Məhkəmə qərarları › İş №2-1(102)-1159/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1159/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1159/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: (“ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi”) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 2-1(103)-616/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Ali İxtisas Təhsili Dövlət Təhsil Müəssisəsi “Dağıstan Dövlət Universiteti” tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 3897 dövlət qeydiyyat nömrəli, ДИС ******* nömrəli bakalavr diplomunun surətinə əsasən, iddiaçı “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr dərəcəsini almışdır.

2. Ali İxtisas Təhsili Dövlət Təhsil Müəssisəsi “Dağıstan Dövlət Universiteti” tərəfindən verilmiş 01 iyul 2008-ci il tarixli ДИС ******* nömrəli bakalavr diplomuna 01 iyul 2008-ci il tarixli ДИС ******* nömrəli əlavənin (tərcümə) surətinə əsasən, iddiaçı İxtisas Təhsili Dövlət Təhsil Müəssisəsi “Dağıstan Dövlət Universiteti”ndə oxuduğu müddət ərzində Hüquq ixtisası üzrə qiyabi tədris formasında təhsil almışdır.

3. Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 24-18/168 nömrəli arxiv arayışına əsasən iddiaçının 01 oktyabr 2007-ci il tarixində qeyd edilən ali təhsil müəssisəsinin Bakı filialından Dərbənd şəhərində yerləşən əsas korpusuna (2008-ci ildə 6-cı kursa köçürülmüşdür) köçürüldüyü bildirilmişdir.

4. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 33/1844 saylı məktubda iddiaçının 2002-2008-ci illər ərzində dövlət sərhəddindən hərəkəti (getdiyi və gəldiyi) barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2006-cı il çıxış Ukrayna; xx.xx.2006-cı il giriş Ukr ayna; xx.xx.2008-ci il çıxış Rusiya; xx.xx.2008-ci il giriş Rusiya.

5. İddiaçı cavabdehə müraciət edərək, ona ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin müraciəti cavablandırılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 24 yanvar 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dağıstan Dövlət Universiteti tərəfindən 01 iyul 2008-ci il tarixdə ona verilmiş DİS ******* saylı 3897 qeydiyyat nömrəli diplomun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Sonradan, iddiaçı iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Ali İxtisas Təhsili Dövlət Təhsil Müəssisə si “Dağıstan Dövlət Universiteti” tərəfindən “Hüquq” fakultəsinin əyani şöbəsi, Hüquqşünaslıq ixtisası üzrə Bakalavr dərəcəsini bitirməyi barədə verilmiş ДИС ******* saylı 3897 qeydiyyat nömrəli xx.xx.2008-ci il tarixli bakalavr ali təhsilə aid kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Mahaçqala şəhərində yerləşən X2 Universitetinin Hüquq fakültəsində 2002-2008-ci illərdə təhsil almışdır. Həmin vaxt Dağıstan Dövlət Universitetinin Bakı şəhərində olan filialının fəliyyəti dayandırıldığı üçün dövlət imtahanının verilməsi Universitetin rəhbərliyi tərəfindən Bakı şəhərində təşkil olunmuş, bu məqsədlə Bakı şəhərinə üç müəllim ezam olunmu ş, həmin müəllimlər dövlət imtahanını qəbul etmiş, ona 01 iyul 2008-ci ildə DİS ******* saylı 3897 qeydiyyat nömrəli diplom verilmişdir. Diplom işi kafedra müdiri, dosent Z.A.İbrahimov və elmi məsləhətçi D.İ.Maqomedov tərəfindən təsdiq edilmişdir. Hazırda universitet tərəfindən ona verilmiş diplomun tanınması ilə bağlı çətinliklər yaranmışdır. Belə ki, diplom tam qanuni əsaslarla verildiyi halda cavabdeh orqan onun bu barədə müraciətini cavablandırmır. Cavabdeh tərəfindən onun hüquqları pozulmuşdur.

9. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının sənədləri araşdırılarkən, onun təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisas ların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarına uyğun gəlmədiyi müəyyən edilmişdir. Sözügedən Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru həmçinin təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur (2002/2003-cü tədris ili üzrə getməyib, 2003/2004-cü tədris ili üzrə getməyib, 2004/2005-ci tədris ili üzrə-getməyib, 2005/2006-cı tədris ili üzrə getməyib, 2006/2007-ci tədris ili üzrə getməyib, 2007/2008-ci tədris ili üzrə - 1 gün) və bu müddət ərzində diploma əlavədə qe yd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5452/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia təmin edilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 24-18/168 nömrəli arxiv arayışında iddiaçının qeyd edilən ali təhsil müəssisəsinin Dərbənd şəhərində yerləşən əsas korpusunda 2008-ci il ərzində təhsil aldığı qeyd olunsa da araşdırma zamanı müəyyən edilmişdir ki, o, həmin ölkədə cəmi 1 (bir) gün (xx.xx.2008-ci il) olmuşdur. Həmçinin, universitetin dövlət attestasiya komissiyasının qərarı (yekun dövlət imtahan komissiyasının tarixi) tarixində Rusiya Federasiyası əraz isində olmamışdır (13 iyun 2008-ci il).

12. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qeyd olunan hal (təhsil aldığı ali təhsil müəssisəsinin Dərbənd şəhərində yerləşən əsas korpusunda 2008-ci il ərzində təhsil aldığı qeyd olunsa da, həmin ölkədə cəmi 1 (bir) gün (xx.xx.2008-ci il) olması) onun özünün izahatı ilə də bir daha təsdiqlənmişdir. İddiaçı göstərilən halı onunla izah etmişdir ki, təhsil aldığı Dağıstan Dövlət Universitetinin Bakı şəhərində olan filialının fəliyyəti dayandırıldığı üçün dövlət imtahanının verilməsi Universitetin rəhbərliyi tərəfindən Bakı şəhərində təşkil olunmuş, bu məqsədlə Bakı şəhərinə üç müəllim ezam olunmuş, həmin müəllimlər dövlət imtahanını qəbul etmişlər.

13. Məhkəmə toplanmış sübutlara qiymət verərək, hesab etmişdir ki, iddiaçı Ali İxtisas Təhsili Döv lət Təhsil Müəssisəsi “Dağıstan Dövlət Universiteti”ndə “Hüquqşünaslıq” ixtisası üzrə qiyabi formada təhsil almasını bildirsə də, məhkəmə araşdırması zamanı onun təhsil aldığı institutun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olması müəyyən olunmuşdur ki, bu cür vəziyyətdə təhsil alan şəxsin özünün tədris prosesində iştirak etmədən tədris yükünü yerinə yetirməsi, semestr imtahanlarını verməsi və sonradan diplom işi yazaraq müdafiə etməklə ali məktəb məzunu olması mümkün deyildir.

14. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası nın 2-1(103)-616/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)5452/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçı kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətində qeyd edilmişdir ki, cavabdehin iddiaçının qeyd edilən təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qar şılığında həmin ölkədə qısa müddət ərzində olması bərədə dəlili (2002/2003-cü tədris ili üzrəgetməyib, 2003/2004-cü tədris ili üzrə - getməyib, 2004/2005-ci tədris ili üzrə-getməyib, 2005/2006-cü tədris ili üzrə- getməyib, 2006/2007-ci tədris ili üzrə - getməyib, 2007/2008-ci tədris ili üzrə -1 gün) absurddur. Çünki, iddiaçının təhsil aldığı təhsil müəsissəsi 2007-ci ilədək Bakı şəhərində fəaliyyət göstərmişdir. Cavabdeh isə iddiaçının 2002-2007-ci illərdə hansı ölkədə olması və Azərbaycana getməməsi barədə heç bir sübut təqdim etməmişdir.

19. Bundan başqa, cavabdehin istinad etdiyi digər dəlili - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın 8.7.2-ci yarımbəndinə əsasən qi yabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. 2010-cu ildə, yəni iddiaçı ali dövlət müəsissəsini bitirdikdən iki il sonra qəbul olunmuş qərara əsaslanaraq iddianın rədd olunması, qanunun geriyə şamil olunmasıdır ki, bu da qanunların və konstitusiyanın təməl prinsiplərinin pozulmasıdır.

20. Bundan başqa, məhkəmə qərarında istinad olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” Qaydalarının 3.2, 3.6 və 3.7-ci bəndlərində göstərilən əsaslar iddiaçıya münasibətdə mövcud deyildir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Ka ssasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Təhsil haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). Həmin Qanunun 27.4-cü maddəsinə əsasən xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası ) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

23. Azərbaycan Respublikası Przidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin: - 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliy i (bundan sonra – Agentlik) mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, habelə peşə təhsili üzrə qeyriformal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. - 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. - 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təh silə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. - 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir.

24. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın: - 6-cı maddəsinə əsasən, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom i şi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina edilə bilər. Qiymətləndirmə meyarlarına əsasən, tanınma zamanı a) tədrisin nəticələri; b) gələcək fəaliyyətə çıxış; 7 c) proqramın əsas elementləri; d) qiymətləndirmə üzrə mütəxəssis tərəfindən sənədləşdirilmiş, proqramların keyfiyyəti arasında əhəmiyyətli fərq olduqda tanınma yox alternativ, hissəvi və ya şərti tanınma məsələsinə baxıla bilər. Bu bənddə qeyd edilir ki, “hər bir halda tanınma qərarı yalnız kəmiyyət meyarına (təhsil müddəti) əsaslana bilməz, keyfiyyət meyarı mütləq nəzərə alınmalıdır”. - 5-ci bölməsinin 36-cı bəndinə görə, “təqribən eyni olan ixtisaslarda məzmun, ixtisas, həcmlər, keyfiyyət və tədrisin nəticələri arasında fərq ola bilər. Xarici ixtsasların qiymətləndirilməsi zamanı bu fərqlər çevik formada nəzərə alınmalıdır və yalnız tanınmanın məqsədindən asılı olaraq (akademik ya professional fəaliyyət üçün tanınma) əhəmiyyətli fərqin olacağı halda hissəvi tanınma və ya tanınmama halı baş verə bilər”. - 37-ci bəndinin a) yarımbəndinə əsasən, “xarici ixtisasın tədris nəticələri ilə müvafiq ixtisasın tədris nəticələri arasında fərq əhəmiyyətli dərəcədə olduğundan müraciət edildiyi formada tanınma ola bilməz. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır”. Həmin bəndin c) yarımbəndində qeyd edilir ki, “ixtisasın verilməsi üçün əsas olan proqramların əsas elementləri arasındakı fərq əhəmiyyətli dərəcədə olduqda. Bu halda qiymətləndirmənin alternativ, hissəvi və ya şərti olmasının mümkünlüyünə baxılmalıdır. Proqram eleme ntlərinin müqayisəsinin aparılması nəticələrin və gələcək fəaliyyətə anın verilməsi səpkisində baxılmalıdır”. d) yarımbəndində qeyd edilir ki, “səlahiyyətli tanıma qurumları ixtisasın verildiyi təhsil müəssisəsi və ya proqramın keyfiyyəti ilə ixtisasın verildiyi müvafiq təhsil müəssisəsi və ya proqramın keyfiyyəti arasında fərqləri sənədləşdirə bilmiş olsunlar. Bu halda qiymətləndirmənin alternativ, şərti və ya hissəvi olmasının mümkünlüyünə baxılmalıdır”. - 6-cı bölməsinin (qiymətləndirmənin nəticələri) 36-cı paraqrafında qeyd edilir ki, “İxtisasın tanınması, tədrisin nəticələri və profili ilə bağlı fərqlər (ixtisasın dərəcəsi, təcrübə müddətləri, labaratoriya işləri və.s) oxşar tələblər(tibb və təbiət elmində) və ya qeyriakademik elementlərin (idman və ya peşə təlimi) ixtisasa daxil edim əsi formasında ola bilər”.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın: - 1.1-ci bəndinə görə bu Qaydalar «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır. - 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, a li təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.4-cü bəndinə görə isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplo mdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. - 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvə də olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.5-ci bəndinə əsasən xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. - 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fə aliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

26. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansi yası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSA SİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

28. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Şikayə tdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktik i halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

32. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 2002-2007-ci illər ərzində Dağıstan Dövlət Universitetinin Bakı filialında təhsil almışdır. Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, 24-18/168 nömrəli arxiv arayışına əsasən iddiaçının 01 oktyabr 2007-ci il tarixində qeyd edilən ali təhsil müəssisəsinin Bakı filialından Dərbənd şəhərində yerləşən əsas korpusuna (2008-ci ildə 6-cı kursa köçürülmüşdür) köçürüldüyü bildirilmişdir. Arxiv arayışında iddiaçının qeyd edilən ali təhsil müəssisəsinin Dərbənd şəhərində yerləşən əsas korpusunda 2008-ci il ərzində təhsil aldığı qeyd olunsa da araşdırma zamanı müəyyən edilmişdir ki, o, həmin ölkədə cəmi 1 (bir) gün (xx.xx.2008-ci il) olmuşdur. Həmçinin, universitetin dövlət attestasiya komissiyasının qərarı (yekun dövlət imtahan komissiyasının tarixi) tarixində Rusiya Federasiyası ərazisində olmamışdır (13 iyun 2008-ci il).

33. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 33/1844 saylı məktubundan görünür ki, iddiaçının 2002-2008-cu illər ərzində dövlət sərhəddindən hərəkəti (getdiyi və gəldiyi) barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: xx.xx.2006-cı il çıxış Ukrayna; xx.xx.2006-cı il giriş Ukrayna; xx.xx.2008-ci il çıxış Rusiya; xx.xx.2008-ci il giriş Rusiya.

34. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddiaçı tərəfindən təqdim olunmuş yazılı izahatd a qeyd edilmişdir ki, 2007-ci il tarixdə Dağıstan Dövlət Universitetinin Bakı şəhərində olan filialı fəliyyəti dayandırdığı üçün o, 2007-ci ilin iyun ayından 2008-ci ilə qədər Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetində təhsil almışdır. Universitetin proqramına uyğun olaraq 2007-ci ilin oktyabr ayında 1 ay və 2008-ci ilin mart ayında 1 ay distant təhsil almış, 2008-ci ilin aprel ayında RF Dağıstan Dövlət Universitetində sonuncu semestr imtahanından keçmişdir. 15 may 2008-ci ildə Universitetin Bakı filialında təhsil almış tələbələrin gediş-gəliş və başqa xərclərini nəzərə alaraq RF Dağıstan Dövlət Universitetinin nümayəndə heyəti Bakıda olmuşdur. O da həmin filialın binasında diplom işini müdafiə etmiş, 13 iyun 2008-ci ildə diplom almış, xx.xx.2008 tarixində 2117 nömrəli qərarla universiteti bitirmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 2002-2007-ci illərdə Dağıstan Dövlət Universitetinin Bakı filialında təhsil alması nəzərə alınsa da, sonuncu il üzrə 2007-2008-ci il üzrə dövlət sərhədindən hərəkəti (getdiyi və gəldiyi) barədə İAMAS bazasından göründüyü kimi cəmi 1 gün xx.xx.2008-ci ildə təhsil aldığı ölkədə olmuşdur. Beləliklə, həmin il üzrə qiyabi təhsil aldığı universitetdə cəmi bir gün olmuş, 2007-ci ilin oktyabr ayında 1 ay və 2008-ci ilin mart ayında 1 ay distant təhsil alması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir.

36. Apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, şəxsin sonuncu tədris ilində özünün tədris prosesində iştirak etmədən tədris yükünü yerinə yetirməsi, semestr imta hanlarını verməsi və sonradan diplom işi yazaraq müdafiə etməklə ali məktəb məzunu olması mümkün deyildir.

37. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə kvalifikasiyanın tanınması haqqında şəhadətnamənin verilməsi üçün tələb olunan şərtlərin mövcudluğu apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.

38. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

39. Beləliklə, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olduğundan, iddia çının diplomunun tanınmasından imtina onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

40. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-616/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar