Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1155/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi; üçüncü şəxslərin icraata cəlb olunmaması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili Nümayəndə iştirakları ilə, İ ddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Şəki Rayonu Turan Bələdiyyəsi) “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 09 aprel tarixli, 2-1(107)-56/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Şəki rayonu, Turan qəsəbəsində yerləşən 12,50 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 1 1 sentyabr tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair iddiaçının təqdim etdiyi sənədlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab verməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 23 sentyabr tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək torpaq islahatı aparılan zaman verilməmiş, Şəki rayon "Turan" taxılçılıq sovxozu X15 Komissiyasının 2001-ci il 30 avqust tarixli qərarı və Şəki Rayon Turan Bələdiyyəsinin 2002-ci il 05 iyul tarixli, 4 nömrəli qərarı ilə 12,50 ha torpaq sahəsi üzərində mülkiyyət hüquq larının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki rayon “Turan” taxılçılıq sovxozu X15 Komissiyasının 2001-ci il 30 avqust tarixli qərarı ilə iddiaçıya və ailə üzvlərinə 12.50 ha torpaq sahəsi verilmişdir. Şəki rayon Turan qəsəbə bələdiyyəsinin 2002-ci il 05 iyul tarixli, 4 saylı qərarı ilə iddiaçıya və ailə üzvlərinə 12.50 ha torpaq sahəsi verilmiş, torpaq sahəsi ayrılaraq ölçülüb təhvil verilmişdir. Şəki rayon “Turan“ taxılçılıq sovxozu X15 Komissiyasının Şəki Şəhər İcra Hakimiyyəti başçısının General M.Əsədov adına qəsəbə inzibati ərazi nümayəndəliyi torpaq islahatı ilə əlaqədar Turan qəsəbəsində 1996-cı il 02 avqust t arixdən yaşayan, pasport qeydiyyatında olan və torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında iddiaçıya və ailə üzvlərinin adları qeyd olunmuşdur. Torpaq sahəsi aqrar islahat komissiyasının qərarı ilə verildiyinə görə cavabdeh onu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmamışdır. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 07 oktyabr tarixli, 2-1(116)-522/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Şəki rayon "Turan" taxılçılıq sovxozu X15 Komissiyasının 2001-ci il 30 avqust tarixli qərarı və Şəki Rayon Turan Bələdiyyəsinin 2002-ci il 05 iyul ta rixli, 4 nömrəli qərarı ilə ayrılmış 12,50 ha torpaq sahəsinin 5,785 ha hissəsinə iddiaçının, eləcə də X3, X1, X2, X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, torpaq islahatı zamanı aqrar islahat komissiyasının qərarı ilə şəxsə verilmiş torpaq sahəsinə həmin şəxsin mülkiyyət hüququ yaranır və o, həmin hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edə bilər. Lakin bununla yanaşı, cavabdehin 2020-ci il 21 avqust tarixli arayışı ilə müəyyən edildi ki, aqrar islahat komissiyasının qərarı ilə bağlı iddiaçının və ailə üzvlərinin faktiki istifadəsinə verilmiş 12,02 ha torpaq s ahəsinin 5,13 ha və 1,105 ha (cəmi 6,235 ha) hissəsinə daşınmaz əmlakın dövlət reyestrində başqa mülkiyyətçinin hüquqları qeydiyyata alınmışdır. Məhkəmə hesab etmişdir ki, belə olan halda, həmin 6,235 ha torpaq sahəsinə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququnun qeydiyyata alınması hazırda mümkün deyil. Göstərilən 12,02 ha torpaq sahəsinin qalan 5,785 ha hissəsinə isə iddiaçının və ailə üzvlərinin mülkiyyət hüququnun qeydiyyata alınmasına mane olan hal yoxdur.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 09 aprel tarixli, 2-1(107)-56/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməs inin 2020-ci il 07 oktyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə kollegiyası "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə istinad edərək qərarını əsaslandırmağa çalışmış, qərarda göst ərmişdir ki, torpaq islahatı zamanı aqrar islahat komissiyasının qərarı ilə şəxsə verilmiş torpaq sahəsinə həmin şəxsin mülkiyyət hüququ yaranır və o, həmin hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb edə bilər, bununla da məhkəmə kollegiyası maddi hüquq normasının tətbiqində və təfsirində səhvə yol vermişdir. Belə ki, həmin maddəyə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas sayılır. Hazırk ı iş üzrə iddiaçı tərəfindən bununla bağlı məhkəməyə heç bir sənəd təqdim edilməmiş, belə olan halda isə iddiaçı mülkiyyət hüququ əldə edə bilməzdi.
13. Məhkəmə kollegiyası həm Aqrar İslahat komissiyasının, həm də Şəki rayon Turan Bələdiyyəsinin protokoluna istinad etməklə özü ziddiyyət yaratmışdır. Belə ki, məhkəmə qərarında göstərilmiş 12.5 ha torpaq sahəsi eyni zamanda həm dövlət, həm də bələdiyyə mülkiyyətində ola bilməz, həmin torpaq sahəsinin dövlətə və ya bələdiyyəyə məxsus olması aydınlaşdırılmamış, torpaq sahəsinin hansı məqsədlə verilməsi, yəni özgəninkiləşdirilmə, icarə, istifadə, ipoteka qoyulması göstərilməmişdir, belə olan halda isə məhkəmə kollegiyasının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.1-ci maddəsinə istinad etməklə qərarını əsaslandırılması anlaşıl an deyil. Hesab etsək ki, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olmuşdur, deməli Səki Rayon Turan Bələdiyyəsi 12.5 ha torpaq sahəsini ayırdıqda qanunvericiliyinin tələblərinə riayət etməli idi. 12.5 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğu halda, onun ayrılması zamanı qanunvericiliyin tələbləri gözlənilməmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
15. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi.
16. Üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş mə hkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 28.1. İş üzrə məh kəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasın ı şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yal nız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (ta m və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilm əli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Şəki rayonu "Turan" taxılçılıq sovxozu X15 Komissiyasının Şəki Şəhər İcra Hakimiyyəti başçısının "General M.Əsədov" adına qəsəbə inzibati ərazi nümayəndəliyi torpaq islahatı ilə əlaqədar "Turan" qəsəbəsində 02.08.1996-cı il tarixdən yaşayan, pasport qeydiyyatında olan və torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 1-ci sətirdə X9 (X11 veteranı) və onun ailə üzvləri İddiaçı, X1, X2, X4 adları göstərilmişdir. Şəki rayonu "Turan" taxılçılıq sovxozu X15 Komissiyasının 30.08.2001-ci il tarixli iclasının 33 nömrəli protokol qərarına əsasən, Şəki rayonu Turan qəsəbəsinin sakinləri X5 ikinci pay torpaq sahəsi, İddiaçı və hə r bir ailə üzvünə 2,50 ha torpaq sahəsi olmaqla cəmi 12,50 ha verilməsi qərara alınmışdır. Bundan sonra, Şəki Rayon Turan Bələdiyyəsinin 05.07.2002-ci il tarixli 4 nömrəli protokolundan çıxarışa əsasən, X9, İddiaçı, X6, X8, X7 norma üzrə hər birinə 2,50 ha olmaqla 12,50 ha pay torpaq ayrılaraq ölçülüb verilməsi qərara alınmışdır.
22. Beləliklə, iddia olunan torpaq sahəsi mülkiyyət hüququ üzrə təkcə iddiaçıya məxsus olmamışdır.
23. İddiaçı isə hazırkı tələbində ona və ailə üzvlərinə ayrılmış 12,50 ha torpaq sahəsi üzərində məhz onun mülkiyyət hüquqlarının qeydə alınmasını iddia etmişdir.
24. Məhkəmə iddia tələbindən kənara çıxmaqda haqlı olmamışdır.
25. Məhkəmələr digər mülkiyyətçilər X3, X1, X2, X4 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına qərar ver sələr də, həmin şəxslər hazırkı məzmunda tələb üzrə icraata cəlb olunmamışlar. İddia tələbinin qismən təmin olunduğu, ümumi mülkiyyətdə olan torpaq sahəsinin yalnız bir hissəsinə həmin mülkiyyətçilərin hüquqlarının tanınmasına və təsdiqinə qərar verildiyi də nəzərə alındıqda, məhkəmələr həmin şəxslərin hüquqlarına dair məsələni onların iştirakı olmadan həll etmişlər.
26. Həmin şəxslər öz hüquqlarının müdafiəsi ilə bağlı bilavasitə müraciət etməsələr də, qeydə alınması iddia olunan daşınmaz əmlakın ümumi mülkiyyətdə olduğu, məhkəmələrin isə inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxslər barəsində vahid qərarın qəbul olunması üçün əsasların mövcudluğu qənaətinə gəldikləri nəzərə alındıqda, həmin şəxslər iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb olunmalı idilər (zər uri cəlbetmə). İşin halları da həmin şəxslərin iştirakı ilə tədqiq olunmalı və qiymətləndirilməli idi. Hazırkı işdə bu, baş verməmiş, buradan, İPM-in 28.1 və 28.2-ci maddələrinin tələbləri ilə bərabər, işin hallarının araşdırılması prinsipinin tələbləri də pozulmuşdur.
27. Beləliklə, İPM-in 12.1, 12.2, 28.1, 28.2, 52, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə aid hissədə təmin oluna bilməz.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 09 aprel tarixli, 2-1(107)-56/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.