Məhkəmə qərarları › İş №2-1(102)-1156/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1156/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1156/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: (62 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Nümayəndə, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı y aşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-256/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1957-ci il tarixdə Gürcüstanın Qardabani rayonunda anadan olmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu olaraq qüvvədə olan qanunvericiliyə və təsdiq edilmiş əsasnaməsinə uyğun olaraq öz fəaliyyətini həyata keçirir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı ona qanunvericiliklə mü əyyən edilmiş yaş həddinə (62) çatması və 25 il ümumi sığorta stajının olması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ərizə ilə cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2019- cu il tarixli məktubu ilə ona yaşa görə əmək pensiyasıın təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, xx.xx.2019- cu il tarixli imtina məktubunda əsas kimi fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının kifayət etməməsi göstərilmişdir. Halbuki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində qeyd edilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalını yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etməsə belə, onun əmək kitabçasından da göründüyü kimi, 25 il sığorta stajı olduğundan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatdığından ona yaşa görə əmək pensiyası təyin edilməlidi r. Bu hissədə isə cavabdeh qeyd edir ki, onun xx.xx.1998-ci ildən xx.xx.2005-ci il tarixədək işlədiyi “xxxx” Təmir Tikinti Firmasının hüquqi ünvanı bilinmədiyindən və əmək haqqıarayışı barədə məlumat olmadığından həmin illərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Halbuki, onun əmək kitabçasında orada qeyd edilən dövlərdə işləməsi “xxxx” Təmir TikintiFirmasının möhürü ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2402/2019 nömrəli (sədrlik edən hakim Aygün Abdullayeva) qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə həvalə edilməsiq ərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli, 2-1(103)-256/2020 nömrəli (hakimlər Səriyyə Seyidova - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və İlham Əhmədov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının 1998-2005-ci illərdə işlədiyini iddia etdiyi dövr üçün məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Buna görə də həmin dövr sığorta stajı kimi hesablanmamışdır.Digər tərəfdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 17.245,18 manat sığorta kapitalı tələb olunmuşdur, lakin, şöbə tərəfindən araşdırma nəticəsində tələb olunan sığorta kapitalının olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Binəqədi rayon Şöbəsinin imtinası tam əsaslı olmuşdur. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış, qanunvericiliyin tələblərinə əsasən iş dövrünün sosial sığorta stajı hesab olunması üçün həmin dövrə görə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi tələb olunsa da, 1998-2005-ci illərə görə iddiaçı üçün məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi halda məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etmə yərək qanunsuz olaraq həmin dövrü sosial sığorta stajına daxil etmiş, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-256/20 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini Ali Məhkəmənin İnzibatiKollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Cavabdeh kasasiya şikayətində qeyd etmişdir ki,iddiaçının 1998-2005-ci illərdə işlədiyini iddia etdiyi dövr üçün məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Buna görə də həmin dövr sığorta stajı kimi hesablanmamışdır.Digər tərəfdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 17.245,18 manat sığorta kapitalı tələb olunmuşdur, lakin, şöbə tərəfindən araşdırma nəticəsində tələb olunan sığorta kapitalının olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Binəqədi rayon Şöbəsinin imtinası tam əsaslı olmuşdur. Göstəril ənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış, qanunvericiliyin tələblərinə əsasən iş dövrünün sosial sığorta stajı hesab olunması üçün həmin dövrə görə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi tələb olunsa da, 1998-2005-ci illərə görə iddiaçı üçün məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyi halda məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməyərək qanunsuz olaraq həmin dövrü sosial sığorta stajına daxil etmiş, düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçının xx.xx.1998-ci il tarixdən -xx.xx.2005-ci il tarixədək “xxxx” Təmir Tikinti Firmasında işləməsi və onun 25 ildən artıq s ığorta stajına malikdir. xx xxxx 2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Azərbaycan Respublikası «Əmək pensiyaları haqqında» Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil e dilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Bu baxımdan da Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş pensiya yaşına çatdığından, onun əmək kitabçası ilə 25 ildən artıq əmək stajı olduğundan, həmin dövrlər sosial sığorta stajı kimi nəzərə alınmaqla ona yaşa görə əmək pe nsiyası təyin edilməlidir. Bütün yuxarıda göstərilənlərə istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli,2-1(103)256/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar