Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1155/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş vergi məbləğin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 05.07.2022 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 üzrə Baş İdarəsinə qarşı “artıq ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-633/2022 nömrəli, 28 yanvar 20 22-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən, onun 10 fevral 2021-ci il tarixədək 4082,19 manat artıq ödəməsi olmuş, 10 fevral 2021-ci il tarixdə Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 3910,10 manat tələbetmə müddəti keçmiş artıq ödəmə kimi cavabdeh tərəfindən silinmişdir.
2. İddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh vergi orqanına şəxsi hesab vərəqəsində olan artıq ödəmənin qaytarılması ilə bağlı müxtəlif vaxtlarda müraciətlər etmişdir.
3. Cavabdeh ilkin müraciətə (xx.xx.2019-cu il tarixli) verdiyi cavabında iddiaçının təqdim etdiyi ərizənin lazımi qaydada tərtib olunmamasına (artıq ödəmənin kodu, məbləği, yaranm a tarixi və səbəbləri), xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli müraciətlərinə cavabında Vergi Məcəlləsinin 85-ci maddəsinə istinad edərək 5 illik tələbetmə müddətinin keçməsinə, xx.xx.2020-ci il tarixli müraciətinə cavabda həm ərizənin lazımi qaydada tərtib olunmamasına, həm də artıq ödəmə məbləğinin bir hissəsi ilə bağlı 5 illik tələbetmə müddətinin keçməsinə istinad edərək ərizələrin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 30 aprel 2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2012-ci ildən bu günədək hər ay artıq ödədiyi məbləğin qanuna uyğun olar aq özünə qaytarılmasının cavabdeh tərəfindən təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı fəaliyyəti başladığı 2012-ci ildən 2019-cu ilədək hesablanan vergilərdən artıq ödənişlər etmiş, nəticədə artıq ödəməsi yaranmışdır. Hal-hazırda işsiz olduğu və səhhəti ilə bağlı müalicəyə ehtiyacı olduğu üçün həmin vəsaitin qaytarılması ilə bağlı cavabdehə müraciət etsə də, onun müraciətlərinə cavabdeh tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətlər pozulmaqla əsassız cavablar verilmiş və bununla da onun qanunla müəyyən edilən hüquqları pozulmuşdur.
6. Sonradan iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti”nin əsl cavabdeh “Azərbaycan Respubli kası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 Baş İdarəsi” ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir.
7. Cavabdeh iddiaya qarşı imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən etiraz təqdim edərək, iddiaçının iddia tələbinin əsassız olduğu üçün rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, şəxsi hesab vərəqəsində yaranmış 5660,20 manat artıq ödənilmiş məbləğin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6241/2021 nöm rəli, 21 sentyabr 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6241/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qərarı ilə (hakim A.P.Oruczadə) iddianın qismən təmin edilməsi, iddiaçının şəxsi hesab vərəqəsində yaranmış 172.09 (bir yüz yetmiş iki manat doqquz qəpik) manat artıq ödənilmiş məbləğin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə kimi 01 yanvar 2012 – 14 noyabr 2019-cu il dövrü üzrə 4082,19 manat pul vəsaiti göstərilsə də, iddiaçı həmin artıq ödəmənin qaytarılması ilə bağlı qanunvericiliklə müəyyən edi lmiş qaydada 25 sentyabr 2020-ci il tarixdə müraciət etdiyindən, ona həmin vəsait üzrə 5 illik müddəti ötməmiş ödənişlər geri qaytarılmalıdır. Artıq ödəmə kimi hesablanmış məbləğin 5 illik müddəti ötmüş 3910.10 manat vaxtı ötmüş artıq ödəmə kimi silinmişdir. Belə olan halda, iddiaçının hal-hazırda olan şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəməsi 172.09 manat müəyyən edilir (4082,19 -3910,10).
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-633/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) iddiaçının apellyas iya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6241/2021 nömrəli, 13 oktyabr 2021ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayətində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8, 87, 87.1, 87.3, 87.3-1, və 87.4-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ‘‘Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının təsdiq edilməsi barədə” 28 iyul 2020-ci il tarixli qərarına, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” qərarına istinad edərək bildirmişdir ki, məhkəmə iş materiallarında olan sübutları düzgün qiymətləndirməmiş, yalnız cavabdehin təqdim etdiyi məlumatları mötəbər hesab edərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurt ardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tə ləblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə
23. İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 23.2. Fiziki və ya hüquqi şəxslərin müraciətinə əsasən müvafiq inzibati orqan ərizələrin və inzibati icraatla bağlı digər formulyarların (blankların) nümunələrini onlara verməyə, yaxud poçt rabitəsi və ya digər elektron rabitə kanalları vasitəsilə göndərməyə b orcludur.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu... hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Şi kayət qərarın ləğv edilməsi tələbinə aid hissədə əsaslıdır və həmin hissədə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdehə şəxsi hesab vərəqəsində olan artıq ödəməni qaytarılması ilə bağlı müxtəlif vaxtlarda müraciətlər etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli ilkin müraciətə verdiyi cavabında iddiaçının təqdim etdiyi ərizənin lazımi qaydada tərtib olunmamasına, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli müraciətlərinə cavabında Vergi Məcəlləsinin 85-ci maddəsinə istinad edərək 5 illik tələbetmə müddətinin keçməsinə, xx.xx.2020-ci il tarixli müraciətinə cavabda həm ərizənin lazımi qaydada tərtib olunmamasına, həm də artıq ödəmə məbləğinin bir hissəsi ilə bağl ı 5 illik tələbetmə müddətinin keçməsinə istinad edərək ərizələrin icrasından imtina etmişdir.
25. Göründüyü kimi, cavabdeh iddiaçının müraciətlərini ardıcıl olaraq, müxtəlif səbəblərlə təmin etməkdən imtina etmiş, bu isə öz növbəsində Vergi Məcəlləsinin 85.5-ci maddəsi ilə müəyyən edilmiş 5 illik tələbetmə müddətinin keçməsinə, buradan, iddiaçının əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur.
26. Apellyasiya instansiyası məhkəməsi iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada xx.xx.2020-ci il tarixdə müraciət etməsinə, həmin tarixə isə iddiaçının tələbetmə müddəti keçməmiş 172.09 manat artıq ödəməsi olmasına istinad edərək iddianın yalnız həmin hissədə əsaslı olduğu qənaətinə gəlmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin həmin qənaətini və bununla bağlı ə saslandırmalarını İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərinə uyğun hesab etmir.
28. İddiaçının cavabdehə ilk dəfə xx.xx.2019-cu il tarixdə müraciət etdiyi işin mübahisələndirilməyən halı olub iş materialları ilə də təsdiqlənir.
29. Cavabdeh iddiaçının ərizəsini icra etməkdən imtina edərkən ərizənin lazımi qaydada əsaslandırmamasına, nöqsanlar aradan qaldırıldıqdan sonra isə müddətin keçməsinə istinad etməklə “İnzibati icraat haqqında” Qanunun 15 və 23-cü maddələrinin tələblərini pozmuşdur. Həmin maddələrin tələbinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə t utulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur.
30. Göründüyü kimi, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati orqanın yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə şəxsin müraciətindən imtina etməmək, belə hallar olduqda maraqlı şəxsə yardım göstərmək, hüquq və vəzifələrini iz ah etmək vəzifələri vardır. Hazırkı halda, cavabdeh öz vəzifələrini icra etməmişdir.
31. Digər tərəfdən, cavabdehin əsaslandığı “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarında da, məcburi şərt kimi formal tələblərə əməl olunmamasına görə ərizənin icrasından imtina edilməsi nəzərdə tutulmamışdır.
32. Bu baxımdan, iddiaçının cavabdehə xx.xx.2020-ci il tarixli müraciətinin ilkin müraciət kimi qəbul edilməsi inzibati icraatın mühüm prinsiplərinin (formal tələblərdən sui-istifadənin qadağan olunması, İnzibati orqan tərəfindən məsləhətlərin və zəruri məlumatların verilməsi) tələblərinin, buradan, iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir.
33. Belə olan halda, iddiaçının xx.xx.2020-ci il tarixə deyil, xx.xx.2019-cu il tarixə artıq ödəməsinin məbləği müəyyən edilməli idi.
34. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
35. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apelyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın tam təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 2-1(103)-633/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin edilmir. Qərar qətidir.