Məhkəmə qərarları › İş №2-1(102)-1156/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1156/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1156/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü, AZE xxxxxxx) cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2023-cü il tarixli 2-1(103)-705/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.

2. İddiaçıya məxsus HB 972306 nömrəli diplomun, HЗ ******* nömrəli hərbi biletin və əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətlərinə əsasən, o xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il (4 il 11 ay 25 gün) tarixədək Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil almışdır, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək (2 il 13 gün) həqiqi hərbi xidmətdə olmuşdur və (cavabdehin mübahisələndirdiyi dövrlər istisna olmaqla) iddiaçının 20 il 29 gün ümumi stajı mövcuddur. (1979.xx.xx-1978=10 ay 16 gün) + (1988.xx.xx-1987.11.25=1 ay 16 gün) + (1988.xx.xx-1988.02.01=8 ay 13 gün) + (1988.xx.xx-1988.10.15=2 ay 15 gün) + (1990.xx.xx-1989.01.02=1 il 8 ay 17 gün) + (1991.xx.xx-1990.10.05=11 ay 11 gün) + (1992.xx.xx-1991.12.10=4 ay 10 gün) + (1992.xx.xx-1992.05.04=7 ay 4 gün) + (2000.xx.xx-2000.06.12=5 ay 3 gün) + (2020.xx.xx2006-07.11=14 il 1 ay 14 gün) = 20 il 29 gün.

3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubla iddiaçının müraciətinin təmin olunmasınd an imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilən 1 sentyabr 1978-ci il tarixli əmək kitabçasında İddiaçı xx.xx.1992-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “RSD” şəxsi müəssəsində, xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “A+A” müstəqil ticarət firmasında işlədiyi qeyd edilmişdir. Onun adı çəkilən müəssisələrdə işlədiyi dövrlərin dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılmış, “RSD” şəxsi müəssəsinin xx.xx.2007-ci il tarixindən, “A+A” müstəqil ticarət firmasının isə xx.xx.2009-cu il tarixindən Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olduğu məlum olmuşdur. İddiaçı işlədiyi dövrlərdə həmin müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaoluna n kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Buna görə də həmin dövrləri ümumi iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də onun ümumi iş stajı 25 ildən az (23 il 2 ay 11 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991- xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1992-ci il, xx.xx.2000-xx.xx.2000-ci il və xx.xx.2006- xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı 25 avqust 2020-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1960-cı Qərbi Azərbaycanın Sisian rayonunda anadan olmuş, 1978-ci ildə əmək fəaliyyətinə başlmışdır. 1 sentyabr 1978-ci il tarixli əmək kitabçasına əsasən onun ümumi iş stajı 35 il 6 ay 21 gün təşkil edir. Ümumi əmək stajının 15 il 2 ay 13 gününü zərərli iş təşkil edir. O, xx.xx.2006-cı il tarixdə “Xə zərdənizneftdonanma”idarəsində gəmi təmiri zavodunda mexaniki təmir sexinə 3-cü dərəcəli gəmi təmiri çilingəri işinə qəbul edilmiş və xx.xx.2014-cü il tarixdə “Bibiheybət” Gəmi təmiri zavodunun mexaniki təmir sexinə 5-ci dərəcəli gəmi təmiri çilingəri işinə keçirilmişdir və hazırda həmin işdə çalışır. Onun 35 il 6 ay 21 gün ümumi əmək stajının 14 ildən çoxunu zərərli iş təşkil edir. Bunula əlaqədar ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müvafiq sənədlərlə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan güzəştli şərtlə pensiya təyinatından imtina etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim E.Əliyev) xx.xx.2022-ci il tarixli, 2-1(112)4656/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabin etinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda iddiaçının işlədiyi peşə göstərilmişdir. Göründüyü kimi, iddiaçı tələb olunan 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələrinə müvafiq olaraq on a 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır.

9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və S.İ.Bəktaşi) 03 fevral 2023-cü il tarixli 21(103)-705/2023 nömrəli qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4656/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək Bak ı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2023-cü il tarixli 2-1(103)-705/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını işin halları, imtina məktubu və apelyasiya şikayətində qeyd olunanlar təşkil edir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdi yinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlə rdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işl əyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2 Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 17. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, möt əbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

19. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstəri lmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə ol an maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı is tinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. Hazırki işdən görünür ki, iddiaçı ona 60 yaşının tamam olduğu 25 avqust 2020ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. 29. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (iddiaçının 60 yaşı tamam olan vaxt - xx.xx.2020-ci ildə qüvvədə olan redaksiya) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzə ştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

30. İddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 4 əsas şərt: 1) 60 yaşının tamam olması; 2) 60 yaşının tamam olduğu tarixə 25 illik ümumi iş stajının toplanması; 3) 25 il stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; 4) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.

31. İşdən aydındır ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olub və 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 60 yaşı tamam olmuşdur.

32. Kollegiya ilk öncə qeyd edir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan şərtlərdən biri də fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin ödənilməsidir və bu şərtin ödənib-ödənməməsi cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, işin mübahisəsiz halıdır.

33. Cavabdeh tərəfindən mübahisələndirilən hallar iddiaçının ümumi və xüsusi iş stajı ilə bağlıdır. Belə ki, cavabdeh apelyasiya şikayətində iddiaçının xx.xx.1992xx.xx.2000-ci il tarixlərdə “RSD” şəxsi müəssəsində və xx.xx.2000-xx.xx.2003-cü il tarixlərdə “A+A” müstəqil ticarət firmasında işlədiyi dövrlərin onun ümumi iş stajına daxil edilməsinin mümkün olmadığını bildirmiş və bunu onunla əsaslandırmışdır ki, “RSD” şəxsi müəssəsinin xx.xx.2007-ci il tarixdən, “A+A” müstəqil ticarət firmasının isə xx.xx.2009-cu il tarixdən Dövlət Sosi al Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olduğu məlum olmuş və iddiaçının işlədiyini iddia etdiyi dövrlərdə sözügedən müəssisələrin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədikləri müəyyən edilmişdir.

34. Cavabdehin bu dəlilinə münasibətdə qeyd edilməlidir ki, hazırkı qərarın 17-ci bəndində qeyd edilən normaya əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

35. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirilən iş yeri ilə bağlı nəzərə alınan sosial sığorta stajı 1 yanvar 2006 -cı il tarixinə qədər hesablandığından və müəssisələrin həmin tarixə qədər yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcları silindiyindən cavabdehin həmin dövrləri məcburi dövlət sosial sığorta haqlarının ödənməməsinə görə ümumi iş stajına daxil etməməklə bağlı gəldiyi nəticə əsassız olmuşdur.

36. Bundan başqa, Kollegiya vurğulamağı zəruri hesab edir ki, iddiaçının həmin müəssisələrdə işlədiyi dövrlər nəzərə alınmasa belə, iddiaçının ümumi stajı əmək pensiyasının təyin edilməsi üçün əsas şərtlərdən biri kimi nəzərdə tutulmuş zəruri iş stajından, yəni 25 ildən artıqdır.

37. Belə ki, iş materiallarında olan İddiaçı məxsus HB 972306 nömrəli diplomun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il (4 il 11 ay 25 gün) tarixədək Azərbaycan Mühəndis İnşaat İnstitutunda əyani təhsil almışdır.

38. İş materiallarında olan HЗ ******* nömrəli Hərbi Biletin notarial qaydada təsdiqlənmiş surətinə əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək (2 il 13 gün) həqiqi hərbi xidmətdə olmuşdur.

39. İş materiallarında olan iddiaçının əmək kitabçasının surətinə əsasən, (cavabdehin mübahisələndirdiyi dövrlər istisna olmaqla) iddiaçının 20 il 29 gün ümumi stajı mövcuddur (1979.xx.xx-1978=10 ay 16 gün) + (1988.xx.xx-1987.11.25=1 ay 16 gün) + (1988.xx.xx-1988.02.01=8 ay 13 gün) + (1988.xx.xx-1988.10.15=2 ay 15 gün) + (1990.xx.xx-1989.01.02=1 il 8 ay 17 gün) + (1991.xx.xx-1990.10.05=11 ay 11 gün) + (1992.xx.xx-1991.12.10=4 ay 10 gün) + (1992.xx.xx-1992.05.04=7 ay 4 gün) + (2000.xx.xx-2000.06.12=5 ay 3 gün) + (2020.xx.xx-2006-07.11=14 il 1 ay 14 gün) = 20 il 29 gün.

40. Yuxarda qeyd edilənlərdən də göründüyü kimi, iddiaçının hərbi xidmət (2 il 13 gün), təhsil (4 il 11 ay 25 gün) və cavabdehin mübahisələndirdiyi dövrlər istisna olmaqla 60 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixədək əmək fəaliyyəti dövrləri (20 il 29 gün) nəzərə alınmaqla, onun ümumi stajı 25 ildən artıq, 27 il 1 ay 7 gün təşkil edir.

41. Bundan başqa, cavabdehin kassasiya şikayətində mübahisələndirdiyi hallardan biri də iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Belə ki, şikayətdə göstərilmişdir ki, iddiaçının Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.2006-cı il tarixdən bu günədək “Bibiheybət” gəmi təmiri zavodunda elektrik avadanlıqlarının təmiri və xidməti üzrə gəmi təmiri çilingəri vəzifəsin də işlədiyi qeyd olunmuşdur. Lakin gəmi təmiri çilingəri vəzifəsində işlədiyi müddətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”sı üzrə göstərilən gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olubolmamağı barədə hər hansı məlumat qeyd olunmamışdır.

42. Cavabdehin bu dəlilinə münasibətdə qeyd edilməlidir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehs alatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömr əli Əlavə ilə müəyyən edilmiş arayışına (Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair) əsasən müəyyən edilir.

44. İş materiallarından olan "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2020-ci il tarixli arayışında görünür ki, İddiaçı həqiqətən xx.xx.2006-cı ildən xx.xx.2014-cü ilə kimi X1 Donanması Gəmi təmiri zavodunda, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Donanmasının yenidən təşkili yolu ilə yaradılmış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Bibiheybət” Gəmi təmiri zavodunda xx.xx.2014-cü il tarixdən hal-hazıradək işləyir.

45. İş materiallarından olan "x xxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2021-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 11-ci bəndinin 11.6 yarımbəndində a) vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

46. İş materiallarında olan "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, İddiaçı “Bibiheybət” Gəmi Təmiri Zavodunda təmir olunan gəmilərdə daima iş fəaliyyəti zamanı gəmilərin daxili bölmələrində və qapalı olan sahələrində zərərli şəraitdə işləmişdir.

47. Qeyd edilənlərdən də görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli v ə ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda iddiaçının işlədiyi peşə göstərilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.1960-cı il tarixədək 14 il 1 ay 14 gün güzəştli iş stajı mövcuddur.

48. Beləliklə, iddiaçının ümumi stajı 25 ildən, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 12 il 6 aydan artıq olduğundan və iddiaçı qanunla müəyyən edilmiş pensiya yaşına xx.xx.2020-ci ildə çatd ığından apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməli olması barədə düzgün nəticəyə gəlmişdir.

49. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilmədən, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2023-cü il tarixli 21(103)-705/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar