Məhkəmə qərarları › İş №2-1(102)-1156/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1156/2019

24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1156/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1156/19 Bakı şəhəri 24 aprel 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, tərəflərin iştirakı olmadan, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X1 rayon şöbəsinin X2 tərəfindən Bakı A pellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli, 2-1(103)-3041/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X1 rayon şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Neftqaztikinti” trestinin idarələrində 05 iyul 1977-ci il tarixdən 31 avqust 1994-cu il tarixədək işlədiyi iş dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin birinci siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 30 sentyabr 2006-cı il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 30 sentyabr 2013-cü il tarixdən ona güzəşti şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya hesablanarkən 01 yanvar 2010-cu il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tətbiq edilmişdir. Halbuki, o, 05 iyul 1977-ci il tarixdən 31 avqust 1994-cü il tarixədək, 01 aprel 2003-cü il tarixdən hal-hazıradək “Neftqaztikinti” trestinin idarələrind ə dənizdə xüsusi zərərli iş şəraiti olan müxtəlif vəzifələrdə işləmişdir. Dəniz şəraitində xüsusi zərərli işlərdə 01 avqust 1997-ci il tarixədək 10 ildən çox işləmiş və ümumi iş stajı da 20 ildən çoxdur. 13 may 1975-ci ildən 19 may 1977-ci ilədək hərbi xidmətdə olmuşdur. 01 sentyabr 1973-cü ildən 25 aprel 1974-cü illərdə texnikumda peşə təhsili almışdır Onun pensiya hüququ 30 sentyabr 2006-cı il tarixində yaranmışdır. Bununla da onun 01 yanvar 2006-cı ildən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8, 10 və 27-ci maddələri üzrə hüquqları pozulmuşdur. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və etirazını təqdim etməmişdir 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2-1(82)4153/2018 saylı qərarı (hakim Zaur Tağıyev) ilə iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən ümumi və güzəştli iş stajını 01 avqust 1997-ci il tarixədək topladığından, ona 50 yaşdan, yəni 30 sentyabr 2006-cı il tarixdən pensiya təyin edilməlidir. İddiaçının güzəştli şərtlərlə pensiya təyinatı onun iradəsindən asılı olmayan səbəblərdən geçikdirilmiş, bundan başqa iddiaçının bu günə kimi ala bilmədiyi pensiya məbləği onun “mülkiyyət” anlayışını ehtiva edir ki, bu hüquqların dövlət tərəfindən qorunmasına təminat verilir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli, 2-1(103)-3041/2018 saylı qərarı ilə (sədrlik edən hakim Ülvi Mayılov, hakimlər Kəmalə Abiyeva və Vüqar Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunan əsasları öz qərarında da göstərmiş və bildirmişdir ki, iddiaçı iddianın əsaslılığını təsdiq edən sübutları təqdim etdiyi halda, cavabdeh imtinasının qanuni və əsaslı olmasını təsdiq etmək üçün zəruri olan dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67, 13, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 10.2, 21.1, 27, 31.1, 32.1-1, 37.7-ci maddələri, “Əmək pensiyaları haqqında” A zərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 2.1.8, 3.1.1-ci bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək, onun ləğv, iddia tələblərinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçının 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ mövcud pensiya qanunvericiliyinə əsasən olmadığında n, ona həmin yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Dəlilin hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1, 9-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 sayıə qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına” istinad olunmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılm asını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı ünvan 1 ünvanında qediyyatdadır. 1974-cüildətərtibolunmuş əmək kitabçasının notariatqayddatəstiqolunmuş surətindəngörünürki, iddiaçıişəqəbulolunanadək 01 sentyabr 1973 – 25 aprel 1974-cüil ərzində 1 saylıTPM-dətəhsilalmış, 25 aprel 1974-cü il tarixli, 61 saylı əmrlə TrolleybusParkına elektrik montyoru peşəsinə qəbul edilmiş və 30 aprel 1975-ci il tarixli, 69 saylı əmrlə işdən azad edilmişdir. NZ seriyalı, ******* saylı hərbi biletin surətinə əsasən iddiaçı 13 may 1975-ci ildən 19 may 1977-ci ilə kimi sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Əmək kitabçasının surətinə əsasən, iddiaçı 05 iyul 1977-ci il tarixli, 68/k saylı əmrlə “AzərDənizNeftİnşaat” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş və 01 iyul 1980-ci il tarixli 62/k saylı əmrlə işdən azad edilmiş, 04 iyul 1980-ci il tarixli, 63/k saylı əmrlə Azərdənşneftinşaat trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmirbeton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş və 31 avqust 1994-cü il tarixili, 89/k saylı əmrlə işdən azad edilmişdir. Əmək kitabçasının surətinə əsasən, iddiaçı 15 noyabr 1995-ci il tarixli, 79ş/h saylı əmrlə 2 nömrəli Bakı taksimotor parkına 1-ci sahəyə mühərrikçi qəbul edilmiş və 23 iy ul 1997-ci il tarixli, 51ş/h saylı əmrlə işdən azad edilmişdir. Əmək kitabçasının surətinə əsasən iddiaçı 24 iyul 1997-ci il tarixli, 16-k saylı əmrlə “XəzərDənizNeftTikinti-Quraşdırma” Trestinin Səyyar mexanikləşdirmə dəstəsi üzrə texnoloji boru kəmərlərinin quraşdırılması üzrə 5-ci dərəcəli quraşdırıcı qəbul edilmiş və 30 aprel 2001-ci il tarixli, 37 saylı əmrlə işdən azad edilmiş, 01 may 2001-ci il tarixli, 4-k saylı əmrlə 6-cı dərəcəli texnoloji boru kəmərlərini quraşdırıcısı peşəsinə qəbul edilmiş və 31 mart 2003-cü il tarixli, 31-k saylı əmrlə işdən azad edilmiş, 01 aprel 2003-cü il tarixli, 37-k saylı əmrlə “XəzərDənizNeftQaz” Trestinin 3 saylı ixtisaslaşdırılmış tikinti quraşdırma filialına 6-cı dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırıcısı qəbul olunmuş və 30 senty abr 2003-cü il tarixli, 84/k saylı əmrlə işdən azad edilmiş, 01 oktyabr 2003-cü il tarixli, 155-k saylı əmrlə 6-cı dərəcəli texnoloji boru kəmərlərinin quraşdırıcısı qəbul edilmiş və 12 iyun 2006-cı il tarixli, 6-k saylı əmrlə işdən azad edilmişdir. SOCAR-ın 27 iyul 2018-ci il tarixli, **********080020123X00203 saylı arayışında qeyd olunmuşdur ki, iddiaçı 05 iyul 1977-ci ildən “Azərdənizneftinşaat” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş və 01 iyul 1980-ci ildən işdən azad edilmişdir. Əmək stajı 2 il 11 ay 26 gün təşkil edir. İddiaçı 04 iyul 1980-ci il tarixində “Azərdənşneftinşaat” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzr ə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, 31 avqust 1994-cü il tarixinə işdən azad edilmişdir. Əmək stajı 14 il 1 ay 27 gün təşkil edir. İddiaçı 01 aprel 2003-cü il tarixində “Xəzərdənişneftqaztikinti” trestinin 3 saylı İxtisaslaşdırılmış Tikinti Qurşadırma Filialına polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, 30 sentyabr 2003-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Əmək stajı 5 ay 29 gün təşkil edir. İddiaçı 13 dekabr 2007-ci il tariixndə “Neftqaztikinti” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş və 04 sentyabr 2008-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Əmək stajı 8 ay 21 gün təşkil edir. İddiaçı 05 senty abr 2008-ci il tarixində “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş, 29 iyul 2009-cu il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Əmək stajı 10 ay 24 gün təşkil edir. İddiaçı 30 iyul 2009-cu il tarixində “Neftqaztikinti” trestinin 8 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaları quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş və 16 sentyabr 2009-cu il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Əmək stjaı 1 ay 16 gün təşkil edir. İddiaçı 20 iyul 2010-cu il tarixində Neftqaztikinti trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş və 30 yanvar 2014-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Əmək stajı 3 il 6 ay təşkil edir. İddiaçı 31 yanvar 2014-cü il tarixində Neftqaztikinti trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsinə polad vədmir beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş və 27 avqust 2015-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Əmək stajı 1 il 6 ay 26 gün təşkil edir. İddiaçı 28 avqust 2015-ci il tariixndə “Neftqaztikinti” trestinin 2 saylı Tikinti Qurşadırma bölümünə polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırcı peşəsinə işə qəbul edilmiş və hal hazıradək bu peşədə işləyir. Cavabdehin 28 avqust 2018-ci il tarixli, **********9 saylı imtina məktubunda qeyd edilmişdir ki, 20 sentyabr 2013-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, yəni iddiaçının 57 yaşı tamam olan tarixdən 01 yanvar 2006-cı il tarixdə olan 30 il 3 ay 14 gün əmək stajına və fərdi hesabının sığorta hissəsində yığılmış 11283.79 manat pensiya kapitalına görə 298.66 manat pensiya hesablanıb ödənilir. Müvafiq icra hakimiyyəti orqanında güzəştli şərtlərlə pensiya təminatına hüquq verən arayış təqdim edildiyi halda ərizəyə yenidən baxılacaqdır. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərəli və xüsusi ağır olan işlərdəçalışanlara, dənizdəçalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siya hısı»üzrə 11000000 X. «Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür vəşistin emalı» -1100000a-11587 «qüllə quraşdırıcıсы» peşəsinə uyğun gəlir. Göründüyü kimi, 01 avqust 1997-ci ilədək iddiaçı 20 ildən çox ümumi əmək stajı ilə bərabər 10 ildən чох əmək şəraiti zərərli işlərdə işləmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul e dildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellaysiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 30 sentyabr 2006-cı il tarixində 50 yaşı tamam olduğu vaxt onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığından, tələbi əsaslı olmuşdur. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlilinə görə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ 57 yaşı olan zaman, yəni 30 sentyabr 2013-cü il tarixindən düzgün olaraq təyin edilmişdir. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiym ətləndirmənin aparılmasını zəruri hesab edir. Cavabdehin istinadına görə, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququnun yarandığı 30 sentyabr 2013-cü il tarixinə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) müddəalarına görə: - 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanıtərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, (...) çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə ya şa görə əmək pensiyası hüququ vardır; - 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir; - 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər; - 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Sadalanmış maddələrın mənası onunla bağlıdır ki, 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına malik olduqda, onun isə 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. Belə peşələrin siyahısı isə müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Republikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. İddiaçının pensiya hüququnun iddia edilən müddətdə, yəni 30 sentyabr 2006-cı il tarixində isə istinad edilən Qanunun müddəaları eyni mətnli olmaqla, yalnız yuxa rıda göstərilmiş 9.8-ci maddənin eyni mətni 9.5-ci maddə kimi müəyyən edilmişdir. Yəni, 30 sentyabr 2006-cı il tarixindən 30 sentyabr 2013-cü il tarixinə qədər Qanunun 9-cu maddəsinə müxtəlif müddəalar əlavə edilmişdir ki, nəticəsə 9.5-ci maddə 9.8-ci maddəsi kimi hesab edilmişdir. Lakin iddiaçının tələblərinə bu dəyişikliklər hər hansı bir qaydada təsir etməmiş və maddələrin tələbləri eyni mahiyyətli olmaqla, eyni şərtlərlə şəxsə peniya hüququnun yaranamasının əsaslarını müəyyən etmişdir. Belə ki, istinad edilmiş 9.8-ci (müvafiq olaraq zamana görə qüvvədə olmuş 9.5-ci maddəyə) maddəyə görə əgər istinad edilmiş qanun qüvvəyə minmədən əvvəl sadalanmış işlərdə işləyən şəxslər həm ümumi iş stajını, onun daxilində xüsusi stajı da işləyən dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən toplamışdırlarsa, pensiya hüququnun əldə edilməsi üçün yaş həddi ilə bağlı şərt də həmin qanunvericiliyin müddəasına əsasən müəyyən edilməlidir. Bu əsasla pensiya hüququnu əldə etmiş şəxslər həmin hüququn yarandığı vaxtdan istənilən anda pensiyanın təyin edilməsi üçün müraciət edə bilərlər və müddətdən asılı olmayaraq, keçmiş müddət üçün də pensiya məbləğini almalıdırlar. Əvvəlki qanunvericilik isə 01 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa aid olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə p ensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı” təsdiq edilmişdir. İstinad edilən siyahıda hər bir istehsalat, işlər, peşələr və vəzifələr müvafiq qaydada bölmələr və kodlar üzrə təsnifatlaşdırılmı şdır. Bü müddəaya əsaslanmaqla apellyasiya məhkəməsi müəyyən etmişdir ki, 01 avqust 1997-ci il tarixinə iddiaçı 20 il ümumi iş stajını toplamışdır. Habelə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı”nda 1100000a-11587 kodla qeydə alınmış «qüllə quraşdırıcısı» peşəsində nəzərdə tutulmuş işlərdə azı 10 işləmişdir. Həmin peşələr iddiaçının işlədiyi “Azərdənşneftinşaat” tresti siyahının “11000000 X. «Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) neft, qaz, qaz kondensatı, kömür vəşistin emalı» bölməsində göstərilmiş istehsal sahəsinə aid olmuşdur. Qeyd edilmiş əsaslara görə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin nəticəsi ilə razılaşaraq hesab edir ki, iddiaçının 50 yaşı tamam olan vaxtdan, yəni 30 sentyabr 2006-cı il tarixindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının orta aylıq əmək haqqı əsas götürülməklə pensiyanın hesablanmasına münasibətdə məhkəmə kollegiyası apellasiya məhkəməsinin apardığı qiymətləndirməni əsasən, düzgün hesab edir və bu hissədə cavabdeh tərəfindən hər hansı bir dəlillər bildirilmədiyindən, əlavə qiymətləndirmənin apaılmasını mümkün hesab etmir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial X1 rayon şöbəsinin X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Ko llegiyasının 27 dekabr 2018-ci il tarixli, 2-1(103)-3041/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar