Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1159/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: nəqliyyat vasitəsinin qeydiyyatının aparılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə qarşı “qeydiyyat hərəkətlərinin aparılması ilə əlaqədar məhdudiyyətin aradan qaldırılması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati K ollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2-1(103)-3170/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı məxsus “X13 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAAG4BA557624 şassi nömrəli, tünd albalı metallik rəngli, 2011-ci il buraxılışlı avtomobil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi ilə alqı-satqı müqaviləsinə əsasən qeydiyyata alınmış, bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin AC seriyalı 965115 saylı xx.xx.2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir.
2. İddiaçı etibarnamə əsasında avtomaşın üzərində sərən cam hüququnun həyata keçirilməsi ilə bağlı etibarnamə vermiş, lakin cavabdeh avtomaşınla bağlı yeni qeydiyyat vəsiqəsi verməkdən imtina etmişdir.
3. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə müraciət edərək “X13 Rover” markalı SALLAAAG4BA557624 şassi nömrəli nəqliyyat vasitəsinin rəsmiləşdiirlməsinə köməklik göstərilməsini xahiş etmişdir.
4. Cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsi 16 sentyabr 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, qeyd olunan “X13 Rover” markalı SALLAAAG4BA557624 şassi nömrəli nəqliyyat vasitəsinin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulması səbəbindən xahişin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair Azərbaycan Re spublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin Qeydiyyat-İmtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X13 Rover” minik markalı, **-NR*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAABAG şassi nömrəli, tünd albalı metallik rəngli, 2011-ci il buraxılışlı avtomobillə qeydiyyat hərəkətlərinin aparılması öhdəliyinin cavabdeh Azərbaycan Respubl ikasının Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan və X2 etibarnamə əsasında idarə etdiyi, “X13 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAABAG şassi nömrəli, tünd albalı metallik rəngli, 2011-ci il buraxılışlı avtomobil təkrar qeydiyyatın aparılması üçün xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinə təqdim edilmiş və orada avtomobilin texniki müayinəsi keçirilən zamanı avtomobilin şassi nömrəsinin qeyrizavod üsulu ilə vurulması şübhəsi yarandığı üçün qeydiyyat hərəkətləri aparılmamışdır. Qeyd edilən fakt üzrə toplanmış material araşdırılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirl iyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan YNHDİ üzrə istintaq və təhqiqat şöbəsinə göndərilmiş və xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. “X13 Rover” minik markalı, **- NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAABAG şassi nömrəli, tünd albalı metallik rəngli, 2011-ci il buraxılışlı avtomobilin şassi nömrəsinin kustar üsulla hazırlanması onun iradəsindən asılı olan hal deyil və avtonəqliyyat vasitəsi həmin vəziyyətdə alınmış və bir çox dövlətlərin ərazisindən keçmişdir. Qeyd edilən avtonəqliyyat vasitəsi 2011-ci ildən istismardadır və dəfələrlə addan-ada keçirilmişdir. Lakin hazırda həmin avtonəqliyyat vasitəsinin digər şəxsin üzərində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X12 İda rəsi tərəfindən əsassız məhdudiyyət qoyulmuşdur. Bu məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar olaraq cavabdehə müraciət edilsə də cavabdeh müraciəti müsbət həll etməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(112)-2635/2023 saylı qərarı ilə (hakim X4) iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, cavabdeh orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən təqdim edilmiş 22/960a saylı xx.xx.2022-ci il tarixli tədqiqat haqqında arayışdan da görünür ki, “X13 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin şassi nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş şassi nö mrəsində olan «*SALLAAAG4BA557624*» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterik olsa da, həmin şassi nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edilir. Şassi nömrəsi həkk edilmiş sahənin alt tərəfində də qaynaq işlərinin izləri müşahidə edilir. İddiaçı tərəfindən inzibati araşdırma və məhkəmə araşdırması dövründə avtomobilin şassi nömrəsi ətrafında qaynaq işlərinin zəruriliyini təsdiq edən hər hansı bir dəlil və ya sübut təqdim edilməmişdir. Qeyd edilən səbəblərdən cavabdeh “X13 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAAG4BA557624 şassi nömrəli avtomobilin dövlət qeydiyyatının aparılmasından imtina etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməməlidir.
9. İddiaçı apelyasiya şikayəti verərək birinci ins tansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2-1(103)-3170/2023 nömrəli qərarı ilə (hakimlər X3 (məruzəçi), X5 və X6) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli, 2-1(112)-2635/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Şikayətdə Mülki Məcəllə sinin 152-ci maddəsinə, eləcə də “İnzibati icraat haqqında” Qanunun 64-cü maddələrinə istinad edilərək apelyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olduğu qeyd edilir.
14. Qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında əsasnamə”nin 2.8-ci bəndinə əsasən təqdim edilən sənədlərdə və ya nəqliyyat vasitəsinin aqreqat nömrələrində saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitəsinin aqreqat nömrələrinin qeydiyyat məlumatları ilə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları ba rədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. 2.9. Arayışın verilməsindən aşağıdakı hallarda imtina edilir: 1) bu qaydaların 2.8. bəndində göstərilən hallar aşkar olunduqda; 2) nəqliyyat vasitəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatı üzrə müvəqqəti uçotda və ya qeydiyyatda olduqda; 3) qanunvericilikdə nəzərdə tutulan digər hallarda. Arayışın verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir. Cavabdehin qeydiyyatdan imtinaya dair mövqeyi, həmçinin birinci instansiya məhkəməsinin iddianın rədd edilməsinə dair mövqeyi, iddiaçının Azərbaycan Respublikası Konstitusiyası və Mülki Məcəlləsi ilə müəyyən edilmiş mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdi r. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə... Bənd
10. Dövlət qeydiyyat nişanlarında, qeydiyyat şəhadətnaməsində və digər təqdim edilən sənədlərdə və nəqliyyat vasitələrinin nömrəli aqreqatlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda, həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası... 2.8. Təqdim edilən sənədlərdə və ya nəqliyyat vasitəsinin aqreqat nömrələrində saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitəsinin aqreqat nömrələrinin qeydiyyat məlumatları ilə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. 2.9. Arayışın verilməsindən aşağıdakı hallarda imtina edilir. 1) bu qaydaların 2.8. bəndində göstərilən hallar aşkar olunduqda; 2) nəqliyyat vasitəsi Azərbaycan Respublikasında dövlət qeydiyyatı üzrə müvəqqəti uçotda və ya qeydiyyatda olduqda; 3) qanunvericilikdə nəzərdə tutulan digər hallarda.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüv vədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNST ANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. İş materiallarından görünür ki, hazırkı mübahisə iddiaçıya məxsus olan nəqliyyat vasitəsinin rəsmiləşdirilməsindən imtina edilməsi ilə bağlı yaranmışdır.
22. Cavabdehin imtinası ilə razılaşan həm birinci, həm də apelyasiya instansiyası məhkəmələri iddiaçının mövqeyini və dəlillərini mübahisəli nəqliyyat vasitəsinin qeydiyyatı üçün əsas olmaması qənaətinə gəlmişlər. Bu nəticəyə gələrkən məhkəmələr mübahisə predmeti olan nəqliyyat vasitəsinin şassi nömrəsinin qeyri-zavod üsulu ilə vurulmasını əsas götürmüşlər.
23. Məhkəmə kollegiyası cavabdehin imtinasını və məhkəmələrin gəlmiş olduqları nəticəni qanuni və əsaslı hesab etməyərək öz mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən dövlət qeydiyyat nişanlarında, qeydiyyat şəhadətnaməsində və digər təqdim edilən sənədlərdə və nəqliyyat vasitələrinin nömrəli aqreqatlarında saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda, həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır.
25. Eyn i müddəa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası”nda da əks edilmişdir.
26. Yuxarıda qeyd edilən normalardan anlaşlır ki, dövlət orqanı dövlət qeydiyyat nişanlarında, qeydiyyat şəhadətnaməsində və digər təqdim edilən sənədlərdə və nəqliyyat vasitələrinin nömrəli aqreqatlarında saxtakarlıq əlamətləri aşkar etdikdə, nəqliyyat vasitələrinin mühərrik, ban və şassi nömrələri dəyişdirildikdə, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda, həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlam alar aparılır.
27. İş materiallarından görünür ki, bu yoxlamaların nəticəsində hər hansı cinayət və inzibati xəta tərkibi olan hal aşkar edilməmişdir. Belə ki, 03 sentyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan hadisələrinə dair iş üzrə İstintaq və Təhqiqat şöbəsinin rəis müavini tərəfindən qəbul edilmiş “Cinayət işi başlanılmasının rədd edilməsi” haqqında qərarda qeyd edilmişdir ki, “X13 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil uçot göstəriciləri üzrə BDYPİ Qİİ-in X1 Sistemi üzrə oğurlanmış və qaçırılmış avtonəqliyyat vasitələrinin uçotunda yoxdur. Bu səbəbdən də toplanmış materialda cinayət tərkibi olmadığından fakt üzrə cinayət işi başlanması rədd edilmişdir.
28. AR DİN Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda həmin qərarın ləğv edilmədiyi və hazırda da qüvvədə olduğu qeyd edilmişdir.
29. Bundan əlavə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İNTERPOL-un Milli Mərkəzi Bürosu sözügedən avtomobilin beynəlxalq axtarışda olmadığını bildirmişdir.
30. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Baş X12 İdarəsinin xx.xx.2022ci il tarixli məktubundan görünür ki, mübahisə predmeti olan nəqliyyat vasitəsi xx.xx.2015ci il tarixdə Azərbaycan Respublikasına gətirilmişdir (o zaman nəqliyyat vasitəsinin şassi nömrəsi indiki kimi “SALLAAAG4BA557624” şəkildə olmuşdur). Daha sonra xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2017-ci il tarixlərdə bu nəqliyyat vasitəsi alqı-satqı müqaviləsinin predmeti olmuşdur (səh. 48-49).
31. Göründüyü kimi, cavabdeh iddiaçıdan əvvəl avtomobili ayrı-ayrı şəxslərin adına qeydə almışdır. İddiaçı avtomobili əldə edərkən qanunvericiliyin tələbinə uyğun olaraq yoxlanılmış, bundan sonra onun adına rəsmiləşdirilmişdir.
32. Beləliklə, yuxarıda qeyd edilən sənədlər hazırkı nəqliyyat vasitəsinin qanuni əsaslarla Azərbaycan Respublikası ərazində mövcud olduğunu, hər hansı cinayət işi üzrə cinayətin alət və vasitəsi olmadığını təsdiq edir.
33. Mübahisəli nəqliyyat vasitəsinin şassi nömrəsinin vurulması ilə bağlı qeyri müəyyənliyə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, bu məsələ də iş materiallarında öz həllini tapmışdır.
34. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixl i arayışda qeyd edilmişdir: “X13 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin şassi nömrəsi vurulması nəzərdə tutulan hissədə həkk edilmiş şassi nömrəsində olan «*SALLAAAG4BA557624*» hərf və rəqəmlər zavod üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Lakin həmin şassi nömrəsinin ətrafında qaynaq işlərinin izləri aşkar edildi. Şassi nömrəsi həkk edilmiş sahənin alt tərəfində də qaynaq işlərinin izləri müşahidə edildi. Avtomobilin zavod lövhəsi (birka) üzərində avtomobilin şassi nömrəsini göstərən «SALLAAAG4BA557624» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterikdir. Avtomobilin qabaq ön şüşəsinin aşağı tərəfində lövhə üzərində şassi nömrəsini göstərən «ŞALLAAAG4BA557624» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart h ərf və rəqəmlərə xarakterikdir” (iş vər 34-35).
35. Arayışdan da göründüyü kimi səlahiyyətli orqan avtomobilin zavod lövhəsi (birka) üzərində avtomobilin şassi nömrəsini göstərən «SALLAAAG4BA557624» hərf və rəqəmlər çap üsulu ilə vurulmuş standart hərf və rəqəmlərə xarakterik olduğunu qəbul etmişdir. Eyni zamanda qaynaq izinin həmin şassi nömrəsinin ətrafında olduğu bildirilmişdir.
36. Cavabdehin özünün araşdırması əsasında iddiaçının mülkiyyətində olan avtomaşında şassi nömrəsində hərf və rəqəmlərdə kənar təsirin olmadığı, qaynaq izinin həyata keçirilmədiyi təsdiq olunmuşdur.
37. Məhkəmə kollegiyası vurğulayır ki, işdə olan mötəbər sübutlarla iddiaçının mülkiyyətində olan avtomaşının şassi nömrəsində qanunsuz hərəkətlərə yol verilməsi təsdiqini tapmadığından, avtomaşının dövlət qeydiyyat nişanlarında, qeydiyyat şəhadətnaməsində və digər təqdim edilən sənədlərində və nömrəli aqreqatlarında saxtakarlıq əlamətləri aşkar edilmədiyindən, nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirilmədiyindən, aqreqat nömrələrinin və qeydiyyat məlumatlarının təqdim edilən sənədlərə uyğunsuzluğu, habelə nəqliyyat vasitəsinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 10-cu bəndinin tələbləri mövcud olmamışdır. Bu səbəbdən avtomaşına dair qeydiyyat hərəkə tlərinin (alqı-satqı, bağışlama və s.) aparılmasından imtina ilə bağlı cavabdehin hərəkəti əsaslı sayıla bilməz.
38. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutları qanunvericiliyin müvafiq normalarına uyğun şəkildə təhlil edərək bu qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin olunması barədə yeni qərar qəbul edilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2-1(103)-3170/2023 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı məxsus “X13 Rover” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı, universal tipli, SALLAAAG4BA557624 şass i nömrəli, tünd albalı metallik rəngli, 2011-ci il buraxılışlı avtomobilə qeydiyyat hərəkətlərinin aparılması ilə bağlı məhdudiyyətin aradan qaldırılması (avtomobilin qeydiyyatının aparılması) vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə həvalə edilsin. Qərar qətidir.