Məhkəmə qərarları › İş №2-1(102)-1158/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1158/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1158/2022 18.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: (iddianın mümkünlüyü ilə bağlı ətraflı araşdırmanın aparılmaması; subyektiv hüquq). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı2 cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı (3-cü şəxs X7) “qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il t arixli 2-1(103)-127/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvan da yerləşən 1 nömrəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa (********** qeydiyyat nömrəli, 7 sentyabr 2019-cu il qeydiyyat tarixli) əsasən, İddiaçı2 Tariel qızının xüsusi mülkiyyətindədir.

2. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “X1 istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə mülkiyyətinə satılması haqqında” 50 nömrəli, 25 mart 2005-ci il tarixli Qərarına əsasən, ünvan 1, mənzil 69-da yaşayan X1 M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Dağıstanlı küçəsində yaşadığı 57 saylı binanın yaxınlığında yerləşən, daş hasara alara q uzun müddət bağ sahəsi kimi istifadə etdiyi 250 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə mülkiyyətinə verilməsi barədə 5 mart 2005-ci il tarixli ərizəsinə, bələdiyyənin Yerli büdcə və iqtisadiyyat daimi komissiyasının 23 mart 2005-ci il tarixli rəyinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, İ.Dağıstanlı küçəsi 57 saylı binanın yaxınlığında yerləşən 250 kv.m. torpaq sahəsi əlavə edilmiş eskizə uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə X1 mülkiyyətinə verilmişdir.

3. Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 50 nömrəli, 25 mart 2005-ci il tarixli Qərarı əsasında bələdiyyə ilə X7 arasında “Torpaqların alqı-satq ısına dair” Akt bağlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçılar X4 və İddiaçı1 cavabdeh Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı (3-cü şəxs: X7) məhkəməyə müraciət edərək, 25 mart 2005-ci il tarixli, 50 saylı qərarın və alqı-satqı aktının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

5. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, M.Ə.Rəsulzadə qəsəbə bələdiyyəsi ilə 27 may 2004-cü il tarixdə onun yaşadığı binanın 1-ci mərtəbəsində yerləşən mənzilinin arxasında (binanın arxasında) yerləşən 150 kv.m torpaq sahəsi üçün 20 il müddətə olmaqla icarə müqaviləsi bağlayaraq həmin torpağı istifadə edir. X7 binanın arxasında yerləşən ünvan 2, mənzil 3-də qeydiyyatda olmaqla yaşayan İddiaçı1 bağ kimi istifadə etdiyi torpaq sahəsini (4 sota yaxın torpağı) zəbt edərək sonradan mübahisələndirilən qərarın qəbul edilməsinə nail olmuşdur. Ə.Əliyev Binəqədi rayon icra Hakimiyyətinə aid olan torpaq sahəsində çoxlu sayda mişar daşları tökməklə fərdi yaşayış evi tikmək istəyir və bununla əlaqədar 2 metrdən artıq olaraq onların icarəyə götürüb bağ kimi istifadə etdikləri torpağa keçərək zəbt etmişdir. Ə.Əliyev torpağı hasara almaqla binanın zirzəmisinə, telefon qovşağına və digər kommunal xətlərə giriş-çıxışı bağlamışdır. Nəticədə, gələcəkdə yarana biləcək təhlükəli və fövqəladə anlarda müvafiq dövlət qurumlarının həmin binanın zirzəmisinə giriş-çıxışı mümkün olmayacaqdır. Bundan əlavə, üçüncü şəxsin mənzil tikmək istədiyi torpaq Binəqədi rayon İcra Hakimiyyətinə aid olan torpaq sahəsidir və həmin torpaq sahəsi binaya tam yapışıq vəziyyətdədir. Bununla da, ünvan 2 ünvanda yerləşən binada bir çox mənzildə yaşayan ailələrin hüquqları pozulur. 6. 2 noyabr 2020-ci il tarixli məhkəmə iclasında iddiaçı X4 əsl İddiaçı2 ilə əvəz edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)1111/2021 saylı 17 fevral 2021-ci il tarixli qərardadı ilə iddiaçıların “Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən torpağa fərdi yaşayış evinin tikintisinə dair verilmiş xx.xx.2005-ci il tarixli, 50 saylı qərarın etibarsız sayılması barədə qərar qəbul edilməsi”nə dair dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)1111/2021 saylı 10 mart 2021-ci il tarixli qərardadı ilə iddia tələbi İddiaçı1 münasibətdə mümkün sayılmamışdır.

9. Məhkəmə qeyd etmişdir ki, İddiaçı1 cavabde hin qərarını mübahisələndirsə də, həmin qərarın onun maraqlarına toxunmasını əsaslandıra bilməmiş və subyektiv hüququnun mövcudluğunu təsdiq edən hər hansı sübutu məhkəmə təqdim etməmişdir.

10. Birinci instansiya məhkəməsinin keçirdiyi yerində müayinə zamanı (xx.xx.2020ci il tarixdə) müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi İ.Dağıstanlı küçəsi 57 saylı binanın yaxınlığında yerləşən 250 kv.metr torpaq sahəsi hasara alınmış, sağ tərəfdə fərdi yaşayış evi tikilmişdir. Arxa tərəfdə isə doqquz mərtəbəli yaşayış binası mövcuddur. Ərazidə heç bir tikili mövcud deyildir.

11. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, elektron kadastr məlumatlarına əsasən, mübahisələndiril ən torpaq sahəsi 25 mart 2005-ci il tarixə kimi və hal-hazırda da yaşayış məntəqəsinin hüdudları daxilində yerləşməklə dövlət mülkiyyəti torpağıdır.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1111/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “X1 istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə mülkiyyətinə satılması haqqında” 50 nömrəli, 25 mart 2005-ci il tarixli qərarı etibarsız saymışdır.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi İ.Dağıstanlı küçəsi 57 saylı binanın sakini və həmin binada yerləşən mənzilin mülkiyyətçisi olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, bin anın yaxınlığında müvafiq ara məsafəsi gözlənilmədən ayrılmış torpaq sahəsinə dair inzibati aktın mübahisələndirilməsi üçün subyektiv hüququ mövcuddur. Bundan əlavə, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 50 nömrəli, xx.xx.2005-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin həmin qərardan əvvəl və halhazırda dövlət mülkiyyəti kimi göstərilmiş ərazidə yerləşməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Odur ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin mübahisələndirilən qərarı ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edilmiş, yəni həmin torpaq üzərində müvafiq qərar qəbul etmək səlahiyyəti olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlmişdir ki, xx.xx.2005-ci il tarixli, 50 saylı qərar Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələ diyyəsi tərəfindən ona məxsus olmayan torpaq sahəsi barədə qəbul edildiyindən, yəni həmin torpaq sahəsi üzərində Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin müvafiq qərar qəbul etmək səlahiyyəti olmadığından, mübahisələndirilən qərar etibarsız hesab edilməlidir.

14. Cavabdeh və üçüncü şəxs X7 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1111/2021 saylı, 10 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 dekabr 2021-ci il tarixli 2-1(103)-1609/2021 nömrəli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmişdir. 16. “X6 və Ekspertiza Mərkəzi” MMC-nin 10 yanvar 2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən bina ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 25 mart 2005-ci il tarixli, 50 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X3 mülkiyyətinə verilmiş 250 kv.m torpaq sahəsinin ara məsafəsi 2.10 metrdir və ara məsafəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 mart 2014-cü il tarixli, 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”a uyğun deyildir.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli 2-1(103)-127/2022 nömrəli qərarı ilə (hakimlər A.Hüseynov - sədrlik edən və məruzəçi, S.Bəktaşi və A.Hüseyn) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1111/2021 nömrəli, 10 mart 20 21-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, mübahisələndirilən qərar qəbul edilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, yəni ayrılmış torpaq sahəsi əvvəllər (bələdiyyə qərarı qəbul edilənədək) və hal-hazırda dövlət mülkiyyətində olan torpaq sahəsi olması, torpaq sahəsi cavabdeh tərəfindən üçüncü şəxsə ayrılarkən bələdiyyə mülkiyyətində olmaması, həmin torpaq sahəsi ayrılarkən digər daşınmaz əmlaklarla, yəni iddiaçıların mükiyyətçi olduqları mənzillərin yerləşdiyi bina ilə qanunvericilikdə nəzərdə tutulmuş ara məsafəsinin gözlənilməməsi, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən X5 ayrılan torpaq sahəsinin planı və ölçüsünün təsdiq edilməməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, iddiaçının sakini olduğu binanın yaxınlığında müvafiq ara məsafəsi gözlənilmədən ayrılmış torpaq sahəsinə dair inzibati aktın mübahisələndirilməsi üçün subyektiv hüququ mövcuddur.

19. Cavabdeh və 3-cü şəxs X7 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

20. Cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarını n tələbləri pozulmuş və mübahisə üzrə maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, mübahisəli torpaq sahəsinə dair hüquq münasibətləri 2005-ci il tarixdə yaranmışdır, xx.xx.2014-cü il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 72 saylı Qərarı ilə təsdiqlənmiş “Ara məsafəsi barədə müfəssəl Qaydalar”-ın müddəaları həmin münasibətlərə tətbiq oluna bilməz. Bundan əlavə, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, torpaq bələdiyyə mülkiyyətindədir və iddiaçının bina sakini olduğu üçün subyektiv hüququnun mövcudluğu ilə bağlı mövqe əsassızdır. Həmçinin, apellyasiya instansiyası məhkəməsi torpaq sahəsinin dövlət mülkiyyətində olmasına istinad etsə də, dövlət mülkiyyətində olan to rpaq sahəsinə dair fiziki şəxslərin iddia qaldırmaq üçün subyektiv hüquqlarının olmamasını nəzərə almamışdır.

21. Üçüncü şəxs kassasiya şikayətində işin hallarını sadalamış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı2 həmin binanın birinci mərtəbəsində yerləşən 1 saylı mənzildə yaşayır, binanın ətrafındakı torpaq sahəsinin 150 kv.m torpaq sahəsi onun istifadəsindədir. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 27 may 2004-cü il tarixli qərarı ilə 20 il müddətinə onun istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi hasarla digər sahələrdən ayrılmışdır. İddiaçı2 həmin binanın birinci mərtəbəsində yerləşən 1 saylı mənzildə yaşayır, balkonunun altındakı ilkin olaraq müəyyənləşdirilmiş 150 kv. m torpaq sahəsi onun istifadəsindədir. İddiaçı2 istifadəsində olan 1 saylı mənzil ilk olaraq Elmlər Akad emiyasının işçisi X2 məxsus olmuşdur. Sonradan o, həmin mənzili Nazim adlı bir şəxsə, o, isə öz növbəsində hazırkı mülkiyyətçi sakin İddiaçı2 satmışdır. Əvvəlki iki qonşu, eləcə də hazırkı mülkiyyətçi ilə son bir ilə qədər tam razılıq əsasında mübahisələndirilən sahənin ilkin müəyyənləşdirimiş ortaq sərhədi barədə aralarında, heç bir irad olmadığı üçün qoruyucu sədd də olmamışdır. Bundan əlavə, satılmış torpaq Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin mülkiyyətində olan hektarlarla torpaq sahələrindəki mülklərlə əhatə olunmuş bir sahədir. Bələdiyyənin həmin torpaq sahəsi üzərində sərəncam vermək hüququnun mövcudluğundan İddiaçı2 da məlumatlıdır. Belə ki, o, da Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi ilə bağlanmış 2004-cü il tarixli müqavilə ilə həmin ərazidə yerləşən 125 kv.m torpaq sahəsini 20 il müddətinə icarəyə götürmüşdür.

22. Həmçinin, mübahisəli torpaq sahəsinə dair hüquq münasibətləri 2006-cı il tarixdə yaranmışdır, ona görə də hazırkı mübahisə üzrə həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

35. İddianın mümkünlü yü 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəm ə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə kassasiya icraatı mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.

28. Hazırkı iş üzrə iddiaçı Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin “X1 istifadəsində olan torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alqı - satqı yolu ilə mülkiyyətinə satılması haqqında” 50 nömrəli, 25 mart 2005-ci il tarixli Qərarının etibarlılığını mübahisələndirir.

29. İddiaçı hazırkı iddiasını onunla əsaslandırır ki, mübahisəli torpaq sahəsi onun mənzilinin yerləşdiyi binan ın yaxınlığındadır və üçüncü şəxs torpağı hasara almaqla binanın zirzəmisinə, telefon qovşağına və digər kommunal xətlərə giriş-çıxışı bağlamışdır. Nəticədə, gələcəkdə yarana biləcək təhlükəli və fövqəladə anlarda müvafiq dövlət qurumlarının həmin binanın zirzəmisinə giriş-çıxışı mümkün olmayacaqdır. Bundan əlavə, iddiaçı bildirir ki, torpaq Binəqədi rayon İcra Hakimiyyətinə aid olan torpaq sahəsidir, yəni dövlət mülkiyyətindədir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə mahiyyəti üzrə qiymət verərək iddia tələbini təmin etsə də, iddianın mümkünlük şərtlərinin yoxlanılması tələblərinə əməl etməmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur.

31. Belə ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yal nız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

32. Subyektiv mənada iddia vermək hüququ da bir tərəfdən şəxsin hüququnun pozulub-pozulmamasını, digər tərəfdən iddia vermək hüququna malik olub-olmamasını özündə ehtiva edir.

33. İnzibati aktın qəbul edilməsi ilə, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqa malik olan fiziki şəxs (fiziki şəxslər), hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqq ında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər.

34. Başqa sözlə, iddiaçı iddia irəli sürmək üçün ilk növbədə inzibati orqanın qərarı nəticəsində onların hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

35. Hazırkı işin halları baxımından iddiaçının subyektiv hüququn sahibi kimi qəbul ediməsi üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən qanunsuz inzibati akt qəbul edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur.

36. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçılar ümumi (publik) maraqları müdafiə etmək üçün iddia qaldırmaq hüququna malik deyillər. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini bu hi ssədə əsaslı hesab edir. Belə ki, publik maraqları müdafiə etmək torpaqların qanunauyğun ayrılmasına nəzarət etməkdə səlahiyyətli olan müvafiq dövlət orqanlarına məxsusdur ki, məhz həmin orqanlar bu maraqları müdafiə edə bilər. Publik maraqları qorumağa yönəlmiş hər hansı normaya əməl edilmədiyi halda da, bunu yoxlayıb müvafiq tədbirlər görmək yenə də səlahiyyətli dövlət orqanlarına məxsus hüquqdur.

37. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpaq sahəsinin yaxınlığında yerləşən binada mənzilinin olması hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun mövcudluğu nəticəsinə gəlmək üçün kifayət deyil. Belə ki, işə baxan aşağı instansiya məhkəmələri yalnız iddiaçının binanın sakini olması aspektindən çıxış edərək subyektiv hü ququnun mövcudluğu nəticəsinə gəlmişlər.

38. Halbuki, iddiaçının binanın sakini olması ilə yanaşı, hazırkı iş üzrə həm də, ayrılmış torpaq sahəsinin onun maraqlarına bilavasitə toxunduğu iş üzrə sübuta yetirilməlidir.

39. Doğrudur, iddiaçının dəlillərindən belə aydın olur ki, iddiaçı, üçüncü şəxs torpağı hasara almaqla binanın zirzəmisinə, telefon qovşağına və digər kommunal xətlərə girişçıxışı bağlaması, gələcəkdə yarana biləcək təhlükəli və fövqəladə anlarda müvafiq dövlət qurumlarının həmin binanın zirzəmisinə giriş-çıxışının mümkün olmayacağına əsaslanır. Başqa sözlə, ayrılan torpaq sahəsinin onun maraqlarına necə toxunması ilə bağlı müəyyən dəlillər irəli sürür.

40. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi həmin dəlillər üzrə ətraflı araşdırma aparmamış, həmin torpaq sahəsinin ayrılmasının iddiaçının bina sakini kimi hüquqlarından və mənzildən sərbəst istifadə etməsinə maneəçilik törədib-törətməməsini, fövqəladə anlarda müvafiq dövlət qurumlarının həmin binanın zirzəmisinə giriş-çıxışının mümkün olub-olmamasını, binaya sərbəst giriş-çıxışa (piyada və avtomobillə) maneənin mövcudluğunu qiymətləndirməmiş, nəticədə İPM-nin 12.1-ci maddəsinin tələblərini pozmuşdur.

41. Ona görə də, kassasiya şikayətləri qismən təmin edilməli, iş üzrə apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

42. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin yuxarıda qeyd edilən hüquqi mövqeyini nəzərə almaqla işin hallarını araşdırmalı və qiymətləndirməlidir.

43. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin və üçüncü şəxsin kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 mart 2022-ci il tarixli 21(103)-127/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayətləri qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar