Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1157/2023 01.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 47 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1973-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 yanvar 2023-ci il tarixli, 2-1(103)-714/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 31 avqust 2021-ci il tarixli 237 nömrəli arayışına əsasən, iddiaçı xx.xx.1996cı il tarixdən xx.xx.2021-ci il tarixədək “Azəraeronaviqasiya” müəssisəsində və "xxxx" QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində hava hərəkəti idarə edilməsi d ispetçeri vəzifəsində, ən böyük intensivli və mürəkkəb bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirmişdir. Onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın
21. Nəqliyyat bölməsinin 3-cü maddəsinin **********541 bəndinə müvafiq olaraq, hava hərəkəti idarəetmə dispetçeri vəzifəsində iş stajı 25 il 02 ay 10 gün təşkil edir.
2. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından 28 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli məktubla imtina edilmişdir.
3. İ mtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən, iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “q” bəndinə uyğun olaraq, 50 yaşına çatdıqda 20 il ümumi və 10 il güzəştli iş stajının olduğu halda güzəştli şərtlərlə pensiya almaq hüququ yaranır. Lakin iddiaçının Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun yaşı qanunla tələb olunandan az olduğundan, eyni zamanda xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (15 il 3 ay 19 gün), güzəştli iş stajı isə 10 ildən az (9 il 6 ay 29 gün) olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 47 yaşdan, yəni 28 sentyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və vurulmuş maddi və mənəvi ziyana görə 5000 manat məbləğində təzminatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1973-cü ildə doğulmuşdur. xx.xx.1996-cı ildən hal-hazıra kimi Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsində hava hərəkəti idarə edilməsi dispetçeri vəzifəsində çalışır və bu dövr onun ümumi iş stajının 15 il 3 ayını (xx.xx.1990 - xx.xx.1993, xx.xx.1993-xx.xx.2006), güzəştli iş stajının isə 9 il 6 ayını (xx.x x.1996 - xx.xx.2006-cı illər) əhatə edir. İddiaçı əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində müəyyən edilmiş tələblərə müvafiq olaraq, hüququ yaranan 28 sentyabr 2020-ci ildən, yəni 47 yaşından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və yaranacaq fərq məbləğinin ödənilməsi üçün 10 sentyabr 2021-ci ildə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdehin 28 oktyabr 2021-ci il **********9 saylı cavab məktubu ilə onun “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “q” bəndində müəyyən edilmiş tələblərə müvafiq olaraq yaşının qanunla tələb ediləndən az olduğunu, eyni zamanda xx.xx.2006-cı il tarixinədək 20 ildən az, cəmi 15 il 3 ay 19 gün ümumi və 10 ildən az, cəmi 9 il 6 ay 29 gün güzəşt li iş stajının olduğunu bildirərək pensiya təyinatından imtina edilmişdir. İddiaçı qeyd etmişdir ki, bu vaxta kimi “Vətəndaşların pensiya təminatı” haqqında qanunun tələbləri ilə 1 yanvar 2006-cı il tarixə hüquq qazanmış dispetçerlərin hamısına “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə əsasən Nazirlər Kabinetinin 1 nömrəli siyahısına uyğun olaraq pensiya təyinatı aparılmışdır. Bu səbəbdən, inzibati orqanın 28 oktyabr 2021-ci il **********9 saylı məktubu qanunsuzdur və ona 28 sentyabr 2020-ci ildən 47 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmalıdır. Eyni zamanda, cavabdehdən bu qanunsuz hərəkətləri nəticəsində ona vurduğu maddi və mənəvi ziyana görə 5000 manat məbləğində təzminatın alınaraq ona ödənilməsi barədə də qərar çıxarılmalıdır.
6. Cavabdeh in yazılı etirazının dəlilləri iddia tələbinin güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair hissəsinə münasibətdə imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh iddiaçının məhkəməyə ünvanladığı mənəvi və maddi ziyana görə 5000 manat məbləğində təzminat tələbinə münasibətdə isə əlavə olaraq qeyd edir ki, onun hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmədiyindən iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik deyildir. Bundan başqa, cavabdeh bildirmişdir ki, iddiaçı iddiasında irəli sürdüyü 5000 manat məbləğində təzminat tələbi ilə əvvəlcədən inzibati orqana müraciət etməmişdir.
7. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda göstərilmişdir ki, X2 xx.xx.2009-cu il, X3 xx.xx.2018-ci il, X1 xx.xx.20 12-ci il və X4 xx.xx.2016-cı il tarixdən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının XXİ-Nəqliyyat bölməsinin **********541 nömrəli (Mülki aviasiyada ən böyük intensivlik və yaxud mürəkkəb hərəkətli hava limanlarının aeroqovşaqlarının zonalarında aerodrom-dispetçer, rayon köməkçi mərkəzlərindən və onların bölmələrindən, yerli dispetçer məntəqələrindən bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirən işçilər (dispetçerlər, təlimatçı dispetçerlər, böyük dispetçerlər, uçuşların rəhbərləri)) koduna uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimaliyeva) 20 sentyabr 2022-ci il tarixli, 2-1(112)-3838/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya 28 sentyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçi kimi yerinə yetirdiyi işin Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 saylı qərarının XXİ Nəqliyyat bölməsinin 3-cü bəndinin 12003000-17541 kodunda göstərilən Hava hərəkətini idarə edən dispetçer vəzifəsinə uyğunlu ğu iş yeri tərəfindən təsdiqləndiyi halda və onunla eyni vəziyyətdə işləyən şəxslərin (sorğuya cavabda qeyd edilən şəxslərin) məhz qeyd edilən bəndə uyğun olaraq daha əlverişli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı halda, ona münasibətdə niyə vəziyyətini ağırlaşdıran şərtlərlə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin “q” bəndinə əsasən pensiya hüququnun təmin edilməli olduğu əsaslandırmamışdır. Bu baxımdan, iddiaçının fərdi situasiyası nəzərə alınmaqla cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq edilən fərqli yanaşma ilə bağlı “ağlabatan mütənasiblik əlaqəsi” mövcud olmadığından, bu hal, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci madd əsi ilə birgə götürülmüş Konvensiyanın 14-cü maddəsinin (ayrı-seçkiliyin qadağan olunması) pozuntusu hesab edilə bilər.
10. İddiaçının təzminat tələbinə münasibətdə məhkəmə bildirmişdir ki, İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə müvafiq olaraq iddiaçının kompensasiya ödənilməsi tələbi ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyanla bağlı aksesser tələb olduğundan, bununla bağlı inzibati orqana ayrıca müraciət edilməsinə ehtiyac yoxdur və iddia bu hissədə mümkündür. Lakin iddiaçının hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən iddia tələbi təmin edildiyindən, iddia tələbi maddi və mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində əsaslı hesab edilə bilməz. Belə ki, maddi zərərə münasibətdə pensiya fərqinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi inzibati orqan tərəfindən təmin edilməlidir. Digər tərəfdən, iddiaçı imtina nəticəsində hansı mənəvi zərər və iztirablar keçirməsini əsaslandırmamışdır.
11. İddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilməmişdir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, K.H.Əkbərov və S.İ.Bəktaşi) 27 yanvar 2023-cü il tarixli, 21(103)-714 /2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(112)-3838/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “q” bəndi əvəzinə, həmin maddənin “a” bəndinin tətbiq olunması Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin məqsəd və prinsiplərinə uyğun olaraq daha məqsədəmüvafiq hesab olunur. Belə ki, cavabdehin istinad etdiyi maddənin “q” bəndi həmin maddənin “a” bəndi ilə müqayisədə iddiaçının vəziyyətini ağırlaşdırır. Bundan əlavə, hansı səbəbdən iddiaçının vəziyyətini ağırlaşdıran norman ın tətbiq edilməli olduğu cavabdeh tərəfindən əsaslandırılmamışdır.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
16. Cavabdehin kassasiya şikayətinin mahiyyəti və dəlilləri, habelə istinad etdiyi maddi hüquq normaları onun iddiaçıya ünvanladığı imtina məktubunun, birinci instansiya məhkəməsində təqdim etdiyi yazılı etirazın və apellyasiya şikayətinin mahiyyəti və dəlilləri, eləcə də, istinad olunan maddi hüquq normaları ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Q anunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 19. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsd iq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa;... q) dispetçer şəhadətnaməsi olub hava hərəkətini idarə edən şəxslər: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını bilavasitə hava gəmilərinin uçuşlarını idarəetmə işlərində çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini bilavasitə hava gəmilərinin uçuşlarını idarəetmə işlərində çalışarsa. Hava hərəkətini idarə edən işçilərin uçuşu idarəetmə stajlarına bu Qanunun 59-cu maddəsində göstərilən iş müddətləri də daxil edilir;...
20. Azərbaycan Respublikas ı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”: 12000000 – XXİ. Nəqliyyat... 12003000 –
3. Mülki aviasiya 12003000—17541 - Ən böyük intensivlik və yaxud mürəkkəb hərəkətli hava limanlarının aeroqovşaqlarının zonalarında aerodrom-dispetçer, rayon köməkçi mərkəzlərindən və onların bölmələrindən, yerli dispetçer məntəqələrindən bilavasitə hava uçuşunun idarə edilməsini yerinə yetirən işçilər (dispetçerlər, təlimatçı dispetçerlər, böyük dispetçerlər, uçuşların rəhbərləri)...
21. Azərbaycan Respubli kasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şi kayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq n ormalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə cavabdehin imtina məktubunun, iddia tələbinə etirazın v ə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də imtina məktubunun, etirazın və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır.
28. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilən və mübahisələndirilməyən hallarına əsasən, iddiaçının xx.x x.2006-cı il tarixədək ümumi iş stajı 15 il 3 ay 19 gün, hava hərəkəti idarə edilməsi dispetçeri vəzifəsində güzəştli iş stajı isə 9 il 6 ay 29 gün təşkil edir. Yəni iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi və güzəştli iş stajının müddəti iddiaçının iddia etdiyi şəkildə cavabdeh tərəfindən də qəbul edilir.
29. Cavabdehin imtinasının və kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “q” bəndinə pensiya təyin edilməlidir.
30. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək “Azəraeronaviqasiya” müəssisəsində və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Azəra eronaviqasiya” Hava Hərəkəti İdarəsində işlədiyi hava hərəkəti idarə edilməsi dispetçeri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın “12000000 – XXİ. Nəqliyyat” bölməsinin “12003000 –
3. Mülki aviasiya” bəndinin 12003000—17541 koduna (Ən böyük intensivlik və yaxud mürəkkəb hərəkətli hava limanlarının aeroqovşaqlarının zonalarında aerodrom-dispetçer, rayon köməkçi mərkəzlərindən və onların bölmələrindən, yerli dispetçer məntəqələrindən bilavasitə hava uçuşunun id arə edilməsini yerinə yetirən işçilər (dispetçerlər, təlimatçı dispetçerlər, böyük dispetçerlər, uçuşların rəhbərləri)) uyğundur və bu hal iddiaçının təqdim etdiyi güzəştli arayışla da müəyyən edilir.
31. Eyni zamanda, cavabdeh imtina məktubunda, iddia tələbinə etirazda, eləcə də apellyasiya və kassasiya şikayətlərində iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi hava hərəkəti idarə edilməsi dispetçeri vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının 12003000—17541 koduna uyğun olmaması ilə bağlı mübahisə açmamış, əksinə, iddiaçının işlədiyi həmin müddəti onun güzəştli iş stajına hesablamışdır.
32. Belə olan halda, cavabdeh iddiaçıya əmək pensiyasının təyin edilməsi zam anı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə deyil, həmin Qanunun “q” bəndinə istinad etdiyini əsaslandıra bilməmişdir.
33. Nəzərə alınmalıdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinin tələblərinə əsasən, iddiaçı müvafiq yaş həddinə - 47 yaşa xx.xx.2020-ci ildə çatmış və xx.xx.2006-cı il tarixədək onun 15 ildən çox (15 il 3 ay 19 gün) ümumi iş stajı, 7 il 6 aydan çox (9 il 6 ay 29 gün) güzəştli iş stajı mövcud olmuşdur.
34. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “q” bəndi əvəzinə, həmin maddənin “a” bəndinin tətbiq olunması Azərbaycan Respublikasının Konstitusiyasın ın 149-cu maddəsinin məqsəd və prinsiplərinə uyğun olaraq daha məqsədəmüvafiq hesab olunur. Belə ki, cavabdehin istinad etdiyi maddənin “q” bəndi həmin maddənin “a” bəndi ilə müqayisədə iddiaçının vəziyyətini ağırlaşdırır. Bundan əlavə, hansı səbəbdən iddiaçının vəziyyətini ağırlaşdıran bəndin tətbiq edilməli olduğu cavabdeh tərəfindən əsaslandırılmamışdır.
35. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “q” bəndi ilə pensiya təyin edilməsi barədə cavabdehin şikayətinin dəlili əsaslı olmamışdır.
36. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaq la düzgün qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
37. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 27 yanvar 2023-ci il tarixli, 21(103)-714/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.