Məhkəmə qərarları › İş №2-1(102)-1155/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1155/2019

25.06.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1155/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: təhsil hüququ ilə bağlı mübahisələr; xaricdə alınmış ali təhsil haqqında diplomun tanınması 25.06.2019 GİRİŞ HİSSƏ Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), İlqar Ağababaş oğlu Dadaşov və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçının nümayəndəsi-atası Ağayev Şamil Əli oğlunun və vəkili Vəkil, cavabdeh Nazirliyin nümayəndəsi X3 və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı diplomunun tanınması və şəhadətnamənin verilməsi haqqında iddia tələbinə dair iş üzr ə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasını və ali təhsil sahəsində diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi barədə imtinasının ləğv olunması və diplomunun tanınması ilə əlaqədar şəhadətnamənin verilməsinin cavabdeh Nazirliyə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qərarı ilə (hakim E.Mustafayev; iş No 2 -1(82)-4257/2017) iddia tələbinin təmin edilməsi; Ukrayna Milli Mülki Müdafiəsi Universiteti tərəfindən iddiaçının adına verilmiş Дİ 042126 nömrəli, 07 iyun 2014-cü il tarixli bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Nazirliyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 fevral 2018-ci il tarixli qərarı ilə (sədrlik edən H.Həmidov, hakimlər E.Nağıyeva və M.Məmmədov; iş No 21(103)-357/2018) apellyasiya şikayətinin təmin edilməsi, 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi; iddianın təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qərarı ilə (sədrlik edən N.Rəsulbəyova, haki mlər Z.Quliyev və İ.Hüseynov; iş No 2-1(102)-957/2018) iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 15 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki işə 2-ci dəfə baxmış Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən C.Yusifov, hakimlər A.Nuriyeva və V.Ağayev; iş № 2-1(103)-2006/18) cavabdeh Nazirlik tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli qərarının ləğv edilməsi; iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı kassasiya şikayəti verərək, qərarı ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətində qeyd edilənlərə görə, apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən bir sıra maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş və iddiaçının dəlillərinə hüquqi qiymət verməmişdir, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edil məsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən iddiaçnın nümayəndəsi Ş.Ağayev vəkilin dediklərinə uyğun izahat vermişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh Nazirlyin vəkili H.Cəlilov kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2018ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında çıxış edən cavabdeh Nazirlyin nümayəndəsi R.Hüseynov vəkilin dediklərinə uyğun izahat vermişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilməklə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçının iddia ərizəsində qeyd olunanlara görə, O, 05 noyabr 2010-cu il tarixdə Azərbaycan Resublikasının Fövqəladə Hallar Nazirliyinin mandat komissiyası tərəfindən Belarus Respublikasının təhsil müəssisəsinə tələbə kimi oxumayğa göndərilmişdir. X2 Nazirliyinin müvafiq əmri ilə iddiaçının yuxarıda qeyd edilən təhsil müəssisəsində nq sənədləri geri alınaraq, Ukraynanın Xarkov şəhərində yerləşən Milli Mülki Müdafiə Universitetində təhsilini davam etdirmək üçün 3-cü kursa göndərilmiş və 07 iyun 2014-cü il tarixə kimi həmin Universitetin əyani şöbəsində təhsilini başa çatdırmışdır İddiaçı, ona 321/14 qeydiyyatlı, Dİ 042126 nömrəli Diplom verilərək bakalavr dərəcəsi almış və diplom Ukrayna Təhsil Nazirliyinin 13 fevral 2015-ci il tarixli №2, A-4406-15 saylı əmri ilə təsdiq edilmişdir. İddiaçı 27.10.2015-ci il tarixdə ərizə ilə cavabdeh Nazirliyə müraciət edərək diplomun tanınmasını və bu barədə şəhadətnamə verilməsini xahiş etmişdir.ö Lakin həmin Nazirliyin iddiaçıya ünvanladığı 21.07.2017-ci ii tarixi cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuş və buna əsas kimi, Nazirliyin ekspert qrupu nun 07.03.2017-ci i il tarixli mənfi rəyi göstərilmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli 919-İQ cfqks Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin 5-ci maddəsinə əsasən, Tərəflər razılığa gəlmişlər ki, Azərbaycan Tərəfi Ukraynada verilmiş diplomları Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “kiçik mütəxəssis”, “bakalavr”, “mütəxəssis” və təhsilin məzmununa görə uyğun gəldiyi halda, təhsilin davam etdirilməsinə və ixtisas dərəcəsinə uyğun olaraq işə girmək üçün hüquq ver ir. Göründüyü kimi, ikitərəfli Sazişin şərtlərinə görə, Ukraynanın ali təhsil müəssisəsi tərəfindən verilmiş “bakalavr” dərəcəsi üzrə diplomunun tanınması üçün iddiaçının aldğı təhsil Azərbacan Respublikasının təhsil standartlarına uyğun gəlməlidir. Azərbaycan Respubliasında isə təhsilin qanunvericiliklə müəyyən edilən dövlət standartları isə aşağıdakı kimidir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 6.3-cü maddəsinə əsasən, dövlət təhsil standartları və onların qüvvədə olma müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli 75 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqrammı”nın 5.5-ci bəndinə, eləcə də, 21 yanvar 2011-ci il tarixli 9 saylı Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisəsinin “Nümunəvi Nizamnaməsi”nin” 1.28-ci bəndinə müvafiq olaraq bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 ildir, qiyabi forma üzrə təhsil təhsil müddəti bil artıqdır. Lakin iş materiallarına əlavə edilmiş cavabdeh Nazirliyin imtinasına əsas olmuş ekspert qrupunun rəyinə görə, iddiaçının təhsili ilə bağlı təqdim etdiyi sənədələrə və təhsil aİdığı müddət ərzində ölkə sərhəddini keçməsinə dair məlumat cədvəlinə və işdə olan digər sənədlərə əsasən onun xarici ölkədə (Ukraynada) aldığı təhsilin Azərbaycan Respublikasının dövlət standartlarına uyğunluğu müəyyən edilmir. Belə ki, həmin ekspert qrupu tərəfindən araşdırma nəticəsində müəyyən edilmişdir ki, Ukraynanın Milli Mülki Müdafiə Universitetinin tədris normativi üzrə təhsil alm aq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan onun diploma əlavədə qeyd olunmuş tədris yükünün yerinə yetirməsi mümkün deyildir. Sözügedən Universitetin işdə olan, iddiaçıya verilmiş Dİ 042126 nömrəli, 07 iyun 2014-cü il tarixli bakalavr diplomuna əlavədən isə görünür ki, iddiaçının “Yanğın təhlükəsizliyliyi” ixtisası üzrə bakalavr dərəcəsi almaq üçün mənimsənilməli tələb olunan saatların ümumi həcmi 8.676 saat təşkil etməlidir. Lakin, işdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin məlumatlarına əsasən müəyyən olunur ki, ən azından 2-ci kurs tələbəsi olarkən, iddiaçı xarici ölkədən Azərbaycan Respublikasının ərazisinə 02.02.2012-ci il tarixdə daxil oduğu halda, onun Respublika ərazisindən növbəti çıxışı həmin ilin yalnız 10-cu ay ına (yəni 9 ay sonra) təsadüf edir. Göründüyü kimi, iddiaçının Ukrayna Respublikasında aldığı təhsil Azərbaycan espublikasının təhsilə olan dövlət standartlarının qeyd olunan tələblərinə uyğun gəlmir əhəmiyyətli dərəcədə ondan fərqlənir. Beləliklə də müəyyən edilir ki, cavabdeh Nazirlik tərəfindən ekspert qrupunun rəyinə əsasən iddiaçının diplomunun tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Bu baxımdan cavabdeh inzibati orqan tərəfindən iddiaçının diplumunun ölkə ərazisində tanınmasından imtina edilməsi onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Ona görə də, iddiaçının iddia təəbi əsassız və qanunsuz olduğundan, həmin tələb təmin edilə bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgün deyil, iddiaçının kassasiya şikayətində göstərdiyi dəlillər əsaslı olduğundan qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Nazirliyin işin materiallarında olan imtina məktubundan, etirazlarında, apellyasiya şikayətində, eləcə də, onun istinad etdiyi ekspert rəyində iddiaçının Ukraynada olduğu müddətin onun orada aldığı tədris yükünə mütənasib olmadığı, həmin qısa müddət ərzində kifayət qədər yüklü tədrisin alınmasının mümkün olmadığını qeyd etsə də, hansı müddətdən bəhs ediyi məlum deyil. İşə 1-ci dəfə baxan apellyasiya instansiya məhkəməsi bu məsələyə aydınlıq gətirməsə də, onun hazırki iş üzrə qəbul etdiyi 15.02.2018-ci il tarixli qərarını ləğv etmiş kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, burada söhbət iddiaçının Ukrayanada olduğu və təhsil aldığı 2 ildən gedir ki, cavabdeh Nazirlik bu müddətin mübahisələndirilən Diploma əlavə edilmiş, ümumilikdə 8.676 saat tədris yükünün mənimsənilməsi üçün kifayət olmadığı qənaətinə gəlmişdir. Kassasiya instansiya məhkəməsi 04.07.2018-ci il tarixli qərarında göstərmişdir ki, cavabdeh Nazirliyin və apellyasiya instansiya məhkəməsinin istinad etdikləri “Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” 16.03.2000-ci il tarixli Sazişin 5-ci bəndində söhbət diplomun tanınması zamanı təhsil müddətindən gedərkən, burada Azərbaycan Respublikası vətənaşının Ukraynada təhsil alarkən faktiki olaraq olduğ u müddət şərt kimi nəzərdə tutulmamışdır. Başqa sözlə desək, əgər Azərbaycan Respublikasında əyani ali təhsil müddəti 4 ildirsə, xaricdə alınan təhsil müddəti də 4 ildirsə, lakin vətəndaş orada yalnız 3 il 6 ay olmuşdursa, bu hər iki ölkənin təhsil müddətərininin uyğun olmadığı demək deyil. Bununla əlaqədar kassasiya instansiya məhkəməsinin 04.07.2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Ukraynanın yanında Bakı şəhəri Milli Mülki Müdafiə Universitetinin tədris normativ üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçıya həmin ölkədə qısa müddət ərzində olması əsası ilə cavabdeh Nazirliyin imtinası “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)” Qaydalarına, Azərbaycan Respublikası Hökuməti ilə Uk rayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında” Sazişin müddəlarına uyğun olmamışdır. Araşdırılan qərardan görünür ki, hazırki işə 2-ci dəfə baxmış apellyasiya instansiya məhkəməsi işə əvvəl baxmış kassasiya instansiya məhkəməsinn qərarında qeyd edilənləri nəzərə almamışdır, yenidən hesab etmişdir ki, iddiaçıya verilmiş Dİ 042126 nömrəli, 07 iyun 2014-cü il tarixli bakalavr diplomuna əlavəyə görə, onun “Yanğın təhlükəsizliyliyi” ixtisası üzrə bakalavr dərəcəsi almaq üçün mənimsənilməli tələb olunan saatların ümumi həcmi 8.676 saat təşkil etsə də, işdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin məlumatlarına əsasən, ən azından 2-ci kurs tələbəsi olarkən, iddiaçı xarici ölkədən Azərbaycan Respublikasının ərazisi nə 02.02.2012-ci il tarixdə daxil oduğu halda, onun Respublika ərazisindən növbəti çıxışı həmin ilin yalnız 10-cu ayına (yəni 9 ay sonra) təsadüf edir. Göründüyü kimi, iddiaçının Ukrayna Respublikasında aldığı təhsil Azərbaycan espublikasının təhsilə olan dövlət standartlarının qeyd olunan tələblərinə uyğun gəlmir əhəmiyyətli dərəcədə ondan fərqlənir. Məhkəmə kollegiyası təkrarən qeyd etməlidir ki, apellyasiya instansiya məhkəməsi idiaçının diplomunun tanınması ilə əlaqədar əsas götürülən tədris müddətini yanlış olaraq onun xaricdə faktiki olma müddəti ilə qarışdırmışdır. Bu məsələyə də artıq əvvəlki kassasiya instansiya məhkəməsinin qərarında kifayət qədər ətraflı hüquqi qiymət verilmişdir. Digər tərəfdən, qeyd olunmalıdır ki, işdəki sənədələrə əsasən, iddiaçı Ukraynada təhsilini davam et dirərkən, burada 2012-ci ilin payızından 2014-cü ilin iyun ayının 7-sinə gədər təhsil almışdır. Yəni, apellyasiya instansiya məhkəməsinin qərarında qeyd olunduğu kimi, iddiaçının 2012-ci ilin fevralından həmin ilin 10-cu ayına (oktyabra) qədər Azərbaycanda olması, onun Ukraynada tədris müddətinin ötürməsi halını təsdiq etmir, çünki həmin tədris müddəti 2012-ci ilin payızında başlamışdır. Hazırki işə 1-ci dəfə baxmış kassasiya instansiya məhkəməsinin 04.07.2018-ci il tarixli qərarında həmçinin qeyd olunmuşdur ki, “apellyasiya instansiya məhkəməsi iddia tələbini rədd edərkən, öz nəticəsini belə əsaslandırmışdır ki, bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Bu müddət ayrı-ayırı ixisasların təhsil proqramları ilə müəyyənləşdirilir. Lakin iddiaçının Ukraynad a təhsil aldığı 2 il müddət tələb olunan normativ standartlardan daha az olmuşdur. Apellyasiya instansiya məhkəməsi bu nəticəyə gələrkən iddiaçının Ukrayna Milli Mülki Müdafiə Universitetindən əvvəl Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mühəndİs-Komanda İnstitutunda təhsil alması ilə bağlı dəlilini nəzərə almamış və qeyd etmişdir ki, iddiaçının 2010-cu ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Belarusiya Respublikasına tələbə kimi təhsil almağa göndərilməsi, onun daha sonra Ukrayna Milli Mülki Müdafiə Universitetinə köçüriilməsi barədə iş materiallarında hər hansı sənədə rast gəlinməmiş, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçıya bu halı sübut edən hər hansı sənədin təqdim edilməsi təklif edilsə də, iddiaçı bununla bağlı hər hansı sənəd təqdim etməmişdir. Bununla bağlı kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə onların teqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Halbuki, işə baxan apellyasiya instansiya məhkəməsi İPM-nin 12.1-ci maddəsinin tələblərinə əməl etməmişdir. Belə ki, işə baxan apellyasiya instansiya məhkəməsi bu məsələ ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, o cümlədən Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mühəndis-Komanda İnstitutuna müvafiq sorğular göndərə bilər, iddiaçının Belarus Respu blikasının Fövqəladə Hallar Nazirliyinin Mühəndis-Komanda İnstitutunda təhsil alması halını xidməti vəzifəsinə görə araşdırmalı idi. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş tərəfindən verilmiş seriya A ******* savh 23.08.2012-ci il tarixli Ukrayna Dövlət Mülki Müdafiə Universitetinin 05.06.2018-ci il tarixli 29/11/2-239 saylı arayışına əsasən, iddiaçı Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mühəndis-Komanda İnstitutu tərəfindən verilmiş seriya A ******* saylı 23.08.2012-ci il tarixli akademik arayış əsasında Ukrayna Dövlət Mülki Müdafiə Universitetində təhsilini bərpa etdirmişdir. 2014-cii ildə Ukrayna Dövlət Mülki Müdafiə Universitetini bitirmiş və ona bakalavr dərəcəsi verilmişdir. Göründüyü kimi, iddiaçı Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyin in Mühəndis-Komanda İnstitutu tərəfindən verilmiş seriya A ******* saylı 23.08.2012-ci il tarixli akademik arayış əsasında Ukrayna Dövlət Mülki Müdafiə Universitetində təhsilini bərpa etdirdiyindən sözügedən arayış da sorğu ilə tələb olunmalıdır. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi Belarus Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mühəndis- Komanda İnstitutunda təhsil alması ilə bağlı faktiki halları İPM-nin 12-ci maddəsinin tələbi baxımından araşdırmalı, müvafiq sorğular verib həmin məlumatların həqiqiliyini təsdiqləməklə işə mahiyyəti üzrə təkrar baxmalıdır.” Yuxarıda qeyd edilənlərə baxmayaraq, hazırki işə 2-ci dəfə baxmış apellyasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin məcburi olan göstərişlərindən heç birini yerinə əetirməmişdir. Halbuki, Azərbayca n Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiya məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəm ə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilir. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən t əmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar