Məhkəmə qərarları › İş №2-1(102)-1159/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1159/2022

03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1159/2022 03.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “3-cü şəxsin kassasiya şikayəti, kassasiya şikayətinin mümkünlüyü”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1986-cı il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər: Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-86/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qərarından üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 12 dekabr 2017-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən MH seriyalı, ******* nömrəli çıxarışla ona məxsus torpaq sahəsinin dövlət ehtiyaclarına görə istifadə olunaraq həmin ərazidə 329 saylı orta məktəbin və uşaq bağçasının tikilməsi və əvəzində ona kompensasiya ödənilməməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə münasibət bildirilməmişdir.

2. İddiaçı 31 yanvar 2018-ci il tarixdə cavabdehə qarşı üç üncü şəxs Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti göstərilməklə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində mülkiyyət hüququ əsasında 0,06 ha yaşayış məntəqələrinin torpaqlarına aid fərdi yaşayış evinin tikilməsi üçün 16 noyabr 2006-cı il tarixdə qeydiyyata alınmış və MH seriyalı, ******* saylı çıxarışla iddiaçıya məxsus olan torpaq sahəsinin dəyərinə görə 400 000 manat məbləğində kompensasiyanın və mənəvi zərərə görə isə 30 000 manatın cavabdehdən alınaraq ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. AN-İ seriyalı ******* nömrəli, xx.xx.2006-cı il tarixli Daşınmaz Əmlakın AlqıSatqı Müqaviləsinə əsasən X12 (etibarnamə əsasında X5 tərəfin dən imzalanmışdır) mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1055 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsini X1.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi ünvanda yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi X3 mülkiyyətindədir.

5. AZ-İ seriyalı 501711 nömrəli xx.xx.2009-cu il tarixli Nikah haqqında Şəhadətnaməsinə (Bakı şəhəri Sabunçu Rayon qeydiyyat şöbəsi) əsasən X2 ilə X3 xx.xx.2009-cu ildə nikahları bağlanılmışdır. Nikah bağlanıldıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir.

6. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarix li 4973 nömrəli Ekspert rəyində göstərilmişdir: “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin mütəxəssis rəyinə əsasən, JN-30946D saylı şəhadətnamə əsasında X8 adına olmuş, sonradan alqı-satqı müqaviləsi əsasında İsmayılova (Əliyeva) Sara Nəriman qızının adına olan, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, reyestr nömrəsi: **********42 koordinatları verilmiş 8521,0 kv.metr ərazinin daxilində yerləşir.” 7. "xxxx" MMC-nin 98 saylı xx.xx.2019-cu il tarixli Hesabatına əsasən İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsinin tələblə təklifin qarşılıqlı nəticəsində təşəkkül tapan qiyməti: 126 000 (bir yüz min iyirmi altı min) manat təşkil edir.

8. Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Səbail Rayon İcra Hakimiyyətinə yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında” xx.xx.2011-ci il tarixli 283 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinir sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün 1,1280 ha torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin daimi istifadəsinə verilmişdir.

9. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İ darəsinin xx.xx.2011-ci il tarixli 11/81 saylı Ayrıc Aktına əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 283 saylı Sərəncamı ilə Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində cizgidə göstərilən sərhədlər daxilində 1.1280 hektar yeni məktəb və uşaq bağçası binasının layihələndirilməsi üçün və daimi istifadəyə verilmişdir. 10. "xxxx" MMC tərəfindən təqdim edilmiş MB 14/1112 saylı, 20 sentyabr 2021-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin 20 sentyabr 2021-ci il tarixə hesabıanmış bazar dəyəri 129 000 (bir yüz iyirmi doqquz min) manat, likvid dəyəri isə 116 100 ( bir yüz on altı min bir yüz ) manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

11. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə Maliyyə Nazirliyi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

12. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir.

13. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

14. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə xx.xx.2020-ci il tarixdə yerində müayinə təyin edilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsində uşaq bağçası tikilmişdir və fəaliyyət göstərir. 15. 1 dekabr 2020-ci il tarixdə i ddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən, MH seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan 0.6 ha torpaq sahəsinin əvəzi olaraq 90000 (doxsan min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulmasını xahiş etmiş və məhkəmənin 7 dekabr 2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının 03 fevral 1995-ci il tarixli 417 saylı Sərəncamı ilə fərdi yaşayış evi tikintisi üçün Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1055-ci saylı sahədə yer ləşən 0.06 ha torpaq sahəsi Bakı şəhər sakini X9 mülkiyyətinə verilmiş və torpaq sahəsinin mülkiyyətə verilməsinə dair adına JN-30946D KOD 00400016 saylı şəhadətnamə tərtib edilərək 75757 nömrə ilə kitabda qeydə alınmışdır. Eyni zamanda X9 mülkiyyətinə verilmiş torpaq sahəsinin yerləşdiyi yerin sxemi həmin şəhadətnamədə öz əksini tapmış və Dövlət Yerquluşu Layihə İnstitutu tərəfindən X10 həyətyanı sahənin qaiməsi (sertifkatı) təqdim edilmişdir. Bundan sonra, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2006-cı ildə (xx.xx.2006) verilmiş 11/1889 saylı arayışa əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivi 1055 saylı sahədə yerləşən 0,06 ha torpaq sahəsinin satıcı X13 ilə iddiaçı arasında AN-İ № ******* saylı 07 oktyabr 2006-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən qeyd olunan torpaq sahəsinin X7 26280 manata iddiaçı almış və müqavilənin 4-cü bəndində nəzərdə tutulan qiymətini notarial bankda açılan depozit hesabı vasitəsilə X10 tam ödənilmişdir. İddiaçı qeyd etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,6 ha yaşayış məntəqələrinin torpaqlarına aid fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsi xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq MH seriyalı ******* saylı çıxarışla adına rəsmiləşdirilmişdir. Həmin torpaq sah əsi adına rəsmiləşdikdən sonra qeyd olunan torpaq sahəsi hasara alınmışdır. 2016-cı ilin dekabr ayının axırlarında iddiaçı fərdi yaşayış evinin tikintisinə başlamaq istəyərkən həmin hasara alınmış torpaq sahəsinin yerində 329 saylı orta məktəb və uşaq baxçasının tikilmiş binalarını görmüş, bu məsələ ilə bağlı aidiyyatı qurumlarla maraqlananda ona məlum olmuşdur ki, Səbail Rayon İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2011-ci il tarixli məktubla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktub ünvanlanaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “ 2011-2013cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkşafına dair Dövlət Proqramı”na əsasən Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində inş a olunacaq yeni məktəb və uşaq bağçasının binasının tikintisi üçün torpaq sahəsinin ayrılması barədə müvafiq göstəriş verilməsi xahiş edilmiş və təklif olunan torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmişdir. Həmin məktub əsasında Səbail Rayon İcra Hakimiyyətinə yeni məktəb və uşaq bağçası binasının tikintisinin lahiyələndirilməsi üçün torpaq sahəsinin daimi istifadəyə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən xx.xx.2011-ci il tarixli 283 saylı sərəncam verilmişdir. Bundan başqa, qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Badamdar qəsəbəsi 3-cü yaşayış massivində cizgidə göstərilən sərhədlər daxilində 1.1280 ha istifadəyə verilən torpaq sahəsinin 11/81 saylı xx.xx.2011-ci il tarixli ayrıc aktı tərtib edilmişdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması haqqında müvafiq icra hakimiyyəti tərəfindən sərəncam verilməsi barədə onun xəbəri olmamışdır. Belə ki, torpağının zəbt olunması ilə bağlı ona heç bir məlumat verilməmiş və yaxud torpağın alınması haqqında sərəncam vermiş icra hakimiyyəti ona rəsmi olaraq məlumat göndərməmişdir. Qanuni mülkiyyətində olan torpağının qanunsuz olaraq alınması ilə bağlı icra hakimiyyəti tərəfindən ona kompensasiya ödənilməmişdir ki, bu da onun mülkiyyət hüququnun kobud şəkildə pozulması ilə nəticələnmişdir. İddiaçı onun torpağının alınması ilə bağlı kompensasiyanın ödənilməsi ilə bağlı 12 dekabr 2017-ci il tarixdə ərizə ilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən isə indiyə qədər etdi yi müraciətə heç bir cavab verilməmişdir.

17. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətməyib və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmayıb. Tikinti işlərinin aparılması ilə əlaqədar torpaq sahəsinin istifadəyə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti sərəncam vermişdir və qeyd olunan hüquq pozuntusu ilə əlaqədar məsuliyyəti Bakı Şəhər İcra Hakimiyyəti daşıyır.

18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-35/2020 nömrəli, 7 dekabr 2020-ci il tarixli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən, MH seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan 0.6 ha torpaq sahəsinin əvəzi olaraq 90000 (doxsan min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.

19. Birinci instansiya məhkəməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Mülki Məcəllənin 246.1-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinə istinad edərək hesab etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin daimi istifadəsinə verilmiş (ayrıc aktında göstərilmiş) 1,1280 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşməsi və həmin torpaq sahəsinə görə iddiaçıya hər hansı kompensasiyanın ödənilməməsi işin mübah isələndirilməyən halıdır.

20. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən, MH seriyalı, ******* saylı dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan 0.6 ha torpaq sahəsinin əvəzi olaraq 90000 (doxsan min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

21. Cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayətləri verilərək birinci instansiya məhkəməsinin qeyd olunan qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. b) apellyasiya instansiyası məhkəməsində icraat

22. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-86/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qə rarı ilə (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və H.Ü.Həmidov) apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin 7 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

24. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən kassasiya şikayəti verilərək qeyd olunan qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

25. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanaraq iddiaçıya ko mpensasiya müəyyən etmişdir. Halbuki, iddiaçıya məxsus əmlakın alınmasına “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununu tətbiq etməməlidir. Belə ki, həmin Qanunun 3-cü maddəsinə əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları kimi dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi, dəniz limanının ərazisinin artırılması müəyyən edilmişdir.

26. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəllə sinin 157.9-cu maddəsinə görə dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi, dəniz limanının ərazisinin artırılması məqsədi ilə alınır. İddiaçıya məxsus daşınmaz əmlakın yerləşdiyi ərazinin abadlaşdırılması qanunvericiliklə torpaqların dövlət ehtiyacları üçün alınması üçün əsas olan hallardan biri kimi nəzərdə tutulmadığından, bu Qanuna istinad etməsi əsassızdır.

27. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin 1 iyun 2012-ci il tarixli Fərmanının 2.1-ci bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 246.1-ci maddəsində «müvafiq icra hakimiyyəti orqanı» dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. Lakin iddiaçıya məxsus sahənin yerləşdiyi torpağın dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qərar q əbul edilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

29. İnzibati Prosessual Məcəllə: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 28.3. Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Maddə 28.4 İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Maddə 28.5. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutul an məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 29.1. Üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində m übahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qə rardadı qanuni qüvvəyə minir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadı: “1.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin tələblərinə riayət edilməklə adi və ya zəruri cəlbetmə qaydasında icraatda iştiraka cəlb edilmiş üçüncü şəxslər məhkəmə aktlarını İPM-in 81.2 və 90.2-ci maddələrinə uyğun olaraq müstəqil qaydada mübahisələndirmək hüququna malikdirlər.

2. Məhkəmələr tərəfindən inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən ist ifadə etmək hüquqları ilə bağlı məsələlər həll edilərkən bu Qərardadda müəyyən edilmiş hüquqi mövqelər rəhbər tutulmalıdır”. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edilməlidir.

32. Vahid məhkəmə təcrübəsinin mövcudluğu məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmalarının sabitliyinin və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsinin təminatı kimi çıxış edir. Qanunun eyni cür tətbiqi hüququn ümumiliyini, qanun qarşısında bərabərliyi və hüquqi müəyyənliyi təmin edir. Hüquqi dövlətdə bu prinsiplərin hakim olması şəxslərin ədalət mühakiməsinə və məhkəmələrə olan inamını artırır, onlara öz hərəkətlərinin hüquqi nəticələrini öncədən görmə imkanı verir. Bundan başqa, vahid məhkəmə təcrübəsinin mövcudluğu oxşar məhkəmə işlərinin həllinin proqnozlaşdırıla bilən olmasını təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə kömək edir, bununla həm də, son nəticədə ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə verilmiş olur.

33. Məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədinə xidmət edən İPM-in 98-1-ci maddəsində təsbit edilmiş mexanizm Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini formalaşdırmaq vəzifəsini təmin edən üsullardan biri kimi qəbul edilməlidir.

34. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati K ollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair məhkəmə təcrübəsinin vahidliyini təmin etməyə yönəlmiş hüquqi mövqelər formalaşdırılmışdır.

35. Həmin qərardadda Ali Məhkəmənin İnzibati Kollegiyası özünün aşağıdakı hüquqi mövqelərini bildirmişdir: “........”69. Beləliklə, İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzlu ğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.

36. İPM-in 90.2-ci maddəsində də inzibati məhkəmələrin qərar və qərardadlarından verilmiş apellyasiya şikayətlərində, apellyasiya instansiyası məhkəməsi işə birinci instansiya məhkəməsi qismində baxdığı hallarda isə, iddia ərizələrində (ərizələrdə) ifadə olunmuş tələblərin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığı hallarda, apellyasiya şikayəti vermiş şəxsin və iddiaçının (ərizəçinin) məhkəmə aktlarından kassasiya şikayəti vermək imkanları aşkar tənzimlənmişdir. Apellyasiya icraatının di gər iştirakçılarına münasibətdə isə, bu Qərardadın 69-cu bəndində nəzərdə tutulmuş prinsip rəhbər tutulmalıdır.

37. Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyünə dair məsələlər həll edilərkən bu Qərardadda göstərilən hüquqi mövqelər nəzərə alınmalı, üçüncü şəxsin əslində istər adi, istərsə də zəruri cəlbetmə qaydasında icraata ümumiyyətlə cəlb edilməli olmadığı müəyyən edildikdə həmin şəxsin şikayəti üzrə apellyasiya və ya kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.

38. Hazırkı qərardadın çıxarılmasına əsas təşkil etmiş konkret iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya məhkəməsinin qərarından müstəqil qaydada kassasiya şikayəti vermək hüququnun olub-olmadığı ilə bağlı məsələyə münasibətdə isə aşağıd aklılar nəzərə alınmalıdır.

39. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xü susiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. Əgər məhkəmə qərarının çıxarılmasından sonra həmin qərar əsasında yaradılmış statusdan irəli gələrək dövlət büdcəsindən müəyyən birdəfəlik və ya davamlı ödəmələr aparılmalı olduğu vəziyyəti yaranırsa (məsələn, müxtəlif müavinətlərin, təqaüdlərin, pensiyaların, kompensasiyaların ödənilməsi və s.), bu halda, çıxarılmış məhkəmə qərarları həmin ödəmələri etməli olan orqanların hüquqi maraqlarına toxunmur.

40. İcra hakimiyyətinin vahidliyi prinsipinin tələbinə görə eyni hakimiyyət qolu tərkibində olan ödəmələri həyata keçirən digər icra hakimiyyəti orqanları hüquqi statusun özünün yaranması məsələsini təftiş etmək və mübahisələndirmək hüququna malik deyillər. Həmin orqanların vəzifəsi müvafiq hüquqi status yarandıqdan son ra ondan irəli gələn ödəmələri həyata keçirməkdir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Ona görə də, məhkəmə qərarı icraatda iştirak ed ən inzibati orqan üçün məcburi olmaqla bərabər, eyni zamanda, həmin hakimiyyət qoluna aid olan digər suveren hakimiyyət daşıyıcılarının (orqanların) da bu qərara münasibətdə davranışını müəyyən etməlidir. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına əsassız olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün m ümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.

41. Kollegiya qanunvericiliyin tələblərini nəzərə almaqla qeyd edir ki, məsələn, şəxsə müharibə veteranı adının, şəhid ailəsi statusunun və ya pensiya təyin edilməsi üçün müvafiq təminat xərcliyinin verilməsi səlahiyyəti bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş müvafiq orqanlara məxsusdur. İcra hakimiyyətinin vahidliyi pinsipindən irəli gələn həmin hakimiyyət qoluna daxil olan orqanların fəaliyyətinin təşkilinin ümumi qaydasına görə məhz həmin orqanlar şəxsin müvafiq statusunu (məsələn, müharibə veteranı, şəhid ailəsi, işsiz və s.) tanımaq səlahiyyətinə malikdirlər. Onlar tərəfindən verilmiş qərarlar maraqlı şəxslərə müvafiq status qazandırır. “İnzibati icraat haqqında” Qanuna görə sözügedən orqanlar bu qaydada statusu müəyyən edən qərarlar qəbul edərkən daha sonra həmin statusdan irəli gələrək hansısa ödəmələr həyata keçirməli olan digər orqanları bununla bağlı apardıqları inzibati icraata məcburi qaydada cəlb etmək öhdəlikləri daşımırlar. Çünki həmin icraatda həll edilməli olan məsələ müstəsna olaraq statusun özünün yaranıb-yaranmadığı halına qiymət verilməsidir. Bu məsələyə qiymət vermək üçün isə ödəməni həyata keçirəcək olan digər orqanın icraatda iştirakı tələb olunmur. Müvafiq olaraq ödəmələri həyata keçirən orqanlar da statusu müəyyən edən orqanın qərarını məhkəmə qaydasında mübahisələndirmək hüququna malik deyillər.

42. İnzibati orqan statusu müəyyən edən qərar verməkdən imtina etdikdə maraqlı şəxs həmin orqanın qərar və hərəkətini (hərəkətsizliyini) məhkəmə qaydasında mübahisələndirə bil ər. Bu halda, məhkəmədə işə baxılarkən həll edilməli olan məsələni, yenə də inzibati icraatın özündə olduğu kimi statusun yaranıb-yaranmadığı məsələsinə qanunvericiliyin tələbləri baxımından qiymət verilməsi təşkil edir. İnzibati icraatda tətbiq edilən eyni hüquqi yanaşmanın davamı olaraq ödəməni həyata keçirməli olan digər orqanların həmin işə baxılması zamanı məhkəmə icraatında qanunla qorunan maraqlarına toxunan şəxslər kimi qəbul edilmələri istisna olunur. Çünki çıxarılacaq məhkəmə qərarı ödəməni həyata keçirməli olan həmin orqanların hüquqi maraqlarına toxunmur.

43. Hazırkı işin hallarından müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Səbail Rayon İcra Hakimiyyətinə yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin daimi istifadə yə verilməsi haqqında” xx.xx.2011-ci il tarixli, 283 saylı Sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün 1,1280 ha torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin daimi istifadəsinə verilmişdir.

44. Belə olan halda, hazırkı mübahisə üzrə qəbul ediləcək qərar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qanunla qorunan maraqlarına toxunmur. Məhkəmə qərarları ilə cavabdeh kimi Bakı İcra Hakimiyyətindən tutulmuş kompensasiya məbləğinin ehtimal kimi son nəticədə gələcəkdə dövlət büdcə sindən həyata keçirilən ayırmalar hesabına ödəniləcəyinə dair dəlil də yuxarıda göstərilmiş hüquqi mövqelərə əsasən Maliyyə Nazirliyinin hüquqi marağına toxunma halını yaratmır. Həmçinin nəzərə almaq lazımdır ki, Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinin dəlilləri dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinin səmərəliliyini təmin etmək üçün dövlət maliyyə nəzarətinin həyata keçirilməsi ilə əsaslandırılmamışdır. Bundan başqa, məhkəmələr işə baxarkən yalnız iddiaçı tərəfindən verilmiş iddia ərizəsində məhz üçüncü şəxs qismində göstərildiyi üçün Maliyyə Nazirliyini üçüncü şəxs qismində icraatın iştirakçısı qismində qəbul etmişlər. Halbuki, əgər bunun üçün əsaslar mövcuddursa, adi və ya zəruri cəlbetmə qaydasında həyata keçirildiyi dəqiq göstərilməkl ə üçüncü şəxs qismində cəlbetməyə dair əsaslandırılmış ayrıca qərardad çıxarılmalı idi. Buna baxmayaraq, bu qərardadda sadalanmış hüquqi mövqelərə uyğun olaraq kassasiya məhkəməsinin məhkəmə tərkibi məsələnin mahiyyətinə qiymət verməklə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə dair məsələni həll etməlidir.”........”

45. Məhkəmə kollegiyası mübahisəyə 17 fevral 2022-ci il tarixli qərardadın kontekstində qiymət verərək vurğulayır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»na əsasən, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yeni məktəb və uşaq bağçası binasının ti kintisi nəzərdə tutulmuşdur.

46. İddiaçı mülkiyyətində olan torpaq sahəsi dövlət ehtiyaclarına görə istifadə olunaraq həmin ərazidə 329 saylı orta məktəb və uşaq bağçası cavabdeh tərəfindən tikilmişdir və iddiaçıya bu günə qədər həmin əmlaka görə kompensasiya ödənilməmişdir.

47. Eyni zamanda müəyyən edilmişdir ki, kompensasiyanın ödənilməsində Maliyyə Nazirliyinin hər hansı iştirakı birbaşa nəzərdə tutulmamışdır. Məhkəmələr tərəfindən çıxarılmış qərarla da kompensasiya ödəmək öhdəliyi cavabdeh kimi məhz Bakı şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.

48. Beləlilklə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırkı mübahisə üzrə ümumiyyətlə məhkəmə icaatına üçüncü şəxs qismindlə cəlb edilməsi üçün əsaslar mövcud olmamışdır, aşağı instansiya məhkəmələri tərəfindən ona münasibətdə cəlbetmə məsələləri düzgün həll olunmamışdır. Çünki qəbul ediləcək məhkəmə qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadından ətraflı şərh olunmuş səbəblərə görə onun qanunla qorunan maraqlarına toxunma vəziyyəti yaratmır. Müvafiq olaraq Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti o vaxt mümkün sayıla bilərdi ki, məhkəmə qərarı ilə məhz onun hüquqlarına dair məsələ yenə onun ziyanına həll edilmiş olsun. Belə bir vəziyyət hazırkı işdə mövcud olmadığı üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-86/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbul edilməsindən imtina edilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-86/2022 nömrəli, 28 yanvar 2022-ci il tarixli qərarından Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar