Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1159/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Komitəsinəqarşı iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət QƏRAR (iş № 2-1(102)-1159/2019) Bakı şəhəri xxxx 2019-cu il GİRİŞ HİSSƏ Hakimlər: Dadaşov İlqar Ağababaş oğlu (sədrlik edən və məruzəçi hakim), Bədəlov Kəmaləddin Nurəddin oğlu, X1 ibarət tərkibdə, İ.Muradovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı qeydiyyatın etibarsız sayılması tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2041/2018 saylı qərardadından İddi açı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, mübahisə predmetini təşkil edən ünvan 1 ünvanda yerləşən ev zirzəmisi olan hissəsinin üzərində olan oyma yazısına görə 1886-cı ildə inşa edildiyini, arvadı Rühəngiz Zeynalova ilə 3 otaqlı mənzildə iç içə olan 24 kv.m. sahəsi olan 2 otağında kirayəçi kimi yaşadığını, evin kirayəçisinin İddiaçı olduğunu, Oktyabr rayon XDS-nin İK-nin xxxx 1988-ci il tarixli, ***** saylı qərarı ilə həmin mənzilin X1 istifadəsində olan 23 kv.m. sahəsi olan 3-cü otağı boşaldıqdan sonra, həmin otağın İddiaçıya verildiyini və onun sahəsi 47.0 kv.m. olan 3 otaqlı mənzilin kirayəçisi olduğunu, Oktyabr rayon XDS-nin İK-nin xxxx 1990-cı il tarixli, 1/2 saylı qərarı ilə arvadı İddiaçı ilə ayrıldıqları üçün sahəsi 47.0 kv.m. olan 3 otaqlı mənzilin aralarında bölüşdürüldüyünü, mənzildə iç-içə olan 24 kv.m. sahəsi olan 2 otağın onun, 23 kv.m. sahəsi olan 3-cü otaqın X1 və uşaqların istifadəsinə verildiyini, Oktyabr rayon XDS-nin İK-nin xxxx 1991-ci il tarixli, 10/5 saylı qərarı ilə evin sol hissəsində yerləşən 30 kvadratmetrlik sahənin yardımçı sahə kimi ona ayrıldığını, Yasamal rayon İcra Hakimiyyətinin xxxx 1992-ci il tarixli **** saylı sərəncamı ilə ona evin sağ hissəsində yerləşən yaşayış sahəsi 24 kv.m. və ümumi sahəsi 46,57 kv.m. iç-içə olan 2 otaqlı mənzilə əlavə olaraq evin sol hissəsində ayrılmış 30 kv.m.lik y ardımçı sahəyə əlavə olaraq Serqey Baqdasarov tərəfindən boşaldılmış 21,5 kv.m. sahə və X1 tərəfindən boşaldılmış 10 kv.m. sahə, ümumilikdə 31,5 kv.m. də yardımçı sahə kimi ayrıldığını, eyni sərəncamla ümumi sahəsi 46,57 kv.m. olan 2 iç-içə otaqlı mənzilin, 30 kv.m. və 31.5 kv.m yardımçı sahələrin əvəzsiz mülkiyyətinə verildiyini və İcra Hakimiyyətinin balansından silindiyini, Bakı şəhəri, Vidadi küçəsi 94 saylı binada ona aid sahədən 84,10 kv.m-lik hissəsinin 1910-cu ildə inşa edildiyini və istifadəsiz olan dövlət əmlakı kimi xxxx 2007-ci ildə Dövlət Reqistrində (922 kod, ***-*******1 nömrə ilə) qeydə alınmasının qanunsuz olduğunu bildirərək, Bakı şəhəri Vidadi küçəsi 94 nömrəli binanın 84,10 kv.m-lik hissəsinin 1910-cu ildə inşa edilmiş və istifadəsiz olan dövlət əmlakı kimi 18.12.2007-c i ildə dövlət reyestrində (922 kod ***-*******1) aparılmış qeydiyyatın etibarsız sayılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli, 2-1(81)-2606/2018 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim – E.Q.Məmmədov). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2041/2018 saylı qərardadı ilə (sədrlik edən V.M.Məmmədov, hakimlər S.S.Seyidova və S.F.Hacıyev) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xxxx 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayəti verərək məhkəmə qərardadının ləğv edilməsi, iddianın müm kün sayılaraq, işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozuntusuna yol verilmiş, Yasamal rayon məhkəməsinin xxxx 2011-ci il tarixli qətnaməsi bütünlüklə qanuni qüvvəsini almamış, belə ki, xxxx 2014-cü ildə Bakı Apellyasiya Məhkəməsi bu qətnamənin iddiaçının cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri Vidadi küçəsi 94 saylı binada 84,10 kv.m.-lik hissəsinin 1910-cu ildə inşa edilmiş və istifadəsiz olan dövlət əmlakı kimi xxxx 2007-ci ildə dövlət reyestrində (922 kod, ** *-*******1 nömrə ilə) aparılmış qeydiyyatın etibarsız sayılması və əmlakın balansdan silinməsi tələbinə dair hissəsini ləğv edib, həmin iddialar üzrə icraata xitam vermiş, məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, qeyd edilən mübahisələr inzibati məhkəmələrin aidiyyətınə daxildir, bundan başqa xxxx 2014-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsi Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Bakı Apellyasiya Məhkəməsinin xxxx 2014-jü il tarixli qərardadından verdiyi kassasiya şikayətini təmin etməmiş, həmçinin iddiaçının subyektiv hüququnun olmamasına gəldikdə, əvvəl qanuni qüvvəsini almış qətnamələrdə qeyd olunan qeyri-yaşayış sahəsinin iddiaçıdan alınıb dövlətə qaytarılmasına əsas kimi həmin əmlakın xxxx 2007-ci ildə dövlət reyestrində (922 kod, **********1 nömrə ilə) aparılmış qeydiyyata əsasən dövlət mülkiyyətində olması göstərilmiş, lakin iddiaçının həmin qeydiyyatın mübahisələndirilməsi barədə tələbinə işin inzibati məhkəmədə baxılmalı olduğu üçün baxılmamış, hazırda iddiaçı həmin əmlakın dövlət mülkiyyətinə qəbul edilməsi barədə dövlət reyestrində aparılan qeydiyyatı inzibati məhkəmədə mübahisələndirir, məhkəmənin istinad etdiyi iddiaçıdan qeyri-yaşayış sahəsinin alınaraq dövlət mülkiyyətinə qaytarılması barədə qanuni qüvvəsini almış qətnamələr onu bu iddianı qaldırmaq kimi subyektiv hüquqdan məhrum etmir, əksinə ona əvvəlki, onun maraqlarının əleyhinə qəbul edilmiş qətnamələrin əsasını təşkil edən reyestr qeydiyyatını mübahisələndirmək üçün subyektiv hüquq tanıyır, məhz həmin qeyri-yaşayış sahəsi barədə reyestr qeydiyyatı, daha sonra iddiaçının h əmin sahəyə hüququnun itirilməsi səbəb olmuş, bu səbəbdən məhkəmə baş vermiş faktların səbəb və nəticə əlaqələri barədə yanlışlığa yol vermiş, sonradan iddiaçının maraqlarının ziddinə baş vermiş faktlar iddiaçını o faktların səbəblərini mübahisələndirməkdən məhrum etməməlidir. Tərəflərin izahatları İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiklərini nəzərə alaraq işə kassasiya şikayətinin dəlilləri əsasında onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. İş materiallarını hərtərəfli, tam və obyektiv surətdə araşdıraraq, məruzəçini dinləyərək, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2041/2018 sayl ı qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Yasamal rayon məhkəməsinin 2(004)-180/2011 nömrəli, xxxx 2011-ci il tarixli qətnaməsi ilə mübahisəli qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən X2 icarəyə verilməsinə dair xxxx 2008-ci il tarixli, 7789 nömrəli icarə müqaviləsinin və dövlət əmlakının Registrindən çıxarışın etibarsız hesab edilməsi barədə iddiaçının cavabdehə və digər şəxslərə qarşı iddiası rədd edilmiş, eyni qətnamə ilə cavabdehin iddiaçıya qarşı qarşılıqlı iddiası təmin edilərək, qeyd edilən qeyri-yaşayış sahəsinin İddiaçı qanunsuz sahibliyindən alınaraq dövlətə qaytarılması qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-994/2016 saylı, xxxx 2016-cı tarixli qətnaməsi ilə Yasamal ra yon məhkəməsinin qətnaməsi qeyd edilən hissədə qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xxxx 2017-ci il tarixli, 2(102)-1025/2017 qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xxxx 2016-cı tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsi iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının qanunsuz sahibliyindən alınaraq dövlətə qaytarılması qət edildiyindən, o, hazırda həmin daşınmaz əmlakla bağlı hər hansı hüquqa malik deyildir, beləliklə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt iddianın qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olmamış, onun cavabdehə qarşı indiki mərhələdə hazırkı tələbə dair müdafiə və tələb hüququ yaranmamış, mümkünlük şərtləri yerinə yetirilməyən iddia birinci instansiya məhkəməsinə təqdim olunan və qərardad qəbul edilən anda mümkün olmamışdır. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti və zifəsinə görə yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xxxx 2008-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdı r ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda id dia mümkün sayılmamalıdır (8.5). Məhkəmələr iş materiallarına istinad etməklə iddianın mümkün sayılmaması barədə qanuni nəticəyə gəlmişlər və işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hazırki iddianın Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermədiyini, qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının qanunsuz sahibliyindən alınaraq dövlətə qaytarılması qət edildiyindən, İddiaçı hazırda həmin daşınmaz əmlakla bağlı hər hansı hüquqa, həmçinin məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olmadığını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xxxx 20 07-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xxxx 2008-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xxxx 2015-ci il tarixli, 5 nömrəli qərarlarında vurğulanmış hüquqi mövqeləri nəzərə alaraq kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə prosessual hüquq normalarına uyğundur, işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara prosessual hüquq norm aları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmiş, kassasiya şikayətinin dəlilləri isə əsassız olduğundan şikayət təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2041/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin İPM-nin 91, 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xxxx 2018-ci il tarixli, 2-1(103)-2041/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin olunmasın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1159/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1159/2019
01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver