Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1158/2019 03.04.2019 ALİ MƏHKƏMƏ IDDIAÇI cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı IDDIAÇI vəkili Vəkil iştirakı ilə İddiаçı IDDIAÇI cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə qarşı “dövlət qeydiyyat nömrəsinin verilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2952/18 saylı 14 dekabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 03.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə müraciət edərək ona müxtəlif hərflərin kombinasiyasından ibarət sonu 999 rəqəmləri ilə qurtaran dövlət nömrə nişanının təhkim edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 11.10.2017-ci il tarixli, 08.11.2017-ci il tarixli, 02.03.2018-ci il tarixli, 16.04.2018-ci il tarixli, 30.05.2018-ci il tarixli məktublarda qeyd etmişdir ki, müxtəlif hərflərin kombinasiyasından ibarət sonu 999 rəqəmləri ilə qurtaran dövlət nömrə nişanı sərfiyyatda olmadığı üçün hal-hazırda sərfiyyatda olan müxtəlif hərflərin kombinasiyasından ibarət 111, 222, 333, 444, 666 və 888 rəqəmli dövlət qeydiyyat nişanlarından bir inin təhkim edilməsi üçün müraciət edilməsi tövsiyə edilir. Bundan sonra iddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müxtəlif hərflərin kombinasiyasından ibarət sonu 999 rəqəmləri ilə qurtaran dövlət nömrə nişanının təhkim edilməsi ilə bağlı cavabdehin üzərinə vəzifə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3499/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçıya müxtəlif hərflərin kombinasiyasından ibarət sonu 999 rəqəmləri ilə qurtaran dövlət nömrə nişanının sərfiyyatda mövcud olacağı təqdirdə ona məxsus avtomobilin üzərinə təhkim olunması ilə bağlı məsələyə yeni dən baxılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3499/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2952/18 saylı 14 dekabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3499/2018 saylı 16 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçının müraciətinə verdiyi cavab imtina kimi qəbul edilməməlidir. Belə ki, cavabdeh məktubunda müxtəlif hərflərin kombinasiyasından ibarət sonu 999 rəqəmləri ilə qurtaran dövlət nömrə nişanının halhazırda sərfiyyatda olmaması əsası ilə iddiaçının müraciətini təmin etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2952/18 saylı 14 dekabr 2018-ci il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı qanunvericilikdə ona verilmiş hüquqlardan istifadə etməklə və 500 manat dövlət rüsumun ödəməklə müxtəlif hərflərin kombinasiyasından ibarət sonu 999 rəqəmləri ilə qurtaran dövlət nömrə nişanının ona məxsus avtomobilə təhkim olunması üçün müraciət etsə də, cavabdeh sonu 999 rəqəmləri ilə qurtaran dövlət nömrə nişanının olmamasını bəhanə edərək onun müraciətini təmin etməkdən imtina etmiş, işə baxan apellyasiya instansiya məhkəməsi isə işin hallarını araşdırmadan iddia tələbini təmin etməkdən imtina etmişdir. Ka ssator Azərbaycan Respublikası Konstitusiyasının 16, 24, 26, 57, 60, 71-ci maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2952/18 saylı 14 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı IDDIAÇI vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2952/18 saylı 14 dekabr 2018-c i il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2952/18 saylı 14 dekabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə müraciət edərək ona müxtəlif hərflərin kombinasiyasından ibarət sonu 999 rəqəmləri ilə qurtaran dövlət nömrə nişanının təhkim edilməsini xahiş etmiş, cavabdeh iddiaçıya ünvanladığı 11.10.2017-ci il tari xli, 08.11.2017-ci il tarixli, 02.03.2018ci il tarixli, 16.04.2018-ci il tarixli, 30.05.2018-ci il tarixli məktublarda bildirmişdir ki, müxtəlif hərflərin kombinasiyasından ibarət sonu 999 rəqəmləri ilə qurtaran dövlət nömrə nişanı sərfiyyatda olmadığı üçün hal-hazırda sərfiyyatda olan müxtəlif hərflərin kombinasiyasından ibarət 111, 222, 333, 444, 666 və 888 rəqəmli dövlət qeydiyyat nişanlarından birinin təhkim edilməsi üçün müraciət edilməsi tövsiyə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 20 dekabr tarixli 345 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”nın 1.2-ci bəndinə əsasən avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydi yyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər. “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanıtərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəz iyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər is tisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi vəfiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Həmin Qanunun 29-cu maddəsinin I hissəsinə əsasən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlard a və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Həmin Qanunun 29-cu maddəsinin II-I hissəsinə əsasən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydi yyat məntəqələrində və digər yerlərdə quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İşin apellyasiya instansiya instansiya məhkəməsi tərəfindən də araşdırılan halları ilə bir daha süb ut olunur ki, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etməmiş, 999 rəqəmli dövlət qeydiyyat nişanı sərfiyyatda olmadığından iddiaçıya müxtəlif hərflərin kombinasiyasından ibarət 111, 222, 333, 444, 666 və 888 rəqəmli dövlət qeydiyyat nişanlarından birinin təhkim edilməsi üçün müraciət edilməsi tövsiyə edilmişdir. İddiaçı isə sərfiyyatda 999 rəqəmli dövlət qeydiyyat nişanı olduğu halda cavabdehin onun müraciətini təmin etməkdən imtina etməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddiaçının tələbi əsaslı hesab edilə bilməz. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsasla ndırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilm ədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiаçı IDDIAÇI kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2952/18 saylı 14 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1158/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1158/2019
03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver