Məhkəmə qərarları › İş №2-1(102)-1154/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1154/2024

25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1154/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi; iddianın mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 25.04.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-2124/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı ic raat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya aid xidmət dəftərçəsindən görünür ki, o, 2008- ci ildə Heydər Əliyev adına hərbi liseyə daxil olmuş, 2012-ci ildə həmin məktəbi “Motoatıcı” ixtisası üzrə bitirmiş, 2012-ci ilin iyul ayından 2013-cü ilin iyun ayına qədər Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində motoatıcı ixtisası üzrə təkmilləşdirmə kursunu bitirib, 2013-cü ilin iyun ayından 2014-cü ilin iyun ayından 2016-cı ilin iyun ayınadək N nömrəli hərbi hissənin motoatıcı taqım komandiri, 2016-cı ilin iyun ayından 2017-ci ilin iyun ayınadək N nömrəli hərbi hissənin bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini, 2017-ci ilin iyun ayından 2020ci ilin iyul ayınadək N nömrəli hərbi hissənin bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini, 2020-ci ilin iyu l ayından N nömrəli hərbi hissənin bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir. 2. 09.11.2021-ci il tarixdə 4-cü taborun komandiri tərəfindən 4-cü taborun 13-cü bölük böyük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant İddiaçı verilən tapşırıqların icrasına məsuliyyətsiz yanaşdığına, xidmətində yol verdiyi nöqsanlara, fiziki hazırlıqdan qeyri-məqbul nəticə göstərdiyinə, tutduğu vəzifənin öhdəsindən layiqincə gələ bilmədiyinə, tabeçiliyində olan şəxsi heyətin mənəvi psixoloji durumu ilə maraqlanmadığına görə kiçik zabitlərin şərəf məhkəməsində dinlənilməsi üçün vəsatət qaldırılmasına dair raport verilmişdir.

3. İddiaçı xidmət dövründə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və müayinə zamanı ona sol körpücük sümüyünün akromal ucunun qapalı, qopmuş cüzi yerdəyişmiş sınığından sonrakı zəif sümük döyənəyi diaqnozu qoyulmuşdur

4. N nömrəli hərbi hissənin komandirinin xx.xx.2021-ci il tarixli təqdimatına əsasən kiçik zabitlərin şərəf məhkəməsinin vəsatətini nəzərə alaraq baş leytenant İddiaçı Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması məqsədəuyğun hesab edilmişdir.

5. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 09 dekabr 2021-ci il tarixli 01750 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı id dia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ehtiyata buraxılma şərtinin “Xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndindən (xidməti uyğunsuzluğa görə) “j” bəndinə (öz arzusu ilə) dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra iddiaçı iddia tələbini “Azərbaycan Respublikası Müdafiə Nazirinin 09 dekabr 2021-ci il tarixli 01750 nömrəli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi” kimi dəyişdirmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 14 il müddətində qüsursuz xidmət etmiş, dəfələrlə mükafatlandırılmış, vəzifədə irəli çəkilmişdir. O, peşəsinə hörmətlə yanaşan, xidmətini sevən və fiziki qüsurunun olmasına və tibbi göstəricilərə görə könüllü olaraq xidmətdən tərxis olunma imkanından istifadə etməyib xidmətini ən ağır bölgələrdə dava m etdirmiş və davam etməyə də hazır olan zabitdir. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə və özünə qarşı tələbkar olduğuna görə vəzifədə irəli çəkilərək N nömrəli hərbi hissənin komandirinin xx.xx.2016-cı il tarixli 056 nömrəli əmri ilə N nömrəli hərbi hissənin bölük komandirinin şəxsi heyətlə iş üzrə komandir müavini vəzifəsinə təyin olunmuş, sağlamlığı ilə bağlı fiziki qüsurunun, yəni çiynində olan travmaya görə turnikdə idman normativini tam verə bilməməsinə baxmayaraq Müdafiə Nazirin müavini-X2 Komandanın xx.xx.2017-ci il tarixli 016 saylı əmri ilə iki il gecikmə ilə növbəti baş leytenant rütbəsi ona verilmiş və xx.xx.2017-ci ildə N nömrəli hərbi hissənin bölük komandirinin şəxsi heyətlə iş üzrə komandir müavini vəzifəsinə təyin olunmuşdur. Bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kimi vəzifələrini layiqincə yerinə yetirmiş, hərbi-uçot ixtisası üzrə xidməti vəzifələrini icra etmə qabiliyyətində olmuşdur.

9. Müdafiə Naziri baş leytenant Ə. Həsənovun xidməti uyğunsuzluqla vaxtından əvvəl ehtiyata buraxılmasına səbəb Naxçıvan Muxtar Respublikasının Ordu Komandanın əsassız və yoxlanılmamış məlumatlara istinadən tərtib etdiyi təqdimat olmuşdur. Təqdimatda xidmətinin son altı ay ərzində İddiaçı davamlı olaraq əmrə tabe olmaması və vəzifəsinin öhdəsindən gələ bilməməsi göstərilmişdir. Bunlar həqiqətə uyğun gəlməyən nəticə kimi qiymətləndirilməlidir. İddiaçı 14 il müddətində yaxşı olub və qəfildən intizamsız zabit olması yalnız əqli cəhətdə xəstə olması ilə izah oluna bilərdi, lakin onun səhhətində heç bir problem olmamışdır. Sonuncu hərbi hissəyə Komandan tərəfindən sıra qarşısında elan olunmuş rütbə verilmədən təcili olaraq heç bir izah verilmədən başqa hərbi hissəyə göndərildikdən sonra ona qarşı təzyiqlər və yuxarı rəhbərliyin qərəzli mövqeyi əsasında xidməti uyğunsuzluqla xidmətdən tərxis olunma kompaniyası başlanmış və növbəti rütbə verilmə bəhanəsi ilə attestasiyaya çağırılmış və attestasiyanın qərəzli rəyindən iki ay sonra xidməti uyğunsuzluqla xidmətdən tərxis olunmuşdur.

10. Qeyd edilməlidir ki, komandan tərəfindən sıra qarşısında İddiaçı şifahi əmrlə kapitan rütbəsi verilmiş və Komandan şəxsən Türkiyə Silahlı Qüvvələrdə istifadə olunan hərbi qalstuka bağlanan sancağı ona hədiyə etmişdir (həmin hədiyyə məhkəməyə təqdim olunur). Lakin səhərisi günü başqa hərbi hissəyə keçirildikdə əmrdə rütbəsi baş leytenant göstərilmişdir. Göründüy ü kimi, Müdafiə Nazirin müavini, general-polkovnik Kərəm Mustafayevin baş leytenant İddiaçı elan etdiyi kapitan rütbəsi sonuncuya əmrlə rəsmiləşdirilməmiş və Müdafiə Naziri tərəfindən həmin əmr ləğv edilməmişdir. Halbuki, Silahlı Qüvvələrin Daxili Nizamnaməsinin tələbinə görə rütbəni vermiş şəxs (şifahi və ya rəsmi) özü öz əmrini ləğv edə bilməz, yalnız ondan yuxarı komandir bunu edə bilərdi. Halbuki, Silahlı Qüvvələrin Daxili Nizamnaməsinin tələbinə görə rütbəni vermiş şəxs (şifahi və ya rəsmi) özü öz əmrini ləğv edə bilməz, yalnız ondan yuxarı komandir bunu edə bilərdi. Bu tələblərə əməl etməmək üçün İddiaçı qəfildən onu tanımayan və rütbənin verilməsindən məlumatı olmayan hərbi hissəyə xidmətinin davam etdirilməsi üçün baş leytenant rütbədə göndərilməkdə kapitan rütbəsinin verilmə şərai tini unutdurmaq və izi azdırmaq olmuşdur.

11. Belə ki, xx.xx.2014-cü ildə İddiaçı məzuniyyətdə olduğu müddət ərzində avtomobil qəzası nəticəsində sol körpücük sümüyünün akromal ucunun qapalı, qopmuş cüzi yerdəyişmiş sınığından sonrakı zəif sümük döyənəyi diaqnozu ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb xx.xx.2014-cü il tarixdə xidməti yerinə qayıtmışdır. Aldığı travma ilə əlaqədar N nömrəli hərbi hissənin komandirinin xx.xx.2014-cü il tarixli 101 nömrəli göndərişi ilə 11 mart 2014-cü ildə N nömrəli hərbi hissənin Qarnizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Xəstəlik cədvəlinin” 86 maddəsinin İİİ qrafasına əsasən hərbi xidmətə müvəqqəti yararsız hesab edilərək 14 gün müddətinə hərbi xidmət vəzifələrinin icrasından tam azad olunmuş, daha sonra N nömrəl i hərbi hissənin komandirinin xx.xx.2019-cu il tarixli 5150 nömrəli göndərişi ilə xx.xx.2019-cu ildə N nömrəli hərbi hissənin Qarnizon hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək “Xəstəlik cədvəlinin” 65 “c” və 13 “d” maddəsinin İİİ qrafasına əsasən sol körpücük sümüyünün akromal ucunun qapalı, qopmuş cüzi yerdəyişmiş sınığından sonrakı vəziyyətə görə İİ dərəcəli alimentar piylənmə diaqnozu ilə hərbi xidmətə yararlı hesab edilmişdir. Hava dəyişikliyi zamanı və xidmətini davam etdirdiyi dövrdə hərbi-həkim komissiyası tərəfindən qeyd olunan travmadan yara ağrılarının kəskinləşməsi səbəbindən o, xx.xx.2019-cu il tarixdə “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi”ndə KT kabinetdə tibbi müayinədən keçərkən 1.4-1.5 fəqərəarası sahədə arxa liqamentumda kalçinat və intervertebral diskin fi broz həlqəsinin qabarması sol nevral forameni inferiorda daraldan 7.8 mm ölçüdə sol paramedian yırtıq aşkar edilmişdir.

12. E.Həsənovda olan xəstəliyi ətraflı yazmaqda məqsəd odur ki, o, aldığı travma ilə bağlı davamlı şəkildə keçirdiyi ağrılara baxmayaraq, xidmətini ön cəbhədə davam etdirmiş və komandirləri tərəfindən dəfələrlə soruşulduqda ki, xidmətini davam etdirmək istəyirmi, o, hər zaman müsbət cavab vermişdir. Xidmətinin son aylarında hərbi hissə komandirinin səhv məruzəsi nəticəsində ona qarşı rəhbərlik tərəfindən arzuolunmaz davranış nümayiş etdirilmiş və qərəzli mövqe tutulmuşdur. Bu səbəbdən xidmətinin son altı ayında ardıcıl olaraq cüzi səbəbdən töhmətlər elan edilmiş, hətta bir töhmət növbəti rütbə almağı ilə bağlı yuxarıda şərh edilən travmaya görə idman normativini verə bilm əməyi ilə əlaqədar olmuşdur, yəni 2014-cü ildə aldığı travmaya görə 7 il xidməti dövründə idman normativini verə bilməməyinə görə cəza verilmədiyi halda İddiaçı asılı olmayan fiziki qüsura görə cəza verilməyə başlanmışdır. Bu cəzaların, o cümlədən N dəfə N nömrəli hərbi hissənin kadrlar üzrə bölməsində onunla fərdi söhbətlərin aparılması, daha sonra şərəf məhkəməsində onun işinə baxılması formal cəhətdən “Xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin əsasını təşkil etmək üçün edilən addımlar olmuşdur.

13. Zabitin xidməti dövründə xəstələnməsi və xəstələnməsinə qədər tutduğu ştat vəzifəsi nəzərdə tutulan hərbi rütbənin uçotu ilə növbəti hərbi rütbənin verilməsini istisna etmir və hərbi hissənin komandirinin təqdimatı əsasında attestasiyaya göndərilmiş zabit attestasiya z amanı idman normativlərini vermədən növbəti rütbəni ala bilər. İddiaçı travmadan əziyyət çəkdiyini və idman normativini tam verə bilmədiyini komandir bilirdi və buna baxmayaraq növbəti rütbənin alınması üçün təqdimat hazırlayarkən təqdimatda bu haqda qeydlər aparmamışdır. Bu səbəbdən də attestasiya zamanı İddiaçı xəstəliyi nəzərə alınmadan idman normativlərinin verilməsinə cəlb olunmuş və bu normativləri verə bilməmişdir.

14. İddiaçı cəzalarının olmasını nəzərə alaraq komandiri onu növbəti rütbənin verilməsi üçün attestasiyaya göndərməməli idi. Görünür, artıq İddiaçı xidməti uyğunsuzluqla bağlı ehtiyata buraxılmasına dair attestasiyaya göndərməzdən əvvəl rəhbərlik tərəfindən qərar verildiyindən formal tələblərə əməl edilməsi üçün İddiaçı attestasiyadan keçirilmiş və attestasiyanın nəticəsi əvvəlcədən bəlli olmuşdur.

15. Hərbi xidmət üzrə attestasiya Komissiyanın nəticələri bir ay müddətində icra olunmalıdır. Əgər bu müddət ərzində icra olunmazsa onda komissiyanın rəyi qüvvədən düşmüş olur və tətbiq oluna bilməz. Bu müddəa Əsasnamədə əks olunmamış və başqa qaydada da müəyyən edilməmişdir. Nazirlər Kabinetinin təsdiq etdiyi attestasiya keçirilməsi qaydalarında bu tələb mövcuddur. Həmin qaydaların Əsasnaməyə nisbətdə hüquq üstünlüyünü nəzərə alaraq qaydalarda qeyd olunan müddəa Əsasnamədə digər şərtlər müəyyən olunmadığından hərbi qulluqçulara da şamil olunmalıdır. Yəni bu məsələdə analogiya prinsipi tətbiq olunur. İddiaçı attestasiyadan 2021-ci ilin sentyabr ayında keçmişdir. Xidməti uyğunsuzluğa görə xidmətdən xx.xx.2021 -ci il tarixdə tərxis olunmuşdur. Bu qanunsuzdur. Qayd aların tələbi kobud sürətdə pozulmuşdur. Attestasiya komissiyasının tövsiyələri 30 təqvim günü ərzində yerinə yetirilməli idi, bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə yuxanda qeyd edildiyi kimi ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir.

16. İddiaçı 2021-ci ilin sentyabr ayında rütbənin verilməsi ilə əlaqədar attestasiyaya çağırılmışdır. Belə olan halda isə Əsasnamənin 44-cü maddəsi ilə növbəti rütbənin verilməsi məsələsi həll olunur. Əgər hərbi qulluqçu idman normativini verə bilmir və ya digər yazılı testlərdən keçmirsə növbəti rütbə ona verilmir və müddət təyin olunur ki, o, nöqsanları aradan qaldırsın. Hətta vəzifədə aşağı salınması d a mümkündür. Çünki həmin vəzifədə növbəti rütbəni almaq imkanı qalır. Odur ki, qeyd olunan attestasiyanın verə bilməməsi ilə əlaqədar İddiaçı ən ağır cəza növü vəzifədə aşağı salınması ola bilərdi. Belə olan halda isə, iddiaçının ehtiyata buraxılması barədə əmrin onun faktiki olaraq növbəti rütbənin verilməməsi ilə nəticələnir.

17. Göründüyü kimi İddiaçı növbəti rütbənin verilməsi ilə əlaqədar attestasiyaya göndərilməsi və attestasiyanın nəticələrinə görə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması Əsasnamənin 42, 44, 87-ci maddələrinin, Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 3.3-cü maddəsinin tələblərinin kobud sürətdə pozulması ilə müşaidə edilmişdir.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2047/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qərar ı ilə (hakim G.Sevdimalıyeva) iddia təmin edilmiş, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Müdafiə Nazirinin 09 dekabr 2021-ci il tarixli 01750 nömrəli əmri ləğv edilsin və İddiaçı xidmətə bərpa edilməsi qərara alınmışdır.

19. Məhkəmə qeyd etmişdir ki, iddiaçı barəsində verilmiş təqdimatlarda xx.xx.2019cu ildən “kapitan”, daha sonra xx.xx.2020-ci ildən “kapitan”, xx.xx.2021-ci ildən “kapitan” olduğu qeyd edilsə də, o, xx.xx.2021-ci il tarixli əmrdə baş leytenant kimi xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. İddiaçıya aid xidmət dəftərçəsinə əsasən, məhkəmə onun xidməti uyğunsuzluğunun nədə ifadə olunduğunu müəyyən edə bilmir. Belə ki, komandanlığa verilmiş raport, iddiaçı ilə aparılmış söhbətlər və kiçik zabitlərin şərəf məhkəməsinin qərarı ümumi, qeyri-müəyyən və stereotip ifadələrlə əsaslandırılmış, iddiaçının xidməti uyğunsuzluğunun, tutduğu vəzifəyə uyğun olaraq şəxsi heyətlə tərbiyə işlərinin təşkili planında yol verdiyi xidməti intizamsızlığın nədə ifadə olunduğu konkret faktlarla və hallarla əsaslandırılmamışdır. Əksinə, iddiaçının idman normativlərini yerinə yetirə bilməməsi dəfələrlə vurğulanmış, iddiaçı isə həmin halı çiynindən aldığı travma ilə əsaslandırmışdır. Belə ki, xidmət dəftərçəsindən də görünür ki, iddiaçı xidmət dövründə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və müayinə zamanı ona sol körpücük sümüyünün akromal ucunun qapalı, qopmuş cüzi yerdəyişmiş sınığından sonrakı zəif sümük döyənəyi diaqnozu qoyulmuşd ur. Odur ki, onun idman normativlərini yerinə yetirə bilməməsi xidməti uyğunsuzluğa deyil, başqa vəzifəyə keçirilməsi üçün əsas ola bilərdi.

20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2124/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov /sədrlik edən və məruzəçi/, M.Tağızadə və E.Kazımov) apellyasiya şikayəti təmin edilmiş, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin 09 dekabr 2021-ci il tarixli 01750 nömrəli əmrinin ləğv edilməsi və xidmə tə bərpa edilməsi” tələbinə dair iddiası rədd edilmişdir.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisələndirilən əmrin qəbul edilməsinin əsası kimi - iddiaçının xidməti vəzifələrini yerinə yetirməkdə ciddi nöqsanlara yol verməsi, şəxsi heyətə qarşı nalayiq hərəkət edərək ifadələr işlətməsi, sıra intizamın tələblərini kobud şəkildə pozulması, tabeçiliyində olan şəxsi heyətin mənəvi-psixoloji durumu ilə maraqlanmaması, öz şəxsi intizamında və idmanında da dönüş yaratmaması olmuşdur.

23. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən iddiaçının xidməti uyğunsuzluğunun nədə ifadə olunduğunu müəyyən edilmədiyini qeyd etsə də, iş materiallarında (söhbət vərəqələrindən və kiçik zabitlərin şərəf məhkəməsinin qərarında) konkret halların mövcudluğu öz təsdiqini tapmışdır. 2 4. “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməsinin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol yerilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində qərar qəbul edilərkən buraxılma zamanı qüvvədə olan qanunvericilik normalarının pozulmamış və mübahisələndirilən əmr qanuni və əsaslı olmuşdur.

26. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin 21 dekabr 2023-cü il tarixli qərarını ləğv edib, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. KASSASİY A ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 14 il müddətində qüsursuz xidmət etmiş, dəfələrlə mükafatlandırılmış, vəzifədə irəli çəkilmişdir.

28. İddiaçı göstərmişdir ki, Komandan tərəfindən sıra qarşısında ona şifahi əmrlə kapitan rütbəsi verilmiş və Komandan şəxsən Türkiyə Silahlı Qüvvələrdə istifadə olunan hərbi qalstuka bağlanan sancağı ona hədiyə etmişdir. Lakin səhərisi günü başqa hərbi hissəyə keçirildikdə əmrdə rütbəsi baş leytenant göstərilmişdir.

29. Bununla bağlı iddiaçının nümayəndəsi tərəfindən vəsatət verilmişdir ki, Ordu Komandanı tərəfindən İddiaçı verilən qalstuk sancağı maddi sübut kimi işə əlavə olunsun, İddiaçı xx.xx.2021-ci il tarixdə tərxis olunmasına baxmayara q 19 dekabr 2021-ci il tarixə kimi döyüş növbəsində xidmət etdiyindən həmin faktı təsdiq etmək üçün ərzaq təminatlarına dair sənədlərə, növbətçi, naryad, silahın təhvil-təslim jurnallarına baxış keçirilsin; X1 Komandanı, general-polkovnik Kərəm Mustafayevi rütbənin elan edilməsi şəraitinin izahı üçün məhkəməyə dəvət edilməsi və ya İddiaçı “kapitan” rütbəsinin verilməsi şəraiti ilə bağlı yazılı izahatının təqdim olunmasına yardım göstərilməsi haqda qərardad qəbul edilsin. Həmin məsələlər obyektiv araşdırmanın predmeti olmuşdur, lakin Apellyasiya məhkəməsi səbəb göstərmədən vəsatəti təmin etməmişdir.

30. Aldığı travması ilə bağlı: xx.xx.2014- cü ildə İddiaçı məzuniyyətdə olduğu müddət ərzində avtomobil qəzası nəticəsində sol körpücük sümüyünün akromal ucunun qapalı, qopmuş cüzi yerdəyişmiş s ınığından sonrakı zəif sümük döyənəyi diaqnozu ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alıb xx.xx.2014-cü il tarixdə xidməti yerinə qayıtmışdır.

31. Daha sonra, 2014-cü ildə aldığı travmaya görə İddiaçı 7 il xidməti dövründə idman normativini verə bilməməyinə görə cəza almadığı halda sonradan hərbi hissə komandiri tərəfindən buna görə cəzanın tətbiqinin səbəbi aydınlaşdırmalı olduğu halda Apellyasiya məhkəməsi buna görə hər hansı cəhd göstərməmişdir.

32. İddiaçı travmadan əziyyət çəkdiyini və idman normativini tam verə bilmədiyini komandir bilirdi və buna baxmayaraq növbəti rütbənin alınması üçün təqdimat hazırlayarkən təqdimatda bu haqda qeydlər aparmamışdır. Bu səbəbdən də attestasiya zamanı İddiaçı xəstəliyi nəzərə alınmadan idman normativlərinin verilməsinə cəlb olunmuş və bu normativləri verə bilməmişdir. Bu məsələ də Apellyasiya məhkəməsində aydınlaşdırılmamış qalmışdır.

33. Daha sonra, digər şərt cəzalarla bağlı olmuşdur. İddiaçı cəzalarının olmasını nəzərə alaraq komandiri onu növbəti rütbənin verilməsi üçün attestasiyaya göndərməməli idi. Apellyasiya məhkəməsi bu məsələyə də aydınlıq gətirməmişdir.

34. İddiaçı və onun nümayəndəsi məhkəmənin diqqətinə çatdırmışdır ki, “Hərbi xidmət keçmə haqqında” Əsasnamədə attestasiya rəyinin tətbiqinə dair müddət göstərilməsə də ondan üstün olmuş və həmin rəyin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 3.3-cü maddəsinə əsasən “Attestasiya komissiyasının t övsiyələri müəssisə tərəfindən 30 təqvim günü ərzində yerinə yetirilməlidir. İddiaçı attestasiyadan 2021-ci ilin sentyabr ayında keçmişdir. Xidməti uyğunsuzluğa görə xidmətdən xx.xx.2021 -ci il tarixdə tərxis olunmuşdur. Bu qanunsuzdur. Qaydaların tələbi kobud sürətdə pozulmuşdur. Apellyasiya məhkəməsi bu məsələyə də münasibətini bildirməmişdir

35. İddiaçı növbəti rütbənin verilməsi ilə əlaqədar attestasiyaya göndərilməsi və attestasiyanın nəticələrinə görə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması Əsasnamənin 42, 44, 87-ci maddələrinin, Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 3.3-cü maddəsinin tələblərinin kobud sürətdə pozulması ilə müşaidə edilmişdir. Apellyasiya Məhkəməsi qeyd olunanların araşdırmasında maraqlı olmadığından iddiaçının və on un nümayəndəsinin göstərdiyi qanun pozuntuları sadalamaqla vəzifəsini tam icra etmiş hesab etmişdir.

36. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, apellyasiya məhkəməsinin 21 dekabr 2023-cü il tarixli qərarını ləğv edib, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

38. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozul duğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

39. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış v ə şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

40. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

41. Məlum olduğu kimi, Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(112)-2047/2023 saylı qərarla iddianı təmin etmiş, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmasına dair Azərbaycan Respublikası Müdafiə Nazirinin 09 dekabr 2021-ci il tarixli, 01750 nömrəli əmri ləğv etmiş və İddiaçı xidmətə bərpa etmişdir.

42. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2124/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayətini təmin etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)2047/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarını ləğv etmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin 09 dekabr 2021-ci il tarixli 01750 nömrəli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsi” tələbinə dair iddiasını rədd etmişdir.

43. Belə ki, apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticə yə gəlinməmişdir.

44. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı hazırkı iddia ilə birinci instansiya məhkəməsinə 17 avqust 2022-ci il tarixdə müraciət etmiş, halbuki iddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsində ehtiyata buraxılması barədə əmrdən çıxarış ilə xx.xx.2022-ci il tarixdə tanış olmuşdur (iş səh. 10).

45. Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (e kvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

46. Lakin iş materiallarından bariz şəkildə görünür ki, iddiaçı həmin məcəllənin 38.1ci maddəsi ilə müəyyən edilmiş məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) gün müddətini buraxmış, yəni iddia müddətini 6 ay 3 gün ötürərək məhkəməyə iddia ilə müraciət etmiş, buna görə də onun bərpası barədə birinci instansiya məhkəməsinə ərizə vermişdir (iş 4648).

47. Birinci instansiya məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmiş dir.

48. Həmin qərardadda məhkəmə öz nəticəsini əsaslandırmaq üçün yazmışdır ki, “14 il xidmət keçmiş zabitin xidməti uyğunsuzluqla bağlı xidmətdən ehtiyata buraxılması nəticəsi olaraq şəxsdə gərginliyin, qeyri-müəyyənliyin yarada biləcəyi nəticələri eləcə də həmin müddətdə iddiaçının hərəkətsiz qalmadığını, əmrin ləğvi ilə bağlı yuxarıda komandanlığı müraciət etdiyini və müraciətə cavab gözlədiyini nəzərə alır (müraciətinə cavab xx.xx.2022-ci il tarixli olsa da, ona nə vaxt təqdim olunduğu müəyyən olunmur).”

49. Burada məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı sözügedən müddət ərzində bir gün də olsun stasionar şəraitdə müalicə olunmamış, yəni onun qanunla müəyyən olunmuş 30 gün prosessual müddətini buraxmadan məhkəməyə iddia ilə vaxtında müraciət etmək imkanı olmuşd ur.

50. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh birinci instansiya məhkəməsinin işə dair mahiyyəti üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(112)-2047/2023 saylı qərardadından apellyasiya şikayəti verdiyi zaman, apellyasiya şikayətində iddiaçı tərəfindən üzrsüz səbəblərdən iddia müddətinin buraxılmasına xüsusi yer ayırmış və bunu ayrıca dəlil olaraq vurğulamışdır (iş səh.158).

51. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin sözügedən dəlilini ümumiyyətlə nəzərə almamış, onu araşdırmamış və nəticə etibarı ilə də hüquqi qiymət verməmişdir.

52. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddianın məhkəməyə verilməsi üçün prosessual müddətin buraxılması üzrlü səbəblərdən almamışdır.

53. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 21 dekabr 2023-cü il tarixli qərarı ləğv edilməli, iddiaçının iddiası mümkün sayılmamalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

54. Belə ki, İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

55. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayə ti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2124/2023 nömrəli, 21 dekabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi mümkün sayılmasın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar