Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1156/2017 20.06.2017 ALİ MƏHKƏMƏ Surəti Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-1156/2017) Bakı şəhəri 20 iyun 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra cavabdeh) qarşı “kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)365/2017 saylı, 21 fevral 2017-ci il tarixli qərarında n iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 20 iyun 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: 57 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən təsdiq edilmiş Bakı şəhəri Rüstəmov küçəsi, ev 76 ünvanında yerləşən 107 saylı mənzilin sxeminə əsasən mənzil 17,7 kv.m, 12,6 kv.m və 16,7 kv.m sahəli üç otaqdan ibarət olmaqla 47 kv.m yaşayış sahəsindən və 60,2 kv.m ümumi sahədən ibarətdir. Bakı şəhəri, 8-ci km. Rüstəmov küçəsi ev 76, 107 saylı mənzil 13 yanvar 1967-ci il tarixli orderə əsasən X7 verilmişdir. Ə.Məmmədov 27 avqust 1992-ci il tarixdə ölmüşdür. X8 (iddiaçının əri) və X1 (iddiaçının qızı) ərizələrindən görünür ki, onlar Əbülfət Tağıyeviçin vəfatı ilə əlaqədar qeydiyyatda olduqları mənzilin kirayə m üqaviləsinin iddiaçının adına bağlanmasına etiraz etmirlər. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-698/2016 saylı, 07 mart 2016 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 107 nömrəli mənzilin sahəsi 17,7 kv.m olan otağı qeyri-yaşayış sahələri- dəhliz, mətbəx, sanitariya qovşağı ümumi istifadədə saxlanılmaqlaİddiaçı, həyat yoldaşı X2 və qızı X1 birgə istifadəsinə, ünvan 1 ünvanında yerləşən 107 nömrəli mənzilin sahəsi 16,7 kv.m və 12,5 kv.m olan iki otağı qeyri-yaşayış sahələri - dəhliz, mətbəx, sanitariya qovşağı ümumi istifadədə saxlanılmaqla cavabdehlər X4, X9 və X6 birgə istifadəsinə verilmişdir. İddiaçı cavabdehdən iddiaçının adına ünvan 2 ünvanında yerləşən 107 nömrəli mənzilinin 17,7 kv.m olan otağına onunla kirayə müqaviləsinin bağlanmasını xahiş etmiş, cavabdeh iddiaçıya ünvanlamış 13.07.2016-cı il tarixli məktubda bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07.03.2016-ci il tarixli 2(007)-698/2016 saylı qətnaməsinə əsasən mənzilin bölünmüş 1 otağına yaşayış sahəsindən istifadə qaydaları müəyyən edilmişdir və həmin otağa məhkəmə qətnaməsində müstəqil kirayə müqaviləsi bağlanması nəzərdə tutulmadığından mənzildə yaşayan bütün ailə üzvlərinin notariat qaydasında təsdiq olunmuş yazılı razılıqları təqdim edildikdən sonra qaldırdığı məsələyə müvafiq qaydada baxılacaqdır. İddiaçı 03 avqust 2016-cı il tarixdə iddia ərizəsi ilə 2 saylı ünvan 4 ünvanında yerləşən 107 nömrəli mənzilin sahəsi 17,7 kv.m olan otağına onunla ayrıca kirayə (icarə) müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia onunla ə saslandırılmışdır ki, 13.01.1967-ci il tarixdən mənzilin icarədarı 27.08.1992-ci il tarixdə vəfat etmiş iddiaçının qayınatası X5muşdur. Mənzilin icarə müqaviləsi icarədarın ölümündən sonra da mərhumun adında qalmaqda davam edir. İddiaçı uzun illərdir ki, 3 nəfərdən ibarət ailə tərkibində (özü, həyat yoldaşı X8 və qızı X10) sahəsi 17,7 kv.m olan otaqda yaşayırlar. Həmin otaq digər otaqlardan təcrid olunmuşdur. Mənzilin digər, iç-içə olan iki otağında (12,6 kv.m və 16,7 kv.m) qaynı X12 və onun iki oğlu X16, X15 yaşayırlar. İcarədarın ölümündən sonra icarə müqaviləsindən irəli gələn bütün vəzifələri faktiki olaraq o yerinə yetirir. Həyat yoldaşı Z.Məmmədov 1-ci qrup əlildir, qızı işləmir. İddiaçının iddiasına əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş, 07 mart 2016-cı il tarixli 2(007)-698/2016 saylı qətnaməsi ilə Bakı şəhəri Rüstəmov küçəsi, ev 76 ünvanında yerləşən 107 nömrəli mənzildən istifadə qaydası müəyyən edilərək, mənzilin qeyri-yaşayış sahələri ümumi istifadədə saxlanılmaqla sahəsi 17,7 kv.m olan otaq onun, həyat yoldaşı və qızının istifadəsinə verilmişdir. Mənzildən istifadəyə görə, qaz, işıq, su haqlarına görə daim mübahisələr olur. Bu mübahisələrə son qoymaq üçün istifadəsində sahəsi 17,7 kv.m olan otağa ayrıca kirayə (icarə) müqaviləsinin bağlanması üçün cavabdehə bütün lazımı sənədləri təqdim etməklə ərizə ilə müraciət etmiş, cavabdeh imtina etmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mənzildən istifadə qaydası müəyyən edilmişdir, yəni bölgü aparılmışdır. Belə olan halda, məhkə mə qətnaməsi ilə ailəsinin istifadəsinə verilmiş otağa ayrıca kirayə (01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsində bu anlayış “ayrıca icarə müqaviləsi” kimi göstərilir) müqaviləsinin bağlanması üçün mənzilin digər iki otağının sakinlərinin razılığı tələb olunmadan, İcra Hakimiyyətinə onların müraciət edib-etməməsindən asılı olmayaraq müstəqil müraciət etməkdə haqlıdır. Ailə üzvləri kirayə müqaviləsinin onunla bağlanmasına notariat qaydasında təsdiq edilmiş razılıqlarını veriblər. Mübahisələndirilən hüquq münasibəti 01 oktyabr 2009-cu il tarixə qədər yarandığından bu mübahisə Azərbaycan Respublikasının həmin tarixə kimi qüvvədə olan Mənzil Məcəlləsinin normalarına əsasən tənzimlənməlidir. 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllə sinin 84-cü maddəsinə əsasən icarədarın ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsinin ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiyarına malikdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(82)-2948/2016 saylı iş) 01 noyabr 2016-cı il tarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, nə əvvəlki qanunvericiliyin tələblərinə əsasən iddiaçı ilə kirayə müqaviləsinin bağlanmasını zəruri edən faktiki şərtlər, nə də mövcud qanunvericiliklə onun yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi işin halları ilə müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 noyabr 2016-cı il tarixli qərarı ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X17məruzəçi, X20 və X13, 2-1(103)-365/2017 saylı iş) 21 fevral 2017-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı 17 mart 2017-ci il tarixdə qərarın surətini almış, 12 aprel 2017-ci il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 85-ci maddəsinə əsasən kirayəçinin ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış kirayə müqaviləsi üzr ə kirayəçi əvəzinə özünün kirayəçi hesab edilməsini kirayəçi və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. Kirayəçi öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Ailə üzvünü kirayə müqaviləsi üzrə kirayəçi hesab etməkdən kirayədarın imtina etməsinə məhkəmədə baxıla bilər. Əgər mənzil sahəsi təcrid oluna bilərsə, kirayəçinin ailə üzvü ayrıca kirayə müqaviləsinin bağlanmasını tələb edə bilər. Kirayəçi və ya kirayədar buna razılıq vermədiyi halda, məsələ məhkəmə qaydasında həll oluna bilər. İddiaçının mənzilə dair hüququ 01 oktyabr 2009-cu ü tarixdən əvvəl yarandığından, tərəflərin münasibətləri ilə bağlı bu müddətdən sonra qəbul edilmiş qanunvericiliyə istinad edilməsi düzgün olmamışdır. Yuxarıda göstərilmiş Mənzil Məcəlləsinin mü ddəalarından göründüyü kimi, təcrid olunan otağa dair ayrıca mənzil kirayə müqaviləsinin bağlanmasını iddiaçının tələb etmək hüququnu şərtləndirən amillər mövcud olmuşdur və bu əsasla iddiaçının tələbi həmin şərtlərin çərçivəsində təmin olunmalıdır. Lakin apellyasiya məhkəməsi qanunvericiliyin yuxarıda istinad edilmiş tələblərini nəzərə almamış və tətbiq edilməli olan normaları tətbiq etməmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsinin bildirildiyi əsas-yardımçı sahələr ümumi istifadədə saxlandığından iddiaçının istifadəsinə verilmiş ayrıca bir otağa dair kirayə müqaviləsinin bağlanmasının sadalanmış normalarının tələbləri baxımından mümkünsüzlüyü-istinad etdiyi normalara uyğun olmamışdır. Çünki həmin normalarda apellyasiya məhkəməsinin istinad etdiyi hal nəzərdə tutulmamışdır. əsasland ırma hissəsi: Tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.2-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı cavabdeh inzibati orqandan istifadəsində olan mənzilə dair ayrıca kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 33.1 və 33.2-ci maddələrinin tələbinə görə iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi halda, m əcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşin mübahisə olunmayan hallarına görə iddiaçının kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul etməsini xahiş etdiyi bit otaq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən onun, əri və qızının birgə istifadəsinə verilmişdir. Otağın sahəsi 17,7 kv.m təşkil edir. Qeyri-yaşayış sahələri - dəhliz, mətbəx, sanitariya qovşağı isə ümumi istifadədə saxlanmışdır. İddiaçının əri və qızı həmin otağa iddiaçı ilə kirayə müqaviləsi bağlanmasına dair notariat qaydada yazılı razılıq verilmişdir. Cavabdeh imtinasını 07 mart 2016-cı il tarixli məhkəmə qətnaməsində bir otağa müstəqil kirayə müqaviləsi bağlanması nəzərdə tutulmaması və mənzildə yaşayan bütün ailə üzvlərinin yazılı razılığı təqdim olunmaması ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsi isə iddianı rədd etməsini belə əsaslandırmışdır ki, Ailə Məcəlləsinin 12.2 və 13.2-ci maddələrinə görə qanunverici kirayə müqaviləsinin predmeti kimi yaşayış sahəsini müəyyən edərkən oraya yalnızca otaqların deyil, həmçinin də, yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrin də daxil olmasını nəzərdə tutmu şdur. İlk öncə qeyd edilməlidir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi cavabdehin imtinasının qanuni olub-olmamasına münasibət bildirməmiş, cavabdehin mübahisə açmadığı əsasla iddianın təmin edilməməsi nəticəsinə gəlmişlər. Cavabdehin imtina məktubunda göstərdiyi əsaslar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış qalmışdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı isə aşağıdakılar qeyd edilir. 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsinə görə icarədarın ailə üzvünün payına düşən mənzil sahəsi təcrid oluna bilərsə, o, həmin yaşayış sahəsindəki ailənin qalan üzvlərinin razılığı ilə onunla yaşayış sahəsini ayrıca icarə müqaviləsinin bağlanmasını tələb etmək ixtiya rına malikdir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 13.1.3-cü maddəsinə görə otaq yaşayış sahələrinə aiddir. Məcəllənin 13.4-cü maddəsinə görə yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. Yaşayış sahəsi (yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi)-yaşayış sahəsinin sosial kirayə müqaviləsinin predmetidir (61.1-ci maddə). Ayrıca olmayan yaşayış sahəsi, yardımçı sahələr, habelə çoxmənzilli binanın ümumi əmlakı yaşayış sahəsinin sosial kirayə müqaviləsinin müstəqil predmeti ola bilməz. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Mənzil Məcəlləsinin 12.2-ci maddəsində yaşayış sahəsinə, 13.2-ci maddəsində isə yaşayış evinə anlayış verilsə də, bəhs edilən normalarda, həmçinin digər normalarda yalnız Məc əllənin 12.2 və 13.2-ci maddələrinin tələblərinə cavab verən yaşayış sahəsi və yaşayış evlərinə kirayə müqaviləsinin bağlanması nəzərdə tutulmamışdır. Yaşayış sahəsinin sosial kirayə müqaviləsi, müqavilənin predmeti və sair Mənzil Məcəlləsinin Vİİİ fəslində əksini tapmışdır. Apellyasiya instansiyası məhkəməsi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə mənzilə istifadə hüququnun müəyyən edilməsinə və cavabdehin imtinasına bəhs edilən hüquq normalarına əsasən hüquqi qiymət verməlidir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, qərarın ləğv edilməsi hissəsində şikayət təmin edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddiaçı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin e dilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya icraatı zamanı iddiaya mahiyyəti üzrə baxılması üçün kifayət qədər əsaslar olmadığından həmin hissədə şikayət təmin edilə bilməz. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)365/2017 saylı, 21 fevral 2017-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Hakim İmza var İmza var İmza var Rahib Nəbizadə
Məhkəmə qərarları › İş №2-1(102)-1156/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1156/2017
20.06.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver