Məhkəmə qərarları › İş №2-1(102)-1155/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1155/2024

19.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1155/2024 19.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: sosial müavinətdən tutulmaya dair sərəncamın etibarsızlığı, həmin sərəncamın icrasının nəticələrinin aradan qaldırılması, tutulmuş məbləğin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1974-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı “so sial müavinətdən tutulmaya dair hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı aktın etibarsız sayılması və tutulmuş məbləğlərin geri qaytarılması” iddia tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)3104/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2009-cu il tarixdən ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir.

2. DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya ailə başçısını itirməyə görə təyin olunmuş sosial müavinət ödənişi xx.xx.2016-cı il tarixindən dayandırılmışdır. 3.İddiaçının müraciətinə cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda q eyd olunmuşdur ki, ailə başçısını itirməyə görə təyin olunmuş sosial müavinət adına aktiv əmək müqaviləsi aşkarlandığı üçün “Sosial müavinətlər haqqında” Qanunun 11-ci maddəsinin 11.1.2-ci bəndinə əsasən (şəxs əmək fəaliyyətinə başladıqda) xx.xx.2016-cı il tarixdən dayandırılmışdır. xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün artıq ödənilmiş 3.919,60 manat vəsait xx.xx.2018-ci il tarixdən bərpa edilir. Qalıq borc 2.879,60 manat təşkil edir. 4. xx.xx.2023-cü il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, Nərimanov rayon şöbəsi tərəfindən ailə başçısını itirməyə görə təyin olunmuş sosial müavinət ödənişi (iş № 065366) adına aktiv əmək müqaviləsi aşkarlandığı üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 11.1.2-ci bəndinə əsasə n xx.xx.2016-cı il tarixindən dayandırılmışdır. xx.xx.2009-cu il tarixindən xx.xx.2016-cı il tarixinədək olan dövr üçün artıq ödənilmiş 3.919,60 manat vəsait (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası qanununun 39.2 maddəsinə əsasən artıqalma aşkar edildikdə sosial müavinət alan şəxsdən 20% həcmində) 2018-ci ilin oktyabr ayından etibarən tutularaq Filialın hesabına bərpa edilir. Artıq alınmış məbləğdən xx.xx.2018-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1.060,00 manat tutulmuş və qalıq borc 2.859,60 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ailə başçısını itirməyə görə sosial müavinətdən tutulmuş 1060 manatın geri ödənilməsi vəzifəsinin c avabdeh DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Sonradan iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının (nümayəndəsi olan anasının) ərizəsi əsasında iddia tələbi “ailə başçısını itirməyə görə sosial müavinətdən tutulmaya dair hərəkətlərin qanunsuz hesab edilməsi, bununla bağlı qəbul edilmiş aktın etibarsız hesab edilməsi və tutulmuş məbləğlərin geri qaytarılması” kimi dəyişdirilmişdir. İddiaçının əsaslandırması:

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə başçısını itirməyə görə sosial müavinət alır. xx.xx.2018-ci il tarixdən başlayaraq sosial müavinətdən tutulmalar aparılmışdır. xx.xx.2022-ci il tarixədək 1060 manat tutulmuş dur. İddiaçı səbəbi ilə maraqlandıqda artıq ödənilmiş sosial müavinətə görə tutulma aparıldığı bildirilmişdir. İddiaçı bu barədə cavabdeh DSMF-nin Maliyyə və mühasibatlıq üzrə Mərkəzi filialına müraciət etmişdir. Müraciətə cavab olaraq xx.xx.2022-ci il tarixli imtina məktubu təqdim edilmişdir. Məktubda qeyd olunur ki, ailə başçısını itirməyə görə təyin olunmuş sosial müavinət adına aktiv əmək müqaviləsi aşkarlandığı üçün “Sosial müavinətlər haqqında” Qanunun 11-ci maddəsinin 11.1.2-ci bəndinə əsasən (şəxs əmək fəaliyyətinə başladıqda) xx.xx.2016-cı il tarixdən dayandırılmışdır. xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün artıq ödənilmiş 3.919,60 manat vəsait xx.xx.2018-ci il tarixdən bərpa edilir. Qalıq borc 2.879,60 manat təşkil edir. Eyni məzmunlu xx.xx.2023-cü il tarixli imtina məktubu da təqdim edilmişdir. Lakin iddiaçıdan tutulmalar dayandırılmışdır.1060 AZN məbləğində tutulma əsassız və qanunsuz aparılmışdır. İddia tələbinə cavabdehin etirazı:

8. Cavabdeh etirazında qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıdan ailə başçısını itirməyə görə sosial müavinət üzrə xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün artıq ödənilmiş 3.919,60 manat vəsait 2018-ci ilin oktyabr ayından etibarən tutularaq Filialın hesabına bərpa edilir. İddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. 9. “Sosial müavinətlər haqqında” Qanunun 12-ci maddəsinə əsasən, müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan halla r baş verdikdə müavinət alan şəxs:

1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. 1.2. Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq İcra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır.

10. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Hazırkı qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir.

11. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin İcraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. 12. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi itə bağlı inzibati aktları icra sənədləri sayılır. Hazırkı qərara qanunla nəzərdə tutulmuş aşağıdakı müddətlərd ə münasibət bildirilməməsi onun nəticələrinin şərtsiz qəbul edilməsi kimi qiymətləndirilir. 13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Sözügedən Qanunun 63.4-cü maddəsinə əsasən inzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. Bildirilmişdir ki, Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya ailə başçısını itirməyə görə təyin olunmuş sosial müavinət ödənişi (iş № 065366) adına aktiv əmək müqaviləsi aşkarlandığı üçün “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanununun 11-cİ maddəsini n 11.1.2-ci bəndinə əsasən (yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda) xx.xx.2016-cı il tarixdən dayandırılmışdır.

14. İddiaçının ərizəsinə əsasən Nazirliyin tabeliyində Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktuba əsasən təyin olunmuş ailə başçısını itirməyə görə sosial müavinət üzrə xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün artıq ödənilmiş 3.919,60 manat vəsait (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası qanununun 39.2-ci maddəsinə əsasən artıqalma aşkar edildikdə sosial müavinət alan şəxsdən 20% həcmində) 2018-ci ilin oktyabr ayından etibarən tutularaq Filialın hesabına bərpa edilir. Artıq alınmış məbləğdən xx.xx.2018-ci il tarixdə n xx.xx.2022-ci il tarixədək 1.040,00 (min qırx) manat tutulmuş və qalıq borc 2.879,60 (İki min səkkiz yüz yetmiş doqquz manat 60 qəpik) manat təşkil edir.

15. İddiaçıya ailə başçısını itirməyə görə təyin edilmiş sosial müavinət ödənişi (iş№ 065366) aktiv əmək müqaviləsi aşkarlandığından xx.xx.2016-cı il tarixdən dayandırılmışdır. Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə sosial müavinət üzrə xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə artıq ödənilmiş 3.919,60 manat məbləğində vəsait 2018-ci ilin oktyabr ayından etibarən sonuncunun aylıq müavinətindən 20 manat olaraq tutulmaqla Mərkəzi filialın hesabına bərpa edilir. Əlavə olaraq bildirilmişdir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək iddiaçıya artıq ödənilmiş vəsaitdən 1160 manat tutulmuş və xx.xx.2023-cü il tarixinə qalıq borcu 2.759,60 manat təşkil edir. Bildirilmişdir ki, “artıq ödənilmiş sosial müavinət məbləğinin tutulması” haqqında qərar dedikdə, aşkar edilmiş artıq ödənilmiş vəsaitlər barədə müvafiq qərarlar Mərkəzi filiala kağız daşıyıcıda daxil olmur. Belə ki, sözügedən qərarlar barədə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən “sosial ödənişlər” altsistemində müvafiq bölmələrdə xüsusi qeydlər aparıldıqdan sonra icrası təmin edilir. Bu baxımdan həmin qərarların kağız daşıyıcıda təqdim edilməsi imkan xaricindədir. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə edilən so nuncu dəyişikliyə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulması barədə müddəanın iddiaçıya analogiya qaydasında tətbiq edilməməsi ilə bağlı bildirilmişdir ki, hazırkı halda artıq ödənilmiş vəsait əmək pensiyası deyil, sosial müavinət üzrə olduğundan, bu halda “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-7424/2023 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçının ailə başçısını itirməyə görə sosial müavinətindən tutulmaya dair cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş, sosial müavinətlərin məbləğinin dəyişdirilməsi haqqında Dövlət Sosial Müdafiə Fondunun keçmiş Nərimanov rayon filialının tarixsiz və nömrəsiz sərəncamının etibarsız hesab edilməsi və ailə başçısını itirməyə görə sosial müavinətdən tutulmuş məbləğin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması qərara alınmışdır.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Nazirliyin məlumat bazasına əsasən iddiaçıya xx.xx.2009-cu il tarixindən 80 manat məbləğində ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixli razılıq ərizəsinə əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixinədək ona 3.919,60 manat məbləğində artıq ödənilmiş ailə başçısını itirməyə görə sosial müavinətin tutulması barədə Fondun keçmiş Nərimanov filialı tərəfindən qərar qəbul edilmişdir.

18. Sosial müavinətlərin məbləğinin dəyişdirilməsi haqqında Dövlət Sosial Müdafiə Fondunun keçmiş N ərimanov rayon filialının tarixsiz və nömrəsiz sərəncamına əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək 3.919,60 manat artıq aldığı ailə başçısını itirməyə görə aylıq müavinətdən 30 manat tutulması qərara alınmışdır. 19. xx.xx.2018-ci il tarixli (iddiaçının adından) ərizəyə əsasən artıq aldığı müavinətin ailə vəziyyətinin çətin olduğu üçün 20 manatla tutulmasına köməklik göstərilməsi xahiş edilmişdir. 20. “Sosial müavinətlər haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: - 11.1.2-ci maddəsi yaşa görə müavinət – şəx s əmək fəaliyyətinə başladıqda. 21. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

22. Məhkəmə ailə başçısını itirməyə görə təyin olunmuş sosial müavinətin dayandırılması üçün əsasların “Sosial müavinətlər haqqında” Qanunun 11-ci maddəsində nəzərdə tutulmamasına qiymət vermədən hesab edir ki (belə ki, ailə başçısının itirilməsinə görə pensiyanın dayandırılması üçün 11.1.2-ci maddəyə əsasən yaşa görə müavinətin dayandırılması ilə bağlı əsasa istinad edilmişdir), həm in Qanunun 12-ci maddəsində “Əmək pensiyası haqqında” Qanununun 39-cu maddəsindən fərqli olaraq inzibati orqanın artıq ödənilmiş müavinətin tutulması haqqında qərarın qəbul edilməsinin və tutmaya dair hərəkətlərin həyata keçirilməsinin mümkünlüyü nəzərdə tutulmamışdır.

23. Vətəndaşın razılığı olduğu təqdirdə sosial müavinətdən tutmaya dair hərəkətlərə analogiya qaydasında “Əmək pensiyası haqqında” Qanununun 39-cu maddəsinin tətbiqi məsələsinə qiymət verərkən məhkəmə qeyd edir ki, “Normativ hüquqi aktlar haqqında” “Əmək pensiyası haqqında” Konstitusiya Qanununun 1.0.10-maddəsinə əsasən, qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir. Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Konstitusiya Qanununun 13.5-ci maddəsinə əsasən, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz.

24. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh qurumun hərəkətləri vətəndaşın hüquqlarının məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi ilə bağlı olduğundan qeyd edilən halda (sosial müavinətdən tutma ilə bağlı qərarın qəbul edilməsi) qanunun analogiyasından istifadə qanuni hesab edilə bilməz.

25. Sos ial müavinətdən tutmaya dair hərəkətlər yolverilən (qanuni) hesab edilmədiyindən məhkəmə iddiaçının adından təqdim edilmiş ərizənin onun niyyətinə uyğun olmaması (məzmununun ona izah edilməməsi) və onun hansı müddəti əhatə etdiyinə qiymət verməyi prosessual qənaət prinsipindən çıxış edərək zəruri hesab etmir. Lakin istənilən halda tutmanın qeyri-müəyyən müddətlə əhatə olunması ədalətli hesab edilə bilməz.

26. Odur ki, sosial müavinətdən tutmaya dair hərəkət qanunsuz sayılmalı, bununla bağlı qəbul edilmiş inzibati akt etibarsız sayılmalı və onun icrasının nəticələri aradan qaldırılaraq tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalıdır.

27. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiya sı məhkəməsində icraat

28. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3104/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 21(112)-7424/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

30. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

31. Apellyasiya instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyindən, qərar ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, iddiaçıya ailə başçısını itirməyə görə təyin edilmiş sosial müavinət ödənişi (iş N2 065366) aktiv əmək müqaviləsi aşkarlandığından xx.xx.2016-cı il tarixdən dayandırılmışdır. Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubundan görünür ki, iddiaçıya təyin edilmiş ailə başçısını itirməyə görə sosial müavinət üzrə xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üçün artıq ödənilmiş 3.919,60 (üç min doqquz yüz on doqquz manat 60 qəpik) manat məbləğində vəsait 2018-ci ilin oktyabr ayından etibarən aylıq müavinətdən 20 manat olaraq tutulur. xx.xx.2018-ci İl tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı artıq ödənilmi ş vəsaitdən 1.160,00 manat tutulmuş və xx.xx.2023-cü İl tarixinə qalıq borcu 2.759,60 manat təşkil edir.

32. Həmçinin, iş materiallarında iddiaçının xx.xx.2018-ci il tarixli razılıq ərizəsi olduğundan xx.xx.2009-cu il tarixdən xx.xx.2016-cı il tarixədək 3.919,60 manat məbləğində artıq ödənilmiş ailə başçısını itirməyə görə sosial müavinətin tutulması qanunauyğun şəkildə aparılmış və Fondun keçmiş Nərimanov rayon filialı tərəfindən qərar qəbul edilmişdir.

33. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmamışdır. Eyni zamanda, hüquqi əsaslarda mövcud deyildir.

34. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir.

35. Hazırkı qərarı qəbul edərkən inzibati orqan n əzərə alır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı İnzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. 36.Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. 37. “Əmək pensiyaları haqqında” qanunun 39.1-ci maddəsinə edilən sonuncu dəyişikliyə əsasən son 3 il müddəasının iddiaçıya tətbiq edilməməsinin səbəbləri, ilə bağlı isə bildiririk ki. hazırkı halda artıq ödənilmiş vəsait əmək pensiyası üzrə deyil, sosial müavinət üzrə olduğundan, “Sosial müavinətlər haqqında“ Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq edilmişdir. b. kassasiya şikayətinə etiraz ın dəlilləri 38.Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 39. “Sosial müavinətlər haqqında” Qanun: Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti;... Maddə

4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir:... 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət;... 40.“İnzibati icraat haqqında” Qanun: Maddə

1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçir ilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictima i maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.... Maddə

57. İnzibati aktın forması 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir.... Maddə

58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir.... Maddə

59. Yazılı inzibati aktın rekvizitləri 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır:... 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi;... Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilm əsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.... Maddə

65. İnzibati aktın etibarsız sayılması 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır:... 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt;... 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

41. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

42. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

43. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

44. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüq uq normalarının tələblərinə riayət edilmişdir.

46. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

47. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddianın əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. 48. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinin müddəalarının tələblərindən göründüyü kimi, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxs lərə məlumat verməyə borcludur.

49. İddiaçıya təyin edilmiş sosial müavinətdən tutmanın əsası kimi cavabdehin əsaslandığı sərəncama (inzibati akta) gəldikdə, həmin sərəncam “İnzibati icraat haqqında” Qanunun 57 və 58-ci maddələrində təsbit olunmuş inzibati aktın forma və məzmununa dair tələblərə cavab vermədiyindən, həmin Qanunun 65.1, 65.1.3-cü və 65.2-ci maddələrinin tələblərinə uyğun olaraq etibarsızdır və hüquqi nəticələr yaratmır.

50. Buna görə də apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sosial müavinətdən tutmaya dair cavabdehin hərəkəti qanunsuzdur və onun nəticələri aradan qaldırılaraq tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsi nin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-3104/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar