Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1159/2021 07.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinə hüququn qeydə alınması, çıxarışın verilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Məmmədli Bəhram Məmməd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “Oğuz rayon Padar kəndində yerləşən 0,39 ha torpaq sahəsinin re yestrdə qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)84/2021 saylı, 19 mart 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Aqrar İslahat Komissiyasının 02.02.1998-ci il tarixli qərarı ilə 0.12 ha torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. 2. 1999-cu il tarixli Oğuz rayonu Padar kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, iddiaçıya 0.12 ha torpaq sahəsi ayrılmışdır.
3. İddiaçı istifadəsində olan 0,51 ha torpaq sahəsinə çıxarış verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya ünvanladığı 24 iyul 2020-ci il tarixli məktubla bildirmişdir ki, qeyd olunan 0,51 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədən qeydiyyata alınması mümkün deyil. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 10 avqust 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Oğuz rayon Padar kəndində yerləşən 0,39 ha torpaq sahəsinin reyestrdə qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Oğuz rayon AİK-nın 02.02.1998-ci il tarixli 61 nömrəli qərarına ə sasən iddiaçıya Oğuz rayonu Padar kəndində 0,51 ha torpaq sahəsi ayrılıb verilmişdir. Həmin vaxtdan bu torpaq sahəsi istifadəsində və sahibliyindədir. Ona bu torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Ancaq həmin sənəd verilərkən torpaq sahəsinin ölçüləri 0,12 ha olaraq göstərilmişdir. O, cavabdehə müraciət etmişdir ki, şəhadətnamədə torpaq sahəsinin ölçüləri səhv göstərilmişdir. X9 Komissiyasının qərarı ilə verilmiş 0,51 ha torpaq sahəsinin reyestrdə qeydə alınaraq adına çıxarış verilməlidir. Lakin həmin idarə tələbindən imtina etmişdir. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən istifadəsində və sahibliyində olan qərarla ona verilən 0,51 ha torpaq sahəsinə hüquqlarını daşınmaz əmlakın dövlət reyestri tərəfindən qeydə alınaraq adına çıxarış verilməli idi.
6. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, iddiaçı torpaq sahəsinin 0.39 ha hissəsinə dair qeydiyyat üçün əsas olan hüquqmüəyyənedici sənəd təqdim etməmiş və bu səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Torpaq sahəsinin faktiki istifadəçisi iddiaçı və ailə üzvləridir. Torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına aiddir. Faktiki istifadədə olan torpaq sahəsi 0.6087 hektar təşkil edir. Torpaq sahəsinin 0.12 ha hissəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırlanmışdır.
7. Şəki İnzibati Məhkəməsinin (hakim X3, 2-1(116)-1272/2020 saylı iş) 27 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Oğuz rayon Padar kəndində yerləşən 0,51 ha torpaq sahəsinin 0,39 ha olan hissəsinə dair işin materiallarına hər hansı sənəd əlavə etməmiş, həmçinin məhkəmə araşdırması zamanı da aşkar olunmamışdır. Əksinə iddiaçıya islahat zamanı qanuni istifadəsində olan 0.12 ha torpaq sahəsinə şəhadətnamə verilmiş, yerdə qalan 0.39 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsindən iddiaçının istifadə etməsi onun qeyd olunan torpaq sahəsinə mülkiyyət hüququ əldə etməsinə əsas vermir. Aqrar islahatı zamanı iddiaçıya həyətyanı torpaq sahəsi verilmiş və adına mülkiyyət sənədi tərtib edilmişdir. 0,39 ha torpaq sahəsi üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğ un olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir.
