Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1157/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı əlilliyə görə pensiyanın təyin edilməsi tələbi nə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2735/2018 saylı, 28 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 17 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1961-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi). İddiaçı 01.011997-ci il tarixdən 08.01.2001-ci il tarixədək Bakı Kondisioneri Elmi İstehsalat Birliyində, 10.02.2001-ci ildən 30.12.2005-ci ilə qədər Sumqayıt şəhəri X1 İdarəsinin 4 saylı Evtikmə Kombinatında işləmişdir. (ИT-İ seriyalı ******* saylı əmək kitabçası). İddiaçıya Tibbi - Sosial Ekspert Komissiyası t ərəfindən 03.04.2018-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə (bundan sonra - cavabdeh) müraciət edərək, ona əmək pensiyasının təyin edilməsini xahiş etmiş, cavabdehin 11.06.2018-ci il tarixli, 09-1526 saylı məktubu ilə bildirilmişdir ki, iddiaçının iş stajını yoxlamaq mümkün olmadığından ona əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq, 01.01.1997-ci ildən 08.01.2001-ci ilədək Bakı Kondisioneri Elmi İstehsalat Birliyində, 10.02.2001-ci ildən 30.12.2005-ci ilə qədər Sumqayıt şəhəri X1 İdarəsinin 4 saylı Evtikmə Kombinatinda işlədiyi dövr sosial sığorta stajına hesablanmaqla ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, o, digər işlərlə yanaşı 01.01.1997-ci ildən 08.01.2001-ci ilədək Bakı Kondisioneri Elmi İstehsalat Birliyində, 10.02.2001-ci ildən 30.12.2005-ci ilə qədər Sumqayıt şəhəri X1 İdarəsinin 4 saylı Evtikmə Kombinatında işləmişdir. O, əlilliyə görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, guya iş stajının qarşılıqlı yoxlanılması mümkünsüzdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3506/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qərarı ilə (haki m: R.Ş.Rzayev) iddia təmin edilmiş, iddiaçıya 01.01.1997-ci ildən 08.01.2001-ci ilədək Bakı Kondisioneri Elmi İstehsalat Birliyində, 10.02.2001-ci ildən 30.12.2005-ci ilə qədər Sumqayıt şəhəri X1 İdarəsinin 4 saylı Evtikmə Kombinatinda işlədiyi dövr sosial sığorta stajına hesablanmaqla əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2735/2018 nömrəli iş üzrə 28 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: A.B.Nuriyeva, hakimlər: V.M.Ağayev və C.A.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin 2-1(81)-3506/2018 nömrəli iş üzrə 25 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarının ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olmuş 12-ci maddəsinə əsasən, əlilliyə görə və ya sağlamlıq imkanları məhdud sığortaolunana əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Kassator hesab edir ki, apelyasiya instansiya məhkəməsi qərar qəbul edərkən yuxarıda qeyd edilənləri nəzərə almamış və heç bir əsas olmadan iddiaçının iddia ərizəsini təmin etmiş, bununla da maddi hüquq normalarını pozmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış proses iştirakçıları məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməy i mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstəril mişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır. İPM-in 12.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Mə hkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında təsbit olunmuş mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmə tərəflərin müvafiq olaraq iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. Hazırkı işdə apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin iddiaçıya İİ qrup əliliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi qanuna zidd olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməs i iddiaçıya İİ qrup əlilliyə görə pensiya təyin edilməsi nəticəsinə gələrkən “Əmək pensiyaları haqqında” Qanunun müddəalarını düzgün təfsir etməmişdir. İddiaçıya 03.04.2018-ci il tarixdə əlillik dərəcəsi təyin edildiyindən, hazırkı mübahisəyə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 12.1-ci maddəsi tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 12.1-ci maddəsinə əsasən, əlilliyə görə və ya sağlamlıq imkanları məhdud sığortaolunana əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə görə əmək pensiyası fərdi hesabın sığor ta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Göründüyü kimi qeyd edilən maddənin dispozisiyasından belə anlaşılır ki, 01.07.2017-ci il tarixdən sonra İİ və İİİ qrup əlillik təyin edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə təyin edilir. Yəni, iddiaçıya İİ qrup əlilliyə görə pensiya təyin edilməsi üçün: 1) onun ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmalı; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiy a kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Lakin işə baxan aşağı instansiya məhkəmələri iddiaçının sığorta stajı ilə bağlı araşdırma aparsalar da, yuxarıda qeyd edilən 2-ci şərtlə bağlı araşdırma aparmamış, “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 12.1-ci maddəsinin 2-ci cümləsində İİ qrup əlillərə münasibətdə nəzərdə tutulan dispozisiya şərtlərinin tam ödənilib-ödənilməməsini yoxlamamış, beləliklə də iş üzrə səhv nəticəyə gəlmişlər. Azərbaycan Respublikasının İPM-nin 96.5.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən maddi və prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. İşə apelyasiya qaydasında təkrar baxılarkən tam, hərtərəfli və obyektiv araşdırma aparılmasının təmin edilməsi məqsədi ilə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı barədə məlumat əldə edilməli, beləliklə də iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ona İİ qrup əliliyə görə pensiya təyin edilməsi üçün yetərli olub-olmadığı aydınlaşdırıldıqdan sonr a müvafiq qərar qəbul edilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin kassasiya şikayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2735/2018 saylı iş üzrə 28 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1157/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1157/2019
17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver