Məhkəmə qərarları › İş №2-1(102)-1157/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1157/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1157/2024 31.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş pensiya məbləğinin geri qaytarılması və tutulmanın qadağan edilməsi; etimad hüququ; birgə məsuliyyət; kassasiya məhkəməsinin göstərişlərinin nəzərə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1953-cü il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pul vəsaitinin geri qaytarılması və pulun tutulmasının qadağan edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 2-1(103)1939/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 5 noyabr 2000-ci il tarixdən 2 dekabr 2005-ci il tarixədək ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 2. 23 yanvar 2007-ci il tarixdən iddiaçıya sabiq deputat kimi 3-c ü qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

3. İddiaçıya Fondun Səbail rayon şöbəsi tərəfindən sabiq deputat kimi əlilliyə görə əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda Fondun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi (hazırkı cavabdeh) tərəfindən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının ödənildiyi aşkar edilmişdir. 4. xx.xx.2007-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya 58120,82 manat artıq pensiyanın ödənildiyinə istinad edən cavabdeh tərəfindən həmin artıq ödənilmiş 58120,82 manat pensiya məbləğinin 36112,38 manat hissəsi xx.xx.2017xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə əmək pensiyasından tutulmuş, 22008,44 manat hissəsi isə qalıq olaraq qalmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məh kəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının pensiyasından tutmaların həyata keçirilməsi ilə bağlı cavabdehin hərəkətlərinin (əmrin, qərarın, sərəncamın) qanunsuz hesab edilməsi, 58120,82 manat məbləğində tutulmuş pul vəsaitinin iddiaçıya geri qaytarılması və Azərbaycan Respublikası Milli Məclisin komitə sədrinin müavininə deputat səlahiyyətlərinin yerinə yetirilməsinə görə pul təminatının qanuna müvafiq qaydada hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 2007-ci ildən Azərbaycan Respublikası Milli Məclisin sabiq deputat kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan pensiya a lır. Ötən müddət ərzində pensiyası qanuna müvafiq şəkildə verilməmiş, müxtəlif vaxtlarda buna etirazını bildirmişdir. Cavabdehin “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş aylıq pul təminatının (1 sentyabr 2004-cü il tarixdən 1 avqust 2008-ci il tarixədək 25 faiz, 1 avqust 2008-ci il tarixdən 1 dekabr 2013-cü il tarixədək 50% həcmində əlavələr nəzərdə tutulub) ona verilməsindən imtina etməsini mübahisələndirmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 21(112)-262/2020 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə aktının icrası zamanı cavabdeh tərəfindən 2007-ci ildən 2013-cü ilədək olan əlavələr qanunsuz şəkildə 28852,62 manat hes ablanmış, bu azmış kimi vəsaitin xeyli hissəsi əvvəllər ona ödənilmiş pensiyanın əvəzi kimi çıxılmışdır. Cavabdehin onun müraciətlərinə verdiyi xx.xx.2021-ci il tarixli cavab məktubundan bəlli olur ki, ondan ümumilikdə, 58120,82 manat məbləğində pul tutulmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən 58120,82 manat məbləğində pulun tutulması qanunsuz və əsassız olmuşdur. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə aktı natamam icra edilərək “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş aylıq pul təminatı (2007- 2013-cü illər üzrə əlavələr) düzgün hesablanmamış, 28852,62 manat vəsaitin müəyyənləşdirilməsi əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Milli Məclisin komitə sədrinin m üavininə deputat səlahiyyətlərinin yerinə yetirilməsinə görə pul təminatı xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilədək - 365 manat (25%), xx.xx.2008-ci ildən xx.xx.2013-cü ilədək 731 manat (50%) nəzərdə tutulduğu halda, cavabdeh tərəfindən həyata keçirilmiş hesablama buna uyğun olmamışdır.

7. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdehin pensiya tutulmalarının həyata keçirilməsini nəzərdə tutan hərəkətlərinin, 23 noyabr 2017-ci il tarixli sərəncamının qanunsuz və əsassız hesab edilərək tutulmuş pul vəsaitinin ona geri qaytarılmasının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir.

8. İddiaçı dəqiqləşmə barədə ərizəsini onunla əsaslandırmışdır ki, onun razılığı olmadan cavabdeh tərəfindən külli miqdarda pulunun tutulması qanunsuz və əsassız olmuşdur. Cavabdeh heç bir əsaslı səbəb gətirmədən xx.xx.2017-ci ildən etibarən birtərəfli qaydada 56.388,32 manat pulun ondan alınması haqda sərəncam qəbul etmiş, 4 il ərzində pensiyasından aylıq 1225,83 manat pulun tutulması qərara alınmışdır. Əldə etdiyi məlumata əsasən belə bir qərarın qəbul edilməsinə səbəb iki pensiya almağı olmuşdur. Lakin bu rəqəmin necə hesablanması, habelə iki pensiyanın təyinində pensiyaçının təqsirinin mövcudluğu göstərilməmişdir. Dəfələrlə cavabdehə etdiyi müraciətlərin nəticəsi olmamışdır. Ona 58.120 manat artıq pensiyanın ödənildiyi bildirilsə də, cavabdehin xx.xx.2017-ci il tarixli sərəncamına əsasən bu məbləğ 56.388 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən təqaüdə çıxarkən aylıq 192 manat pensiya təyin edildiyi nəzərə alınsa, 129 ay 8 gün ərzində 58.120 manatlıq pensiya ödənişinin hansı qaydada hesablanmasını bilmək vacibdir. 4 il ərzində pensiyasından aylıq 1.225 manat məbləğində pul tutulduğunu, əvvəllər verilən rəsmi məlumata əsasən xx.xx.2019-cu il tarixə qalan qalığın 30.645 manat təşkil etdiyini, xx.xx.2017-dən xx.xx.2021-ci ilədək 31.850 manat pulun tutulduğunu nəzərə aldıqda, hazırda da pensiyasından tutulmanın aparılması tamamilə qanun pozuntusudur. Bundan başqa cavab məktubundan görünür ki, ona əvvəllər hərbi qulluqçu kimi pensiya verildiyi qeyd edilmişdir. Heç vaxt hərbi qulluqçu kimi fəaliyyət göstərmədiyini nəzərə alıb hərbçi kimi pensiya təyinin hansı əsaslarla həyata keçirildiyi barədə də cavabdeh ona heç bir məlumat vermir. Bütün bunlar isə c avabdehin qanunazidd hərəkətlərə yol verdiyini təsdiq edir. Hələ Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona pensiya təyin edilərkən yol verilmiş pozuntu barədə aidiyyəti orqanlara, o cümlədən Azərbaycan Respublikası Prezident Administrasiyasına müraciətlər göndərmiş, lakin cavabdeh inzibati orqan pensiya ödənişini dayandırmamışdır. Göründüyü kimi artıq pensiya ödənişinə görə məsuliyyəti iddiaçı deyil, cavabdeh daşımalıdır.

9. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək pulun tələb edilməsinin qanunsuz hesab edilməklə 36112,38 manat məbləğində pul vəsaitinin geri qaytarılmasının cavabdehə həvalə edilməsini və qalıq 22008,44 manat pul vəsaitinin tutulmasının cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdehin yazılı etirazının dəlillərinə əsasən, idd iaçı 11 fevral 2021-ci il və 18 fevral 2021-ci il tarixlərində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilmişdir ki, cavabdehdə mövcud olan pensiya işinə aid sənədlərdə iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsi tərəfindən 23 yanvar 2007-ci il tarixindən sabiq deputat kimi əlilliyə (İİİ qrup) görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. xx.xx.2019-cu il tarixindən onun əmək pensiyası cavabdeh tərəfindən ödənilir. İddiaçı 2019-cu ildə Dövlət Sosial Müdafiə Fondunun Səbail rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “01 sentyabr 2007-ci il tarixindən 01 dekabr 2013-cü il tarixinədək pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini” xahiş etmiş və Bakı İnzibati Məhkəməsinin 19 mart 2020-ci il tarixli 2-1(112)-262/2020 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2020-ci il tarixli 2-1(103)-1346/2020 nömrəli qərarı ilə Bakı inzibati Məhkəməsinin 19 mart 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2021-ci il tarixli 2-1 (102)- 1013/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir. İddiaçıya Fondun Səb ail rayon şöbəsi tərəfindən sabiq deputat kimi əlilliyə görə əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda Fondun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi (hazırkı cavabdeh) tərəfindən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən də xx.xx.2007xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində ona 58120,82 manat artıq pensiya ödənilmişdir. Həmin artıq ödənilmiş 58120,82 manat pensiya məbləğinin 36112,38 manat hissəsi xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hissə-hissə onun əmək pensiyasından tutulmuş, qalıq 22008,44 manat təşkil etmişdir.

11. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 25 avqust 2021-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Səbail ra yon şöbəsi tərəfindən sabiq deputat kimi əlilliyə (İİİ qrup) görə əmək pensiyası təyin edilməklə 23 yanvar 2007-ci il tarixindən ödənilir. Pensiya işinə dair sənədlərin cavabdehə köçürülməsi ilə əlaqədar xx.xx.2019-cu il tarixindən adıçəkilən şəxsə əmək pensiyasının ödənişi cavabdeh tərəfindən həyata keçirilir. Araşdırmalar zamanı iddiaçıya Səbail rayon şöbəsi tərəfindən əmək pensiyası ödənildiyi dövrdə eyni zamanda Fondun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi (hazırkı cavabdeh) tərəfindən hərbi qulluqçu kimi (Daxili İşlər Nazirliyinin əməkdaşı kimi) yaşa görə əmək pensiyası ödənildiyi aşkar edilmişdir. Bu səbəbdən də xx.xx.2007-xx.xx.2017ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən şəxsə 58120,82 manat artıq pul vəsaitinin ödənilməsi müəyyən edilmişdir. Həmin artı q ödənilmiş pensiya məbləğinin 24516,60 manat hissəsi xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hər ay 1225,83 manat olmaqla, 11595,78 manat hissəsi xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hər ay 828,27 manat olmaqla iddiaçının əmək pensiyasından tutularaq ümumilikdə 36112,38 manat hissəsi büdcəyə bərpa olunmuşdur. Qalıq 22008,44 (58120,82-36112,38) manat təşkil etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2-1(103)-1346/2020 nömrəli qərarına əsasən iddiaçının əmək pensiyası səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün əlavə nəzərə alınmaqla xx.xx.2007-xx.xx.2013-cü il tarixləri arasındakı dövr üçün yenidən hesablanmış və ümumilikdə 28852,62 manat fərq məbləği müəyyən edilmişdir. Qeyd olunan fərq mə bləğindən ona artıq ödənilmiş qalıq 22008,44 manat məbləği çıxılmış, qalan 6844,18 manat pul vəsaiti 14 mart 2021-ci il tarixində adıçəkilən şəxsin əmək pensiyasının (4207,50 manat) üzərinə əlavə olunaraq müvafiq kart hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2021-ci tarixli 2-1(102)-1013/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin yuxarıda qeyd olunan müvafiq qərarı ləğv edilmişdir. Buna görə də xx.xx.2017-xx.xx.2017-ci il tarixləri arasındakı dövr ərzində iddiaçının əmək pensiyası üzrə artıq ödənilmiş qalıq məbləğ 22008,44 manat təşkil edir, həmçinin onun kart hesabına 14 mart 2021-ci il tarixində köçürülmüş 6844,18 manat da artıq ödənilmiş vəsait hesab edilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya ümumilikdə 28852,62 (2 2008,44+6844,18) manat artıq pul vəsaiti ödənildiyi müəyyən olunmuşdur. Həmin vəsaitin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün adıçəkilən şəxsin yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi barədə tərəflərindən xx.xx.2021-ci il tarixli **********5 nömrəli məktubla xahiş olunmuş, əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2-1(112)6280/2021 nömrəli qərarı (hakim O.X.Həsənov) ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən əlavə pensiya ödənişi əsası ilə ödənilmiş 58120,82 manat pul məbləğinin iddiaçıdan geri tələb edilməsi qanunsuz hesab edilmiş, cavabdeh tərəfindən iddiaçıdan tutulmuş 36112,38 manat məbləğində pul vəsaiti nin iddiaçıya geri qaytarılması cavabdehə həvalə edilmiş, cavabdeh tərəfindən iddiaçıya əlavə əmək pensiya ödənişi əsası ilə ödənilmiş, lakin tutulmamış qalıq 22008,44 manat pul vəsaitinin tutulması cavabdehə qadağan edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə iddiaçının əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. 36112,38 manat pul məbləğinin tutulmasına münasibətdə iddiaçıya əmək pensiyasının məbləğinin düzgün hesablanıbhesablanmaması, hesablanmamışdırsa həmin artıq ödəmənin geri qaytarılıbqaytarılma ması ilə bağlı əlavə hüquqi dəyərləndirmənin aparılmasına ümumiyyətlə zərurət müəyyən edilmir. Belə ki, cavabdeh pul tutulmalarının aparılmalı olmasını əsaslı hesab edirsə də, bununla bağlı özü həmin məbləğin tutulması ilə bağlı publik səlahiyyətə o zaman malik olardı ki, buna iddiaçı razılıq vermiş olsun. Razılığın olmaması isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəməyə cavabdehin iddiaçı qismində müraciəti üçün əsas yaradır ki, cavabdeh bununla bağlı müraciət etməmişdir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qal dırır. Qanunsuz əlverişli inzibati aktın ləğv edilməsində isə vəziyyət başqa formada tənzimlənmişdir. Yuxarıda adıçəkilən müddəaların tələbindən də görünür ki, qanunsuz əlverişli inzibati aktın ləğvindən sonra onun hüquqi nəticələrinin aradan qaldırılıbqaldırılması maraqlı şəxsin etimadın qorunması hüququna istinad etmək imkanına malik olub-olmamasından asılıdır. Belə ki, maraqlı şəxsin etimadın qorunması hüququna istinad etməsinin istisna edildiyi hallarda qərarın ləğvi onun hüquqi nəticələrinin aradan qaldırılmasına səbəb olur ki, hazırkı iş üzrə qeyd olunan hallardan hər hansı birinin mövcudluğu artıq ödənişin geri qaytarılmasına səbəb olacaqdır. Başqa sözlə, iddiaçı rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasına dair məhkəməyə müraciət oluna bilər. Lakin işin faktiki hallarından göründüyü kimi, qeyd olunan halların heç biri mövcud olmamışdır. Məhkəmə hesab etmişdir ki, bu hal iddiaçıdan ödənişin tutulmasına əsas yarada bilməz. Belə ki, əmək pensiyasının artıq ödənilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, inzibati orqan tərəfindən həm hərbi qulluqçu, həm də əlilliyə görə pensiya ödənilsə də, məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabı na, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Əmək pensiyasının artıq hesablanması şəxsin ziyanına şərh olunacağı halda belə, həmin hərəkətin əlverişli hesab edilməsi xarakteri aradan qalxmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından, hazırkı tələbin təmin edilməsi istisna olunmur.

14. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-1(103)-1553/2022 nömrəli qərarı (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.Ə.Hüseyn) ilə Bakı İnzibati Məhkəməsinin 13 dekabr 2021-ci i l tarixli, 2-1(112)-6280/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-cü maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıbalınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman nəzərə alınmalıdır ki, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Məhkəmələr həmin maddədə nəzərdə tutulmuş ilkin şərtlərin ödənililib-ödənilmədiyini tam yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənil miş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.

17. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyas ının (hakimlər X3 /məruzəçi/, X1 və X2) 13 yanvar 2023-cü il tarixli, 2-1(102)-3/2023 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2022-ci il tarixli, 2-1(103)1553/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

19. Kassasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən, apellyasiya məhkəməsi tərəfindən həmçinin iddiaçının iddia ərizəsində ona pensiya təyin olunarkən yol verilmiş qanun pozuntusu barədə qeyd etdikləri araşdırılmamışdır. Belə ki, iddiaçı ona hələ Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya təyin edilərkən yol verilmiş pozuntu barədə aidiyyəti orqanlara müraciətlər göndərdiyini, lakin cavabdeh inzibati orqan tərəfindən pensiya ödənişinin dayandırılmadığını, ona görə də artıq pensiya ödənişi ilə b ağlı məsuliyyəti iddiaçının deyil, cavabdehin daşımalı olduğunu qeyd etmişdir. Etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş «bona fides» prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilə n normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, apellyasiya instansiya məhkəməsi hazırkı iş üzrə “İnzibati icraat haqqında” Qanunun 67.6.3-cü maddəsində təsbit olunmuş normanı təfsir edərkən, habelə etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almalı idi. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə bağlı bu qərarın 33-cü bəndində qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlı q nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinadı istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Bu baxımdan qeyd olunan xüsusatları araşdırmadan iddiaçının ona eyni zamanda iki pensiyanın təyin olunmasının qanunsuz olduğunu bildiyini və ya ən azından bilməli olduğunu istisna etməkdə və bunun üzərindən onun etimad hüququnun qorunduğuna əsaslanmaqla qərar qəbul etməkdə məhkəmə haqlı sayıla bilməz. Hazırkı mübahisəyə münasibətdə iddiaçının artıq ödəmənin qanunsuz olduğunu bilməsində və ya ən azından bilməli olmasında ifadə olunan davranışı inzibat icraat hüququnun müddəaları və şəxsin etimad hüququ baxımından qiymətləndirilərkən, həmçinin iddiaçının vəzifəsi, statusu, peşəsi, təhsil və bilik səviyyəsi, eləcə də bununla bağlı digər hallar da nəzərə alınmalıdır. Belə ki, mübahisəyə dair iş üzrə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı 5 noyabr 2000-ci il tarixdən 2 dekabr 2005-ci il tarixədək ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı və hüquq siyasəti komissiyasının sədr müavini olmuş, həmin müddət ərzində Azərbaycan Respublikasında qanunvericiliyin formalaşmasında, qanun layihələrinin müzakirəsində və qəbul olunmasında birbaşa iştirak etmişdir. Hazırkı mübahisəyə münasibətdə cavabdeh iddiaçıya iki pensiyanın təyin olunması ilə bağlı məsələni yoxlamaq məqsədi ilə yekun qərar qəbul etməzdən əvvəl müvafiq in formasiyanı səlahiyyətli orqandan əldə etmək üçün kifayət qədər əsasa malik olmasına rəğmən, bununla bağlı tam və hərtərəfli araşdırma tələbini obyektiv olaraq yerinə yetirməmişdir. Halbuki ciddi və ətraflı araşdırma hələ ikinci pensiyanın təyini ilə bağlı qərarın qəbulu üzrə icraat mərhələsində iddiaçıya artıq hərbi qulluqçu kimi pensiya təyin olunması barədə məlumatın aşkar olunmasına gətirib çıxara bilərdi. Bu zaman məlumatın əldə olunması üçün cavabdeh yalnız özündə olan sənədlərlə kifayətlənməli deyil, həm də pensiya təyinatının cavabdehdə mərkəzləşdirilməsinə qədər pensiya təyin etmək səlahiyyətinə malik olan müvafiq qurumlara da müraciət etməli idi. Lakin apellyasiya məhkəməsi iddiaçıya eyni vaxtda iki əmək pensiyasının təyin olunmasında tərəflərin (həm vətəndaşın, həm də inzibati orqanın) təqsirli davranışını nəzərə almadan, yalnız etimad hüququnun qorunması (vicdanlı və dürüst davranış) prinsipinə əsaslanaraq artıq ödəməyə görə bütün təqsiri tərəflərdən birinin (inzibati orqanın) üzərinə qoymaqla ədalətli məhkəmə araşdırması prinsipini pozmuşdur. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

20. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 2-1(103)-1939/2023 nömrəli qərarı ilə (hakimlər C.A.Yusifov /sədrlik edən/, P.A.Hüseynov, K.H.Əkbərov) Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6280/2021 saylı 13 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən təmin edilərək mübahisələndirilən «xx.xx.2007-xx.xx.2017» dövrü üzrə iki pensiya ödənilməsindən yaranmış 56525,10 manat məbləğində artıq ödəniş üzrə tərəflərin məsuliyyə ti bərabər müəyyən edilməklə, həmin dövr üzrə artıq ödəniş əsası ilə iddiaçının əmək pensiyasından 15052,80 manat məbləğində pulun tutulması qanunsuz hesab edilmiş, iddiaçının əmək pensiyasından tutulmuş 15052,80 (on beş min əlli iki) manat məbləğində pulun ona geri qaytarılması vəzifəsi cavabdehə həvalə edilmiş, həmin (xx.xx.2007xx.xx.2017) dövr üzrə artıq ödəniş əsası ilə iddiaçıdan başqa pul vəsaitinin tutulması cavabdehə qadağan edilmişdir.

21. Apellyasiya məhkəməsi kassasiya məhkəməsinin qərarındakı göstərişləri nəzərə almaqla qeyd etmişdir ki, iddiaçıya iki pensiyanın təyin edilməsində və uzun müddət ödənilməsində hər iki tərəf qanun qarşısında müştərək məsuliyyət daşımalıdır. Məhkəmə işdəki sübutların araşdırılması nəticəsində belə nəticəyə gəlmişdir ki, xx.xx.2007-xx.xx.2017 dövr ü zrə artıq ödənişin 58180,82 manat məbləğində olmasını təsdiq edən hər hanı bir mötəbər sənəd-sübut aşkar edilmir. İşdən, o cümlədən, 96-ci vərəqində olan artıq ödənilmiş pul məbləğinin tutulması barədə cədvəl göstəricilərindən görünür ki, xx.xx.2017-ci il - xx.xx.2021-ci illər üzrə iddiaçıya edilən 56525,10 manat artıq ödənişdən hissə-hissə, ümumilikdə, 36112,38 manat pul məbləği onun pensiyasından tutulmuşdur. Bundan əlavə, cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi, iddiaçının əmək pensiyası haqqında arayışdan aydın olur ki, deputatların əmək haqlarının artırılması ilə əlaqədar iddiaçının deputat pensiyası yenidən hesablanaraq 4628,25 manatdan 7029 manata çatdırılmış, xx.xx.2022-xx.xx.2022 dövrü üzrə ona hesablanmış və ödənilməli olan 7202,25 manat fərq məbləği artıq ödənişin qalı q məbləği ilə əvəzləşdirilmişdir. Həmin məbləğ, iddiaçıdan tutulmuş 36112,38 manat pul məbləği ilə toplandıqda, cəmi, ondan 43314,63 manat məbləğində pul vəsaiti tutulmuş olur. Belə olan halda da, artıq ödəniş şəkilində, onun əsassız varlanma kimi məsuliyyət payına düşən, yuxarıda qeyd olunan 28262,55 manat pul məbləğindən 15052,80 manat pulun ondan tutulması qanunsuzdur, həmin məbləğ ona qaytarılmalıdır.

22. Sözügedən qərardan iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ İddiaçının kassasiya şikayətinin dəlilləri

23. Pensiyanın təyin olunması ilə bağlı iddiaçının hər hansı təqsiri müəyyən olunmadığından burada onun hər hansı məsuliyyətdən söhbət gedə bilməz. Bundan əlavə, cavabdeh tərəfindən tutulmal ar hər hansı icraat aparılmadan həyata keçirilmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarını əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçıya digər növdən əmək pensiyasının təyin edilməsi onda daha əvvəl hərbi qulluqçu kimi təyin edilmiş əmək pensiyasının dayandırılması üçün əsas qismində çıxış etdiyi halda o, məlumatlandırma öhdəliyini yerinə yetirmədiyindən ona artıq məbləğdə pensiya ödənilmişdir. İddiaçı ona hər iki pensiyanın ödənilməsinin qanunsuz olduğunu bildiyi halda, bu barədə cavabdehə məlumat verməmişdir. Bu halda, inzibati orqanın ödənilmiş artıq pul vəsaitinin qaytarılması barədə inzibati akt qəbul edərək onu icraya yönəltmək hüququ yaranmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh in kassasiya şikayətinə qarşı iddiaçı tərəfindən verilmiş etirazda qeyd olunur ki, iş materiallarından və apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsinin izahatlarına əsasən, iddiaçıdan 58.120,82 manat məbləğində pul vəsaiti tamamilə tutulmuş və bu günə onun cavabdeh XŞTÜMF-a heç bir borcu qalmamışdır. Uzunmüddətli məhkəmə araşdırması zamani cavabdeh etdiyi hərəkətlərin qanuni əsasları barədə heç bir sübut təqdim etməmişdir. İşin faktiki halına əsasən pensiya təyinində iddiaçının təqsiri müəyyən edilməmişdir, ona görə də, hər-hansı məsuliyyətdən söhbət gedə bilməz. Pensiya təyininə görə pensiya alanın məsuliyyət daşımasına dair mövcud qanunvericilikdə hər hansı norma mövcud deyildir. İddiaçıya pensiyanı ayrı-ayrı təşkilatlar deyil cavabdeh inzibati or qan təyin etmişdir. Əgər məsələ qanun pozuntusu kimi qiymətləndirilirsə və məsuliyyətdən söhbət gedirsə, onda qanun pozuntusuna yol vermiş şəxslər cavabdehlik daşımalıdırlar. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5.1 Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Maddə

39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2 İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5 Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması... 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli zi yana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə q ərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiya sı məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayətləri mümkündür. Şikayətlər vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından iddiaçının və cavabdehin bu məzmunlu dəlilləri əsassızdır. Əlavə olaraq apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Hazırkı mübahisə iddiaçıya iki pensiyanın təyin edilməsində və uzun müddət ödənilməsində tərəflərin təqsirli davranışlarının oynadığı rol və bunun üzərindən tərəflərin hər ikisinin d aşımalı olduğu məsuliyyətin bölüşdürülməsi ilə bağlıdır.

33. Kollegiya nəzərə alır ki, artıq iş üzrə əvvəlki qərarında kassasiya məhkəməsi özünün bununla bağlı mövqeyini kifayət qədər aydın ifadə etməklə bildirmişdir ki, iddiaçıya eyni zamanda iki əmək pensiyasının ödənilməsinin sadəcə iddiaçının deyil, həm də cavabdeh inzibati orqanın təqsirli davranışına bağlı olduğu, müvafiq olaraq pensiya məbləğinin artıq ödənilməsində tərəflərin həmməsuliyyət (birgə məsuliyyət) daşıdıqları nəzərə alınmalıdır. Kassasiya məhkəməsi əvvəlki qərarında onu da qeyd etmişdir ki, iddiaçının etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəs ində bilmədiyinə dair tələbi və «bona fides» prinsipi ilə birgə qiymətləndirilməlidir. 34. “Lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).

35. Qeyd edilənləri nəzərə almaqla kollegiya hesab edir ki, işin halları nəzərə alındıqda yol verilmiş pozuntu ilə bağlı tərəflərin müştərək (birgə) məsuliyyət daşımalı olduqlarına dair apellyasiya məhkəməsinin gəldiyi nəticə haqlı olmuşdur. Həm iddiaçı, həm də cavabdehin təqsirli davranışlara yol verdikləri iş üzrə təsdiq olunur. Pensiyanı təyin edən orqan iki pensiya təyin etmənin yol verilməz olduğunu bilməli idi və özünün icraatını bu halı aşkara çıxaracaq qaydada təşkil etməli idi. Öz növbəsində iddiaçı (xüsusən onun statusu, əvvəllər tutduğu vəzifələr, təhsil və bilik səviyyəsi nəzərə alındıqda) da ona iki pensiya təyin edilməsinin və uzun müddət həmin ödənişləri almasının qanunsuz olduğunu bilməli idi. Odur ki, onların məsuliyyəti artıq ödəmələrin geri qaytarılmasına münasibətdə də bərabər bölüşdürülməlidir. Belə qayda, iddiaçının hüququna tənasübsüz müdaxilə halı yaratmır, eləcə də dövlət orqanları tərəfindən yol verilən səhvin riskinin həm də dövlətin özü tərəfindən daşınmalı olduğuna dair prinsiplə uyğunluq təşkil edir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 noyabr 2023-cü il tarixli, 2-1(103)-1939/2023 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar