Məhkəmə qərarları › İş №2-1(102)-1159/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1159/2020

14.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1159/2020 14.04.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh X2 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr; daşınmaz əmlakın dövlət reyestrində mənzilə dair mülkiyyət hüququnun qeydiyyatında düzəliş edilərək, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh X2 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilə çıxarışın verilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxx 2019-cu il tarixli 2-1(103)-1599/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxx 2020-ci il tarixdə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh X2 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 1 ünvanında olan binanın 2-ci mərtəbəsinə yerləşən ona məxsus mənzilə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2013-cü il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, aa yaşayış evinin satıcıya məxsus olan hissədən “A” tikilisinin 2-ci mərtəbədəki sahəsi 98.kv.m olan mənzili almışdır. Lakin ona verilmiş RX seriyalı, ******* nömrəli çıxarışda ona məxsus 2-ci mərtəbədə olan mənzilin göstəriciləri əvəzinə, digər mənzillərlə birlikdə bütün binanın göstəriciləri qeyd olunmuşdur. İddiaçı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə çıxarışın verilməsi üçün müraciət etmiş, lakin aldığı **********9 saylı, xx.xx.2018-ci il tarixli cavab məktubunda konstruktiv cəhətdən vahid olan binanın iki əsas tikiliyə bölünməsinin mümkün olmadığından bölgünün aparılmasının məqsədəmüvafiq olmadığı göstərilmişdir. İddiaçı qeyd edir ki, onun istifadəsində olan mənzil binada olan digər mənzillərdən təcr id olunmuş mənzildir. Bununla yanaşı, ərizəsində vahid binanın iki tikiliyə bölünməsini deyil, sadəcə olaraq sənəd üzərində müvafiq dəyişiklik edilərək onun mənzilinə dair ayrıca çıxarışın verilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, DƏDRX-nin ünvan 2 ünvanı ilə bağlı xx.xx.2017-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 237 nömrəli reyestr kitabının xxx nömrəli vərəqində aparılmış qeydiyyatda düzəliş edilərək, xx.xx.2013-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli evin alqısatqı müqaviləsinə uyğun olaraq İddiaçı adına ayrıca çıxarışın verilməsi vəzifəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-300/2019 nömrəli (sədrlik edən hakim X.İmanov) qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası X2 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 2 ünvanı ilə bağlı xx.xx.2017-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 237 nömrəli reyestr kitabının xxx nömrəli vərəqində aparılmış qeydiyyatda düzəliş edilərək, xx.xx.2013-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli evin alqı-satqı müqaviləsinə uyğun olaraq İddiaçı adına ayrıca çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası X2 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2 019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmaması barədə qərardadınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli,2-1(103)-1599/19 nömrəli (hakimlər A.Nuriyeva - sədrlik edən və məruzəçi, V.Ağayev və C.Yusifov) qərarı ilə cavabdeh Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)300/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Komitəsi yanınd a Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilə çıxarışın verilməsi barədə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,o, xx xxxxxx 2013-cü il tarixdə notariat qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Neapol küçəsində yerləşən aaa yaşayış evinin satıcıya məxsus olan hissədən «A» tikilisinin 2-cı mərtəbədəki sahəsi 98 kvadrat metr olan mənzili almışdır. Lakin ona verilmiş çıxarışda mənzilin göstəriciləri əvəzinə, bütün binanın göstəriciləri qeyd olunmuşdur. Həmin mənzilinə ayrı çıxarışı almaqdan ötrü o, 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavab almışdır ki, konstruktiv cəhətdən vahid olan binanın iki əsas tikiliyə bölünməsini n mümkün olmadığından bölgünün aparılmasının məqsədəmüvafıq olmadığı göstərmişdilər. Yaşadığı mənzil binada olan digər mənzillərdən təcrid olunmuş mənzildir. Həmin mənzilə qarşı bütün kommunal xidmətlərin idarələri ilə ayrıca müqavilələr bağlamışdır və hər ay ayrıca işıq, qaz, su və digər kommunal xidmətlərə görə ayrı qaydada pul ödəyir. İş materiallarında olan DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportuna əsasən, binanın hər mərtəbəsində ayrıca girişi və bütün kommunal şəraiti olan bir-birindən təcrid edilmiş mənzillər yerləşir. Bu fakt məhkəməyə təqdim olunmuş foto və video materiallarla sübut olunur. Ondan da artıq, o, məhkəməyə müraciət edərkən çıxarış verilməsini istəməmişdir, istifadəsində və mülkiyyətində olan mənzilə qarşı ayrı çıxarışın verilməsini x ahiş etmişdir. Hal-hazırda da onun çıxarışı var. Cavabdehin imtina məktubu əsassızdır. ünvan 3 ünvanında olan bina tam şəkildə bir nəfərin mülkiyyətində olmuş, mülkiyyətçi həmin binanın hər mərtəbəsində ayrıca girişi olan və biri-birindən təcrid edilmiş mənzilləri alqı-satqı müqaviləsi əsasında ayrı-ayrı vətəndaşlara satılmışdır. Baxmayaraq bütün mənzilləri bir çıxarışda pay kimi göstərilib, faktiki olaraq binanın hər mənzili ayrı mənzildir və onun fikriylə hər mənzilə qarşı ayrı çıxarış verilməlidir. Bu faktla bütün binada yaşayan qonşular da razıdırlar. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1599/2019 saylı qərarını ləğv edib iddianın təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini xahiş etmi şdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. Bu müddəa əsas götürülərək məhkəmə kollegiyası tərəfindən tərəflərə İPM-in 16.2-ci maddəsinə müvafiq olaraq şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılacağı barədə təklif göndərilərək işə yazılı icraat qaydasında baxılacağı bildirilmiş, xx xxxxx 2020-ci il tarixədək rəsmi olaraq Ali Məhkəmənin İnzibati Kollegiyasına bu barədə etiraz daxil olmamışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1599/2019 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)-300/2019 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mənzilə çıxarışın verilməsi barədə iddia tələbinin rədd edilməsi qənaətinə gələrkən Mülki Məcəllənin 220.1, 220.2, 220.3, 220.6, 221-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 1.0.1, 9.1.3, 11.1, 16, 23-cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 82-ci maddəsinə əsaslanmışdır. Məhkəmə kollegiyası ilk öncə iddiaçının iddiasının mahiyyətini xatırlatmağı zəruri hesab edir. Belə ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 6 ünvanında olan binanın 2-ci mərtəbəsində yerləşən iddiaçıya məxsus mənzilə dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən ünvan 6 ünvanı ilə bağlı xx xxxx 2017-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 237 nömrəli reyestr kitabının xxx nömrəli vərəqində aparılmış qeydiyyatda düzəliş edilərək, xx xxxxxx 2013-cü il tarixli, AN-l seriyalı, ******* nömrəli evin alqı-satqı müq aviləsinə uyğun olaraq İddiaçı adına ayrıca çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmiş, dəyişdirilmiş iddia icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2013-cü il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində olan aaa yaşayış evinin satıcıya məxsus olan hissədən «A» tikilisinin 2-ci mərtəbədəki sahəsi 98 kvadrat metr olan mənzili almışdır. Lakin ona verilmiş RX seriyalı, ******* nömrəli çıxarışda ona məxsus 2-ci mərtəbədə olan mənzilin göstəriciləri əvəzinə, digər mənzillərlə birlikdə bütün binanın göstəriciləri qeyd olunmuşdur. İddiaçı DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə çıxarışın verilməsi üçün müraciət etm iş, lakin aldığı xx xxxxxx 2018-ci il tarixli, **********9 saylı cavab məktubunda konstruktiv cəhətdən vahid olan binanın iki əsas tikiliyə bölünməsinin mümkün olmadığından bölgünün aparılmasının məqsədəmüvafiq olmadığı göstərilmişdir. İddiaçının istifadəsində olan mənzil binada olan digər mənzillərdən təcrid olunmuş mənzildir. Qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı iş üzrə müəyyən edilmişdir ki, xx xxxxxx 2013-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli evin alqısatqı müqaviləsinə əsasən müqavilə üzrə satıcı – ünvan 4 ünvanında yaşayan X1 ilə alıcı ünvan xxx yaşayan İddiaçı arasında Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxx 2013-cü il tarixli, ********** nömrəli çıxarışa görə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsində istifadədə olan 0,01914 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 785 kvadrat metr, yaşayış sahəsi 497 kvadrat metr, yardımçı sahəsi 306 kvadrat metr olan 27 (iyirmi yeddi) otaqlı, aaa fərdi yaşayış evinin ona məxsus olan qalan hissədən «A» tikilisinin 2-ci mərtəbədə ümumi sahəsi 98 kvadrat metr olan hissənin alıcının mülkiyyətinə verilməsi razılaşdırılmışdır. Həmçinin, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası X2 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ünvan 6 fərdi yaşayış evi kimi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət qeydiyyatına alınmış, daşınmaz əmlakın ümumi sahəsi 1188,44 kvadrat metr göst ərilmiş və həmin evdən mənzil almış şəxslərin adları qeyd edilmişdir. Beləliklə, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəsi, xx xxxx 2017-ci il tarixli dövlət reyestrindən çıxarışa əsasən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 1188,44 kvadrat metr olan fərdi yaşayış evi (yerləşdiyi 0,01914 kvadrat metr torpaq sahəsi üzərində mülkiyyət növü - dövlət, hüququn növü - istifadə) payı mülkiyyətində olmaqla 14 nəfərin, o cümlədən özünün də adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Paylı mülkiyyətdə olan fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelya siya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən maddi hüquq normalarını düzgün olaraq tətbiq etmişdir. Belə ki, Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası K onstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətində olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ü mumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsinin təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Eyni zamanda, məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə müvafiq olaraq əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli, 553 nömrəli fərmanı ilə təsdiq edilmiş «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsviri»nin 2.7-ci bəndinə görə daşınmaz əm lak ümumi mülkiyyətdə olduğu halda, çıxarış hər bir mülkiyyətçiyə təqdim olunur. Bütün yuxarıda göstərilənlərə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslı olduğundan kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.8-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(103)-1599/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar