Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1157/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, güzəştli iş stajı, pensiya kapitalı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2022-ci il tarixli, 2-1(103)-869/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1967-ci il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. Notarial qaydada təsdiq edilmiş HТ-İ № 566423 nömrəli diploma əsasən, o, 1984-cü ildən 1990-cı ilədək Bakı Neft texnikumunun əyani şöbəsində təhsil almışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin 230 nömrəli xx.xx.20 21-ci il tarixli arxiv arayışına əsasən, iddiaçı 25 avqust 1984-cü il tarixində 381 saylı əmrlə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olmuşdur. 10 aprel 1985-ci il tarixində 158 saylı əmrlə hərbi xidmətə getdiyinə görə ona akademik məzuniyyət verilmişdir. 06 iyul 1988-ci il tarixində 392 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 15 may 1990-cı il tarixində 260 saylı əmrlə “Neftin və qazın nəql edilməsi və saxlanılması” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “texnik-mexanik” ixtisas dərəcəsi və HТ-İ № 566423 saylı diplom verilmişdir. ******* nömrəli hərbi biletə əsasən, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmiş, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən, isə o, xx.xx.1990-cı il tarixdən xx.xx.2007-ci il tarixədək “Neft Daşları” NQÇİ-nin Neftin kompleks hazırlanması və nəqli sexində nasos qurğularının maşinisti peşəsində işləmişdir.
2. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin olunmasından imtina etmişdir.
3. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 53.000,00 manat hesabl andığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20.843,63 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən) xx.xx.2019-cu il tarixdən tanınaraq təyin edilməsi və pensiyanın həmin tarixdən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin aprel ayında güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, lakin müraciətinə imtina cavabı verilmişdir. xx xxxxxx 1967-ci ildə anadan olmuşdur. 25 avqust 1984-cü ildə Bakı Neft Texnikumunun əyani şöbəsinə qəbul olmuşdur. 17 aprel 1985-ci il tarixdə hərbi xidmətə getmişdir. Hərbi xidmətini SSRİ SQ-də (Hərbi Dəniz Qüvvələrində) keçirmişdir (3 il 3 ay 6 gün). 06 iyul 1988-ci ildə (hərbi xidmətdən tərxis olunduqdan sonra) Bakı Neft texnikumunda təhsilini davam etdirmişdir (2 il 6 ay 24 gün). xx.xx.1990-cı ildən xx.xx.2007-ci ilədək Neft Daşları NQÇİ-nin Neftin kompleks hazırlanması və nəqli sexində Nasos qurğularının maşinisti peşəsində işləmişdir (16 il 11 ay 5 gün). Ümumi iş stajı 22 il 9 ay 5 gün (onun 21 il 4 ay 5 gününü xx.xx.2006-cı ilə qədər qazanmışdır). xx.xx.2006-cı il tarixə qədər güzəştli şərtlərlə iş stajı isə 15 il 6 ay 5 təşkil edir.
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8263/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 20 il ümumi və 10 il xüsusi (1 saylı Siyahı üzrə güzəştli) iş stajını tamamladığından, 52 yaşı tamam olan vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.
9. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddiaçının pen siya hüququ xx.xx.2019-cu ildə yaranmasına baxmayaraq o, bu barədə xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət etdiyindən, ona təyin edilmiş pensiya həmin tarixdən (xx.xx.2021-ci il tarixdən hesablanıb ödənilməlidir). Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi - iddiaçıya xx.xx.2019-cu il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və xx.xx.2021-ci il tarixdən hesablanıb ona ödənilməsi hissəsində təmin, pensiyanın xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində isə rədd edilməlidir.
10. İddiaçı birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmış, qərardan şikayət verməmiş və iddianın təmin edilməyən hissəsini mübahisələndirməmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)8263/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2022-ci il tarixli, 2-1(103)-869/2022 nömrəli qərarı (hakimlər: A.Hüseynov (sədrlik edən və məruzəçi), S.Bəktaşi və A.Hüseyn ) ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8263/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan əmək kitabçasının notarial qayda da təsdiq edilmiş surətindən, həmçinin SOCAR “Azneft” İB “Neft Daşları” NQÇİ-nin xx.xx.2021-ci il tarixli arayışından göründüyü kimi, 01 yanvar 2006-cı ilədək iddiaçı hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla, 20 ildən artıq (21 il 02 ay 02 gün) ümumi iş stajına malik olduğundan və bu müddətin azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş 1 sayı Siyahıda nəzərdə tutulan zərərli işlərdə işlədiyindən, onun əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə, yəni 52 yaşdan əmək pensiyası hüququ yaranmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətin in dəlillərinin əsasını işin halları, imtina məktubunda, etirazda və apellyasiya şikayətində qeyd edilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş, şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şə raiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... 19. 13 iyun 1997-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş hədd i hər il 6 ay artırılmışdır.
20. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Ka ssasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Şikayətdə apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı ap ellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından apellyasiya məhkəməsi işin hallarını lazımı qaydada araşdırmışdır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı 1 yanvar 2006-cı il tarixə kimi azı 20 il ümumi və 10 güzəştli iş stajını tamamlamışdır. Bu şərtlərin ödənilməsi isə ona “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə və bu Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin a) bəndinə əsasən, 52 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qan unvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
27. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində “texnoloji nasosların maşinistləri” (kod 1100000a-14259) nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi peşə (texnoloji nasosların maşinistləri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il t arixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda konkret göstərilmişdir.
28. Bundan başqa, iddiaçının əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən, həmçinin SOCAR “Azneft” İB “Neft Daşları” NQÇİ-nin xx.xx.2021-ci il tarixli arayışından göründüyü kimi, 01 yanvar 2006-cı ilədək iddiaçı hərbi xidmət və təhsil dövrü də nəzərə alınmaqla, 20 ildən artıq (21 il 02 ay 02 gün) ümumi iş stajına malik olduğundan və bu müddətin azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq siyahısında nəzərdə tutulan işlərdə işlədiyindən onun əmək şəraitin ə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
29. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Bununla belə, məhkəmə kollegiyası iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlilinə dair əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. Qeyd edilməlidir ki, “fərdi hesabın sığorta hissəsində qeyd ə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” şərti 1 iyul 2017-ci il tarixdən sonrakı dövrdə hüququ yaranmış şəxslərə münasibətdə tətbiq olunur. 32. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajına malik olan iddiaçıya əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən qazandığından, həmin qanunla isə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərtinin ödənilməsi təl əb edilmədiyindən, pensiya kapitalı ilə bağlı cavabdehin dəlili əsaslı sayıla bilməz.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmadığından kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2022-ci il tarixli, 21(103)-869/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.