Məhkəmə qərarları › İş №2-1(102)-1158/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1158/2021

07.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1158/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yetkinlik yaşına çatmayan şəxsin sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X3 rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs) “cavabdehin sağlamlıq imkanının məhdudluğunun təyin edilməsindən imtina olunması barədə 18.03.2020-ci il tarixli qərarının ləğv edilməsi və xxxx-cü il tarixdə doğulmuş qızı X1ın sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-51/2021 s aylı, 12 mart 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X1 xxxx-cü il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. 2. 04.11.2019-cu il tarixli 0256003AAJ12 nömrəli və 05.03.2020-ci il tarixli 0256003AAKDN nömrəli göndərişlərdən müəyyən edilir ki, TSEK-ə göndəriş zamanı X1a Uşaq autizmi, Kanner sindromu F84.0 diaqnozu qoyulmuşdur.

3. TSEK-nın cavabından görünür ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: f88 səthi tərtib olunmuşdur. Bu səbəblə də əlillik və ya sağlamlıq imkanının məhdudluğu təyin edilməmişdir.

4. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X3 rayon Mərkəzi Xəstəxanası pub lik hüquqi şəxs 23.07.2020-ci il tarixli məktubunda bildirir ki, Uşaq autizmi, Kanner sindromu F84.0 diaqnozu ağır xəstəliklər qrupuna daxildir və həmin xəstə mütləq şəkildə sağlamlıq imkanları məhdud uşaq hesab olunur.

5. Azərbaycan Respublikası Psixi Sağlamlıq Mərkəzinin 19.11.2018-ci il tarixli və 29.01.2020-ci il tarixli məktublarından görünür ki, X1a Uşaq autizmi, Kanner sindromu F84.0 diaqnozu qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı 13 may 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “cavabdehin sağlamlıq imkanının məhdudluğunun təyin edilməsindən imtina olunması barədə 18.03.2020-ci il tarixli qərarının ləğv edilməsi və xxxx-cü il tarixdə doğulmuş qızı X1ın sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının 12 yanvar 2013-cü il tarixdə Osmanova Jasmin Məhəmməd qızı adında övladı doğulmuşdur. Həmin uşaq anadangəlmə “Uşaq autizmi, Kanner sindromu F84.0” diaqnozu ilə xəstə doğulmuşdur. İddiaçı bu günə qədər uşağı müalicə etdirmişdir. Lakin həmin müalicənin heç bir köməyi olmamışdır. İddiaçı qızını sağlamlıq imkanları məhdud olaraq əlillik dərəcəsi almaq üçün pensiya təyin olunması məqsədi ilə komissiyalardan keçirmişdir. Lakin cavabdeh təşkilat əlillik təyin etməkdən imtina etmişdir. İmtinanın səbəbi kimi cavabdeh orqan qeyd etmişdir ki, “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəs miləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: f88 səthi tərtib olunub xəstənin ixtisaslaşmış müalicəsi və ya rəyi dəqiqləşdirilsin”. İmtinanın səbəbindən görünür ki, dövlət müəssisəsi göndərişi natamam doldurmuş, beləliklə də, xəstə uşağa dövlət qulluqçusu tərəfindən laqeyd yanaşılmışdır. Buradan görünür ki, formal olaraq, formal fərziyyələrdən ibarət imtina verilmişdir.

8. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, X1ın sağlamlıq imkanları məhdudluğu səhiyyə müəssisəsinin göndərişi əsasında 22.11.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişin təhlili göstərdi ki, xəstəlik xxxx-cü il tarixdə, yəni anadangəlmə başlamışdır. Əsas xəstəlik kimi “Uş aq autizmi Kanner sindromu” diaqnozu göstərilmişdir. Göndərişin “funksional pozğunluğu” qrafası və “xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri” qrafası isə səthi yazılıb, diaqnozda qeyd edilən xəstəliyə uyğun gələn spesifik xarakterli ağırlaşmaları əks etdirmir, ümumi məlumat xarakteri daşıyır. Diaqnozun hansı müayinə və ya hansı ixtisaslaşmış tibb müəssisəsi tərəfindən müəyyən edilməsi barədə məlumat qeyd edilməyib. Buna görə də sağlamlıq imkanları məhdudluğunun təyinatının aparılması mümkün olmamış və ətraflı diaqnostik müayinələrin aparılması üçün əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Jasmin Osmanovanın sağlamlıq imkanları məhdudluğu növbəti dəfə səhiyyə müəssisəsinin göndərişi əsasında 18.03.2020-ci il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişdə əvvəlki göndərişdə olduğu kimi funksional pozğunluqlar və ekspertiza üçün əhəmiyyətli xüsusiyyətlər qrafası səthi yazılıb, diaqnozda qeyd edilənlər xəstəliyə uyğun gələn spesifik xarakterli ağırlaşmaları əks etdirmir, ümumi məlumat xarakteri daşıyır. Diaqnozun hansı müayinə və ya hansı ixtisaslaşmış tibb müəssisəsi tərəfindən müəyyən edilməsi barədə məlumat qeyd edilməyib. Buna görə də sağlamlıq imkanları məhdudluğunun təyinatının aparılması mümkün olmamış və ətraflı diaqnostik müayinələrin aparılması üçün əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətl əndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə Əlillik altsistemi üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir. Jasmin Osmanovaya səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun həyat fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmamış, sağlamlıq imkanları məhdudluğunun təyininə əsas verən ağırlaşmalar əsaslandırılmamışdır. Buna görə də sağlamlıq imkanları məhdudluğunu n təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir. İddiaçım övladına əlilliyinin təyinindən imtina edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir.

9. Şəki İnzibati Məhkəməsinin (hakim X2, 2-1(116)-998/2020 saylı iş) 23 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək cavabdehin X1ın sağlamlıq imkanının məhdudluğunun təyin edilməsindən imtina olunması barədə 18.03.2020-ci il tarixli qərarı ləğv edilmiş, cavabdehin üzərinə xxxx-cü il tarixdə doğulmuş X1ın sağlamlıq imkanının məhdudluğunun müəyyən edilməsi öhdəliyi qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, xxxx-cü il təvəllüdlü X1a Uşaq autizmi, Kanner sindromu F84.0 diaqnozu qoyulmuşdur. Bu da onu deməyə əsas verir ki, qanunvericiliyin tələbi baxımından X1ın sağlamlıq imkanı məhduddur. Qanunvericiliyə əsasən göndərişin natamam və yanlış doldurulması əlilliyin və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasından imtina edilməsi üçün əsas deyil. Cavabdeh inzibati orqan qaydada nəzərdə tutulmayan əsaslarla bir neçə dəfə iddiaçının qızına sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir ki, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əməl etməmişdir.

11. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

12. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X1-məruzəçi, X5 və X6, 2-1(107)-51/2021 saylı iş) 12 mart 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

13. İddiaçı qərarın surətini 7 aprel 2021-ci il tarixdə almış, 7 may 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarının ləğv edilməsi və iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə və eləcə də hazırda qüvvədə olan Nazirlər Kabinetinin “6 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasına müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə Əlillik altsistemi üzərindən, qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir.

15. X1ın sağlamlıq imkanları məhdudluğu səhiyyə müəssisəsinin 0256003AAJ12 saylı göndərişi əsasında 22.11.2019-cu il tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişə əsasən xəstəlik xxxx-cü il tarixdə, yəni anadangəlmə ba şlamış, əsas xəstəlik kimi “Uşaq autizmi Kanner sindromu” diaqnozu göstərilmişdir. Göndərişin “funksional pozğunluğu" qrafası və “xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri” qrafası səthi yazılmış, diaqnozda qeyd edilən xəstəliyə uyğun gələn spesifik xarakterli ağırlaşmaları əks etdirməmiş, ümumi məlumat xarakteri daşımış, diaqnozun hansı müayinə və ya hansı ixtisaslaşmış tibb müəssisəsi tərəfindən müəyyən edilməsi barədə məlumat qeyd edilməmişdir. Buna görə də sağlamlıq imkanları məhdudluğunun təyinatının aparılması mümkün olmamış və ətraflı diaqnostik müayinələrin aparılması üçün əsaslı olaraq göndərişin natamam doldurulması barədə qeyd yazılmışdır.

16. Jasmin Osmanovanın sağlamlıq imkanları məhdudluğu növbəti dəfə səhiyyə müəssisəsinin 0256003AAKDN saylı göndərişi əsasında 18.03.2020-ci -9- tarixdə qiymətləndirilmiş və göndərişin natamam doldurulması barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən göndərişdə əvvəlki göndərişdə olduğu kimi funksional pozğunluqlar və ekspertiza üçün əhəmiyyətli xüsusiyyətlər qrafası səthi yazıldığından, diaqnozda qeyd edilənlər xəstəliyə uyğun gələn spesifik xarakterli ağırlaşmaları əks etdirmədiyindən, ümumi məlumat xarakteri daşıdığından, diaqnozun hansı müayinə və ya hansı ixtisaslaşmış tibb müəssisəsi tərəfindən müəyyən edilməsi barədə məlumat qeyd edilmədiyindən sağlamlıq imkanları məhdudluğunun təyinatının aparılması mümkün olmamış və ətraflı diaqnostik müayinələrin aparılması üçün əsaslı olaraq göndərişin natamam doldurulması qeyd olunmuşdur. 17. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən gönd əriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

18. Jasmin Osmanovaya səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun həyat fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi, sağlamlıq imkanları məhdudluğunun təyininə əsas verən ağırlaşmalar əsaslandırılmadığından sağlamlıq imkanları məhdudluğunun təyinatının aparılması mümkün olmamış və əsaslı olaraq göndərişin natamam doldurulması qeyd olunmuşdur.

19. Göndərişin natamam və ya yanlış doldurulması sağlamlıq imkanlar ının məhdudluğunun müəyyən olunmasından imt.na deyil, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparılmaqla bu barədə bildirişin göndərişi rəsmiləşdirmiş komissiyaya göndərilməsi deməkdir. Qeyd olunan natamamlıq aradan qaldırıldıqdan sonra 88 saylı forma təkrar komissiyaya göndərilir, bundan sonra qərar qəbul edilərək qiymətləndirmə prosesi başa çatır.

20. İddianın mümkünlüyünü sübuta yetirmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. Təqdim edilən sənədlərin yetərli olmaması səbəbindən Jasmin Osmanova barəsində sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair yekun qərar qəbul edilmədiyindən hazırki iddia ərizəsi mümkün sayılmamalıdır. İddianın mümkünlüyü şərtlərinin yerinə yetirilməsi yalnız onun inzibati məhkəmə icraatını yolverilən edir, əks təqdirdə məhkəmə tərəfindən mümkün sayılmaması barədə qərardad çıxarılır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir.

23. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və üçüncü şəxs məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur ( İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. (-).

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndər iş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublika sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştir akına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); (-). 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən ed ilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. (-).

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.02.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırı lması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sos ial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”:

1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatd a və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3-cü bənd. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prin siplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4-cü bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqno zları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. (-).

3. Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları 3.1. Uşaqların sağlamlıq imkanlarının məhdudluğu aşağıdakı hallarda müəyyən edilir: (-); 3.1.7. eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərə çarpan pozulmaları ilə və ya davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autizm (F70-F79,F80-F80.9,F84-F84.9,F98.4-F98.9); (-).

29. İnzibati Prosessual Məc əllə: Maddə

12. Sübutların araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair t ələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

30. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

31. Kasasiya şikayətində apely asiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. İşdə olan sənədlərdən görünür ki, iddiaçının qızı J.M.Osmanova xxxx-cü il tarixdə doğulmuş, cavabdehə ünvanlanmış 04.11.2019-cu il tarixli və 05.03.2020-ci il tarixli göndərişlərdə J.M.Osmanovaya “Uşaq autizmi, Kanner sindromu F84.0” di aqnozu qoyulmuşdur. Cavabdeh dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişlərin natamam doldurulduğunu bildirib sağlamlıq imkanının məhdudluğunu müəyyən etməkdən imtina etmişdir.

34. Yuxarıda sadalanan normativ aktların tələbinə görə cavabdeh 10 iş günündən çox olmamaqla ona daxil olmuş göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Göndəriş natamam və ya yanlış doldurulduqda, altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

35. Cavab deh etiraz və şikayətinin dəlili kimi J.M.Osmanova haqqında göndərişin natamam doldurulduğunu bildirmiş, lakin qərarında əlilliyin (sağlamlıq imkanları məhdudluğun) müəyyən edilməsindən imtina etdiyini qeyd etmişdir.

36. Cavabdeh ona daxil olan göndərişin natamam doldurulduğunu bildirsə də, imtinalarında natamamlığın nədə ifadə edilməsini göstərməmişdir.

37. Tərtib edilmə tarixi qeyd edilməyən imtinada, həm də 15 yanvar 2020-ci il tarixli cavabında “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: f88 səthi tərtib olunub xəstənin ixtisaslaşmış müalicəsi və ya rəyi dəqiqləşdirilsin” sözləri yazılmışdır (səh.6, 8).

38. Cavabdeh birinci instansiya məhkəməsinə göndərdiyi 16 iyun 2020-ci il tarixli məktubunda bildirmişdir ki, qiymətləndirməy ə əsas verən 0256003AAJ12 saylı göndərişin təhlili göstərdi ki, xəstəlik xxxx-cü il tarixdə, yəni anadangəlmə başlamışdır. Əsas xəstəlik kimi “Uşaq autizmi Kanner sindromu” diaqnozu göstərilmişdir. Göndərişin “funksional pozğunluğu” qrafası və “xəstəliyin ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri” qrafası isə səthi yazılıb, diaqnozda qeyd edilən xəstəliyə uyğun gələn spesifik xarakterli ağırlaşmaları əks etdirmir, ümumi məlumat xarakteri daşıyır. Diaqnozun hansı müayinə və ya hansı ixtisaslaşmış tibb müəssisəsi tərəfindən müəyyən edilməsi barədə məlumat qeyd edilməyib. Buna görə də sağlamlıq imkanları məhdudluğunun təyinatının aparılması mümkün olmamış və ətraflı diaqnostik müayinələrin aparılması üçün əsaslı olaraq göndərişin natamam doldurulması barədə qərar verilmişdir.

39. Cavabdeh on a göndərilən birinci göndərişlə bağlı imtinasında və ikinci göndərişlə bağlı cavabında məhkəməyə göndərdiyi 16 iyun 2020-ci il tarixli məktubunda göstərdiyi çatışmazlıqları bildirməmişdir.

40. Üçüncü şəxs birinci instansiya məhkəməsinə təqdim etdiyi 4 iyun 2020-ci il tarixli məktubunda iddiaçının qızına “Uşaq autizmi, Kanner sindromu F84.0” diaqnozu qoyduğunu bildirmişdir.

41. İddiaçının qızının “Uşaq autizmi, Kanner sindromu F84.0” diaqnozu ilə xəstə olması və həmin xəstəliyə görə uzun müddət müalicə olunması işdə olan sənədlərlə təsdiq olunur.

42. Azərbaycan Respublikası Psixi Sağlamlıq Mərkəzinin 19.11.2018-ci il tarixli 3626 və 29.01.2020-ci il tarixli 600 nömrəli məktublarında da X1a “Uşaq autizmi, Kanner sindromu F84.0 diaqnozu” qoyulduğu göstərilmişdir.

43. Üçüncü şəxs cavabdehə gön dərdiyi hər iki göstərişdə “Uşaq autizmi, Kanner sindromu F84.0” diaqnozuna istinad etmiş, məhkəməyə təqdim etdiyi məktubunda isə bildirmişdir ki, “Uşaq autizmi, Kanner sindromu F84.0 diaqnozu ağır xəstəliklər qrupuna daxildir və həmin xəstə (iddiaçının qızı) mütləq şəkildə sağlamlıq imkanları məhdud uşaq hesab olunur.

44. Apelyasiya məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 3.1.7-ci bəndinə istinad etmişdir.

45. Əsasnamənin 3.1.7-ci bəndində uşaqların sağlamlıq imkanları məhdudluğunun meyarı kimi autizm (F70-F79, F80-F80.9, F84-F84.9, F98.4-F98.9) göstərilmişdir. 46. 3.1.7-ci bənddə F84-F84.9 koduna, göndəriş və diaqnozda da bu kodlara daxil olan F 84.0 koduna istinad edilmişdir.

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

48. Cavabdeh səhiyyə müəssisəsinin göndərişini hər iki halda natamam doldurulduğunu bildirsə də, səhiyyə müəssisəsinin göndərişləri lazımi qaydada doldurmuş, xəstəliyin funksional pozğunluğu, xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri, həmçinin xəstəliyə görə ambulator müraciətlər və həkim müayinələri ətraflı təsvir edilmiş, nət icədə xəstənin F 84.0 Uşaq autizmi Kanner sindromu diaqnozu qoyulmuşdur.

49. Odur ki, cavabdehin kasasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-51/2021 saylı 12 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar