Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1157/2020 10.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: apelyasiya şikayətinin mümkün sayılmaması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İK-nın xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)-4 40/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2020ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona təyin edilmiş əmək pensiyasının Xüsusi Dövlət Mühafizə Feldeger Rabitəsi İdarəsində X1 üzrə Baş Təlimatçı vəzifəsinin təminat xərcliyinə uyğun olaraq yenidən hesablanması və ödənilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli,2-1(81)-3178/2019 nömrəli (sədrlik edən hakim A.Abdullayeva) qərarı ilə iddianın t əmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdehapelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinintəmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2020-ci il tarixli,2-1(103)-440/20 nömrəli (hakimlər Ü.Mayılov sədrlik edən və məruzəçi, M.Tağızadə və K.Abiyeva) qərardadı ilə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından verilmiş apelyasiya şikayəti üzrə apelyasiya icraatının mümkün sayılmaması, apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi və ona əlavə edilm iş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: Cavabdehin kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə razı deyil. Belə ki, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı xx.xx.2019-cu il tarixində idarəyə təqdim edilib. Şikayət vermə müddətinin axımı xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Bu halda şikayət vermənin son günü xx.xx.2019-cu il tarixə təsadüf edir. Məlum olduğu kimi, 21 dekabr həftənin şənbə, 22 dekabr bazar günü olub, 23 dekabr isə bələdiyyə seçkiləri keçirildiyindən iş günü sayılmamışdır. Şikayət növbəti iş günü, yəni 24 dekabr tarixində verilib. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2-1(103)-440/20 nömrəli qərardadının ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərarın qəbul edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə görə mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Bunu əsas götürərək məhkəmə kollegiyası tərəflərə İPM-nin 16.3-cü maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə məlumat verərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmişdir. (xx.xx.2020-ci il tarixdə müvafiq bildiriş göndərilmişdir.) Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhk əmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli,2-1(103)-440/20 nömrəli qərardadı i lə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından verilmiş apelyasiya şikayəti üzrə apelyasiya icraatının mümkün sayılmaması, apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 22.1, 22.2, 23.1, 24.1, 85.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 130.1, 130.3-cü maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi xx.xx.2020-ci il tarixli,2-1(103)-440/20 nömrəli qərardadla və həmin qərardaddan cavabdeh tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, iş materiallarında olan “Poçt qəbzi”ndən görünür ki, birinci instansi ya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı iş üzrə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə alınmışdır. Həmçinin, iş materiallarında olan cavabdehin xx.xx.2019-cu il tarixli qərarından verdiyi apelyasiya şikayətinin poçta təhvil verilmə barədə 791303 saylı “Göstəriş”dən və şikayətin məhkəməyə daxil olmasını göstərən “Daxil olma ştampı”ndakı qeydlərdən görünür ki, cavabdehin tərtib edilib imzalanaraq xx.xx.2019-cu il tarixində saat 10:56-da poçt xidmətinə təqdim etdiyi şikayəti elə xx.xx.2019-cu il tarixdə saat 15:05-də birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi cavabdeh prosessual qanunvericiklə nəzərdə tutulmuş apelyasiya şikayəti vermə müddətini 4 gün ötürmüşdür və prosessual müddətin bərpa edilməsi barədə ərizə (vəsatət) təqdim etməmişdir. Belə ki, İnzibati P rosessual Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Lakin, apelyasiya instansiyası məhkəməsinin müəyyən edilən halları ilə müddətin buraxılmasının üzrlü sayılması üçün əsaslar yoxdur. İnzibati Prosessual Məcəllənin 23.1-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 22.2-ci maddəsinə görə müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmı r və onları verən şəxsə qaytarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq cavabdehin apelyasiya şikayətini mümkün saymamışdır və onu icraata qəbul etməkdən imtina etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi üçün əsaslar yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2 020-ci il tarixli, 2-1(103)-440/20 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1157/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1157/2020
10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver