.2020ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara al ınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X.A. Cəmilova -sədrlik edən, A.P.Oruczadə və R.Ə.Səmədov) 18 yanvar 2023-cü il tari xli, 2-1(103)-727/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddiaçının müraciətinə verilmiş imtinanın dəlilləri və iddia ərizəsinə qarşı verilmiş etirazda göstərilənlər təşkil edir. Cavabdeh hüquqi mövqeyinin əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2, 3.1, 7, 21.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlillə ri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 15. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edə n əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 17. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uy ğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və y a qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün he sab edilmişdir.

20. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəy yən edilməmişdir.

22. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.

23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. İddiaçının xx.xx.1958-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 61 yaş 6 ayının tamam olduğu 18 fevral 2020-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Hə min normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.

25. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən onun 25 ildən artıq əmək (sosial sığorta) stajı vardır.

26. Cavabdehin mübahisələndirdiyi iş dövrlərinə gəldikdə, iddiaçının 2006-cı il 1 yanvar tarixədək işlədiyi elmi tədqiqat müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından həmin dövrün araşdırılması mümkün olmamışdır. Həmçinin Azərbaycan Respublikası Dövlət elm və X2 xx.xx.2021-ci il t arixli məktubuna əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi Dövlət Elmi-Tədqiqat “Olefinlər” İnstitutunun 1990-cı ildən sonra əmək haqqı cədvəlləri və 2000-ci ildən sonra kadr əmrləri ARDETSA-ya təhvil verilmədiyi müəssisələrin hazırda fəaliyyətinin olmaması və arxiv sənədlərinin olmaması iddiaçının əmək kitabçasında mübahisələndirilən illərə dair qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır və həmin iş dövrü mübahisələndirilməli deyil.

27. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

28. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.

29. Beləliklə, inzibati orqan əmək kitabçasında göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.

30. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2023-cü tarixli, 2-1(103)-727/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar