Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1156/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnin xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əmlaka (bağ sahəsinə) dair hüquqların dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnin xxxnə qarşı “bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2-1(103)-1959/2023 nömrəli qərarından cavabdeh tərəfindən ve rilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri X2 İcraiyyə Komitəsinin 14 aprel 1989-cu il tarixli, 3/100 №li qərarı əsasında Bakı şəhəri, Sabunçu rayonu ərazisində 60 nömrəli BTK –nın nəzdində 28 fevral 1990-cı il tarixli, 36 №li Order üzrə 4544 nömrəli, 0,12 ha bağ sahəsi İddiaçı ayrılmışdır.
2. İddiaçı cavabdehə müraciət edərək, həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 29 iyun 2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, iddiaçının təqdim etdiyi order barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin, İdarənin arxiv məlumatlarında mövcud olan 60 saylı BTK üzvlərinin siyahısında iddiaçının adına “4 544A” saylı bağ sahəsi qeyd edilmişdir. Bundan başqa “4544A” saylı bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi 4560 saylı bağın ərazisinə uyğun gəlir. Əlavə olaraq bağ sahəsinin ölçüsü sənəd üzrə 1200 kv.m qeyd edilsə də, faktiki ölçüsü 1118 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlı q təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri X2 İcraiyyə Komitəsinin 14 aprel 1989-cu il tarixli, 3/100 №li qərarı əsasında Bakı şəhəri, Sabunçu rayonu ərazisində Ləhiş bağ massivində ayrılmış 28 fevral 1990-cı il tarixli, 36 nömrəli order üzrə “4544A” saylı, hazırda 1118 kv.m olan torpaq sahəsi üzərində hü quqların dövlət reyestrində qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 60 saylı Bakı Ev Tikmə Kombinatının işçisi olmuş və onun adına Bakı şəhəri X2 İcraiyyə Komitəsinin 14 aprel 1989-cu il tarixli, 3/100 №li qərarı əsasında Bakı şəhəri, Sabunçu rayonu ərazisində Ləhiş bağ massivində 28 fevral 1990-cı il tarixli, 36 №li Order üzrə 4544 nömrəli torpaq sahəsi ayrılmışdır. İddiaçı 4544 nömrəli torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Reyestri Xidmətinin xxxnə müraciət etsə də, cavabdeh tərəfindən ona imtina məktubu göndərilmişdir. İddiaçı bildirir ki, həmi torpaq sahəsindən hal-hazıra kimi istifadə etmiş və hətta 03 avqust 1991-ci il tarixli, 481№li qaim ə və 03 avqust 1991-ci il tarixli 282№li kassa mədaxil qəbzi ilə ödəniş etməklə hazır formada beton pillədən ibarət bağ evi alaraq həmin torpaq sahəsinə qoymuş və istifadə etmişdir.
5. Cavabdeh iddiaya qarşı imtina məktubuna uyğun etiraz təqdim edərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2-1(112)-1022/2023 nömrəli qərarı ilə (hakim G. Sevdimalıyeva) iddia təmin edilmiş, Torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərinin uyğunlaşdırılmasını aparmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 60 saylı BTK nəzdində 1118 kv.m. sahəsi olan 4544A saylı bağa dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh in üzərinə qoyulmuşdur.
7. Məhkəmə qeyd etmişdir ki, 60 nömrəli BTK-nın üzvlərinin siyahısında 36-cı sırada İddiaçı adı var və 4544A saylı bağ sahəsi ona ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli 11/409 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışına əsasən İddiaçı Ləhiş bağ massivində 60 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi ayrılmışdır. İddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbini n təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2-1(103)-1959/2023 nömrəli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Rüstəmli və M.Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh həmin sahənin 4560 saylı bağın ərazisinə uyğun gəldiyini bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 60 nömrəli BTK-nın üzvlərinin təsdiq edilmiş siyahısında 37-ci və 38-ci sırada da adları qeyd edilmiş 4545A saylı bağ sahə sinin (keçmiş) sahibi X4 və 4546A saylı bağ sahəsinin sahibi X1 və bildirdilər ki, onlara məxsus bağ elə İddiaçı məxsus 4544A saylı bağ sahəsi ilə sərhəddə və qonşuluqdadır, bağlar ardıcıl yerləşir. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında uyğunsuzluğu aradan qaldırmaqla İddiaçı Ləhiş bağ massivindəki 60 nömrəli BTKnın nəzdindəki sahəsi 1118 kv.m olan 4544A nömrəli saylı bağ sahəsinə dair hüquqlarının qeydiyyatı təmin edilməklə həmin bağ sahəsinə dair çıxarış verilməlidir. Belə ki, müəyyən edilir ki, 4544A, 4545A, 4546A saylı bağlar faktiki olaraq qeyd edilən ardıcıllıqla hazırkı vəziyyətinə uyğun yerləşmişlər.
11. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 13 9-1, 139-1.1, 139-1.1.7-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci, “Torpaq islahatı haqqında” Qanunun 9, 10-cu maddələrinə istinad etmişdir.
12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki: 1) İdarənin arxiv məlumatlarında mövcud olan 60 saylı BTK üzvlərinin siyahısında iddiaçının adına “4544A” saylı bağ sahəsi qeyd edilmişdir. 2) Bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi 4560 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. 3) İddiaçı tərəfindən bağ sahəsinə dair təqdim edilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. 4) Apellyasiya instansiyası məhkəməsi tərəfindən xxxnin verdiyi apellyasiya şikayətində qeyd olunan hallar ətraflı araşdırmamış, ekspertiza keçirilməmişdir. 5) Həmçinin “4544” saylı bağ sahəsi digər hüquqi şəxsin adına ("xxxx" MMC) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
14. Kassator apellyasiya instansiyası məhkəməsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 11-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci və İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddələrinin tələblərinin pozulmasını bildirmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnz ibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2-1(103)-1959/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 17. “İnzibati icraat haqqında” Qanun Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəh ətdən etibarlı sayılır. 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bə lədiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə
97. Məhkəmənin ekspertiza təyin etməsi 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. 97.2. İşdə iştirak edən şəxslər qarşılıqlı razılığa əsasən konkret səlahiyyətli şəxsin ekspert təyin edilməsini məhkəmədən xahiş edə bilərlər.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Ma ddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsin in qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. 22. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 oktyabr 2016-cı il tarixli qərarı.
23. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbi q olunmuşdur.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işi n hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkə
29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 60 saylı BTK nəzdində 1118 kv.m. sahəsi olan 4544A saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına və bu barədə çıxarışın verilməsinə yönəlmişdir.
31. İşin araşdırılmış hallarına əsasən, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən keçmiş Bakı şəhər XDS İK-nin (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1989-cu il tarixli 11/409 saylı qərarından təsdiq edil miş arxiv çıxarışında İddiaçı Ləhiş bağ massivində 60 saylı BTK-nın nəzdində 0,12 ha torpaq sahəsi ayrılması qeyd edilmişdir. Eləcə də 60 nömrəli BTK-nın üzvlərinin siyahısında 36-cı sırada İddiaçı adının olması və 4544A saylı bağ sahəsinin ona ayrılması müəyyən olunur.
32. Göründüyü kimi, mübahisələndirilən bağ sahəsi Bakı şəhəri X2 İcraiyyə Komitəsinin 14 aprel 1989-cu il tarixli, 3/100 nömrəli qərarı əsasında iddiaçıya ayrılmış və həmin qərar hal-hazıradək qüvvədədir. Qərarın ləğv edilməsi və ya dəyişdirilməsi barədə, yəni onun qüvvədə olmasını şübhə altına alan hər hansı sübut yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələbinə əsasən isə həmin qərar iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas dır. 33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması qaydası, 8-ci maddəsində isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar müəyyən edilmişdir. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində də nəzərdə tutulmuşdur.
34. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, Bağ sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir, belə ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsi 4560 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir.
35. Kassatorun gətirdiyi bu dəlil, hazırkı iddianın təmin edilməməsi üçün tutarlı əsas sayıla bilməz. Çünki, həmin hal iddiaçının iradəsindən asılı deyil və bu uyğunsuzluğun aradan qaldırılması da cavabdehin səlahiyyətlərindədir.
36. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh xx.xx.2022-ci il tarixli məktubla 60 nömrəli bağ-tikinti kooperativi üzvlərinin siyahısının təsdiq edilmiş surətini məhkəməyə göndərmişdir. Göndərilmiş 60 nömrəli BTK–nın üzvlərinin siyahısında iddiaçının adı siyahının 36- cı bəndində qeyd edilmişdir.
37. Bundan əlavə birinci instansiya məhkəməsinin iclasında ifadə verən 60 nömrəli BTK–nın üzvlərinin siyahısında 37-ci və 38-ci sırada adları qeyd edilmiş 4545A saylı bağ sahəsinin (keçmiş) sahibi X4 və 4546A saylı bağ sahəsinin sahibi X1 onlara məxsus bağ sahələrinin İddiaçı məxsus 4544A saylı bağ sahəsi ilə sərhəddə və qonşuluqda yerləşməsini təsdiq etmişdirlər.
38. Bununla yanaşı cavabdehin kassasiya şikayətində göstərdiyi apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan hallar ətraflı araşdırılmamış, ekspertiza keçirilməmişdir” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 97-ci maddəsinə əsasən iş üzrə ekspertiza təyin etmək məhkəmənin hüququdur, vəzifəsi deyildir. Digər tərəfdən, cavabdeh tərəfind ən nə birinci instansiya, nə apellyasiya instansiyası məhkəməsində ekspertiza keçirilməsinə dair hər hansı bir vəsatət verilməmişdir. 39. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlan ılmasına xüsusi diqqət yetirməlidir.
40. İş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh inzibati aktın qəbulunu istisna edən şərtlərin mövcudluğunu sübut edə bilməmiş, formal mülahizələrə əsasən iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadal anmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmu ş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.”
42. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi qeyd olunanları, o cümlədən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, cavabdehin imtinasının qanunazidd olması və iddiaçının hüquqlarının pozulmasına səbəb olması barədə düzgün nəticəyə gəlmişdir.
43. Beləliklə, iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən «daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsası» və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulan sənədi (Bağlar Təsərrüfatının inkişaf və istismar Birliyinin 36 saylı, 28 fevral 1990-cı il tarixli orderi) mövcud olduğundan, iddiaçı həmin əmlak üzərində hüququn qeydiyyata alınmasını tələb etməkdə haqlıdır.
44. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən cavabdeh iddiaçının hüququnu qeydiyyata almaqdan və bu barədə müvafiq çıxarışın verilməsindən imtina etməkdə haqlı sayıla bilməz və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir.
45. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı hazırkı qərarın 16-20(a), 22 və 23-cü bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 21(103)-195 9/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.