Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1157/2021 22.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: pensiyanın yenidən hesablanması; Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarının tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “vəzifə maaşında artım və vəzifə maaşına əlavə nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 21(103)-171/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 13.06.2012-ci tarixində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə əsasən əlil olmuş sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir. 28.10.2019-cu il tarixdə 01.09.2019-cu il tarixdən vəzifə maaşında edilmiş dəyişikliklər nəzərə alınaraq əmək pensiyası yenidən hesablanmışdır.
2. İddiaçı cavabdehə müraciət edərək “Məhkəmələr və hakimlər haqqında” Qanunun 1 06-cı maddəsində nəzərdə tutulan Ali Məhkəmə hakiminin vəzifə maaşında olan artımı və ona bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni də nəzərə alaraq təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh orqan isə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Məhkəmələr və hakimlər» haqqında Azərbaycan Respublikası Qanununun 106-cı maddəsində nəzərdə tutulan Azərbaycan Respublikası Ali Məhkəmə instansiyasının hakiminin vəzifə maaşında 01.09.2019-cu il tarixdən olan art ımı və ona bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni də nəzərə alaraq ona təyin olunmuş əmək pensiyasının yenidən hesablayaraq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ali məhkəmə instansiyasının sabiq hakimi kimi 2012-ci ildən əmək pensiyaçısıdır və bu müddətdən də hal-hazırda da cavabdehdə qeydiyyatda olmaqla pensiya alır. Məlum olduğu kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin 01.09.2019cu il tarixindən qüvvəyə minmiş yeni redaksiyasında göstərilir ki, Ali Məhkəmənin sədrinə Milli Məclisin sədrinin vəzifə maaşı həcmində, bütün məhkəmələrin hakimlərinə isə müvafiq məhkəmə sədrinin maaşlarının 80% həcmində vəzifə maaşları müə yyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Bunun 01.09.2019cu il tarixdən qüvvəyə minməsi onun - fiziki şəxsin, pensiyaçının hüquqi vəziyyətini yaxşılaşdıran bir hal olduğuna baxmayaraq, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə məhəl qoymadan onun pensiyasına bu əlavələri cavabdeh şamil etməmiş, aylıq pensiyasını buna müvafiq yenidən hesablamamışdır. Eyni zamanda nəzərə alınmamışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (2017 ilədək olan redaksiyasında) 20.1.4-cü maddəsinə əsasən qulluq stajina görə əmək pensiyasına əlavələr əmək pensiyasına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7-ci və 29.3-cü maddələrinin mənasına görə əmək pe nsiyası yaşına çatmış və bu yaşa çatanadək əmək pensiyasına əmək haqqından sonraki artımlar da nəzərə alınır, onların - hakimlərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajina görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Cavabdeh bunu etmədiyindən o, 21.10.2019-cu il tarixdə müvafiq ərizə ilə cavabdehə müraciət etmişdir. Buna baxmayaraq, 1 (bir) aydan çox müddətdir ki, cavabdehə etdiyi müraciətinə heç bir cavab almamış, sonuncu tərəfindən isə heç bir hərəkət (yenidən aylıq pensiya məbləğinin hesablanması) həyata keçirilməmiş və keçirilmir. Bu səbəbdən o, məhkəməyə müraciət etməyə məcburdur. Cavabdehin hərəkətini, hərəkətsizliyini aşağıdakılara görə əsassız və qanunsuz hesab edir. Məlum olduğu kimi, Azərbaycan Re spublikası Konstitusiyasının 147-ci maddəsinin İ-İİ hissələrinə görə Konstitusiya Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malikdir. Konstitusiyanın 149-cu maddəsinin İİİ hissəsinə görə isə dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyələr üçün məcburidir. Həmin normanın - 149-cu maddənin Vİİ hissəsinə görə, fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyasının bu imperativ tələblərinə, normalarına cavabdeh riayət etməmiş, həm “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun normalarını, həm dərc edilərək 01.09.2019-cu il tarixdən qüvvəyə minmiş “Məhkəmələr və haki mlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin yeni redaksiyasının tətbiqindən və icrasından, buna heç bir əsas olmadan boyun qaçırmışdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibatiiqtisadi kollegiyasının 21.02.2018-ci il tarixli, 2- 1(102)-597/2018 saylı və 27.10.2016-cı il tarixli, 2-l(102)-917/2016 saylı, birbaşa ona və cavabdehə aid Qərarlarında da göstərilir ki, mövcud qanunvericiliyin tələblərinə görə “pensiya alan hakimin ona təyin olunmuş pensiyanın məbləği hakimlik statusuna malik olan şəxslərin məvaciblərinin artırılması ilə əlaqədar mütənasib sürətdə yenidən hesablanmalıdır”. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsində nəzərdə tutulmuş aylıq vəzifə maaşında artım ona pensiya məbləğinin hesablanmas ında nəzərə alınmışdır, lakin həmin maddədə müəyyən edilmiş bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə isə ona pensiya məbləğinin hesablanmasında nəzərə alınmamışdır.
5. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, iddiaçı tələb etdiyi əlavəlri almamış, onlardan sığorta haqqı ödəməmişdir. Bu səbəbdən iddia edilən əlavələr iddiaçıya pensiya hesablanması zamanı nəzərə alına bilməz.
6. Bakı İnzibati Məhkəməsinin 05.08.2020-ci il tarixli, 2-1(112)-651/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır (hakim P.Hüseynov).
7. Məhkəmə qeyd etmişdir ki, hakimlərin bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni nəzərdə tutan dəyişikl ik 01.09.2019-cu il tarixindən qüvvəyə minmişdir. İddiaçıya isə həmin tarixdən əvvəl pensiya təyin edilmişdir və iddiaçı işlədiyi dövrdə həmin əlavəni almamışdır. Bu səbəbdən həmin əlavə iddiaçıya pensiya hesablanması zamanı nəzərə alına bilməz.
8. Həmin qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 21(103)-171/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Afaq Nuriyeva, hakimlər – Valeh Ağayev və Aida Hüseyn) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 05.08.2020-ci il tarixli, 2-1(112)-651/2020 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilərək id diaçıya “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsində nəzərdə tutulan Azərbaycan Respublikası Ali Məhkəmə instansiyasının hakiminin vəzifə maaşında 01.09.2019-cu il tarixdən olan artımı və ona bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavəni nəzərə alaraq ona təyin olunmuş əmək pensiyasının yenidən hesablayaraq verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən 01.09.2019-cu il tarixindən iddiaçının əmək haqqında baş verən artım nəzərə alınmaqla onun əmək pensiyasının yenidən hesablanması qanunun impera tiv tələbi kimi cavabdeh orqanın üzərinə düşür.
11. Məhkəmə qərarı cavabdehə 27.04.2021-ci il tarixində təqdim edilmişdir.
12. Cavabdeh 16.05.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 2-1(103)-171/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində qeyd olunmuşdur ki, 01.09.2019-cu ildə olan artım iddiaçıya onsuz da şamil olunmuş, iddiaçı bunu həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələrində iclas zamanı qəbul etmişdir. İddiaçının pensiyasında həmin artımın baş verməsi iş materialları ilə açıq-aydın şəkildə öz təsdiqini tapmışdır. Yəni, iddiaçının tələbi yalnız bir aylıq vəzifə maaşı həcmində əlavənin nəzərə alınması ilə bağlıdır.
14. Halbuki, iddiaçı həmin əlavəni heç bir zaman almamış, həmin əlavə iddiaçının aldığı əmək haqqının tərkibinə daxil olmamış, iddiaçı həmin əlavədən sığorta ödənişi həyata keçirməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarına görə isə “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Yəni iddiaçının əmək haqqının tərkib hissəsi olmayan məbləğlərin artımı on un əmək haqqının artımı kimi qiymətləndirilərək pensiyanın hesablanması zamanı nəzərə alına bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiyanın mümkün sayılmamasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, cavabdehin kassasiya şikayəti yalnız formal mülahizələrdən ibarət olmaqla prosessual pozuntularla verilmişdir. Belə ki, kassasiya şikayətində qərarın kassasiya qaydasında ləğv edilməsi üçün İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində göstərilən hər hansı bir əsasın mövcudluğu göstərilməmişdir. Cavabdeh kassasiya şikayətində mübahisəyə aidiyyəti olmayan və hazırkı iş üzrə tətbiq edilməsi mümkün olmayan Əmək Məcəlləsinə istinad edir. Halbuki, həmin Məcəllənin 6-cı maddəsinin b bəndinə görə bu Məcəll ə məhkəmə hakimlərinə şamil edilmir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X2 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” qərarına görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Həmin Qərara əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməy ən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Buna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.
19. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fakt iki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
20. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
21. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında, yəni qanunvericilikl ə nəzərdə tutulmuş 1 ay müddətində verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
26. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçıya 13.06.2012-ci il tarixindən əmək pensiyası təyin edilmiş, 28.10.2019-cu il tarixdə 01.09.2019-cu il ta rixdən vəzifə maaşında edilmiş dəyişikliklər nəzərə alınaraq əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı da hazırda vəzifə maaşındakı artımı və bir aylıq vəzifə maaşı həcmində vəzifə əlavənin pensiya hesablanması zamanı nəzərə alınmasını xahiş edir.
27. Bununla bağlı kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının pensiyasında vəzifə maaşına edilmiş artımın nəzərə alınması və pensiyanın yenidən hesablanması iş materialları ilə açıq-aydın şəkildə öz təsdiqini tapmışdır.
28. İddia tələbinin digər hissəsi olan vəzifə maaşına əlavənin əmək pensiyası hesablanarkən nəzərə alınması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, mübahisə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarında bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə uyğun həll edilməli idi.
29. Konstitusiya Məhkəməsi Plenumunun hazırkı qərarın 18-ci bəndində göstərilən, eləcə də sözügedən qərarın digər hissələrində qeyd etdiyi hüquqi mövqelərindən aydın olur ki, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.
30. Beləliklə, göstərilənlərə əsasən sığ ortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.
31. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələ rə edilən artımların nəzərə alınmasını qadağan edir.
32. Hazırkı tələbə Konstitusiya Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyi baxımdan yanaşdıqda məlum olur ki, iddiaçının vaxtında almadığı əlavələr pensiya hesablanmasında nəzərə alınması qanunvericiliyin göstərilən tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun mövqeyinə ziddir.
33. Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi bütün məhkəmələr üçün məcburi xarakter daşısa da, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarındakı göstərişləri nəzərə almamış, nəticədə əsassız qərar qəbul etmişdir.
34. Yuxarıda qeyd olunanlara əsasən cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qə rarı ləğv edilməli və Konstitusiya Məhkəməsi Plenumunun 15.05.2020-ci il tarixli qərarı hazırkı işin hallarına tətbiq edilməklə iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 21(103)-171/2021 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Qərar qətidir.