9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X2-məruzəçi, X6 və X1, 2-1(107)-84/2021 saylı iş) 19 mart 2021-ci il tarixli qərarla iddiaçının apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
11. İddiaçı qərarın surətini 5 aprel 2021-ci il tarixdə a lmış, 7 may 2021-ci il tarixdə kassasiya şikayəti verərək qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
12. Aqrar İslahat Komissiyasının qərarı ilə 0,51 ha həyətyanı torpaq sahəsi ayrılıb iddiaçıya verilmişdir. Hazırda qeyd edilən 0.51 ha torpaq sahəsi tamamilə iddiaçının istifadəsindədir. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanıb verilərkən 0,51 ha torpaq sahəsinin 0,12 ha hissəsinə sənəd verilmiş, qalan 0.39 ha hissəsinə sənəd verilməmişdir. İddia ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi təsərrüfatbaşına kitabdan çıxarışda qeyd edilən torp aq sahəsi göstərilsə də, məhkəmə həmin sənədi ilkin hüquqmüəyyənedici sənəd kimi qəbul etməmiş, qəbul edilmiş məhkəmə qərarlarında buna dair hər hansı bir qeyd edilməmiş, bu fakta qiymət verilməmişdir.
13. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamədə təsbit olunmuşdur ki, torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Qanun tövsiyəsindən görünür ki, islahat aparılan zaman vətəndaşların qanuni istifadəsində olan torpaq sahəsi on ların əvəzsiz olaraq mülkiyyətlərinə verilir. İddiaçıya verilən torpaq sahəsi kolxozun qərarı ilə verilmiş, kolxoz vaxtından həmin torpaq sahəsindən istifadə etmişdir. Mərhum Prezidentimizin islahatla bağlı imzaladığı Fərman əsasında sözügedən torpaq sahəsi həyətyanı torpaq sahəsi kimi onun mülkiyyətimə verilib. 14. 1970-ci ildə qəbul edilmiş Azərbaycan SSR-in Torpaq Məcəlləsinin 16-cı və 92-ci maddələrinin mənasına görə, kolxoz, sovxoz və digər müəssisələr tərəfindən onların qanuni istifadəsində olan torpaq sahələri həmin müəssisədə işləyən və ya onun ərazisində yaşayan vətəndaşların istifadəsinə verilə bilər. Kolxoz torpaqlarının ayrılması kolxoz üzvlərinin ümumi yığıncağının qərarı ilə həyata keçirilir. Torpaq sahəsinin ayrılması torpaq sahəsinin sərhədlərinin naturada (yerində) müəyy ən edilməsi, digər sahələrdən mərzlərlə və digər fərqləndirici nişanlarla ayrılmasını özündə cəmləşdirir (maddə 24). 15. “Torpaq islahatı haqqında” Qanunun 9-cu və 10-cu maddələrinin və “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 5-ci bəndinin tələblərinə əsasən iddiaçı, gözlənilən mülkiyyət hüququna malikdir və mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İşə baxılmasının vaxtı və yeri haqqında lazı mi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 18. “Torpaq islahatı haqqında” Qanun: Maddə
9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onlar ın mülkiyyətinə verilir. Maddə
10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-). Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. 19. 19 fevral 2016-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəy yən edir: 1.Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. (-). 20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə
4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. (-). Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün ə saslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-); 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqla rı təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; (-). Maddə
11. Hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. (-).
21. İnzibati Prosessual Məcəllə: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə
48. Məhkəmənin və proses iştirakçıla rının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. (-). Maddə
58. Sübutların araşdırılması qaydası Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətlə ndirilir (58.7-ci maddə). Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayə tin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
22. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməs i üçün əsas yoxdur.
25. İddiaçının mülkiyyətində 0,12 ha həyətyanı torpaq sahəsi vardır. 0,12 ha torpaq Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında iddiaçıya məxsusdur. Torpaq sahəsi iddiaçıya Oğuz rayon Aqrar İslahat Komissiyasının 2 fevral 1998-ci il tarixli 61 nömrəli qərarı ilə verilmişdir.
26. İddiaçı hesab edir ki, əlavə olaraq qanuni istifadəsində 0,39 ha torpaq sahəsi vardır. 0,12 ha torpaq sahəsi ilə birlikdə cəmi 0,51 ha torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır.
27. Cavabdehin dəlillərinə görə torpaq sahəsinin 0,39 ha hissəsinə hüququn dövlət qeydiyyatına alınması üçün qanuni əsas olmamışdır.
28. Oğuz rayon İcra Hakimiyyəti başçısının Padar kənd icra nümayəndəsinin təsdiq etdiyi siyahıdan görünür ki, iddiaçının həyətyanı torpaq sahəsi 0,12 ha, faktiki və ümumi torpaq sahəsi 0,5110 ha qeyd olunmuşdur (səh.8).
29. Oğuz rayonu Padar kənd yerli aqrar islahat komissiyası 30 mart 1998-ci il tarixli 13 saylı protokol qərarında 5-ci bənddə qərara almışdır ki, kəndin qaytanlanmış torpaq kitabına əsasən həyətyanı torpaq sahələri həmin ailələrin xüsusi mülkiyyətinə verilsin. Həyətyanı torpaq sahələrinə bitişik olan və onlar tərəfindən istifadə edilən torpaq sahələri həmin ailələrin xüsusi mülkiyyətinə veriləcək torpaq paylarına daxil edilsin (səh.30).
30. Oğuz rayon Aqrar islahat komissiyasının 2 aprel 1998-ci il tarixli 61 saylı qərarı ilə Oğuz rayonu Padar kənd yerli aqrar islahat komissiyasının 30 mart 1998-ci il tarixli 13 saylı yığıncaq qərarı təsdiq edilmişdir (səh.27).
31. İddiaçıya görə 0,39 ha torpaq sahəsi yerli aqrar islahat k omissiyasının qərarı ilə onun mülkiyyətinə verildiyindən həmin torpaq sahəsinə də dövlət reyestrindən çıxarış verilməlidir.
32. Məhkəmə kollegiyası vurğulayır ki, həm “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrində, həm də 19 fevral 2016-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndində qeyd edilmişdir ki, vətəndaşların qanuni istifadəsində olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
33. Oğuz rayon Aqrar İslahat komissiyasının sədri tərəfindən 1999-cu ildə təsdiq edilmiş, rayon torpaq şöbəsi və kənd icra nümayəndəsi tərəfindən razılaşdırılmış siyahıdan görünür ki, 279-cu sırada (bu həm də iddiaçıya məxsus torpağa dair şəhadətnamənin nömrəsidir) iddiaçının qanuni istifadəsində olan həyətyanı sahə 0,12 hadır (səh.26).
34. Göründüyü kimi, yerli aqrar islahat komissiyası rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilmiş həyətyanı torpaq sahələrinə bitişik olan və onlar tərəfindən istifadə edilən torpaq sahələri həmin ailələrin xüsusi mülkiyyətinə veriləcək torpaq paylarına daxil edilməsinə dair qərar qəbul etsə də, qanunvericiliyə görə q anuni istifadədə olan torpaqlar qanuni istifadəyə götürülən ölçüdə əvəzsiz olaraq mülkiyyətə verildiyindən, iddiaçının da qanuni istifadəsində 0,12 ha torpaq sahəsi olduğundan aqrar islahat komissiyasının qərarları iddiaçının qanuni istifadəsində olmayan 0,39 ha torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması üçün qanuni əsas ola bilməz.
35. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, cavabdehin tərtib etdiyi iddiaçının iddia etdiyi torpaq sahəsinin mövcud olan elektron kadastr məlumat bazasına əsasən yerləşmə sxemində 0,39 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq kimi göstərilmişdir.
36. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
37. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən sa xlanılmalıdır.
38. Cavabdeh 0,39 ha torpaq sahəsinin bələdiyyəyə məxsus olduğunu bildirmişdir.
39. İddiaçıya izah edilir ki, torpaq sahəsinin ona satılması barədə bələdiyyəyə müraciət edə bilər.
40. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(107)-84/2021 saylı, 19 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.