Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1156/2021 30.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdi yyəsi) qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun ilkin qeydiyyatına alınaraq buna dair reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 2-1(103)-129/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 31.08.2000-ci il tarixli 809 nömrəli Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının Sərəncamına, həmin Sərəncama əlavəyə, 19 oktyabr 2000-ci il tarixli “Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında Protokol”a və həmin protokola əlavə edilən “Bələdiyyə torpaqlarının xəritə sənədi”ə əsasən Binəqədi rayon torpaq sahələri, o cümlədən Ünvan1 yerləşən 300 kv.m torpaq sahəsi Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə ayrılmışdır. 2. 12.05.2006-cı il tarixində Binəqədi X1 Ünvan1 yerləşən 300 kv.m. torpaq sahəsini satmış və E.X4 1500 manat məbləğində vəsait ödəmişdir.
3. Abşeron Rayon Məhkəməsinin 8(012)-782/217 saylı, 12 oktyabr 2017-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə qərardada əsasən Abşeron Rayon Məhkəməsinin 03.03.2017-ci il tarixli 2(012)-6868/2017 saylı qətnaməsinin icra üsulu və qaydası dəyişdirilərək X7 77712 manat borcunun əvəzində Ünvan1 300 kv.m torpaq sahəsi İddiaçı verilməsi qərara alınmışdır. Həmin qərardad 27 oktyabr 2017-ci il tarixdə qanuni qüvvəsini almışdır.
4. Bundan sonra iddiaçı həmin torpaq sahəsinə dair hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı 1 saylı Bakı İnzibati-İqt isadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin 03.04.2018-ci il tarixli qərarı ilə onun iddiası təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 02.08.2018-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
5. Bundan sonra Abşeron Rayon Məhkəməsinin 12.10.2017-ci il tarixli qərardadının icrası məqsədi ilə 05.10.2018-ci il tarixində Binəqədi rayon Binəqədi Bələdiyyəsi (Satan) adından çıxış edən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sədri X10 və İddiaçı (Alan) arasında “Binəqədi Bələdiyyəsinin ərazisinə aid olan 300 kv.m. torpaq sahəsinin alğısatqısı haqqında” müqavilə bağlanılmış, Ünvan1 yanında olan 300 kv. metr torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alıcı İddiaçı tərəfindən qəbul olunmuş, torpağın satış qiyməti tərəflər arasında sahənin hər kv.metri üçün 5 manat məbləğində razılaşdırılmışdır. 6. “Torpaqların alqı-satqısına dair Akt”ın surətinə əsasən, İddiaçı tərəfindən əvvəlcədən 1500 manat haqq ödənilmişdir və bu akt Binəqədi rayonu Binəqədi bələdiyyəsinin rayon Bələdiyyə orqanın nümayəndəsinin sədri X10 və torpaq alanın İddiaçı iştirakı ilə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir.
7. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək həmin torpaq sahəsinə hüquqların qeydə alınmasını xahiş etmişdir.
8. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********06 nömrəli, 15.02.2019-cu il tarixli məktubuna əsasən, İddiaçı ərizəsi ilə əlaqədar olaraq bildirilmişdir ki, torpaq sahəsinə da ir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim edilməmişdir. Bundan əlavə elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin Binəqədi bələdiyyə ərazisi olması barədə elektron bazada heç bir məlumat aşkar olunmamışdır və yaşıllıq olan ərazidə yerləşir. Binəqədi bələdiyyəsi tərəfindən təqdim edilmiş 05.10.2018-ci il tarixli qərarı qanunvericiliyə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə 23.10.2007-ci il tarixdə edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hər racları və ya müsabiqələri vasitəsi əldə edilə bilər. Bakı Apellyasiya Məhkəməsinin 02.08.2018-ci il tarixli, 2-1(103)- 1654/2018 saylı qərarı ilə Bakı İnzibatiİqtisadi Məhkəməsinin 03.04.2018-ci il tarixli, 2- 1(81)-1299/2018 saylı qərarı ləğv edilmiş və sözügedən torpaq sahəsinə dair iddiaçının iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi barədə məlumat idarəyə daxil olmamışdır. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
9. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Ünvan1 yerləşən 300 kv.m torpaq sahəsinin onun adına ilkin dövlət qeydi yyatına alınaraq buna dair müvafiq reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir.
10. İddia ərizəsini belə əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə X6 iddiaçının xeyrinə cəmi 77712 manat və 32000 ABŞ dolları məbləğində pul vəsaiti tutulmuş, borclu tərəfindən qətnamə könüllü icra edilməmiş, tutma borclunun əmlaka yönəldilmiş, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında qərardad çıxararaq Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 24 dekabr 1999-cu il tarixl i Fərmanına əsasən Bakı şəhər İcra Hakimiyyətinin 31 avqust 2000-ci il tarixli, 809 saylı Sərəncamı ilə 19 oktyabr 2000-ci il tarixdə Binəqədi Bələdiyyəsinə təhvil verilmiş, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 02 oktyabr 2000-ci il tarixli Binəqədi rayon üzrə bələdiyyəyə ayrılmış torpaq sahəsinə dair ayrıc göstəricisinə Vİ sahəyə aid edilmiş və Binəqədi Bələdiyyəsinin 08 may 2006-cı il tarixli 05 saylı X8 əsasən 12 may 2006-cı il tarixli 401 saylı alqı-satqı müqaviləsi və 12 may 2006-cı il, 160 nömrəli qərarı ilə X2 Ünvan1 yerləşən 300 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Həmin qərardad 27 oktyabr 2017-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Binəqədi Bələdiyyəsi 05.10.2018-ci il tarixli 14 saylı iclasında adı çəkilən torpaq sahə sinin İddiaçı adına sənədləşdirilməsi haqqında 60 saylı qərar qəbul edilmiş, həmin qərara əsasən sənədləşdirilmə aparılmış, iddiaçının adına həmin torpaq sahəsinə aid qərar, alqı-satqı aktı, müqavilə və situasiya planı təqdim olunmuşdur. İddiaçı sənədləri 23.01.2019-cu il tarixdə poçt vasitəsi ilə cavabdehə göndərmiş, 25.02.2019-cu il tarixdə **********06 saylı 15.02.2019-cu il tarixli imtina məktubunu almışdır. Cavabdeh onun hüquqlarını pozur qanuni qüvvəyə almış məhkəmə qərarını qəbul etmir və o da bu hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 11 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27.06.2019-cu il tarixli, 21(81)1725/2019 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərardadı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.06.2019-cu il tarixli, 21(81)1725/2019 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddianın təmin edilməsi, İddiaçı adına Ünvan1 yerləşən 300 kv.m torpaq sahəsinin ilkin dövlət qeydiyyatına alınaraq buna dair müvafiq reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
13. Məhkəmə qeyd etmişdir ki, cavabdeh daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasında imtina üçün əsas olan “Daşınmaz əmlakın dövlət reyestri ha qqında” Qanunun 15-ci maddəsində göstərilən hallardan hər hansı birinin mövcud olmasına dair sübut məhkəməyə təqdim etməmişdir.
14. Qərardan cavabdeh orqan apelyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.03.2020-ci il tarixli, 21(103)-65/20 nömrəli (hakimlər Vüsalə Baxışova - sədrlik edən və məruzəçi, Cahangir Yusifov və İlham Əhmədov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayətinin təmin edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.06.2019-cu il tarixli, 2-1(81)-1725/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır.
16. Məhkəmə qeyd etmişdir ki, Ünvan1 yerləşən 300 kv.m. torpaq sahəsi bələdiyyə torpağı deyil, dövlət mülkiyyətinə aid torpaq sahəsi olması Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 2020-ci il 16 yanvar tarixli rəyi ilə təsdiq edildiyindən iddiaçının ərizəsinin təmin edilməsindən cavabdeh orqanın imtinası əsaslıdır.
17. İddiaçı məhkəmə qərarından kassasiya şikayəti vermişdir. c. Kassasiya instansiya məhkəməsindəki birinci icraat
18. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2020-ci il 22 iyul tarixli, 2-1(102)1583/2020 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Zakir Quliyev, hakimlər Rahib Nəbizadə və İspəndiyar Şəfiyev) Bakı Apely asiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.03.2020-ci il tarixli, 2-1(103)-65/20 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən X iddiaçıya olan borcunun əvəzinə 2017ci il 27 oktyabr tarixində qanuni qüvvəyə minmiş məhkəmə qərardadına görə torpağın alğısatqısı aktı nəticəsində Binəqədi Bələdiyyəsi tərəfindən iddiaçıya satıldığını təsdiqləmişdir. Lakin məhkəmə işin bu mübahisəsiz halını nəzərə almamış və ona düzgün hüquqi qiymət verməmişdir. Həmçinin, iş materiallarında Bakı şəhər İcra Hakimiyyətinin torpaqla əlaqədar təsdiq etdiyi sxem mövcuddur ki, bu məsələ də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır. Bunda n başqa, apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, X11 Ünvan1 yeləşən 300 kv.m. torpaq sahəsinə ilkin müqavilə əsasında satınalma haqqında 2006-cı il 12 may tarixli alğı-satqı müqaviləsi bağlamışdır, yəni, mübahisəli torpaqla bağlı hüquqi hərəkətlər 2007-ci ilin dekabr ayından əvvəl, başqa sözlə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsi qanuni qüvvəyə minməmişdən əvvəl edilmişdir. ç. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 2-1(103)-129/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Afaq Nuriyeva, hakimlər – Valeh Ağayev və Aida Hüseyn) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28.06.2019-cu il tarixli, 21(81)1725/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
22. Məhkəmə qərarı cavabdehə 2021-ci il 7 aprel tarixində təqdim edilmişdir.
23. Cavabdeh 2021-ci il 4 may tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 2-1(103)-129/2021 nömrəli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda qeyd olunanlar təşk il edir. Kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının sözügedən torpaq sahəsi ilə bağlı əvvəl də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində eyni iddia predmeti üzrə eyni tərəflər arasında iddia tələbi olmuş və 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2018-ci il 3 aprel tarixli, 2-1(81)-1299/2018 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Ünvan1 yerləşən torpaq sahəsinə dair iddiaçının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi cavabdehə həvalə edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2018-ci il 2 avqust tarixli, 2-1(103)-1654/2018 nömrəli qərarı ilə təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 3 aprel tarixli, 2-1(8 1)-1299/2018 nömrəli qərarı ləğv edilmiş və iddia təmin edilməmişdir.
25. Lakin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə qərarı ilə əvvəl hüquqi qiymət verilərək rədd edilən eyni iddia predmeti üzrə və eyni tərəflər arasında olan iddia tələbinə qanunsuz olaraq ikinci dəfə baxılmış və apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni prosessual pozuntuya yol verilmiş və İdarənin apellyasiya şikayətində qeyd edilən sözügedən prosessual pozuntuya hər hansı hüquqi münasibət bildirmədən birinci instansiya məhkəməsinin sözügedən qərarını qanunsuz olaraq qüvvədə saxlamışdır.
26. Göründüyü kimi, yuxarıda qeyd olunan hallar və qanunvericiliyin tələbləri birinci instansiya məhkəməsi və apellyasiya instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq nəzərə alınmamış, iddia tələbinin mümkünlüyü araşdırılmamış, müvafiq ünvanda ekspertiza təyin edilməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuş, həmçinin üçüncü şəxslərin cəlb edilməsi barədə İdarə tərəfindən verilmiş vəsatətlər təmin edilməmiş və nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir.
27. Belə ki, müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Birliyi, Bakı Şəhər Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və X3 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyi n edilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 2-1(103)-129/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazı onunla əsaslandırmışdır ki, iddiaçıda mübahisəli torpaq sahəsinə dair qərar, alğı-satqı aktı, müqavilə və situasiya planı mövcuddur. Cavabdehin torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə 2007-ci il 23 oktyabr tarixində edilmiş dəyişikliyə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsinə istinad etməsi tamamilə əsassızdır.
29. Bu hal Azərbaycan Respu blikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsində də öz əksini tapmışdır. Həmin normanın məzmununa görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamiş edilmir.
30. Cavabdehin istinad etdiyi hallardan ən əsası ondan ibarət olmuşdur ki, onların elektron baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin Binəqədi Bələdiyyə ərazisi olması barədə elektron bazada heç bir məlumatın aşkar olunmaması və yaşıllıq olan ərazidə yerləşməsi göstərilmişdir. İşin bu halları da iş materiallarında olan sənədlərlə öz təkzibini tapır. Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə torpaq sahəsinə məhkəm ə baxışı keçirilmiş və məlum olmuşdur ki, adıçəkilən torpaq sahəsində cəmi üç ağac yerləşir və onlar gələcəkdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün heç bir maneə törətmir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
31. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə onun izahatı dinlənilməmişdir.
32. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə b ildirişlərində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Həmin əsasların dairəsində qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (8.0.1.); qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçi rilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol (8.0.2.) daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı (8.0.3.); qanuni qüvvəyə minmiş məhkəmə qərarları (8.0.4.) və s. öz əksini tapmışdır.
35. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. to rpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
36. Həmin Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə, müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyə n edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.
37. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
38. Həmin Mə cəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
39. Ali Məhkəmənin İnzibati Kollegiyasının 01 dekabr 2020-ci il tarixli, 2-1(102)1971/2020 nömrəli qərarının 28-29-cu bəndlərində qeyd edilmişdir ki, “Hazırkı qərarın 17ci bəndində göstərilən normalardan görünür ki, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları göstərilmişdir və inzibati orqanlar həmin əsaslardan biri olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasında imtina edə bilərlər.İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarından görünür ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan və yuxarıda qeyd edilən əsaslara istinad etmədən iddiaçının ərizəsini təmin etməmiş dir”. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
41. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarı nın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Belə ki, hazırkı qərarın 39-cu bəndindən də göründüyü kimi, daşınmaz əmlaka çıxarış və plan-ölçü sənədinin verilməsi tələbinə dair iddialarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi də bundan ibarətdir ki, belə işlərə baxarkən məhkəmələr ilk növbədə inzibati orqanın imtinasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə uyğun olub-olmadığını araşdırmalıdır.
44. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən hallarından görünür ki, cavabdeh inzibati orqan yuxarıda qeyd edilən əsaslara istinad etmədən iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş, işə aşağı instansiya məhkəmələrində baxılarkən də daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüquqularının qeydə alınmasından imtina üçün qanunvericil ikdə nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcudluğunu sübut edə bilməmişdir.
45. Halbuki, iddiaçı “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 8.0.1-ci və 8.0.4-cü maddələrində nəzərdə tutulmuş (bax: hazırkı qərarın 34-cü bəndi) hüquqmüəyyənedici sənədlərə sahibdir və cavabdeh orqana müraciət edərkən də həmin sənədləri təqdim etmişdir. Odur ki, cavabdehin mübahisələndirilən torpaq sahəsinin iddiaçının adına hüquqi qeydiyyatının aparılması ilə bağlı hərəkətsizliyi qanunsuz və əsassızdır.
46. Kassasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası şikayətin hər bir dəlilinə ayrılıqda münasibət bildirilməsini zəruri hesab edir. Kassasiya şikayətinin hazırkı qərarın 24-25-ci bəndlərində göstərilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 2018-ci ildə baxılmış iddia ilə hazırda baxılan iddia tələbində əsaslar fərqlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2017-ci il 12 oktyabr tarixli qərardadı ilə 2017-ci il 3 mart tarixli 2(012)-6868/2017 nömrəli qətnaməsinin icra üsulu dəyişmiş, X7 77712 manat borcunun əvəzində hazırda mübahisələndirilən torpaq sahəsinin iddiaçıya verilməsi qərara alınmışdır. İddiaçı da həmin qərardad qanuni qüvvəsini aldıqdan sonra onun əsasında çıxarış əldə etmək üçün məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilsə də, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 2 avqust tarixli qərarı ilə həmin qərar ləğv edilmiş və iddia tələbinin rədd edilməsi qərara alınmış, sonuncu qərardan kassasiya şikayəti verilməmiş, qərar qanuni qüvv əsini almışdır.
47. Bundan sonra, Abşeron Rayon Məhkəməsinin 12.10.2017-ci il tarixli qərardadının icrası ilə bağlı 05 oktyabr 2018-ci il tarixində Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən sözügedən torpaq sahəsinin alğı-satqısına dair akt imzalanmış və bu akt əsasında Binəqədi rayonu Binəqədi bələdiyyə ərazisində 300 kv.m. torpaq sahəsi iddiaçının adına sənədləşdirilmişdir. İddiaçının cavabdeh orqana 2019-cu il 23 yanvar tarixli müraciətinin əsası da həmin alğı-satqı aktı olmuşdur.
48. Göründüyü kimi, hazırda baxılan iddia tələbi ilə 2018-ci ildə baxılmış iddia tələbi eyni əsas üzrə qaldırılmadığından, iddiaçının tələbi mümkün iddiadır, bununla bağlı kassatorun mövqeyi əsassızdır.
49. Kassatorun hazırkı qərarın 26-27-ci bəndində göstərilən dəlillərinə münasibətdə isə məhkəmə kolleg iyası qeyd edir ki, cavabdehin iddia etdiyinin əksinə olaraq cavabdehin vəsatətləri məhkəmə tərəfindən qiymətləndirilmişdir. Bunun nəticəsi olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsi üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisənin həlli ilə bağlı kassasiya şikayətində göstərilən digər subyektlərin icraata cəlb edilməsinə heç bir zərurət yoxdur. Cavabdeh özü də kassasiya şikayətində digər subyektlərin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini zəruri edən hər hansı bir əsas göstərməmişdir.
50. Bundan başqa, cavabdeh ekspertiza keçirilməsi barədə vəsatətinin də məhkəmə tərəfindən nəzərə alınmadığını bildirsə də, iş materiallarından görü nür ki, Bakı Apellyasiya Məhkəməsinin 2019-cu il 10 oktyabr tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, həmin qərardadda mütəxəssis qarşısında qoyulmuş suallarla bağlı verilmiş sorğulara və naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında araşdırma aparılmış, mübahisələndirilən torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüş və sxemlər hazırlanmış və məhkəmənin araşdırması nəticəsində müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi 2000-ci ilədək dövlətə məxsus torpaq sahəsi olmuş və 31.08.2000-ci il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin 809 nömrəli sərəncamı, 19.10.2000-ci il tarixli “Bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında” Protokolu və xəritə sənədi əsasında mübahisəli torpaq sahəsi Binəqədi Bələdiyyəsi nə təhvil verilmişdir.
51. Belə olan halda, iş üzrə əlavə və ya təkrar ekspertiza keçirilməsinə zərurət yoxdur. Cavabdeh də kassasiya şikayətində belə bir zərurətin olmasına dair əsaslı bir dəlil irəli sürməmişdir.
52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz.
53. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
54. Beləliklə, cavabdehin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyidirilmədən qüvvədə saxlanılmalıdır.
55. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 10 fevral tarixli, 21(103)-129/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.