Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1159/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlilliyin imtina tarixindən təyin edilməsi) 22.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə da ir inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3405/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2016-cı il tarixdə ilkin olaraq ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnozun mətni: ÜİX: stabil gərginlik stenokardiyası İİİ fs İnfarktdan sonrakı kardioskeleroz. ÜÇ. İİ FS. Hipertoniya xəstəliyi İİ dər.Şəkərli diabet İİ tip. Ağır forma, insulin tələbli.
2. İddiaçıya xx.xx.2021-ci il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. Diaqnoz: İ25.2 Əvvəllər keçirilən miokard infarktı, Miokard infarktdan sonrakı kardioskeleroz (xx.xx.2016cı il). Ağırlaşma İ 20.8 Stenokardiyanın digər formaları, Ü.İ.X Stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokardik tutmalarla. Ağırlaşma İ50.0 Durğunluq ürək çatışmazlığı, F.S İİİ MÇ-İİ dərəcə (EF-36%). Ağırlaşma G63.2* Diabetik polinevropatiya (E10-14 ümumi dördüncü. 4 işarəsi ilə). İmtina səbəbi - Əlavə müalicəyə ehtiyacın olması, İxtisaslı klinikada əlavə müayinə və müalicə qərarı verildi.
3. İddiaçıya xx.xx.2022-ci il tarixdə əlilliyin təyinindən imtina edilmişdir. Diaqnoz: İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla, şəkərli diabet tip İİ, insulin tələbli Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya. Diabetik angiopatiya. İmtina səbəbi – Göndərişin natamam doldurulması, 2016-cı ildən 2021-ci ilə kimi aparılmış stasionar müa licələr barədə qeyd edilməyib və həmçinin Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin reyestrində xəstə barədə məlumat tapılmadı.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 xx.xx.2023-cü il tarixli T439/2023 saylı ekspert rəyində qeyd edilir: İddiaçı tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli №088 saylı göndərişdə qeyd edilən “X3 İV S - Endokrin sistemin xəstəlikləri, maddələr => El0- E14 Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet, Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ, insulin tələbli Digər rubrikalarda təsnif olunan xəstəl iklər zamanı rast gəlinən periferik angiopatiya, Diabetik polinevropatiya, Diabetik angiopatiya” diaqnozunda olan xəstəliklərə hazırda da rast gəlinir və diaqnoz şəxsin əyani müayinəsi zamanı instrumental müayinələrə göndərilərkən öz təsdiqini bir daha tapmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ağır xəstəlikdən əziyyət çəkməyinin araşdırılmadan əsassız olaraq “Diaqnoz: Əlavə müalicəyə ehtiyacın olması İxtisaslı klinikada əlavə müayinə və müalicə qərarı verildi. İddiaçı üçün verilmiş 06.11.21 tarixli göndərişə Əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina edilmişdir” kimi əsassız məzmunlu cavab verilməklə əlilliyin təyin edilmə sindən xx.xx.2021-ci il tarixdə qanunsuz və əsassız olaraq imtina barədə və “İmtina: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: 2016-cı ildən 2021-ci ilə kimi aparılmış stasionar müalicələr barədə məlumat qeyd edilməyib və həmçinin Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin reyestrində xəstə barədə məlumat tapılmadı” səbəbindən ona əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarlarının qanunsuz, əsassız və ədalətsiz olması nəzərə alınıb, həmin qərarların ləğv edilməsi, dövlət səhiyyə müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixdən ona ikinci dərəcə əlillik təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı i ddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tərəfindən verilmiş imtinanın qanunsuz hesab edilməsi və ona xx.xx.2022-ci il tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 8 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə “ÜİX.Stabil gərginlik stenokardiyası İİİ fs.İnfarktdan sonrakı kardios kleroz. ÜÇ.İİfs.Hipertoniya xəstəliyi İİ dər.Şəkərli diabet İİ tip.Ağır forma,insulin tələbli” diaqnozu üzrə ona ilkin İkinci dərəcəli əlillik təyin edilmişdir. “Əvvəllər keçirilən miokard infarktı.Miokard infarktdan sonrakı kardioskleroz.Stenokardiyanm digər formaları Ü.İ.X Stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla. Durğunluq ürək çatmamazlığı F.S İİİ MÇ İİ dərəcə.Diabetik polinevropatiya.Miopiya. Proqressivləşən damar leykoensefaiopatiyası. Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar. Qabarıq asteno nevrotik sindrom.İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağırlaşmalarla Şəkərli diabet ağır forma İİ tip insulin tələbli.Arxa qütbün və ləkənin degenerasiyası.(Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan,əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi tez-tez baş verən hipertonik krizlərlə İİİ mər.” xəstəliklərdən əziyyət çəkir və bu səbəbdən mütəmadi olaraq ambulator və stasionar müalicə alır. Həmçinin 05 iyul 2021-ci il tarixdən 22 iyul 2021-ci il tarixədək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “X10” publik hüquqi şəxsdə stasionar müalicə almışdır. “Əvvəllər keçirilən miokard infarktı.Miokard infarktdan sonrakı kardioskleroz.Stenokardiyanın digər formaları Ü.İ.X Stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla. Durgunluq ürək çatmamazlığı F.S İİİ MÇ İİ dərəcə.Diabetik polinevropatiya.Miopiya.Proqressivləşən damar leykoensefaiopatiyası. Digər dəqiqləşdirilməmiş nevrotik pozğunluqlar Qabarıq asteno nevrotik sindrom.İnsulindən asılı olmayan şəkərli diabet, çoxsaylı ağaırlaşmalarla Şəkərli diabet ağır foma İİ tip insulin tələbli. Arxa qütbün və ləkənin degenerasiyası.(Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi tez-tez baş verən hipertonik krizlərlə İİİ mər” diaqnozu üzrə qeydiyyatda olduğu Bakı şəhəri 4 saylı poliklinikası tərəfindən 88 saylı forma arayışı tərtib edilmiş və həmin arayış əlillik müddətinin qurtarması-yenidən baxmaq məqsədi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabuilitasiya Agentliyi publik hüquqi şəxsə göndərilmişdir. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabuilitasiya Agentliyi pub lik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən onun ağır xəstəlikdən əziyyət çəkməyi araşdırılmadan əsassız olaraq “Diaqnoz: Əlavə müalicəyə ehtiyacın olması İxtisaslı klinikada əlavə müayinə və müalicə” qərarı verildi. İddiaçı üçün verilmiş 06.11.21 tarixli göndərişə “Əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina edilmişdir” kimi əsassız məzmunlu cavab verilməklə əlilliyin təyin edilməsindən xx.xx.2021-ci il tarixdə qanunsuz və əsassız olaraq imtina barədə qərar qəbul edilmişdir. Bu əsassız və qanunsuz imtina qərarından sonra 29 noyabr 2021-ci il tarixdən 09 dekabr 2021-ci il tarixədək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Akademik C.Abdullayev adına X1” publik hüquqi şəxsdə, 11 aprel 2022-ci il tarixdən 26 aprel 2022-ci il tarixədək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “X10” publik hüquqi şəxsdə stasionar müalicələr almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, həqiqətən İddiaçı xx.xx.2021-ci il tarixdə Ak.Z.Əliyeva ad.MOM, şəkərli diabetin göz fəsadları şöbəsində müayinə olunmuşdur. D:OU-Yüksək miopiya. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 08 aprel 2022-ci il tarixli arayışından görünür ki, həqiqətən iddiaçı Akad.Z.Əliyeva ad.MOM-da, müayinədə olmuşdur.D-z:OU-Yüksək dərəcəli miopiya. Başlanğıc katarakta.Miopik makulopatiya. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “Akademik C.Abdullayev adına X1” publik hüquqi şəxsin konsultativ-poli klinika şöbəsinin xx.xx.2022-ci il tarixli 189 nömrəli rəyindən görünür ki, iddiaçıya “20.8 ÜİX: Stabil gərginlik stenokardiyası İİİ F.S. İ25.2 İnfaktdan sonrakı kardioskleroz.El 1.7.Şəkərli diabet tip 2 insulin tələbli. 150.0 X8 birinci F.S. AF 49” diaqnozu qoyulmuşdur. “Medi-style Hospital”ın xx.xx.2022-ci il tarixli, 003025 arayışından görünür ki, iddiaçının müayinəsi zamanı aşağıdakı nəticə müəyyən edilmişdir: “Bu müayinə zamanı əldə olunan elektrofizioloji göstəricilər sağ ayaqda daha ifadəli olmaqla hər iki ayaqda S1 innervasiyalı əzələlərdə radikulopatiyaya işarət edir. Ps.İncə lif polineyropatiyası inkar olunmur”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.A.Topçubaşov adına X6 xx.xx.2022-ci il tarixli “Aşağı (Yuxarı) Ətrafların Venoz (Arterial) X2 və Doppleroqrafıyası” müayinəsin dən görünür ki, 1961-ci il təvəllüdlü, İddiaçı Nəticə: Arterial sistem: Kompleks intima-media qeyri-bərabər diffuz qalınlaşıb, qatları aydın differensiasiya edilmir. Hər iki qalça-bud seqmentdə-2834%-za çatan stenoz aşkarlanır. Dizaltı arteriyalarda stenoz mötədil (-44-48%), sol ön qamış və hər iki arxa qamış arteriyalarda isə nəzərə çarpan (-72-78%) dərəcəyə çatır. Sağ ön qamış arteriya tam okklüziyaya uğrayıb. Sonuncuda kollateral qan axını çox zəifdir. Barmaqların qan təchizatı kəskin azalmışdır. Arteriyalar çox zəif və fraqmentar rənglənirlər, mütəmadi olaraq isə heç rənglənmirlər (steno-okklüziya+davamiyyətli spastiki vəziyyət). Əsas diaqnoz: “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla Şəkərli diabet tip İİ,insulin tələbli” Ağırlaşma “Digər rubrikalarda təsnif ol unan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya Diabetik angiopatiya. Diabetik retinopatiya (El0E14 ümumi dördüncü.3 işarəsi ilə) VİSOD=0,4k/e (yüzdə dörd).VİSOS=0,03k/e (yüzdə üç). Diabetik polinevropatiya (E 10-14 ümumi dördüncü. 4 işarəsi ilə)”. Yanaşı xəstəliklər “Miopiya. Şüşəyəbənzər cisimin digər bulanmaları. Ürək çatmamazlığı ÜÇ İİ f.S.Stenokardiyanın digər formaları. ÜİX.Stabil gərginlik stenokardiyası İİİ f.s. (Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (-yi) Arterial hipertenziya İİ dərəcə. Hipertenziv ensefalopatiya. Astiqmatizm OU-Yüksək dərəcəli miopik astiqmatizm. Arxa qütbün və ləkənin degenerasiyası. Əvvəllər keçirilən miokard infaktı.İnfarktdan sonrakı kardioskleroz.” diaqnozu üzrə qeydiyya tda olduğu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) “X10” publik hüquqi şəxsin 1 nömrəli Poliklinika şöbəsinin Həkim Məsləhət Komissiyası tərəfindən 88 saylı forma arayışı tərtib edilmiş və həmin arayış əlillik müddətinin qurtarması-yenidən baxmaq məqsədi ilə cavabdehə göndərilmişdir. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabuilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən onun ağır xəstəlikdən əziyyət çəkməyi araşdırılmadan əsassız olaraq “İmtina: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi:2016-cı ildən 2021-ci ilə kimi aparılmış stasionar müalicələr barədə məlumat qeyd edilməyib və həmçinin Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin reyestrində xəstə barədə məlumat tapılmadı” kimi əsassız məzmunlu cavab verilməklə əlilliyin təyin edilməsindən xx.xx.2022-ci il tarixdə qanunsuz və əsassız olaraq imtina barədə qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli elektron cavab məktubundan görünür ki, “İmtina: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi:2016-cı ildən 2021-ci ilə kimi aparılmış stasionar müalicələr barədə məlumat qeyd edilməyib və həmçinin Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin reyestrində xəstə barədə məlumat tapılmadı” səbəbindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2021-ci il tarixli 0100003AADFJ nömrəli və xx.xx.2022-ci il tarixli №2709003AADYX nömrəli elektron cavab məktublarında göstərilənlər əsassızdır və ona görə də həmin inzibati aktlar ləğv edilməlidir. İddiaçıda “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.1., 2.2.7., 2.2.9., 2.2.10., 2.2.12.-ci yarımbəndlərində göstərilən əlamətlərin olmasına baxmayaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ta beliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ağır xəstəlikdən əziyyət çəkməyi araşdırılmadan əsassız olaraq “Diaqnoz: Əlavə müalicəyə ehtiyacın olması İxtisaslı klinikada əlavə müayinə və müalicə qərarı verildi. İddiaçı üçün verilmiş 06.11.21 tarixli göndərişə “əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyinatından imtina edilmişdir” kimi əsassız məzmunlu cavab verilməklə əlilliyin təyin edilməsindən xx.xx.2021ci il tarixdə qanunsuz və əsassız olaraq imtina barədə və “İmtina: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: 2016-cı ildən 2021-ci ilə kimi aparılmış stasionar müalicələr barədə məlumat qeyd edilməyib və həmçinin Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin reyestrində xəstə barədə məlumat tapılmadı” səbəbindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2022-ci il tarixdə qəbul edilmiş qərarlar əsassız və qanunsuzdur.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-307/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia qismən təmin edilmiş, İddiaçı 11 iyun 2022-ci il tarixdən əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçıda “İnsulindən asılı olmayan şəkərli diabet, hər iki aşağı ətrafların angiopatiyası, diabetik polineyropatiya, diabetik makulopatiya, başlanğıc katarakta, dəqiqləşdirilməmiş nevrotik pozuntu müəyyən olunması meyarları"na müvafiq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən diaqnozun əlillik əlaməti təyin etmədiyini bildirsə də, həmin ağırlaşmaların olması həm işdə olan məhkəmə tibb ekspertizası rəyi, həm də X7 məlumatı ilə öz təsdiqini tapmışdır. İddiaçıya sonuncu imtina xx.xx.2022-ci il tarixdə verildiyindən və həmin imtinanın qanunsuz olması müəyyən edildiyindən iddiaçıya əlillik məhz həmin tarixdən təyin edilməlidir.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3405 /2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov /sədrlik edən və məruzəçi/, K.Əkbərov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazda qeyd olunanlarla oxşarlıq təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qa nunu: Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
16. Azərbaycan Respublikası Naz irlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydaları: Bənd 1.1. bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. əli lliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1. şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2. 2. göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 3.7. əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edi lmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağı rlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması ha lında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü ma ddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzib ati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının təl əblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə d ə apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Hazırkı işin hallarına görə qeyd edilməlidir ki, İddiaçı xx.xx.2016-cı il tarixdə ilkin olaraq ümumi xəstəlik səbəbi ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. (Diaqnoz: ÜİX: stabil gərginlik stenokardiyası İİİ fs İnfarktdan sonrakı kardioskeleroz. ÜÇ. İİ FS. Hipertoniya xəstəliyi İİ dər. Şəkərli diabet İİ tip. Ağır forma, insulin tələbli). Sonradan cavabadeh tərəfindən xx.xx.2021-ci ildə əlavə müalicəyə ehtiyacın olması, ixtisaslı klinikada əlavə müayinə və müalicə qərarı verilməsi səbəbi ilə iddiaçı barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bundan başqa cavabdeh tərəfindən yenidən xx.xx.2022-ci il tarixdə diaqnoz əlillik əlaməti təyin etməməsi verilməsi səbəbi ilə iddiaçı barəsində əlilliyin təyin edilməsindən imtina edilmişdir.
26. Həmçinin iş materiallarına əsasən qeyd edilməlidir ki, məhkəmə tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 xx.xx.2023-cü il tarixli T439/2023 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının adına müvafiq tibb müəssisəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli №088 saylı göndərişdə qeyd edilən “X3 İV S - Endokrin sistemin xəstəlikləri, maddələr => El0-E14 Şəkərli diabet => E11 - İnsulindən asılı olmayan şəkərli diabet, Diaqnozun mətni: İnsulindən asılı olmayan şəkərli diabet Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet tip İİ, insulin tələbli Digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı rast gəlinən periferik angiopatiya, Diabetik polinevropatiya, Diabetik angiopatiya” diaqnozunda olan xəstəliklərə hazırda da rast gəlinir və diaqnoz iddiaçının əyani müayinəsi zamanı instrumental müayinələrə göndərilərkən öz təsdiqini bir daha tapmışdır.
27. Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq qeyd etmişdir ki, X7 xx.xx.2023-cü il tarixli məktubuna görə, iddiaçının sağlamlıq vəziyyətində aşkar olunduğu qeyd edilmişdir: 1.Ümumi Ateroskleroz. Aşağı ətrafların diabetik makroangiopatiyası. Hər iki QB arterial seqmentlərin stenozu. Hər iki dizaltı arteriyaların mötədil dərəcədə stenozu. Hər iki qamış arteri yaların kritik dərəcədə stenozları. Hər iki ayaq barmaqlarının tam okkluziyası. Aşağı ətrafların İİİ dərəcəli xroniki işemiyası. X9. İnfarktdan sonrakı kardioskleroz (2014;2016). X8 İİ f.s. AF=49%. 2.EMQ-yə əsasən diabetik polineyropatiya təsdiqlənir. Əzələ zəifliyi və parez yoxdur. Təzahür edən ağrı sindromu vardır. 3.Qeyriproliferativ diabetik retinopatiya. Tor qişada quru eksudatlar qeyd olunur. Retinal damarlar 1:3. VİSOD=0.03 korreksiya ilə 0.3; VİSOS=0.03 korreksiya ilə 0.3. Görmə sahəsi 20 dərəcəyə qədər daralıb. Venoz anomaliya yoxdur. Miopik makulopatiya müşahidə olunur.
28. Göründüyü kimi məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıda “İnsulindən asılı olmayan şəkərli diabet, hər iki aşağı ətrafların angiopatiyası, diabetik polineyropatiya, diabetik makulopatiya, başlanğıc katarakta, dəqiqləşdirilməmiş nevrotik pozuntu müəyyən olunması meyarları"na müvafiq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən diaqnozun əlillik əlaməti təyin etmədiyini bildirsə də, həmin ağırlaşmaların olması həm işdə olan məhkəmə tibb ekspertizası rəyi, həm də X7 məlumatı ilə öz təsdiqini tapmışdır.
29. Bundan əlavə, məhkəmə kollegiyası bildirir ki, əlilliyin təyinat tarixinə münasibətdə apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmədiyindən, həmin hissədə qərar dəyişdirilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 30. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan ş əxs hesab edilir. İş üzrə materiallardan görünür ki, iddiaçı barəsində xx.xx.2021-ci il tarixli müayinə nəticəsində “əlavə müalicəyə ehtiyacın olması”, xx.xx.2022-ci il tarixli müayinə nəticəsində “göndərişin natamam doldurulması”, xx.xx.2023-cü il tarixli müayinə nəticəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlillik təyinatından imtina verilmişdir.
31. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik, imtina haqqında sonuncu qərarın qəbulu tarixindən (imtina haqqında əvvəlki qərarlar mübahisələndirilmədiyi hallarda) təyin olunmalıdır (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1164/202 4 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi sonuncu imtina tarixindən, yəni xx.xx.2023-cü il tarixdən təyin edilməlidir.
32. Apellyasiya instansiyası məhkəməsi isə, qeyd edilən halları nəzərə almamış, iddiaçıya əlillik dərəcəsinin imtina haqqında sonuncu qərarın qəbul edildiyi xx.xx.2023-cü il tarixdən deyil, xx.xx.2022-ci il tarixdən təyin edilməsi qənaətinə gəlmişdir.
33. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya 9 iyun 2023-cü il tarixdən əlilliyin təyin edilməsi barədə qərarın qəbul olunması öhdəliyi cavabdehin üzərinə qoyulm alıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3405/2024 nömrəli, 27 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilsin. “İddia qismən təmin edilsin. İddiaçı 9 iyun 2023-cü il tarixdən əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin.” Qərar qətidir.